Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2544/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, iddiaçının nümayəndəsi X6 İddiaçının vəkili X9 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər: Bakı Şəhər İcra Hakimiyyəti, Səbail rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin 58 saylı Mənzil Kommunal İstismar Sahəsi) “qarajın rəsmiləşdirilməsi” barədə iddiasına dair iş üzrə tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1897/2021 saylı, 29 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (qərarın təsviri hissəsində Nizami rayon İcra Hakimiyyəti yazılmışdır) qarşı (3-cü şəxs Bakı Şəhər İcra Hakimiyyəti) Səbail rayonu, T.Elçin küçəsi, 7 saylı yaşayış binasının qarşısında qanuni əsaslarla tikilmiş və 15 ildən artıq faktiki istifadəsində olan daş qarajın İddiaçı adına sənədləşdirilməsi barədə inzibati akt- sərəncam qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildən indiyə qədər faktiki istifadəsində olan daş qarajın adına sənədləşdirilməsi barədə sərəncam qəbul edilməsi üçün ərizə ilə Cavabdehnə müraciət etmişdir. Səbail rayonu (keçmiş 26 Bakı komissarı adına) İcraiyyə Komitəsinin 18.09.1991 -ci il tarixli, 18/3415 saylı qərarı ilə vətəndaşlar X7 və X1 H.Niyazi (indiki T.Elçin) küçəsi, 7 saylı binanın qarşısında xüsusi avtomobil saxlamaq üçün qaraj quraşdırılmasına icazə verilmişdir. Qarajların yerləşmə sxemi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 12.09.1991-ci il tarixli, 18/02-6/646 saylı məktubu ilə razılaşdırılmışdır. Yerləşmə cizgisində 2 nömrəsi ilə işarələnmiş qaraj X7 məxsus olmuşdur. Qarajın quraşdınlmasına icazə sənədlərini aldıqdan sonra İlqar Ocaqov yerləşmə cizgisinə uyğun sahədə qaraj tikintisi üçün 26.101991-ci il tarixdə Bakı şəhər İcraiyyə Komitəsi yanında Xüsusi Təmir-tikinti İdarəsinə sifariş vermiş və həmin sifariş əsasında 06.11.1991-ci il tarixdə Tikinti İdarəsi qarajın tikintisini başa çatdıraraq sifarişçiyə təhvil vermişdir. Uzun müddət ərzində həmin daş qaraj İlqar Ocaqovun istifadəsində olmuş, lakin yaşadığı mənzil satıldıqdan sonra o qarşılıqlı razılıq əsasında özünə məxsus olan daş qarajı iddiaçının istifadəsinə vermiş və qeydiyyatdan çıxaraq başqa yaşayış ünvanına köçmüşdür. X7 məxsus olmuş həmin daş qarajın 2005-ci ildən bu günə qədər iddiaçının faktiki istifadəsində olduğunu 58 saylı MKİS tərəfindən təsdiq olunmuş qonşuların imzaladığı 15.11.2017-ci il tarixli akt bir daha təsdiq edir. Eyni zamanda 58 saylı MKİS tərəfindən vəkil sorğusuna verilmiş 20.05.2020-ci il tarixli, 102 saylı arayışdan da görünür ki, sözügedən daş qarajı faktiki olaraq ona satmış X10 yaşadıqları mənzilin satılması ilə əlaqədar 19.08.1999-cu ildə qeydiyyatdan çıxarılmışdır. Onların yaşamış olduqları mənzil isə 06.08.1999-cu il tarixli, 30/14515 saylı qeydiyyat vəsiqəsinə əsasən X2 məxsusdur. Səbail rayon MKTB-yi tərəfindən verilmiş 12.05.2020-ci il tarixli mədaxil qəbzindən göründüyü kimi, 2005-ci ildən 2020-ci ilə qədər müddət üçün qarajdan istifadəyə görə istismar haqqı da iddiaçı tərəfindən ödənilmişdir. Göstərilənlərə əsaslanaraq, 15 ildən artıq onun faktiki istifadəsində olan daş qarajın adına keçirilməsi üçün ərizə ilə Cavabdehnə müraciət etmişdir. Lakin, onun müraciətinə verilmiş 27.08.2020-ci il tarixli, 10-P-9/2-091/2- 1/1 saylı cavab məktubunda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 10.01.2001 -ci il tarixli, 7-12/7 saylı məktubuna əsasən, 01.01.2001-ci il tarixdən vətəndaşlara qaraj tikintisi üçün torpaq sahələrinin ayrılmasına və addan-ada dəyişdirilməsinə yerli icra hakimiyyəti orqanları tərəfindən sərəncam verilmir. Ona görə də həmin məktubla ona Bakı şəhər İcra Hakimiyyətinə və ya məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur. Həmin cavabı aldıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətində qəbulda olmuş, lakin şifahi olaraq ona bildirilmişdir ki, Cavabdeh məktubunda göstərildiyi kimi məsələnin həlli üçün məhkəməyə müraciət edə bilər. Halbuki, ona verilmiş cavablar mövcud qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Çünki, qüvvədə olan qanunvericilik aktlarında daş qarajın addan-ada keçirilməsinə və ya uzun illər qarajdan istifadə edən şəxsin adına sənədləşdirilməsi barədə inzibati akt qəbul edilməsinə heç bir məhdudiyyət qoyulmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1897/2021 saylı, 29 iyul 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş cavabdeh və üçüncü şəxslər öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən məhkəməyə və inzibati orqana şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdehnə müraciət edərək Səbail rayonu, T.Elçin küçəsi, 7 saylı yaşayış binasının qarşısında tikilmiş və 15 ildən artıq faktiki istifadəsində olan daş qarajı onun adına sənədləşdirilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək 27.08.2020-ci il tarixli məktubla bildirmişdir: “Qarajın addan-ada keçirilməsi barədə Səbaıl Rayon İcra Hakimiyyətinə ünvanladığınız P-9/2-091 /2-t/1 saylı, 13.08 2020-ci il tarixli müraciətinizə baxılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 7-12/7 saylı, 10 01 2001-cı il tarixli məktubu əsasında nəzərinizə çatdırırıq ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli qanununa əsasən 01 yanvar 2001cı il tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativ qaraj tikintisi üçün torpaq sahəsinin ayrılmasına və addan-ada dəyişdirilməsinə yerli İcra Hakimiyyəti orqanları tərəfindən sərəncam verilmir, bu sahələr üzrə verilən sərəncamlar isə qeyri qanuni hesab edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinə və ya məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur.” Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni hesab edərək iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakı sənədlərə istinad etmişdir. - Dövlət Arxivinin Bakı Filialı 737 nömrəli 09.10.2020- ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq 26 Bakı komissarı adına (indiki Səbail) İcraiyyə Komitəsinin 18.09.1991-ci il tarixli, 18/3415 saylı qərarının və həmin qərara əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. - 26 Bakı komissarı adına (indiki Səbail) İcraiyyə Komitəsinin 18.09.1991-ci il tarixli, 18/3415 saylı qərarına əsasən H.Niyazi küçəsi 7 nömrəli evin qarşısında yığmadəmir qarajlar qurmaq üçün İ.V.Ocaqov və C.İ.Məmmədova icazə verilmişdir. - İş materiallarında olan Bakı şəhər XDS İK-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 03 sentyabr 1991-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Niyazi küçəsində yaşayan sakinlər- İ.N Ocaqov və D.İ Məmmədova Bakı şəhəri, Niyazi küçəsi, 7 nömrəli evin qarşısında 2 metal qarajın quraşdırılmasına istisna olaraq rayon xidmətlərindən rəylər alınmaq şərtilə icazə verilmişdir. Məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçının hazırki tələbini faktiki istifadəsində olan daş qarajın onun adına sənədləşdirilməsi, faktiki olaraq mübahisə predmeti olan qarajın İ.V.Ocaqovun adından öz adına keçirilməsi, yəni 26 Bakı komissarı adına (indiki Səbail) İcraiyyə Komitəsinin 18.09.1991-ci il tarixli, 18/3415 saylı qərarının dəyişdirilməsi təşkil edir. 19.06.1999-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18.10.1991-ci il tarixli 372 nömrəli Fərmanında göstərilmişdir: “4.Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir. 5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər. 6. Rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir” İş materiallarından göründüyü kimi 15.11.2007-ci il tarixdə T.Elçin küçəsi ev 8 ünvanda yerləşən 13, 6 və 5 nömrəli mənzildə yaşayan sakinlər tərəfindən tərtib edilmiş və Bakı şəhəri Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 58 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş Aktda 26 Bakı Komissarı adına İcraiyyə Komitəsinin 18/İX-91-ci ildə verilən 18/3415 saylı qərarına əsasən T.Elçin küçəsi 7 saylı evin qarşısında yerləşən yığma dəmir qaraj T.Elçin küçəsi 8 saylı evin 38 saylı mənzilin keçmiş sakini X4 istifadəsində olması, 26/X-1991-ci ildə həmin yığma dəmir qaraj Bakı şəhər İcra Komitəsinin sifarişinə əsasən daş qarajla əvəz olunması, 2005-ci ildən vətəndaş X10 ona məxsus olan qarajı vətəndaş İddiaçı istifadəsinə verilməsi, həmin vaxtdan bu günə qədər qeyd edilən qarajın İddiaçı istifadəsində olması göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mübahisə predmeti olan qaraja dair subyektiv hüququnu müəyyən edən sənədi yoxdur. İddiaçının hazırki tələbi irəli sürərkən istinad etdiyi yeganə sənədi Bakı şəhəri Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 58 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 15.11.2007-ci il tarixdə təsdiq edilmiş aktdır ki, həmin akt əmlaka dair hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, “Torpaq islahatı haqqında “ AR Qanunun 25-ci maddəsinə dəyişiklik edilməsi barədə AR Prezidentinin 29 dekabr 2000-ci il tarixli Qanununa əsasən 01 yanvar 2001-ci il tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativ qaraj tikintisi üçün torpaq sahəsinin ayrılmasına və addan-ada dəyişdirilməsinə yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti olmadığından Cavabdeh imtinası əsaslı olmuşdur və iddiaçının hər hansı bir hüququ pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sənədlər hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz, mübahisə predmeti olan qarajın İddiaçı verilməsini təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1897/2021 saylı, 29 iyul 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2544/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2544/2021
01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver