Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2543/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X7 və X5 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7134/2025 saylı 18 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. İddiaçıya məxsus 025313 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1982-ci ildən 1987-ci ilədək təhsil alaraq “Avtomobillərə texniki xidmət və onların təmiri” ixtisası üzrə tam kursu bitirmiş və ona mexanik ixtisası verilmişdir. İddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1983xx.xx.1985-ci illərdə hərbi xidmətdə olmuşdur. İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixində xx.xx.1997-ci il tarixli 98 saylı əmrlə Azərbaycan Respublikası X13- X9 Təcrübə-Sənaye Zavodunun eksperimantal təmir montaj sexinə 3-cü dərəcləli qazanxana maşinisti keçirilmişdir. xx.xx.1998-ci il tarixində xx.xx.1998-ci il tarixli 34 N-li əmrlə 4-cü dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.1998-ci il tarixində xx.xx.1998-ci il tarixli 135 №-li əmrlə 5-ci dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.2005-ci il tarixində xx.xx.2005ci tarixli 57 №-li əmrlə 5-ci dərəcəli nasosxana maşinisti keçirilmişdir. xx.xx.2006-cı il tarixində xx.xx.2006-cı il tarixli 11 N-li əmrlə 4 saylı sexə 5-ci dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.2010-cu il tarixində xx.xx.2010-cu il tarixli 39 N-li əmrlə ES-nə 5-ci dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.2012-ci il tarixində xx.xx.2012-ci il tarixli 21 №-li əmrlə yeni yaradılmış 4-cü sexə 5-ci dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.2015-ci il tarixində xx.xx.2015-ci il tarixli 96 N-li əmrlə 3 saylı sexdən 2 saylı sexə keçirilmişdir. xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixində 15 N-li əmrlə Elmlər Akademiyası X2 Təcrübə-Sənaye Zavodunun yenidən təşkili əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixli 03 N-li əmrlə 2 saylı sexə 5-ci dərəcəli qazanxana maşinisti vəzifəsinə təyin olunmuşdur. xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixli 05 №-li əmrlə 1 və 2 saylı sexlər birləşdirilərək istehsal texnoloji sex yaradılmışdır. xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixli 14 Nli əmrlə istehsal texnoloji sexin qazanxana maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixində xx.xx.2019-cu il tarixli 43 №-li əmrlə struktur dəyişikliyi ilə əlaqədar istehsalat Texnoloji Şöbədə istehsal sahəsinin 6-cı dərəcəli qazanxana maşinisti vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixində xx.xx.2019-cu il tarixli 130 №-li əmrlə Qazanxana təsərrüfatı sahəsinə 6-cı dərəcəli qazanxana maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixində xx.xx.2021-ci il tarixli əmrlə sruktur dəyişikliyi ilə əlaqədar Qazanxana Təsərrüfatı və Xidmət Sahəsində 6-cı tarif dərəcəsi ilə qazanxana maşinisti vəzifəsinə təyin olunmuşdur. “"xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 04 saylı şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışında qeyd olunur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Zavodun qazanxanasında qazanxana maşinisti vəzifəsində 06 oktyabr 1997-ci ildən (98/k saylı xx.xx.1997-ci il tarixli əmr) - halhazıradək tarixləri arasındakı dövr ərzində zərərli şəraitdə işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 27 il, 2 ay, 14 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri qazanxana avadanlığı üzrə maşinist vəzifəsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin a bəndinə 24.a (qazanxana avadanlığı üzrə nəzarətçi maşinist) vəzifə koduna uyğundur. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh 13 yanvar 2025-ci il tarixli imtina məktubunda bildirmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X14 qərarlarını, X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”nin 20 dekabr 2024-cü il tarixli 04 nömrəli sizə dair arayışında xx.xx.1997-ci il tarixindən bugünədək sözügedən müəssisənin qazanxanasında qazanxana maşinisti peşəsində işlədiyiniz qeyd olunub. İşlədiyiniz sahə və vəzifə həmin arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə və qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər vəzifəsinə aid deyil. Bu səbəbdən də, sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”nin iddiaçıya dair 20 dekabr 2024-cü il tarixli 04 nömrəli arayışında xx.xx.1997- ci il tarixindən bugünədək sözügedən müəssisənin qazanxanasında qazanxana maşinisti peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahə və vəzifə həmin arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə və qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər vəzifəsinə aid deyildir. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququn yarandığı gündən ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının vəkilinin ərizəsi əsasında iddia tələbi “iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. xx.xx.1982-ci il tarixində xx.xx.1982-ci il 82 saylı əmrlə Azərittifaqın Ticarət avadanlığı və metal konstruksiyası kombinatına 2-ci dərəcəli avtomobil çilingəri qəbul edilmişdir. xx.xx.1983-cü il tarixində xx.xx.1983-ci il tarixli 79 №-li əmrlə hərbi xidmətə getmək üçün işdən azad edilmişdir. xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək hərbi xidmətdə olmuşdir. xx.xx.1985-ci il tarixində xx.xx.1985-ci il 135 №-li əmrlə Azərittifaqın Ticarət avadanlığı və metal konstruksiyası kombinatına 2-ci dərəcəli torpaqla şüşə cilalayıcı vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1985-ci il tarixində xx.xx.1985-ci il tarixli 232 №-li əmrlə avadanlığın təmiri emalatxanasına 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.1987-ci il tarixində xx.xx.1987-ci il 52 №-li əmrlə ticarət avadanlığı sahəsinə 3-cü dərəcəli dülgər işinə keçirilmişdir. xx.xx.1990-cı il tarixində xx.xx.1990-cı il 25 №-li əmrlə AZ SSSR-nin əmək qanunun 37-ci maddəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.1990-cı il tarixində xx.xx.1990-cı il 50 №-li əmrlə Bakı şəhəri Lenin rayonu, DİN-nin nəzdində mühafizə şöbəsində gözətçi vəzifəsinə təyin edilmişdir. xx.xx.1990-cı il tarixində xx.xx.1990-cı il 129 №-li əmrlə AZ SSSR-nin əmək qanunun 37ci maddəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.1990-cı il tarixində xx.xx.1990-cı il 185 №li əmrlə Azərbaycan Dəmir Yollan Bakı Elektrik qatarları stansiyaları elektrik təchizatı Buzovna rayonuna qədər elektrik şəbəkəsi üzrə 3-cü dərəcəli elektrik mantyoru işinə qəbul edilmişdir. xx.xx.1990-ci il tarixində xx.xx.1990-ci il 188NH əmrlə əmək qanunun 37-ci maddəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.1990-cı il tarixində xx.xx.1990-cı il tarixli 94N-li əmrlə Azərittifaqın Ticarət avadanlığı və metal konstruksiyası kombinatına ticarət avadanlığı sahəsinə 3-cü dərəcəli dülgər işinə qəbul olunmuşdur. xx.xx.1992-ci il tarixində xx.xx.1992-ci il tarixli 27 №-li əmrlə 37-ci maddəyə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1992-ci il tarixində xx.xx.1992-ci il tarixli 74 Nli əmri 3-cü dərəcəli dülgər qəbul edilmişdir. xx.xx.1994-cü il tarixində xx.xx.1994-cü il 4 №- li əmrlə əmək məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.1997-ci il tarixində xx.xx.1997-ci il tarixli 98 saylı əmrlə Azərbaycan Respublikası Elmlər Akademiyası X2 Təcrübə-Sənaye Zavodunun eksperimantal təmir montaj sexinə 3-cü dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.1998-ci il tarixində xx.xx.1998-ci il tarixli 34 №-li əmrlə 4-cü dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.1998-ci il tarixində xx.xx.1998-ci il tarixli 135 №-li əmrlə 5-ci dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.2005-ci il tarixində xx.xx.2005ci tarixli 57 Nli əmrlə 5-ci dərəcəli nasosxana maşinisti keçirilmişdir. xx.xx.2006-cı il tarixində xx.xx.2006- cı il tarixli 11 №-li əmrlə 4 saylı sexə 5-ci dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.2010-cu il tarixində xx.xx.2010-cu il tarixli 39 №-li əmrlə ES-nə 5-ci dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.2012-ci il tarixində xx.xx.2012-ci il tarixli 21 N-li əmrlə yeni yaradılmış 4-cü sexə 5-ci dərəcəli qazanxana maşinisti keçirilmişdir. xx.xx.2015-ci il tarixində xx.xx.2015-ci il tarixli 96 №-li əmrlə 3 saylı sexdən 2 saylı sexə keçirilmişdir. xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixində 15 №-li əmrlə Elmlər Akademiyası X2 Təcrübə-Sənaye Zavodunun yenidən təşkili əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixli 03 N-li əmrlə 2 saylı sexə 5-ci dərəcəli qazanxana maşinisti vəzifəsinə təyin olunmuşdur. xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixli 05 №-li əmrlə 1 və 2 saylı sexlər birləşdirilərək istehsal texnoloji sex yaradılmışdır. xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixli 14 №li əmrlə istehsal texnoloji sexin qazanxana maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixində xx.xx.2019-cu il tarixli 43 №li əmrlə struktur dəyişikliyi ilə əlaqədar istehsalat Texnoloji Şöbədə istehsal sahəsinin 6-cı dərəcəli qazanxana maşinisti vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixində xx.xx.2019-cu il tarixli 130 №li əmrlə Qazanxana təsərrüfatı sahəsinə 6-cı dərəcəli qazanxana maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixində xx.xx.2021-ci il tarixli əmrlə struktur dəyişikliyi ilə əlaqədar Qazanxana Təsərrüfatı və Xidmət Sahəsində 6-cı tarif dərəcəsi ilə qazanxana maşinisti vəzifəsinə təyin olunmuşdur. Bugünə kimi həmin vəzifədə işləyir. Əmək kitabçasındakı əmək stajından da görünür ki, xx.xx.1982-ci ildən xx.xx.1994-cü ilədək (hərbi xidmət də daxil olmaqla) cəmi 10 il 4 ay 23 gün əmək stajı var. Daha sonra zərərli iş sayılan xx.xx.1997-ci il tarixində xx.xx.1997-ci il tarixli 98 saylı əmrlə Azərbaycan Respublikası Elmlər Akademiyası X2 Təcrübə-Sənaye Zavodunun eksperimantal təmir montaj sexinə 3-cü dərəcəli qazanxana maşinisti işləməyə başlamış və həmin dövrdən bugünə kimi müxtəlif sexlərdə və sahələrdə qazanxana maşinisti işləmiş və hazırda da işləyir. Bugünə kimi 27 il, 3 ay, 27 gün zərərli işdə işləmişdir. Beləliklə, cəmi 37 il 8 ay 20 gün əmək stajı var. “Qazanxana maşinisti” peşəsi zərərli işdir. Hal-hazırda da həmin vəzifədə çalışır. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etdi. Lakin cavabdeh imtina verərək “qazanxana maşinisti” peşəsinin zərərli iş olmadığını bildirdi. Azərbaycan Respublikasının Nazirlər Kobinetinin 23 yanvar 2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bəndində “qazanxana maşinisti” peşəsinin adı qeyd olunmuşdur. Bu səbəbdən də cavabdehin imtinası tam olaraq əsassızdır. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”nin iddiaçıya dair 20 dekabr 2024-cü il tarixli 04 nömrəli arayışında xx.xx.1997-ci il tarixindən bugünədək sözügedən müəssisənin qazanxanasında qazanxana maşinisti peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahə və vəzifə həmin arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə və qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər vəzifəsinə aid deyildir. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7134/2025 saylı 18 mart 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə yanaşı, əlavə olaraq bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”nin iddiaçıya dair 20 dekabr 2024- cü il tarixli 04 nömrəli arayışında xx.xx.1997-ci il tarixdən bugünədək sözügedən müəssisənin qazanxanasında qazanxana maşinisti peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahə və vəzifə həmin arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə və qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər vəzifəsinə aid deyildir. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Həmçinin qeyd edirik ki, iddiaçı tərəfindən cavabdehə inzibati icraat gedişatında əlavə olaraq güzəştli iş stajını təsdiq edəcək sənədlər təqdim edilməmiş, təqdim edilmiş sənədlərə cavabdeh tərəfindən münasibət bildirilmişdir. Daha sonra məhkəmə araşdırması gedişatında məhkəmə tərəfindən sorğu verilmiş. məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı həqiqətən 06 oktyabr 1997-ci il tarixdən halhazıradək Azərbaycan Respublikası Elmlər Akademiyası X1xanasında qazanxana maşinisti vəzifəsində tam iş günü işləmişdir. Lakin həmin arayış işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməmiş, əsaslandırılmamışdır. Göründüyü kimi, İddiaçı güzəştli iş stajı yoxdur. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2025-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə ona yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “onun güzəştli iş stajının olmaması” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş stajına, 12 il 6 aydan artıq isə güzəştli iş stajına malik olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması. xx.xx.2022-ci il tarixdən adı çəkilən Qanunda pensiya kapitalı ilə bağlı nəzərdə tutulan tələb aradan qaldırılmışdır. İşdən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olması, həmin tarixə, yəni xx.xx.2024-cü il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması gərəkdir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını, diplomunu, hərbi biletini və müvafiq güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus 025313 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1982-ci ildən 1987-ci ilədək təhsil alaraq “Avtomobillərə texniki xidmət və onların təmiri” ixtisası üzrə tam kursu bitirmiş və ona mexanik ixtisası verilmişdir. İddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1983xx.xx.1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasındakı məlumatlara əsasən onun 25 ildən artıq iş stajı mövcuddur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixə ümumi iş stajının iş materiallarında olan əmək kitabçasına əsasən 25 ildən artıq olduğu müəyyən olunur. Bu hal cavabdeh qurum tərəfindən də mübahisələndirilmir. Buna görə də iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Lakin hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının olması halı mübahisələndirilir. Belə ki, iddiaçıya ünvanlanmış imtina məktublarında, iddiaya dair etirazda həmçinin apellyasiya şikayətində ona istinad edilmişdir ki, “iddiaçının xx.xx.1997-ci il tarixindən bugünədək “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”ndə işlədiyi müəssisənin qazanxanasında qazanxana maşinisti peşəsi Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə və qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər vəzifəsinə aid deyil və bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş materiallarında “"xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 04 saylı şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışında qeyd olunur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Zavodun qazanxanasında qazanxana maşinisti vəzifəsində 06 oktyabr 1997-ci ildən (98/k saylı xx.xx.1997-ci il tarixli əmr) - hal-hazıradək tarixləri arasındakı dövr ərzində zərərli şəraitdə işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 27 il, 2 ay, 14 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri qazanxana avadanlığı üzrə maşinist vəzifəsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin a bəndinə 24.a (qazanxana avadanlığı üzrə nəzarətçi maşinist) vəzifə koduna uyğundur. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı həqiqətən 06 oktyabr 1997-ci ildən hal-hazıradək Azərbaycan Respublikası X13 Kimya X8 - Sənaye Zavodunda (xx.xx.2018-ci ildən "xxxx" MMC adlandırılmışdır) zərərli şəraitdə Zavodun istehsalat sahələrini buxar ilə təmin edən qazanxanasında qazanxana maşinisti vəzifəsində tam iş günü işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri qazanxana avadanlığı üzrə maşinist vəzifəsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) a bəndinə 24.a (qazanxana avadanlığı üzrə nəzarətçi maşinist) vəzifə koduna uyğundur. Qeyd: İddiaçı zərərli şəraitdə işlədiyinə görə 28 saylı şəhər poliklinikasında qeydiyyata alınmış və hər il mütəmadi olaraq müayinələrdən keçmişdir. Apelyasiya baxışı zamanı iddiaçının güzəştli iş stajı təkrar araşdırılmış və Azərbaycan Milli Elmlər Akademiyası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu verilmişdir. MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı həqiqətən 06 oktyabr 1997-ci ildən hal-hazıradək Azərbaycan Respublikası X13 Kimya X8 - Sənaye Zavodunda (xx.xx.2018-ci ildən "xxxx" MMC adlandırılmışdır) zərərli şəraitdə Zavodun istehsalat sahələrini buxar ilə təmin edən, yəni buxar təsərrüfatı kimi fəaliyyət göstərən qazanxanasında qazanxana maşinisti vəzifəsində tam iş günü işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri qazanxana avadanlığı üzrə nəzarətçi maşinist vəzifəsinin funksiyasından ibarət olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) a bəndinə 24.a (qazanxana avadanlığı üzrə nəzarətçi maşinist ) vəzifə koduna uyğundur. İddiaçı çalışdığı peşənin vəzifə borcu qazanxana avadanlıqlarına xidmət və nəzarət etməkdən ibarət olduğu "xxxx" MMC-nin Qazanxana təsərrüfatı və xidmət sahəsinin qazanxana maşinistinin Vəzifə Təlimatının İİ bölməsində əks olunur. Həmin məktuba əlavə edilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən 12 dekabr 1997-ci ildən hal-hazıradək Azərbaycan Respublikası X13 Kimya X8 - Sənaye Zavodunda (xx.xx.2018-ci ildən "‘Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-Sənaye Zavodu” MMC adlandırılmışdır) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) zavodun istehsalat sahələrini buxar ilə təmin edən qazanxanasında (buxar təsərrüfatı sahəsi) qazanxana maşinisti (nəzarətçi maşinist) vəzifəsində zərərli şəraitdə tam iş günü işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri qazanxana avadanlıqlarına nəzarət etməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bölməsinin a bəndinə 24.a (qazanxana avadanlığı üzrə nəzarətçi maşinist ) vəzifə koduna uyğundur. Həmin məktuba əlavə edilmiş AMEA Təcrübə-Sənaye zavodu" MMC-nin Qazanxana təsərrüfatı və xidmət sahəsinin qazanxana maşinistinin TSZ/VT-24 saylı Vəzifə Təlimatının 1 -ci bəndinə əsasən qazanxana maşinisti (aparatçısı) bilavasitə sex rəisinə və sexin mühəndis-texniki işçilərinə tabe olur. Qazanxana maşinisti (aparatçisi) zavod direktorunun zavodun baş mühəndisi ilə razılaşdırılmış əmrinə əsasən təyin olunur, vəzifəsi dəyişdirilir və tutduğu vəzifədən azad olunur. Həmin Təlimatın 2-ci bəndinə əsasən vəzifə borcu: 2.1 Su qızdırıcı və buxar qazanlarına xidmət; 2.2. Nəzarət-ölçü cihazlarında suyun səviyyəsinə, təzyiqə və buxarın, suyun və ayrılan qazların temperaturuna nəzarət.; 2.3. Qazanların işinin tələb olunan buxar qrafıkinə əsasən tənzimlənməsi. İstilik verilməsinə nəzarət.; 2.4. Avadanlığın işində olan nasazlıqları aşkar etmək və aradan qaldırmaq; 2.5. Qida xətlərinin dəyişdirilməsi. Buxar xətlərinin doldurulması və boşaldılması; 2.6. Qazanlara, onların köməkçi mexanizmlərinə, nəzarət-ölçü cihazlarına profilaktiki baxışda, qazan aqreqatlarının planlı-xəbərdarlıqlı təmirində iştirak etmək. Onların təmirdən sonra qəbulu və işə hazırlanması.; 2.7. Qazanların yandırılması, işə salınması, dayandırılması və onun su ilə təchiz edilməsi. Nasos, motor, havadəyişdiricilər və digər köməkçi mexanizmlərin işə salınması və dayandırılması; 2.8. Qazanların yuyulması, təmizlənməsi və təmirində iştirak etmək. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçının 12 dekabr 1997-ci il tarixdən bugünədək “Azərbaycan Respublikası X13 Kimya X8 - Sənaye Zavodunda (xx.xx.2018-ci ildən "‘Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-Sənaye Zavodu” MMC adlandırılmışdır) “qazanxana maşinisti ” vəzifəsi Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin a bəndinə -qazanxana avadanlığı üzrə nəzarətçi maşinist vəzifə koduna uyğun uyğun gəlir. Buna görə də hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən onun iddia tələbi əsaslı olmuş və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin olunmuşdur. Bununla da cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və məhkəmənin 2-1(112)-7134/2025 saylı 18 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7134/2025 saylı 18 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X16 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2543/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2543/2025
17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver