Məhkəmə qərarları › İş №2-1(103)-2542/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2542/2021

26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2542/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3954/2021 saylı iş üzrə qəbul etdiyi 23 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 51 yaş 6 ayı tamam olduğuna görə 01.06.2018-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan pensiya ödənişlərinin ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3954/2021 saylı iş üzrə qəbul etdiyi 23 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 01.01.2019-ci ildən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişlərinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat X4 üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 1 sentyabr 1987-ci il tarixli əmək kitabçasında qeyd olunan 14.04.1992-ci il tarixindən bugünədək Azərbaycan Respublikası "xxxx" QSC-də işlədi böyük tunel ustası vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE 00****** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Ermənistan, Spitak rayonunda doğulmuşdur. - İddiaçıya məxsus EZ ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı 06.05.1985-ci ildən 26.06.1987-ci ilədək Silahlı Qüvvələrdə xidmət etmişdir (2 il 1 ay 21 gün). - Azərbaycan SSR X7 Təhsili Komitəsi tərəfindən verilmiş 752159 №-li, 18.05.1985ci il tarixli diplomun surətindən görünür ki, X3 01.09.1984-cü ildə Bakı şəhəri 4 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 16.05.1985-ci ildə istilik maşın sexləri və hidroelektrostansiya hissələri üzrə təmirçi çilingər peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir (7 ay 19 gün). - Nərimanov rayon VVAQİ tərəfindən verilmiş 22.08.1990-cı il tarixli, İ-JQ 264108 №- li familiyanın, adın, ata adının dəyişilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X2 familiyası Namazlı familiyasına dəyişilmişdir. - Azərbaycan Politexniki İnstitutu tərəfindən verilmiş 108535 №-li, 02.07.1993-cü il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1988-ci ildə Azərbaycan Politexnik İnstutuna daxil olmuş və 1993-cü ildə hesablama maşınları kompleksləri sistemləri və şəbəkələri ixtisası üzrə tam kursu bitirmişdir. - Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş 022-177 №-li, 13.04.2018-ci il tarixli arxiv arayışından görünür ki, X3 217 Y(n) saylə əmrə əsasən 27.11.1987-ci ildə müvəffəqiyyətlə müsahibədən keçdiyi üçün Ç.İldırım adına Azərbaycan Politexnik İnstutununun hazırlıq şöbəsinə əyani olaraq № 47 a qr. qəbul olunmuşdur. 16.07.1988-ci il tarixli, 105 Y(n) saylı əmrə əsasən hazırlıq şöbəsinin dinləyiciləri müvəffəqiyyətlə yekun imtahanlarını verdikləri üçün İ kurs tələbələri sırasına əyani olaraq qəbul edilmişdilər. 05.08.1988-ci il tarixli, 110 Y(n) saylı əmrə əsasən X3 Ç.İldırım adına Azərbaycan Politetnik İnstitutunun “Avtomatika və hesablama” texnikası fakultəsinə əyani olaraq (gündüz şöbəsi) qəbul olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 311 saylı, 24.09.1991-ci il tarixli fərmanına əsasən C.İldırım adına Azərbaycan Politexnik İnstitutu Azərbaycan Texniki Universitəti olaraq adlandırılmışdır. - Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş 022-169 №-li, 25.09.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən 110-U(p) saylı 05.08.1988-ci il tarixli əmrə əsasən Ç.lldırım adına Azərbaycan Politexnik İnstitutunun (hal-hazırki Azərbaycan Texniki Universiteti) “Avtomatika və hesablama texnikası" fakültəsinin əyani şöbəsinə qəbul olmuşdur (qr.№ 658 a1) və 188-T(s) saylı 05.07.1993-cü il tarixli əmrə əsasən İddiaçı Azərbaycan Texniki Universitetinin “Hesablama maşınları kompleksləri, sistemləri və şəbəkələri" ixtisası üzrə tam kursu bitirərək YB-İ № 108535 saylı mühəndissistemotexnik diplomu verilmişdir (qeydiyyat nömrəsi 517). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il tarixli qərarına əsasən Ç.İldırım adına X1 Azərbaycan Texniki Universiteti olaraq adlandırılmışdır. - İddaçı İddiaçı məxsus əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, 01.09.1987-ci ildən 28.11.1987-ci ilə qədər fəhlə (2 ay 28 gün) işləmiş, 01.09.1988-ci ildən 05.07.1993-cü ilədək Azərbaycan Texniki Universitetində tələbə (4 il 10 ay 5 gün), 14.04.1992-ci il tarixindən 05.05.1994-cü il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində izoləedici peşəsində və böyük tunel ustası (2 il 22 gün), 05.05.1994-cü il tarixindən 01.11.2004-cü il tarixinədək əsaslı təmir xidmətində böyük tunel ustası (10 il 5 ay 27 gün), 01.11.2004-cü il tarixindən 30.08.2010-cu il tarixinədək Əsaslı təmir xidmətinin 2 saylı distansiyasında tunel ustası (5 il 10 ay), 15.12.2010-cu il tarixindən 18.07.2014-cü il tarixinədək Əsaslı təmir xidmətində tunel ustası (3 il 7 ay 4 gün), 18.07.2014-cü il tarixindən 01.04.2018-ci il tarixinədək Əsaslı təmir xidmətinin Bina və qurğuların əsaslı təmir distansiyasında tunel ustası çalışmışdır (3 il 8 ay 14 gün), 01.04.2018-ci il tarixindən hal-hazıradək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətinin 4 saylı əsaslı təmir distansiyasının 4.7 saylı bina qurğu tikililərin əsaslı təmir sahəsində tunel ustası vəzifəsində işləyir. - Azərbaycan Respublikası "xxxx" QSC-nin A/231 №-li, 16.09.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 14.04.1992-ci il tarixindən 05.05.1994-cü il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində izoləedici peşəsində, böyük tunel ustası vəzifəsində çalışmışdır (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə). 05.05.1994-cü il tarixindən 30.08.2010-cu il tarixinədək Bakı Metropoliteninin Əsaslı təmir xidmətində böyük tunel ustası, tunel ustası vəzifələrində işləmişdir (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə). 15.12.2010-cu İl taixindən 18.07.2014-cü il tarixinədək Bakı Metropoliteninin Əsaslı təmir xidmətinin Bina və qurğuların əsaslı təmir distansiyasında tunel ustası vəzifəsində çalışmışdır (tuneldə yalnız gecə işi, zərərii əmək şəraiti ilə). 18.07.2014-cü il tarixindən “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Əsaslı təmir xidmətində tunel ustası, 01.04.2018-ci il tarixindən isə Tunel qurğuları xidmətinin 4 saylı distansiyanın Vİİ sahəsində 9-cu dərəcəli tunel ustası vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi haqqında 23 yanvar 2007-ci il tarixli, 12№-li qərara müvafiq olaraq həmin siyahının 1.Dağmədən işləri 1.1.2., 21.5. Metropolitenlər bəndlərinə uyğun olaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 28 il 29 gün (iyirmi səkkiz il iyirmi doqquz gün) təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu iiə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni” QSC yaradılmışdır. - Azərbaycan Respublikası "xxxx" QSC-nin 40N-10/3-69 №-li, 19.01.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı 14.04.1992-ci il tarixindən 05.05.1994-cü il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində izoləedici peşəsində, böyük tunel ustası vəzifəsində (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 24%), 05.05.1994-cü il tarixindən 01.11.2004-cü il tarixinədək Əsaslı təmir xidmətində böyük tunel ustası (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 24%) vəzifəsində, 01.11.2004-cü il tarixindən 30.08.2010-cu il tarixinədək Əsaslı təmir xidmətinin 2 saylı distansiyasında tunel ustası (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 24%) vəzifəsində, 15.12.2010-cu il tarixindən 18.07.2014-cü il tarixinədək Əsaslı təmir xidmətində tunel ustası (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 24%) vəzifəsində, 18.07.2014-cü il tarixindən 01.04.2018-ci il tarixinədək Əsaslı təmir xidmətinin Bina və qurğuların əsaslı təmir distansiyasında tunel ustası (gecə işi yalnız tuneldə, xüsusi zərərli iş şəraitində 24%) vəzifəsində çalışmışdır. 01.04.2018-ci il tarixindən hazırki vaxtadək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətinin 4 saylı əsaslı təmir distansiyasının 4.7 saylı bina qurğu tikililərin əsaslı təmir sahəsində tunel ustası vəzifəsində işləyir (xüsusi zərərli iş şəraiti, tuneldə yalnız gecə işi 24%). İddiaçı xüsusi zərərli iş şəraitində əmək stajı 28 il 05 ay 25 gün (iyirmi səkkiz il beş ay iyirmi beş gün) (18.01.2021-ci il tarixinə) təşkil edir və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın müvafiq maddələri ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21.09.1993-cü il tarixli 320 saylı qərarın 1010100q—23269 (nəzarət ustaları (böyük ustalar), 1010300a—12520 (izolyasiyaçılar), 1010500b—23187 (1 №-li siyahıda sadalanan fəhlələrə rəhbərlik edən ustalar, böyük ustalar) kodlara aiddir. - İdarənin iddiaçının 09.10.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 24.11.2020ci il tarixli, **********7 №-li məktubdan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi 1 sentyabr 1987-ci il tarixli əmək kitabçasında qeyd olunan 14.04.1992-ci il tarixindən bugünədək Azərbaycan Respublikası "xxxx" QSC-də işlədiyi böyük tunel ustası vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki tələb üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə yekun qərarını onunla əsaslandırmışdır ki, “... şəxsin güzəştli şərtlə pensiya hüquqi verən işdə çalışmasına dair işəgötürən tərəfindən arayış verilir. İddiaçının işlədiyi "xxxx" QSC tərəfindən verilmiş arayışa əsasən iddiaçının həmin müəssisədə işlədiyi tunel ustası peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1010100q—23269 (nəzarət ustaları (böyük ustalar), 1010300a— 12520 (izolyasiyaçılar), 1010500b—23187 (1 №-li siyahıda sadalanan fəhlələrə rəhbərlik edən ustalar, böyük ustalar) kodlarında nəzərdə tutulmuş peşələrə aiddir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 01.01.2006-ci ilə qədər 21 il 08 ay 26 gün ümumi və 13 il 8 ay 20 gün güzəştli iş stajı mövcuddur.” Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. 01.01.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1- dək hər il altı ay artırılmaqla; 01.08.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 50) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Göründüyü kimi, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı 01.01.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), 01.01.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element; iddiaçının 52 yaşının tamam olması; 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması İddiaçının 52 yaşının tamam olduğu 01.01.2019-cu ildən sonra onun güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının 20 il 11 ay 08 gün ((26.06.1987 – 06.05.1985 = 2 il 01 ay 20 gün) + (28.11.1987 – 01.09.1987 = 02 ay 27 gün) + (05.07.1993 – 01.09.1988 = 4 il 10 ay 04 gün) + (05.05.1994 – 14.04.1992 = 2 il 21 gün) + (01.11.2004 – 05.05.1994 = 10 il 05 ay 26 gün) + (01.11.2004 – 01.01.2006 = 1 il 02 ay) = 20 il 11 ay 08 gün)) ümumi iş stajının olduğu müəyyən edilmişdir. Həmçinin, apelyasiya şikayətinin məzmunundan da aydın olur ki, cavabdeh inzibati orqan iddiaçının ümumi stajını deyil, güzəştli iş stajının yetərsizliyini mübahisələndirir və dəlil olaraq da qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan 14.04.1992-ci il tarixindən bugünədək Azərbaycan Respublikası "xxxx" QSC-də işlədiyi böyük tunel ustası vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından onun iş stajı güzəştli hesab olunmamalıdır. Apelyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin güzəştli şərtlə pensiya hüquqi verən işdə çalışmasına dair işəgötürən tərəfindən arayış verilir. Azərbaycan Respublikası "xxxx" QSC-nin 18.11.2021-ci il tarixli, A/310 nömrəli arayışında qeyd edilir ki, İddiaçı həqiqətən 14.04.1992-ci il tarixindən 05.05.1994-cü il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində izoləedici peşəsində, böyük tunel ustası vəzifəsində (gecə işi yalnız tuneldə, 24% xüsusi zərərli iş şəraitində), 05.05.1994-cü il tarixindən 01.11.2004- cü il tarixinədək Əsaslı təmir xidmətində böyük tunel ustası (gecə işi yalnız tuneldə, 24% xüsusi zərərli iş şəraitində) vəzifəsində, 01.11,2004-cü il tarixindən 30.08.2010-cu il tarixinədək Əsaslı təmir xidmətinin 2 saylı distansiyasında tunel ustası (gecə işi yalnız tuneldə, 24% xüsusi zərərli iş şəraitində) vəzifəsində, 15.12.2010-cu il tarixindən 18.07.2014-cü il tarixinədək Əsaslı təmir xidmətində tunel ustası (gecə işi yalnız tuneldə, 24% xüsusi zərərli iş şəraitində) vəzifəsində, 18.07.2014-cü il tarixindən 01,04.2018-ci il tarixinədək Əsaslı təmir xidmətinin Bina və qurğuların əsaslı təmir distansiyasında tunel ustası (gecə işi yalnız tuneldə, 24% xüsusi zərərli iş şəraitində) vəzifəsində çalışmışdır. 01,04.2018-ci il tarixindən hazırki vaxtadək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətinin 4 saylı əsaslı təmir distansiyasının 4.7 saylı bina qurğu tikililərin əsaslı təmir sahəsində tunel ustası vəzifəsində işləyir (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli iş şəraitində). İddiaçı xüsusi zərərli iş şəraitində əmək stajı 29 il 03 ay 25 gün (iyirmi doqquz il üç ay iyirmi beş gün) (17.11.2021-ci il tarixinə) təşkil edir və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısTnın müvafiq maddələri ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 saylı qərarın 10101 OOq—23269 (nəzarət ustaları (böyük ustalar), 1010300а—12520 (izolyasiyaçılar), 1010500b—23187 (1 №-li siyahıda sadalanan fəhlələrə rəhbərlik edən ustalar, böyük ustalar) kodlara aiddir. Qeyd: tunel ustası və böyük tunel ustası vəzifələrinin iş şəraiti və funksiyaları qeyd olunmuş qərarlarla təsdiq edilmiş siyahılarda əks olunan vəzifələrin (ustalar, böyük ustalar) iş şəraiti və funksiyaları ilə eynilik təşkil edir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin təsdiq edilmiş surətindən, əmək haqqı cədvəllərindən görünür ki, müqavilənin 4.4-cü bəndində əmək funksiyasını zərərli şəraiti olan iş yerində icra etdiyinə görə iddiaçının əmək haqqına aylıq 20% əlavə müəyyən edilərək, ödənilir. Həmçinin, 2018, 2019, 2020-ci illər üzrə əmək məzuniyyətinin verilməsi haqqında əmrlərdən görünür ki, iddiaçıya zərərli iş stajına görə əlavə məzuniyyət müddəti hesablanmışdır. Sadalananlardan da göründüyü kimi, işin faktiki halları ilə iddiaçının Azərbaycan Respublikası "xxxx" QSC-də tunel ustası, böyük tunel ustası vəzifəsində 1992-ci il tarixdən indiyədək işlədiyi iş şəratinin zərərli olduğu öz təsdiqini tapır. Beləliklə, iddiaçının 01.01.2006-ci ilə qədər 13 il 8 ay 17 gün ((05.05.1994 - 04.14.1992 = 2 il 21 gün) + (11.01.2004 - 05.05.1994 = 10 il 05 ay 26 gün) + (01.01.2006 - 11.01.2004 = 1 il 02 ay) = 13 il 08 ay 17 gün)) güzəştli iş stajı mövcuddur. Buna görə də, kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayətini əsaslandırdığı iddiaçının böyük tunel ustası vəzifəsində iş stajının zərərli iş stajı hesab olunmamasına dair dəlili əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 23 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X4 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3954/2021 saylı iş üzrə qəbul etdiyi 23 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Hakim: Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar