Məhkəmə qərarları › İş №2-1(103)-2547/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2547/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2547/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məhkumluq barədə qeydin silinməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4827/2021 saylı, 05 iyul 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinə” qarşı “məhkumluq barədə qeydin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nazirliyin mərkəzləşdirilmiş uçotlarındakı informasiya sistemində məhkum olması barədə səhvən qeyd aparılmışdır. Qeydin götürülməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən qeydin götürülməsindən imtina edilmişdir. İddiaçı hesab etmişdir ki, onun barəsində olan Azərbaycan Respublirası Apellyasiya Məhkəməsinin 11 dekabr 2006-cı il tarixli AR CM-nin 128-ci və 132-ci maddələri ilə əlaqədar qəbul etdiyi yekun məhkəmə aktı məhkumluq yaratmır. Sonradan iddiaçı ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotu”nda İddiaçı məhkum olunmuş hesab edilməsi barədə qeydin silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4827/2021 saylı, 05 iyul 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotu”nda İddiaçı məhkum olunmuş hesab edilməsi barədə qeydin silinməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, M,Ə.Məmmədov AR CM-nin 83-cü maddəsinin mqddəalarına əsasən məhkumluğu olmayan şəxs hesab edilir və əvvəllər azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş şəxslər barəsində uçot sənədlərinin saxlanılma müddəti Daxili İşlər Nazirliyinin Kollegiyasının 16 yanvar 2019cu il tarixli Q11-001-19 saylı qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınmış “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimatın” 11.3.7-ci yarımbəndi ilə tənzimlənir. Həmin Təlimata əsasən uçot sənədləri məhkumluğun götürülməsindən və ya ödənilməsindən asılı olmayaraq müəyyən müddətlərdə soyad kartotekalarında saxlanılır, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş şəxslər barəsində məlumatlar şəxslərin 80 yaşı olanadək saxlanılır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı Bakı Hərbi Məhkəməsinin 22 iyun 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə əsasən şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum olunmuş və ona Azərbaycan Respublikası CM-in 132-ci maddəsi ilə cinayət hadisəsi olmadığına görə bəraət verilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 24 mart 2006-cı il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 22 iyun 2005-ci il tarixli hökmü ləğv edilərək Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, İddiaçı barəsində olan cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyul 2006-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 24 mart 2006-cı il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 11 dekabr 2006-cı il tarixli hökmünə əsasən Bakı Hərbi Məhkəməsinin 22 iyun 2005-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 132-ci maddəsi ilə bəraət verilməsinə dair hissəsi ləğv olunmuş və Azərbaycan Respublikası CM-in 132-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 75.1., 75.1.1., 75.2- ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəzadan azad edilmişdir. İddiaçı Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 11 dekabr 2006-cı il tarixli hökmünə əsasən CPM-in 39.1.3-cü (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) maddəsində müəyyən olunmuş hallar nəzərə alınmaqla CM-in 128-ci maddəsi ilə təyin olunmuş şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasından azad edilmişdir. İddiaçı məhkumluq barədə qeydin götürülməsi ilə bağlı X4 müraciət etmiş və cavabdeh 29 yanvar 2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçı məhkumluğu olmayan şəxs sayılır və qüvvədə olan qaydalara əsasən əvvəllər məhkum olunmuş şəxslər barəsində olan məlumatlar məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq Daxili İşlər Nazirliyində saxlanılır və onların verilməsinə məhdudiyyətlər qoyularaq, yalnız səlahiyyətli orqanlara müvafiq sorğu əsasında təqdim olunur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı barəsində cəya təyin edilmədən ittiham hökmü çıxarıldığından, iddiaçı, ümumiyyətlə məhkum edilməmiş şəxs hesab edilir. AR CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. AR CM-nin 83.2-ci maddəsinin hazırkı redaksiyasından göründüyü kimi barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab ediliyindən iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və hesab edir ki, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məhkumluq barədə qeydin silinməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakı maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 iyul 2008-ci il tarixli qərarından da göründüyü kimi Konstitusiya Məhkəməsi hesab etmişdir ki, üç əsasdan (cinayət,! ittiham hökmü və cəza birinin olmaması) hər hansı birinin olmaması məhkumluğun olmasını istisna edir. Konstitusiya Məhkəməsi AR CM-nin 83.2-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına əsasən yekunda həmin maddəyə belə şərh vermişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsi yalnız məhkəmənin ittiham hökmünə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə icəza təyin edilməməsi və amnistiya aktına əsasən cəzadan azad edilməsi hallarını nəzərdə tutur. Göründüyü kimi cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cəza təyin edilməməsi məhkumluq yaratmır. Belə ki, məhkumluğun yaranması üçün nəzərdə tutulmuş əsaslardan cinayət və ittiham hökmü mövcud olmuş olsa bələ, cəza təyin edilməmişdirsə məhkumluqdan da söhbət gedə bilməz. Daxili İşlər Nazirliyinin Kollegiyasının 16.01.2019-cu il tarixli Qİ 1-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”ı mərkəzləşdirilmiş əməliyyat-sorğu uçotlarının (bundan sonra uçotlar) aparılması, formalaşması və onlara dair məlumatların verilməsi qaydalarını müəyyən edir. 1.2. Bu fəaliyyətin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, İnzibati Xətalar, Cinayət və Cinayət-Prosessual Məcəllələri, “Polis haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Dövlət sirri haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanunları təşkil edir. 1.3. Mərkəzləşdirilmiş uçotların aparılmasının məqsədi - cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş şəxslərə dair təqdim edilmiş fərdi məlumatlara əsasən formalaşması, şəxsin məhkumluğunun olub-olmaması, barəsində cinayət təqibinə başlanması (və ya xitam verilməsi), reabilitə edilməsi, cəzaçəkmə vaxtı və yeri, inzibati qaydada həbs olunması barədə sorğuların cavablandırılması, axtarışı elan olunmuş təqsirləndirilən, mülki-hüquqi öhdəliklərin icrasından yayınan və itkin düşmüş şəxslərin aşkar edilməsi, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsidir. 1.4. Mərkəzləşdirilmiş uçotlarda toplanan məlumatlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat (istintaq) orqanlarında, korrupsiya ilə bağlı cinayətlər üzrə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanında, hakimlər, fərdi məlumatları əldə etmək hüququ qanunvericiliklə müəyyən olunmuş digər dövlət orqanlarının kadr aparatlarının xidməti fəaliyyətində istifadə edilir. 1.5. Mərkəzləşdirilmiş uçot - uçotun obyektləri barədə məlumatlar əsasında formalaşan kartotekalarda əks olunmasıdır. 1.5.1. Əməliyyat-sorğu kartotekaları uçot obyektləri barədə tərtib olunmuş sənədlər əsasında Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində (bundan sonra - DİN BƏSİİ) aparılır. Həmin Təlimatın 2.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, axtarışı elan olunmuş şəxslər; 2.2.2. başqa dövlətlərdə cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, axtarışı elan olunmuş Azərbaycan Respublikası vətəndaşları (daxil olmuş məlumatlara əsasən); 2.2.3. amnistiya aktının tətbiq edilməsi ilə əlaqədar cinayət işinin başlanması rədd edilmiş və ya cinayət işinin icraatına xitam verilmiş, habelə sonradan əfv olunmuş şəxslər; 2.2.4. Cinayət-Prosessual Məcəlləsi (bundan sonra - CPM) və Cinayət Məcəlləsi (bundan sonra - CM) ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətindən azad edilmiş şəxslər; 2.2.5. bəraətverici əsaslarla və ya belə əsaslar olmadan barələrindəki cinayət təqibinə xitam verilmiş, habelə bəraət almış şəxslər; 2.2.6. 1920-1950-ci illərdə repressiyaya məruz qalmış və sonradan hüquqları bərpa edilmiş şəxslər; 2.2.7. inzibati qaydada həbs edilmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 2.2.8. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 2.2.9. şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər uçotun obyektl\ri sayılırlar. Həmin Təlimatın 11.3.7-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş şəxslərin uçot ənədləri məhkumluğun götürülməsindən və ya ödənilməsindən asılı olmayaraq, şəxsin 80 yaşı tamam olanadək Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin soyad kartotekalarında saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinin müddəalarına əsasən hazırda onun məhkumluğu yoxdur. Eyni zamanda nəzərinə çatdırılmışdır ki, qüvvədə olan qaydalara əsasən əvvəllər azadıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş şəxslər barədə məlumatlar məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq DİN-də saxlanılır və onların verilməsinə məhdudiyyətlər qoyularaq yalnız səlahiyyətli orqanlara müvafiq sorğu əsasında təqdim olunur. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 aprel 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, AR Ali Məhkəməsi ilə razılaşdırılmaqla Daxili İşlər Nazirliyinin Kollegiyasının 16 yanvar 2019-cu il tarixli Q11-001- 19 saylı qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınmış “Cinayət törətməkdə şüphəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimatın” tələblərinə əsasən əvvəllər məhkum olunmuş şəxslər barəsində məlumatlar məhkumluğun ödənilməsindən və ya götürürlməsindən asılı olmayaraq DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsində saxlanılır və onların verilməsinə məhdudiyyətlər qoyularaq yalnız səlahiyyətli orqanlara müvafiq sorğu əsasında verilir. Həmin Təlimatın 8.6-cı bəndinə əsasən şəxsin məhkumuğunun olub-olmaması barədə sorğu elektron rabitə kanalları və ya kağız daşıyıcıları vasitəsilə yoxlanılır və tələbnamələr təlimata uyğun formada tərtib edilir. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəllər azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş şəxslər barədə uçot sənədlərinin saxlama müddəti Daxili İşlər Nazirliyinin Kollegiyasının 16.01.2019-cu il tarixli Qİ 1-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınmış “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”ın 11.3.7-ci yarımbəndi ilə tənzimləndiyindən və həmin Təlimatın 5.1-ci bəndinə əsasən uçot sənədləri və onlara dair məlumatlar Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin təhqiqat (istintaq) orqanları və məhkəmələr tərəfindən DİN BƏSlİ-yə təqdim olundugundan və Təlimatın 11.1-ci bəndinə əsasən uçot sənədləri məhkumluğun götürülməsindən və ya ödənilməsindən asılı olmayaraq 11.3.7-ci bəndində nəzərdə tutulmuş müddətlərdə BƏSİİ-nin soyad kartotekalarında saxlanıldıgından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi məlumatlar, mövcud qanunvericiliyə əsasən məhkumluğun götürülməsindən və ya ödənilməsindən asılı olmayaraq 80 yaşı tamam olanadək saxlanıldığından silinməsi qanunauyğun deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmamışdır. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4827/2021 saylı, 05 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məhkumluq barədə qeydin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar