Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2545/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6010/2022 saylı 11 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən 3 mənzili qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2015-ci il tarixli şəhadətnamələrə əsasən iddiaçı tərəfindən mərhum atası X1 mirası kimi qəbul edilmişdir. Nizami rayon İcra Hakimiyyəti Başçısının 483 saylı xx.xx.2004-cü il tarixli sərəncamına əsasən həmin fın tipli evin uzun illər istismar nəticəsində yaşayış üçün tam yararsız vəziyyətə düşdüyü nəzərə alınaraq sökülüb təsdiq olunmuş baş plana uyğun sahədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə, 7-26247 sayda razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən qurulmasına icazə verilmişdir. Bakı şəhəri, 8-ci km. Qəsəbəsi, Şərifli 42 ünvanında yerləşən yaşayış evinin xx.xx.2003-cü il tarixdə Amerikanın Tikinti Dizayn İnstitutunun üzvü İlqar Əliyev tərəfindən eskiz layihəsi tərtib edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti “Bakı şəhər Ekspertiza Mərkəzi”nin 57-E/8 saylı 24 yanvar 2008-ci il tarixli rəyindən görünür ki, iddiaçının tikdiyi ünvan 5 ünvanda 2 mərtəbəli, zirzəmili, mansardlı fərdi yaşayış evinin işçi layihəsi ekspertizanın verdiyi iradların nəzərə alınması şərti ilə razılaşdırılmış və tikinti üçün tövsiyə edilmişdır. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqqında komissiyanın aktından görünür ki, ünvan 3 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi istismara qəbul edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ayrı-ayrılıqda verilmiş Seriya RX ******* saylı, RX ******* saylı və RX ******* saylı çıxarışların surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 3 mənzil, ümumi sahəsi müvafiq olaraq 61.7 kv.m., 23,5 kv.m. və 19,4 kv.m. olan mənzillər üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2016-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı yuxarıda qeyd olunan mənzillərin sökülüb, yerində yenidən inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbi sonuncu tərəfindən təmin edilməmişdir. Belə ki, DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən fərdi yaşayış evinə texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarış verilməsinə dair iddiaçının müraciətinə və əlavə edilmiş sənədlərə baxılaraq ünvanladığı xx.xx.2013-cü il tarixli **********22 saylı imtina məktubu ilə bildirilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən ünvan 6 ünvanında yerləşən mənzillər ümumilikdə yaşayış sahəsi 45,0 kv.m olan 3 otaq kimi qeydiyyatdan keçmişdir. Nizami rayon İcra Hakimiyyəti Başçısının 483 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamında mənzillər sökülərək yerində fərdi yaşayış evinin inşa edilməsi faktı təsdiq edilmişdir. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktına əsasən fərdi yaşayış evinin ümumi sahəsi 555.2 kv.m, eskiz layihəyə əsasən isə fərdi yaşayış evinin yaşayış sahəsi 88,8 kv.m, ümumi sahəsi 545,9 kv.m olmaqla 5 otaqdan ibarətdir. Yoxlama ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin faktiki yaşayış sahəsi 93,7 kv.m, köməkçi sahəsi 190,1 kv.m, ümumi sahəsi 283,8 kv.m, zirzəmi sahəsi 152,9 kv.m, mansard sahəsi 133,3 kv.m, eyvan sahəsi 26,2 kv.m təşkil edir. Eskiz layihə ilə faktiki vəziyyət arasında fərqlər mövcuddur, mansardda yerləşən 2 saylı sahədən yaşayış otağı kimi istifadə olunmaqdadır. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən Bakı şəhəri, M. Şərifli küçəsi, 42 nömrəli fin tipli evin sökülərək yenidən qurulması səbəbindən əvvəlki hüquqların ləğv edilməsi və yeni əmlaka dair mülkiyyət hüququnun təsdiq edilməsi barədə iddiaçının müraciətinə və əlavə edilmiş sənədlərə baxılaraq iddiaçıya ünvanladığı xx.xx.2013-cü il tarixli **********24 saylı imtina məktubu ilə bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəhər Ərazi İdarəsində aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən yaşayış sahəsi ümumilikdə 45,0 kv.m. olmaqla 3 otaq kimi qeydiyyatdan keçmişdir. Nizami rayon İcra Hakimiyyəti Başçısının 483 saylı xx.xx.2004-cü il tarixli sərəncamına əsasən yaşadığı həmin fın tipli evin sökülərək yerində fərdi yaşayış evinin yaşayış sahəsi 88,8 kv.m ümumi sahəsi 545,9 kv.m olmaqla 5 otadan ibarətdir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəsislər sözügedən ünvanda olarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin faktiki olaraq yaşayış sahəsi 93,7 kv.m, köməkçi sahəsi 190.1 kv.m, ümumi sahəsi 283,8 kv.m, zirzəmi sahəsi 152,9 kv.m, mansard sahəsi 133,3 kv.m., eyvan sahəsi 26,2 kv.m. təşkil edir. Eskiz layihəsi ilə faktiki vəziyyət arasında fərqlər mövcuddur. Eyni torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. DƏDRX-nin 1 saylı ünvan 8 ünvanında yerləşən mənzilə texniki pasportun tərtib edilməsi, ünvan və dövlət reyestrindən çıxarış verilməsinə dair iddiaçının müraciətinə və əlavə edilmiş sənədlərə baxılaraq iddiaçıya ünvanladığı xx.xx.2015-cü il tarixli **********77 saylı digər imtina məktubu ilə bildirilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən mənzilin ümumi sahəsi 19,4 kv.m, yaşayış sahəsi 12,0 kv.m olan 1 otaq kimi qeydiyyatdan keçmişdir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, mənzil sökülmüş, yerində 2 mərtəbəli, mansardlı fərdi yaşayış evi inşa edilmişdir. Əlavə olaraq istifadədə olan 900,0 kv.m artıq torpaq sahəsinə və aparılmış dəyişikliklərə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanladığı xx.xx.2015cü il tarixli **********06 saylı və xx.xx.2015-ci il tarixli **********26 saylı digər imtina məktubları ilə bildirilmişdir ki, təqdim edilmiş texniki pasporta əsasən mənzilin ümumi sahəsi 23,5 kv.m, yaşayış sahəsi 12,0 kv.m, 1 otaq kimi qeydiyyatdan keçmişdir. Yoxlama ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, mənzil sökülmüşdür və əlavə 900,0 kv.m torpaq sahəsi istifadəndədir və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanladığı xx.xx.2016-ci il tarixli **********90 saylı digər imtina məktubu ilə bildirilmişdir ki, Xidmətin Bakı Şəhər Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən sözügedən ünvanda yerləşən mənzillər ümumilikdə yaşayış sahəsi 45,0 kv.m olan 3 otaq kimi qeydiyyatdan keçmişdir. Yoxlama ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, mənzillər sökülmüş, yerində hündürlüyü 12 metrdən yüksək olan 2 mərtəbəli, mansardlı fərdi yaşayış evi inşa edilmişdir. Belə ki, təqdim olunmuş sənədlərdə qeyd edilən sahələr ilə faktiki sahələr arasında fərqlər mövcuddur. Əlavə olaraq istifadədə olan 900,0 kv.m artıq torpaq sahəsinə və aparılmış dəyişikliklərə dair idarəyə hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ünvan 11 ünvanında sökülmüş mənzillərin yerində yenidən inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum atası X2 şəxsi mülkiyyətində olmuş fin tipli evin uzun illər istismar nəticəsində yaşayış üçün tam yararsız vəziyyətə düşdüyünü və qəza şəraitinin yarandığını nəzərə alaraq fərdi yaşayış evinin yenidən qurulmasına Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 04 avqust 2003-cü il tarixli, 7-2624/7 nömrəli məktubu ilə razılıq verilmiş və həmin tarixdə tikiləcək evin layihəsi Bakı Şəhər icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və tikintinin aparılmasına dair Bakı şəhəri Nizami rayonu icra Hakimiyyətinin Başçısı 18 noyabr 2004cü il tarixli, 483 nömrəli sərəncamı imzalamışdır. Tikintisinə 2004-cü ilin noyabr ayında başlanılmış fərdi yaşayış evi 2007-ci ilin iyun ayında başa çatdırılmış və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə Baş İdarəsinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nizami Rayon Gigiyena və Epidemologiya Mərkəzinin və Nizami Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin də tərkibinə daxil olduğu tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyası tərəfindən ev istismara qəbul edilərək müvafiq akt tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə dəfələrlə müraciət etmələrinə baxmayaraq Xidmətin və Bakı Şəhər Ərazi idarəsinin imtina məktublarında eskiz layihə ilə faktiki vəziyyət arasında fərqlərin mövcudluğu, mansarda mərtəbəsində yerləşən 2 saylı sahədən yaşayış otağı kimi istifadə edildiyi, sökülmüş mənzillərin ümumilikdə yaşayış sahəsinin 45 kv.m olmaqla 3 otaqdan ibarət olduğu, digər məktubda isə sökülmüş mənzillərin ümumi sahəsinin 19.4 kv.m olmaqla 1 otaq kimi qeydiyyatdan keçdiyi, həmçinin torpaq sahəsinə və aparılmış dəyişikliyə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi, torpağın zəbt olunduğu kimi əsassız, müraciətin mahiyyətinə uyğun olmayan və yalan məlumatlara söykənən səbəblər göstərilərək mülkiyyət hüququnun qeydiyyata alınmasından qanunsuz olaraq imtina edilmişdir. Belə ki, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktından da göründüyü kimi, fərdi yaşayış evi zəbt olunmuş torpaq sahəsində deyil, təsdiq olunmuş layihəyə uyğun səlahiyyətli orqanların rəsmi razılığına əsasən şəxsi mülkiyyətdə olan sökülmüş fin tipli evin məhz yerində tikilmiş, tikilialtı sahə layihə üzrə 177.52 kv.m, faktiki göstərici 177.52 kv.m təşkil etmişdir. Deməli, evin layihədə göstərilmiş xarici ölçüləri faktiki xarici ölçüləri ilə eynidir, lakin binanın konstruktiv sxemi karkas tipli, sütunlar monolit dəmir-betondan olduğu üçün sonradan zirzəmidə, İ mərtəbədə və mansarda mərtəbəsində bəzi arakəsmələrə ehtiyac olmadığına görə obyektiv olaraq ümumi sahə tikilməyən divarların yeri qədər, yəni zirzəmidə 5.3 kv.m, İ mərtəbədə 1.7 kv.m, mansarda mərtəbəsində 1.9 kv.m sahə artmışdır və bu barədə istismar aktında da qeyd edilmişdir. Belə texniki məsələlərin, o cümlədən mansarda mərtəbəsindən yaşayış sahəsi və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinin mülkiyyət hüququ ilə heç bir əlaqəsi yoxdur və bu kimi hallar mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmamasına səbəb ola bilməz. Həmçinin, imtina məktubunda göstərilən sökülmüş mənzilin ümumi sahəsi barədə məlumatlar da yalandır. Belə ki, atasının vəfatından sonra, daha doğrusu 2015-ci ilin dekabr ayının sonlarında iddiaçıya miras qalmış fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə 31 oktyabr 2015-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələri təqdim edilmiş, cavabdeh tərəfindən yeni qurulmuş binanın tikintisi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş bütün sənədləri təqdim etməyinə baxmayaraq inşa edilmiş miras ev üzərində deyil, sökülmüş mənzillər üzərində mülkiyyət hüquqlarını tanıyaraq ona ümumi sahəsi 104.6 kv.m (yuxarıda göstərildiyi kimi 45 kv.m və ya 19.4 kv.m yox) olan 03 mart 2016-cı il tarixli 0820057, ******* və ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesrindən sökülmüş 3 mənzilin çıxarışı verilmişdir. Yuxarıda göstərildiyi kimi, mənzil yenidən qurularkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nda göstərilən bütün hüquqi prosedurlara əməl edildiyi halda, təqdim edilmiş sənədləri görməməzliyə vuraraq imtina məktublarında qanunvericiliyin bu tələbləri hər dəfə əsassız olaraq xatırlanır. Eyni zamanda bu qaydalar mülkiyyət formasından asılı olmayaraq bina və qurğularda aparılan yenidənqurulma işləri üzrə müvafiq orqanlarla razılaşdırılma qaydalarını müəyyən edir və bu qaydalarda obyektin yerləşdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi nəzərdə tutulmur. Bununla yanaşı, 1961-ci ildə tikilmiş mənzillərin yerləşdiyi və yalnız dövlət mülkiyyətinin mövcud olduğu sovet dövründən bəri müxtəlif ailələrin istifadəsində olan təqribən 700 kv.m torpaq sahəsi necə zəbt olunmuş torpaq hesab oluna bilər. Bu məsələlərin araşdırılması məqsədi ilə Bakı Şəhər Ərazi İdarəsi rəisinin müavinlərinin 2016-cı ilin yanvar və fevral aylarında qəbulunda olarkən evin tikintisinə dair sənədlərin mərhum atasının adına olmasını əsas gətirərək (artıq əvvəlki bəhanələr göstərilmirdi) ona bildirilmişdir ki, abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində mülkiyyətdə olan evin sahəsində və digər göstəricilərində, habelə mülkiyyətçilər ilə bağlı baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi məsələsinə evin yerləşdiyi ərazi üzrə rayon İcra Hakimiyyəti tərəfindən bu dəyişikliklər qeydə alındıqdan sonra baxıla bilər. Məhz buna görə 2016-cı ilin aprel ayında Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının aparat işçilərinin qəbulunda olarkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi işçilərinin bu tələbinin əsassiz və qanunsuz olduğu və bu dəyişikliklərin aparılmasının məhz Rayon İcra Hakimiyyətinin müvafiq sənədləri ilə rəsmiləşdirildiyi bildirilmiş və İcra hakimiyyəti aparatının hüquq şöbəsinin rəisinin 26 may 2016-cı il tarixdə imzaladığı məktubda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə daşınmaz əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan ünvanda 3 ədəd 1 mərətəbəli həyət tipli mənzillər olmuş, söküldükdən sonra yerində 2 mərtəbə+mansardlı, ümumi sahəsi 565.9 kv.m olan fərdi yaşayış evi inşa olunmuşdur. Torpaq sahəsinin faktiki ölçüsü 956.4 kv.m təşkil edir. İddiaçı tərəfindən torpaq sahəsi və fərdi yaşayış evinə dair Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi ilə bağlı ərizə İdarəyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6010/2022 saylı 11 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri Nizami rayonu, M.Şərifli 42 ünvanında sökülmüş mənzillərin yerində yenidən inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv edilməlidir. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 61.7 kv.m., 19.4 kv.m. və 23.5 kv.m. olan mənzillər daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Bu səbəbdən də iddiaçının ərizəsinin icrası mümkün olmamış və ona qanunamüvafiq qaydada imtina məktubları ünvanlanmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2016-cı il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Cavabdehin sonuncu mtina məktubunun iddiaçı tərəfindən hansı tarixdə alınması iş materialları ilə müəyyən edilmir. Bununla yanaşı iddia müddətinin ötürülübötürülməməsi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 3 mənzili qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən iddiaçı tərəfindən mərhum atası X1 mirası kimi qəbul edilmiş, Nizami rayon İcra Hakimiyyəti Başçısının 483 saylı xx.xx.2004-cü il tarixli sərəncamına əsasən fın tipli evin uzun illər istismar nəticəsində yaşayış üçün tam yararsız vəziyyətə düşdüyü nəzərə alınaraq sökülüb təsdiq olunmuş baş plana uyğun sahədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə, 7-26247 sayda razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən qurulmasına icazə verilmiş, fərdi yaşayış evinin işçi layihəsi razılaşdırılmış və fərdi yaşayış evi istismara qəbul edilmişdir. Hazırda iddiaçı ona vərəsəliklə keçmiş mənzillərin sökülüb, yerində yenidən inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsini tələb edir. Cavabdeh inzibati orqan isə mənzillərin sökülməsinə, yerində 12 metrdən yüksək olan 2 mərtəbəli, mansardlı fərdi yaşayış evinin inşa edilməsinə, təqdim edilmiş sənədlərlə qeyd edilən sahələr ilə faktiki sahələr arasında fərqlərin mövcud olmasına, 900 kv.m. artıq torpaq sahəsinə və aparılmış dəyişikliyə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə istinad edilərək tələbin təmin olunmasından imtina edir. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-cü maddəsində göstərilmişdir:“ 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair; 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi daşınmaz əmlak iş materiallarında olan sənədlərdən də görünür ki, əvvəllər onun atasının adına fin evləri kimi qeydiyyata alınmış, rəsmi sənədlərdə həmin daşınmaz əmlakın hansı saylı mənzil olması ilə bağlı qeyd aparılmamış, lakin həmin fin evləri texniki pasportundan göründüyü kimi, özəlləşdirilmiş mənzil kimi qeyd olunduğu üçün torpaq sahəsi ilə bağlı da hər hansı qeyd texniki pasportda aparılmamışdır. Sözügedən fin evlərinin sökülüb, yerində yeni evin tikintisinin 2007-ci ilə qədər aparılıb başa çatdırılması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı yalnız onunla bağlıdır ki, sökülmüş mənzillərin yerində inşa edilmiş əmlakın fərdi yaşayış evi kimi qeydiyyata alınması mümkünsüzdür, təqdim edilmiş sənədlərdə qeyd edilən sahələr ilə faktiki sahələr arasında fərq mövcuddur, evin olduğu ərazidə 900 kv.m. torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla hazırki işdə iddiaçının tələbi əvvəllər adına hüquqmüəyyənedici sənədləri olan daşınmaz əmlakın fərdi yaşayış evi kimi qeydiyyata alınması ilə bağlıdır, yəni iddiaçının həmin fərdi yaşayış evinin yerləşdiyi ərazidə mövcud torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı hər hansı tələbi yoxdur. Digər tərəfdən, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi evin əvvəlki hüquqmüəyyənedici sənədlərində onun hansı saylı mənzil olması dəqiq olaraq göstərilməsə də, özəlləşdirilmiş daşınmaz əmlak mənzil kimi texniki pasportu işlənmişdir. Kollegiya hesab edir ki, qeyd olunan hal iddiaçının uzun illər ona məxsus olduğu mübahisələndirilməyən daşınmaz əmlak üzərində fərdi yaşayış evi kimi hüquqlarının reyestrdə qeydə alınmasını istisna edən fakt kimi qəbul edilə bilməz. Bununla yanaşı, hazırda qüvvədə olan mənzil qanunvericiliyində əvvəllər mənzil olan daşınmaz əmlakın fərdi yaşayış evinə keçirilməsi ilə bağlı prosedur qayda müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9-cu maddəsinə əsasən iddiaçının həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan fərdi yaşayış evinin iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6010/2022 saylı 11 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2545/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2545/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver