Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2546/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X2 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1386/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququn yarandığı andan əmək şəraitinə görə güzəşti şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1386/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etidiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı 12 il 6 aydan az () 7 il 2 ay 9 gün (xx.xx.1987-xx.xx.1990cı il,xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda iddiaçının təqdim etdiyi əmək kitabçasından görünür ki, xx.xx.1997-xx.xx.2003-cü illərdə (5 il 8 ay) Ayxalsk tikinti-quraşdırma tresti “Almazı Rosii- Saxa” səhmdar cəmiyyəti Uzaq Şimal rayonu (Rusiya Federasiyası) Tİ-4-ə müvəqqəti əl ilə qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Qanunvericilikdə vətəndaşların başqa dövlətin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sosial təminat sahəsində saziş qüvvəyə minmədiyindən iddiaçının Rusiya Federasiyasının ərazisində işlədiyi illərin iş stajına daxil edilməsi mümkün deyil. Bu səbəbdən də iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı da 25 ildən az təşkil edir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İddiaçıya məxsus AZE ******** saylı şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Azərbaycan Respublikasının Lerik rayonu Nüvədi kəndində doğulmuşdur. - İddiaçıya məxsus ИТ-İ № ******* saylı 20 iyul 1980-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənərək tərcümə edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet Ordusu sıralarında xidmət etmiş, xx.xx.1984cü il tarixdən Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodunda qaynaqçı şagirdi (Əmr 102/k 12.10.84), xx.xx.1984-cü il tarixdən Çerepovetsk metal konstruksiyalar zavodunda Köçürmə qaydasında 1 nömrəli yığım-qaynaq sexinə elektrik qaynaqçısının şagirdi (Əmr №243-k 23.10.84), xx.xx.1985-ci il tarixdən Yarımavtomat maşınlarda 2-ci dərəcəli elektrik qaynaqçısı (Əmr №107 xx.xx.1985), xx.xx.1985-ci il tarixdən Avtoqaynaq sexinə y/a maşınlarda 2-ci dərəcəli elektrik qaynaqçısı (Əmr №218-k 26.07.85), xx.xx.1985-ci il tarixdən avtoqaynaq sexində yarımavtomat maşınlarda 3-cü dərəcəli elektrik qaynaqçısı (Əmr №578 xx.xx.1985), xx.xx.1986-cı il tarixdən xx.xx.1986cı il tarixədək Bakı stasionar dərin özüllərin zavodunda 3 nömrəli sexə yarımavtomat maşınlarda 3-cü dərəcəli elektrik qaynaqçısı (Əmr №115/k 1.04.86), xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Çerepovetsk metal konstruksiyalar zavodunda 3 nömrəli yığım-qaynaq sexinə yarımavtomat maşınlarda 4-cü dərəcəli elektrik qaynaqçısı (Əmr №187k xx.xx.1986), xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixə qədər Qaz Sənayesi Nazirliyi Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodununun Tikinti-əl ilə qaynaq idarəsində elektrik qaynaqçısı (Əmr №123k 29.09.87), xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixə qədər “Şelflayihətikinti” LSTB elektrik qaynaqçısı (Əmr № 2/k 06.02.90), xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixə qədər “Azərborukəmərtikinti” tresti TQİ-3 də elektrik qaynaqçısı (Əmr №35/k 15.04.91), xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixə “Azərborukəmərtikinti” tresti TQİ-1 də 5-ci dərəcəli elektrik qaynaqçısı (Əmr №42/k 7.05.92), xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək (Əmr №42/k 7.05.92), xx.xx.1997-ci tarixdən xx.xx.1998-ci il tarixədək Ayxalsk tikinti-quraşdırma tresti “Almazı Rossii-Saxa” Səhmdar Cəmiyyəti Uzaq Şimal rayonu (Rusiya) Tİ-4-ə müvəqqəti əl ilə qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı (Əmr №4 13.01.97), xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Ayxalsk tikinti-quraşdırma tresti “Almazı Rossii-Saxa” Səhmdar Cəmiyyəti Uzaq Şimal rayonunda elektrik qaynaqçısı (Əmr №568 29.09.98), xx.xx.2003cü ildən xx.xx.2007-ci ilədək "xxxx" LTD-də əmək müqaviləsinə əsasən qaynaqçı (Ə/m 127122 xx.xx.2003), xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixə qədər "xxxx" MMC-də Sumqayıt tikinti quraşdırma sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı (Əmr №67/k xx.xx.2007), xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixə qədər "xxxx" ASC-də “STP-nin Tikinti layihəsinin” 2 saylı Quraşdırma sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı (Əmr №06/21ki 02.04.10), xx.xx.2011-ci ildən xx.xx.2012-ci il tarixədək H.Əliyev adına Bakı dərin özüllər zavodu özüllərin yığılması və quraşdırılması sexinin 1 saylı sahəsində 5-ci dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı (Əmr №467/k xx.xx.2011), xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" MMC-də əl ilə qaynaq aparan elektrik qaynaqçısı (Ə/m xx.xx.2012 167174), xx.xx.2018-ci il tarixdən bu günədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” tresti 3 saylı Tikinti-Quraşdırma bölümündə 4 saylı tikintiquraşdırma sahəsində ƏÖD-5 (beş) olmaqla müvəqqəti əl ilə qaynaqda elektrik qaynaqçısı peşələrində işləmişdir. - "xxxx" tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışından görünür ki, iddiaçı "xxxx" MMC-də xx/xx/2003-ci il tarixindən xx/xx/2007-ci il tarixinədək Qaynaqçı peşəsində işləmiş, Onunla bağlanmış əmək müqaviləsinə xx/xx/2007-ci il tarixində xitam verilmişdir (xx/xx/2007-ci il tarixli, 757/07 saylı Əmr). O, yenidən xx/xx/2012-ci il tarixindən xx/xx/2017-ci il tarixinədək Əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx/xx/2017-ci il tarixində xitam verilmişdir (xx/xx/2017-ci il tarixli, 160/17 ir saylı Əmr). "xxxx" MMC xx/xx/2001-ci il tarixindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxan hissələrinin blok modullannın metalkonstruksiyalannın quraşdırılması” işlərinin icrası təşkil edir. Burada metalkonstruksiya işlərinin əsası polad vərəqələrdən metal boruların düzəldilməsi və quraşdınlması, qaynağı və dəmir-beton bloklarının hazırlanmasıdır. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qəran ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlann, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 35-ci hissədə (Ümumi peşələr), öz əksini tapmış “əl ilə qaynaq aparan elektrik qaynaqçılan” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 8 il 5 ay 15 gün təşkil edir. - SOCAR-ın xx.xx.2019-cu il tarixli SOCAR**********80020123X00058 saylı güzəştli arayışından görünür ki, iddiaçı “Şelflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma idarəsinin 1 №-li sahəsində xx.xx.1987-ci il tarixindən (xx.xx.1987-ci il tarixli 122/k nömrəli əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 12/k nömrəli əmr) elektrik qaynaqçısı peşəsində işləmişdir. İş stajı - 2 il 4 ay. “Şelflayihətikinti” LSTB-nin İxtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsində xx.xx.1990-cı il tarixindən (xx.xx.1990-cı il tarixli 2/k nömrəli əmr) xx.xx.1991-ci il tarixinədək (xx.xx.1991-ci il tarixli 25/k nömrəli əmr) elektrik qaynaqçısı peşəsində işləmişdir. İş stajı - 1 il 2 ay 14 gün. “Şelflayihətikinti” LSTBnin 1 saylı Tikinti Quraşdırma idarəsinin 2 №-li sahəsində xx.xx.1992-ci il tarixindən (xx.xx.1992-ci il tarixli 42/k nömrəli əmr) xx.xx.1996-cı il tarixinədək (xx.xx.1996-cı il tarixli 1/k nömrəli əmr) elektrik qaynaqçısı peşəsində işləmişdir. İş stajı - 3 il 7 ay 26 gün. Heydər Əliyev adına Bakı dərin özüllər zavodu özüllərin yığılması və quraşdırılması sexində xx.xx.2011-ci il tarixindən (xx.xx.2011-ci il tarixli 467/k nömrəli əmr) xx.xx.2012-ci il tarixinədək (xx.xx.2012-ci il tarixli 1224/k nömrəli əmr) əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsində işləmişdir. İş stajı - 1 il 5 ay 7 gün. Texnoloji prosesə əsasən İddiaçı işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm 35-ci bölməsində göstərilən əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı - 8 il 7 ay 17 gün təşkil edir. - SOCAR-ın xx.xx.2021-ci il tarixli SOCAR**********80020123X00098 saylı güzəştli arayışından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixində (əmr № SOCAR/15- 2500/xx-xx- 000132, xx.xx.2018-ci il) “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş və hal-hazıradək həmin peşədə çalışır. İddiaçı əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsi üzrə iş stajı 2 il 11 ay 18 gün (iki il on bir ay on səkkiz gün) təşkil edir. - X3 tərəfindən verilmiş 59 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı 01 sentyabr 1978-ci il tarixində Lənkəran 113 №-li Texniki Peşə Məktəbinə təhsil müddəti 3illik olan “geniş profilli traktorçu-maşınçı, kənd təsərrüfatı texnikasının təmiri üzrə çilingər ixtisası üzrə (əyani) qrupa qəbul edilmiş, xx.xx.1981-ci il tarixində məktəbi bitirimiş, bu barədə B-137072 nömrəli diplomu almışdır. - "xxxx" SC PSC Ayxalsk dağ-zənginləşdirmə kombinatı tərəfindən verilmiş “Sığorta pensiyaları haqqında” xx.xx.2013-cü il tarixli 400-FZ nömrəli Federal qanunun 30,32-ci maddələrinə uyğun olaraq əmək pensiyasının vaxtından əvvəl təyin olunması hüququnu verən staja hesab olunan iş dövrləri üzrə işin xüsusi xarakterini və ya əmək şəraitini dəqiqləşdirən arayışdan görünür ki, iddiaçı xx.xx.1998-ci il tarixdən (Əmr №568, xx.xx.1998-ci il) xx.xx.2003-cü il tarixədək (Əmr №3, xx.xx.2003-cü il) Uzaq Şimal Rayonunda "xxxx" SC (QSC) Ayxal dağ-zənginləşdirmə kombinatında İstilik elektrik şəbəkələri və mənzil təsərrüfatı müəssisəsinin TVK sahəsində kəsim və əl üsulu ilə qaynaq isləri üzrə elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. “Sığorta pensiyaları haqqında” xx.xx.2013-cü il tarixli 400-FZ nömrəli Federal qanunun 30-cü maddəsinin 1-ci bəndi 1.1 yarımbəndinə uyğun olaraq, yaşa görə əmək pensiyasının vaxtından əvvəl təyin olunması hüququ verən iş stajı: 4 il 3 ay 4 gün təşkil edir. - SOCAR-ın xx.xx.2022-ci il tarixli SOCAR**********80020123X0026 saylı məktubundan görünür ki, iddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən elektrik qaynaqçısı peşəsində: “Selflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma idarəsinin 1 №-li sahəsində xx.xx.1987-ci il tarixindən (xx.xx.1987-ci il tarixli 122/k nömrəli əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 12/k nömrəli əmr), “Selflayihətikinti” LSTB-nin İxtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsində xx.xx.1990-cı il tarixindən (xx.xx.1990-cı il tarixli 2/k nömrəli əmr) xx.xx.1991-ci il tarixinədək (xx.xx.1991-ci il tarixli 25/k nömrəli əmr); “Selflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma idarəsinin 2 №-li sahəsində xx.xx.1992-ci il tarixindən (xx.xx.1992-ci il tarixli 42/k nömrəli əmr) xx.xx.1996cı il tarixinədək (xx.xx.1996-cı il tarixli 1/k nömrəli əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 7 il 2 ay 10 gündür. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: polad metalkonstruksiyalarda, müxtəlif diametrli borularda, xüsusi hissələrdə, ayrı-ayrı birləşmələrdə, elementlərdə və dirsəklərdə şaquli “yuxarı” və şaquli “aşağı” qövs qaynağı işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 2 №li əlavəsindəki XXXİİİ-ümumi peşələr bölməsində 23200000-19906 “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********6 saylı məktubu ilə iddiaçının müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 2 ay 9 gün (xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil etdiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. Beləliklə iş materiallarından da görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə müraciətin təmin edilməsindən imtina edilərək, tələb olunan xüsusi iş stajının 12 il 6 aydan az olduğu bildirilmişdir. Daha sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2 əsas şərt: 1) 57 yaşının tamam olması; 2) xx.xx.2006-cı il tarixə 25 illik ümumi və 12,6 illik xüsusi iş stajının toplanması. İddiaçıya məxsus AZE ******** saylı şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İddiaçının 57 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. Əmək kitabçasına əsasən, (hərbi xidmət və təhsil illəridə daxil olmaqla), iddiaçının ümumi stajı 25 ildən çoxdur ( (1981.xx.xx-1978.09.01 = 2 il 7 ay 23 gün ) + (1983.xx.xx- 1981.05.22 = 2 il 28 gün) + (1986.xx.xx-1984.10.24 = 1 il 8 ay 4 gün ) + (1987.xx.xx- 1986.07.22 = 1 il 1 ay 15 gün ) + (1990.xx.xx-1987.10.01 = 2 il 4 gün ) + (1991.xx.xx- 1990.02.01 = 1 il 2 ay 14 gün ) + (1992.xx.xx-1991.04.15 = 1 il 1 gün ) + (1996.xx.xx- 1992.05.07 = 3 il 7 ay 25 gün ) + ( 1996.xx.xx-1996.01.26 = 7 ay ) + ( 1998.xx.xx- 1997.01.04 = 1 il 5 ay 14 gün ) + (1998.xx.xx-1998.06.24 = 2 ay 20 gün ) + ( 2003.xx.xx- 1998.10.01= 4 il 3 ay 4 gün ) + ( 2006.01.01.-2003.02.18 = 2 il 10 ay 13 gün ) = 25 il 1 ay 10 gün ) Beləliklə iddiaçının xx.xx.2006-cı ilə qədər toplanmış 25 ildən çox ümumi əmək stajı mövcuddur. “2006-cı il yanvarın 1-dək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, əmək kitabçasında müvafiq qeydlər olmasa belə, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda iş stajını təsdiq edən sənəd kimi arxiv arayışı, əmrlərdən çıxarışlar, əmək haqqı cədvəlləri və digər sənədlər nəzərə alına bilər. Həmçinin xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Kolegiya qeyd edir ki, iddiaçının xüsusi iş stajı 12 il 6 aydan artıq olmaqla, ümumilikdə 16 il 04 ay 10 gündür. (xx.xx.1987-xx.xx.1990-cı (3 il 1 ay), xx.xx.1990xx.xx.1991-ci (1 il 02 ay 14 gün), xx.xx.1992-xx.xx.1996-cı (3 il 7 ay 25 gün), xx.xx.1996xx.xx.1996-cı (7 ay) illərdə “Şelflayihətikinti” LSTB-nin Tikinti Quraşdırma idarələrində, xx.xx.1997-xx.xx.1998-ci (01 il 05 ay 14 gün), xx.xx.1998-xx.xx.2003-cü illərdə (4 il 3 ay 5 gün) Ayxalsk tikintiquraşdırma tresti “Almazı Rossii-Saxa” Səhmdar Cəmiyyəti Uzaq Şimal rayonunda, xx.xx.2003-xx.xx.2006-ci illərdə ( 2 il 10 ay 13 gün) "xxxx" LTD-də əl ilə qaynaq aparan elektrik qaynaqçı peşələrində xx.xx.2006-cı il tarixədək) İşin mübahisələndirilən halı ondan ibarətdir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı ilə qədər xüsusi iş stajının 12 il 6 aydan az olduğunu bildirir. İmtina məktubundan, etirazdan və apelyasiya şikayətindən görünür ki, cavabdeh iddiaçının 5 il 8 ay Ayxalsk tikintiquraşdırma tresti “Almazı Rosii-Saxa” səhmdar cəmiyyəti Uzaq Şimal rayonu (Rusiya Federasiyası) Tİ-4-ə müvəqqəti əl ilə qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində çalışdığı illərin xüsusi və ümumi iş stajına əlavə edilməli olmadığı qənaətindədir. Buna əsas olaraq da vətəndaşların başqa dövlətin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sosial təminat sahəsində sazişin qüvvəyə minməməsini əsas göstərir. Belə ki, Azərbaycan Respublikasının 03 aprel 2001-ci il tarixli 114-İİQ nömrəli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında» Saziş təsdiq edilmişdir. Sazişə görə bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyərək aşağıdakılar barədə razılığa gəldilər: - (maddə 1) bu Sazişin məqsədləri üçün aşağıdakı terminlər bu mənaları ifadə edir: «vətəndaşlar» – Azərbaycan Respublikasının və ya Rusiya Federasiyasının ərazisində yaşayan və bu dövlətlərin pensiya təminatı sahəsində qanunvericiliyinin şamil olunduğu şəxslər; «daimi yaşayış yeri» – vətəndaşın müvafiq dövlətin qanunvericiliyi ilə müəyyən olunan və ya bu qəbildə tanınan daimi yaşadığı yer; «əmək (sığorta) stajı» – Tərəflərdən hər birinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq pensiya təminatını həyata keçirmək üçün nəzərə alınan və pensiya təminatı üçün sığorta ödənişləri aparılan əmək və digər fəaliyyət müddəti, həmçinin Tərəflərin hər birinin qanunvericiliyinə uyğun olaraq əmək (sığorta) stajına bərabər tutulan istənilən digər müddətlər; «səlahiyyətli orqanlar»: Azərbaycan Tərəfindən – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; Rusiya Tərəfindən – Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi. Bu Sazişdə işlədilən bütün digər anlayış və ya ifadələr müvafiq dövlətin qanunvericiliyi ilə onlara verilən mənanı daşıyır. - (maddə 2) vətəndaşların, həmçinin onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində daimi yaşadıqları dövlətin qanunvericiliyi üzrə həyata keçirilir. - (maddə 4) tərəflər, öz dövlətlərinin ərazilərində daimi yaşayan, o cümlədən digər Tərəfin dövlətinin ərazisindən köçüb gəlmiş (məskunlaşmış) bütün vətəndaşlara pensiya təminatı sahəsində öz dövlətinin vətəndaşları ilə eyni hüquqlar verirlər. - (maddə 5) bu Saziş üzrə pensiya təminatının həyata keçirilməsi ilə əlaqədar bütün xərcləri belə təminatı verən dövlət çəkir. - (maddə 6) vətəndaşlara pensiyaların təyin edilməsi onların daimi yaşayış yeri üzrə aparılır. Güzəştli əsaslarla və xidmət illərinə görə pensiyalar da daxil olmaqla, pensiya hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının və (və ya) Rusiya Federasiyasının qanunvericiliyi üzrə və o cümlədən, bu Saziş qüvvəyə minənədək də əldə edilmiş, həmçinin keçmiş SSRİ-nin tərkibinə daxil olan dövlətlərin ərazisində 1992-ci il yanvarın 1-nə qədər qazanılmış əmək (sığorta) stajı nəzərə alınır. Bir Tərəf dövlətin ərazisindən digər Tərəfin dövlətin ərazisinə köçmüş və köçəndən sonra da işləmiş vətəndaşlara pensiyanın həcmi köçəndən sonra qazanılmış əmək haqqından (gəlirdən) hesablanır. Bir Tərəfin dövlətindən digər Tərəfin dövlətinin ərazisinə köçəndən sonra işləməmiş və ya köçüb gəldiyi Tərəfin dövlətinin qanunvericiliyi üzrə pensiya təyin olunan zaman əmək haqqının hesablanması üçün tələb olunan minimum iş dövrünə malik olmayan vətəndaşlara pensiyanın məbləği, onların ərazisinə köçdükləri Tərəfin dövlətinin pensiya təyin edərkən götürdüyü analoji fəaliyyət göstərən müvafiq peşə və ixtisası olan işçinin orta aylıq əmək haqqından hesablanır. Yuxarıda göstərilən qaydada orta aylıq əmək haqqının müəyyən edilməsi mümkün olmadığı halda, pensiyanın məbləği vətəndaşın köçüb gəldiyi Tərəfin dövlətinin ərazisində pensiya təyin olunan vaxta qədər mövcud olan orta aylıq əmək haqqından hesablanır. - (maddə 10) tərəflərin dövlətlərinin ərazisində pensiya təminatını həyata keçirən orqanlar bir-biri ilə onların səlahiyyətli orqanları arasındakı sazişlə müəyyən olunan qaydada əməkdaşlıq edirlər. Səlahiyyətli orqanlar arasında həll olunmamış məsələlər Tərəflər arasında danışıqlar predmeti sayılır. – (maddə 12) Bu Saziş, Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili proseduraları yerinə yetirməsi haqqında sonuncu yazılı bildiriş verilən tarixdən qüvvəyə minir. Bu Saziş üç il müddətinə bağlanılır və hər dəfə avtomatik olaraq növbəti üç il müddətinə uzadılır. Tərəflərdən hər biri bu Sazişə cari təqvim ilinin qurtarmasına ən azı altı ay qalmış digər Tərəfə yazılı xəbərdarlıq etməklə xitam vermək hüququna malikdir, beləliklə bu Sazişin qüvvədə olma müddəti göstərilən ilin qurtarması ilə sona yetir. Bu Sazişin müddəalarına müvafiq olaraq vətəndaşların əldə etdiyi pensiya təminatı hüquqları ona xitam verildiyi halda da qüvvədə qalır. Cavabdeh tərəf isə apelyasiya şikayətində qeyd edilən sazişin qüvvəyə minməməsini əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edildiyini bildirmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı Rusiya Federasiyasının ərazisində xx.xx.1998-xx.xx.2003-cü illərdə işləmiş, qeyd edilən Saziş isə 21 aprel 2001-ci il tarixdə qəbul edilmişdir. Belə olan halda həmin saziş iddiaçının Rusiya Federasiyasının ərazisində işlədiyi dövrün müəyyən bir hissəsində (xx.xx.1998-ci ildən 21 aprel 2001-ci il tarixə) qüvvədə olmamışdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyi üçün Kollegiya hesab edir ki, qeyd edilən dövlər də iddiaçının xüsusi və ümumi stajına hesablanmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və kollegiyanın iclasında öz təsdiqini tapmış işin həqiqi hallarından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi stajı və 12,6 ildən çox güzəştli şərtlərlə iş stajı olduğundan güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. Beləliklə, iddiaçının tam əmək stajı xx.xx.2006-cı il tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “b” bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 06 ayını ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir) və yaş (57 yaş). Çünki həmin maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Sözügedən maddədə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin müddəalarına uyğun hüquqi qiymətləndirmə aparmış və iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli olması nəticəsinə gəlmişdir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1386/2022 saylı iş üzrə qəbul etdiyi 21 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-2546/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2546/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver