Məhkəmə qərarları › İş №2-1(103)-2543/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2543/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2543/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X4, X10 və X15) “bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli qərardadından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin 10 dekabr 1997-ci il tarixli 1364 nömrəli qərarına əsasən X3 və İstismarı Birliyinin 8 nömrəli orderi ilə iddiaçıya ayrılmış Ləhiş bağlar sahəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 6283 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən inzibati mübahisəyə 6 fevral 2018-ci il tarixdə mahiyyəti üzrə baxılmış və məhkəmənin həmin tarixli, 2-1(82)-38/2018 saylı qərarı ilə iddia təmin edilərək, iddiaçıya Bakı ŞİH-in 10 dekabr 1997-ci il tarixli 1364 nömrəli sərəncamı əsasında verilmiş X3 və İstismarı Birliyinin 8 nömrəli orderi ilə ayrılmış Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 ha sahəsi olan 6293 nömrəli bağ sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1914/2018 saylı iş üzrə 17 avqust 2018-ci il tarixli qərarı ilə cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı iş üzrə 6 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)- 48/2019 saylı iş üzrə 9 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfin kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin 17 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin 07 mart 2019-cu il tarixli icra məktubu əsasında məhkəmə qərarı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilərək ünvan 3 ünvanına dair İddiaçı adına ********* qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli elektron çıxarış hazırlanmışdır. Daha sonra ərizəçi X4 Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı iş üzrə 6 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi, onun işə üçüncü şəxs qismində cəlb olunması və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin inzibati iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 ərizəsi (vəsatəti) təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3207/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X1 apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(82)-38/20218 saylı, 25 iyun 2023- cü il tarixli qərardadı ləğv edilmiş, ərizə təmin edilərək X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İnzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə X10 və X15 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmuşdurlar. Hazırda üçüncü şəxs olan X4 xx.xx.2024-cü il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək ləğv edilmiş qərarın icrasında dönüş edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-38/2018 saylı iş üzrə 6 fevral 2018-ci il tarixli qərarı ilə İddiaçı Yunis oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia təmin edilərək, iddiaçıya Bakı ŞİH-in 10 dekabr 1997-ci il tarixli 1364 nömrəli sərəncamı əsasında verilmiş X3 və İstismarı Birliyinin 8 nömrəli orderi ilə ayrılmış Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 ha sahəsi olan 6293 nömrəli bağ sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1914/2018 saylı iş üzrə 17 avqust 2018-ci il tarixli qərarı ilə cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı iş üzrə 6 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-48/2019 saylı iş üzrə 9 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin 17 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı iş üzrə 6 fevral 2018-ci il tarixli qərarı icra edilərək Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 hektardan ibarət 6245 nömrəli bağ sahəsi üzərində İddiaçı Yunis oğlunun mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ilkin qeydiyyata alınaraq İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrdən çıxarış verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-3207/2023 saylı xx.xx.2023-cü il qərardadına əsasən X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-38/20218 saylı, 25 iyun 2023-cü il tarixli qərardadı ləğv edilmiş, G.F.Şərifova “Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı iş üzrə 6 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi, onun işə üçüncü şəxs qismində cəlb olunması və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi” barədə ərizəsi təmin edilmiş, X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, İddiaçı Yunis oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-3207/2023 saylı xx.xx.2023-cü il qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarı ləğv edildiyi üçün Ləhiş bağlar massivində yerləşən 0,12 hektardan ibarət 6245 nömrəli bağ sahəsi üzərində X2 (vəfat etmiş həyat yoldaşı X7) adına olmuş reyestr qeydləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bərpa edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli qərardadı (hakim L.Musayeva) ilə ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarının icrasına dönüş edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,12 hektardan ibarət 6245 nömrəli bağ sahəsi üzərində X2 (vəfat etmiş həyat yoldaşı X7) adına olmuş reyestr qeydlərinin bərpa edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardaddan narazı qalan iddiaçı və cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayətləri verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X3 və İstismarı Birliyinin direktoru Allahverdiyev, digər tərəfdən Bakı şəhər İcra Hakimiyyətinin 08 fevral 2005-ci il tarixli 311 saylı Sərəncamı ilə X14, Sabunçu rayonu Ləhiş bağları ərazisində 0.12 ha torpaq sahəsi olan 6245 №-li bağ sahəsi əldə etmək üçün, 10 illik müqavilə bağlanmışdır. O, vətən Müharibəsi veteranı kimi, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı əsasında Ləhiş bağları ərazisində yerləşən 0.12 ha sahəsi olan 6293 №-li bağ sahəsi almışdır. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi tərəfindən 06 fevral 2018-ci il tarixli 2-1 (82)-3 8/2018 saylı Qərarla, həmin bağın ona məxsus olduğu təsdiqlənmişdir. Nəzərə çatdırır ki, Bakı Apellyasiya Məhkəməsi (24 avqust 2018-ci il tarixli iş № 2-1(103)1914-18), 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı xx.xx.2018-ci il tarixli Qərarını dəyişdirmədən qüvvədə saxlanılmışdır. xx.xx.2019-cu il tarixində isə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən hüquqi rəsmiləşdirən şəxs kimi, ona həmin çıxarış verilmişdir. Odur ki, Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2024-cü il tarixli iş Nə 2-1(112)- 3550/2024 saylı Qərarda göstərilən dönüşlə, torpaq sahəsinin tanınması mövcud olmalıdır. Torpağın rəqəmləri arasında olan dəyişikliklər, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətnin mütəxəssisi tərəfindən aydınlaşdırılmalı, qanunsuz çəkişmələrə son qoyulmalıdır. Qanunazidd və qeyri-obyektiv yanaşmalara yol verilməməlidir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin sözügedən qərardadı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,12 hektardan ibarət 6245 nömrəli bağ sahəsi üzərində X2 (vəfat etmiş həyat yoldaşıX7) adına olmuş reyestr qeydlərinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır, lakin 6245 nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində nə ərizəçi, nə də onun mərhum həyat yoldaşının adına qeydiyyat mövcud deyildir. Belə ki, məhkəmə tərəfindən ətraflı araşdırılma aparılmadan, əsassız olaraq ümumiyətlə mövcud olmamış qeydin bərpası öhdəliyi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Əlavə olaraq bildiririk ki, üçüncü şəxs X4 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisi, “6245” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir və xx.xx.2023-cü il tarixli ərizə ilə İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər fiziki şəxs tərəfindən hasara alınaraq istifadə olunduğu müəyyən olunduğu (torpaq sahəsi istifadəsində olmadığı), Bundan başqa elektron kadastr məlumatlarına əsasən şərti olaraq göstərilən torpaq sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması cavab məktubu ünvanlanmışdır. Sübutdur ki, qeydiyyata alınma üçün müraciət varsa, deməli “6245” saylı bağ sahəsi qeydiyyatdan keçməmişdir. Məlumat üçün bildiririk ki, 2 saylıBakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarı ilə İddiaçı adına qeydiyyata alınmış “6293” saylı bağ sahəsini alqısatqımüqaviləsi əsasında X12 satmış, daha sonra Satıcı X15 alqı-satqımüqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 6293 saylı bağ sahəsini X6 mülkiyyətinə keçmişdir. Hal-hazırda sonuncunun mülkiyyətindədir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər X4 və X10 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli qərardadı ləğv edilməli, üçüncü şəxs olan X2 qərarın icrasında dönüş edilməsi barədə ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər məhkəmə icraatında Azərbaycan Respublikasınının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Maddə 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Maddə 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Maddə 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. İşin hallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 38/2018 saylı, 6 fevral 2018-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş, məhkəmə qərarı qanuni qüvvəyə mindiyindən xx.xx.2019-cu il tarixdə icra olunması üçün cavabdeh orqana göndərilmiş, xx.xx.2019-cu il tarixdə məhkəmə qərarı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tam icra edilərək bu barədə məhkəməyə məlumat daxil olmuşdur. Sonradan ərizəçi X4 ərizə ilə müraciət edərək, qərarın ləğv edilərək iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, eyni zamanda icranın nəticələrini aradan qaldırılmasını xahiş etmişdir, məhkəmə tərəfindən ərizə təmin edilməmiş, həmin qərardan apellyasiya şikayəti verildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən ərizəçinin şikayəti təmin edilərək X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi barədə xx.xx.2023-cü il tarixdə qərardad qəbul edilmişdir. Bununla iş yenidən mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, icrada dönüş iş üzrə qəbul edilmiş qərarın, hazırki iş üzrə Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2-1(82)-38/2018 saylı qərarının ləğv edilməsindən sonra həmin qərarın icrası ilə bağlı həyata keçirilmiş hərəkətlərin, yəni ünvan 3 ünvanına dair İddiaçı adına verilmiş ********* qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli elektron çıxarışın ləğvinə yönələn tədbirlərin görülməsini ehtiva edir. İşə baxan birinci instansiya məhkəməsi yalnız işin hallarını sadalamaqla kifayətlənmiş, ünvan 3 ünvanına dair İddiaçı adına ********* qeydiyyat nömrəli, xx.xx.2019cu il tarixli elektron çıxarışın verilməsindən ibarət icranın dönüşü ilə bağlı tədbirlər görmək əvəzinə, əslində mövcud olmayan həmçinin, əvvəlki məhkəmə icraatı zamanı həll edilməyən reyestr qeydlərinin bərpa edilməsi öhdəliyini cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoymuşdur. Belə ki, 6245 nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində nə ərizəçi, nə də onun mərhum həyat yoldaşının adına qeydiyyat mövcud olmamış, əksinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən ətraflı araşdırılma aparılmadan, əsassız olaraq ümumiyyətlə mövcud olmamış qeydin bərpası öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bundan başqa üçüncü şəxs X4 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisi, “6245” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş və xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər fiziki şəxs tərəfindən hasara alınaraq istifadə olunduğu müəyyən olunduğu (torpaq sahəsi istifadəsində olmadığı), bundan başqa elektron kadastr məlumatlarına əsasən şərti olaraq göstərilən torpaq sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavab məktubu ünvanlanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli qərardadı ləğv edilsin. X1 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 6 fevral 2018ci il tarixli qərarının ləğvi ilə bağlı həmin qərarın icrasında dönüş edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar