Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2549/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5214/2021 saylı, 30.07.2021-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3398/2019 saylı 8 oktyabr 2019-cu il tarixli qərarının icrasını əsaslı təmin etmək üçün həmin məhkəmənin, əvvəlki digər qanuni qüvvəyə minmiş 2-1(82)- 2861/2105 saylı iş üzrə 24 avqust 2015-ci il tarixli qərarı əsasında aparılmış əsaslı hesablamaya uyğun olaraq, ona təyin olunmuş əmək pensiyasının 17 il 3 ay 11 gün, yəni 15 ildən yuxarı prokurorluqda qulluq ilinə görə yenidən hesablanması və kompensasiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş etmişdir. İddia tələbi aşağıdakılarla əsaslandırılmışdır: «İddiaçı 29 iyun 2010-cu il tarixdən prokurorluq orqanlarında qulluğa görə xəstəliyi ilə bağlı pensiya alır. Onun əvvəlki iddia tələbinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış və məhkəmənin 2-1(82)-2861/2105 saylı 24 avqust 2015-ci il tarixli qərarı ilə əmək haqqı üzrə ildə 1 dəfə ikiqat mislində müalicə pulu kompensasiyasının ona birdəfəlik ödənilməsinin icrası ilə bağlı əmək pensiyası cavabdeh tərəfindən yenidən hesablanarkən, prokurorluqda qulluğa görə iş stajı əsaslı olaraq, 17 il 13 gün, yəni güzəştli iş stajı kimi 15 ildən yuxarı 45%-lə hesablanmış və kompensasiya birdəfəlik ödənilmişdir. Belə ki, o, 30 sentyabr 1992-ci il tarixdən 2 iyul 2007-ci il tarixədək prokurorluqda işlədiyi adi təqvim ili üzrə iş stajı 14 il 9 ay 2 gün təşkil etmiş, onun 30 sentyabr 1992-ci il tarixdən 11 yanvar 1995-ci il tarixədək olan 2 il 3 ay 11 gün müddəti isə, döyüş şəraitində olan qərb sərhəd rayonlarının xidməti əraziləri kimi daxil olduğu Gəncə qarnizonu hərbi prokurorluğunda hərbçi olaraq baş müstəntiq işlədiyindən, döyüş şəraitində olan bölgələrə daim ezam olunduğundan, müharibə veteranı olduğundan, AR Müdafiə Nazirinin 0105 saylı 17 aprel 1993-cü il tarixli əmri ilə baş leytenant rütməsi verilməklə həqiqi hərbi xidmətə çağırıldığından və AR Hərbi Prokurorunun sərəncamına verildiyindən həmin dövr AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı Qərarına və AR Müdafiə Nazirinin 2 iyun 1992-ci il tarixli 191 saylı əmrinə əsasən iş stajı 2 qat hesablanmış və uyğun ödənişlər edilmişdir. Onun əmək pensiyasının yenidən hesablanması və istifadə edilmiş məzuniyyətlərə görə ildə 1 dəfə əmək haqqının iki mislində kompensasiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3398/2019 saylı iş üzrə 8 oktyabr 2019-cu il tarixli qərarı və AR Ali Məhkəməsinin 2-1(102)-836/2020 saylı iş üzrə 9 iyun 2020-ci il tarixli qərarı ilə təmin edilmiş və cavabdehin üzərinə həmin öhdəlik qoyulmuşdur. O, 14 yanvar 2021-ci il tarixində cavabdehə təkrar müraciət edərək, Gəncə qarnizonu hərbi prokurorluğunda işlədiyi 2 il 3 ay 11 gün müddətinin AR NK-nin 22 noyabr 1992-ci il tarixli 631 saylı qərarına və AR Müdafiə Nazirliyinin 21 sentyabr 1992-ci il tarixli əmrinə əsasən, 1 ay hərbi xidmət müddətinin 2 ay hərbi xidmət müddəti kimi qəbul edilməsini, qulluq illərinə görə əlavənin ikiqat hesablanmasını və həmin hesabatla ona əmək haqqının 2 qat ödənilməsini, dəfələrlə döyüş bölgələrində ezamiyyətdə olduğuna görə də Qarabağ Müharibəsi veteranı olmağını bildirməklə, AR Hərbi Prokurorluğunun 6 oktyabr 2009-cu il tarixli HP-10/301 saylı təsdiqedici məktubunu da əlavə edərək, onun iş stajının məlum əvvəlki 24 avqust 2015-ci il tarixli məhkəmə qərarının icrası ilə bağlı olduğu kimi 17 il 3 ay 13 gün, yəni cavabdehin özünün 25 avqust 2015-ci il tarixdən olduğu kimi də 15 ildən yuxarı hesablamaqla qulluq illərinə görə əlavənin 45%-lə hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh əsassız bəhanə ilə yenə də 2 ay sonra 5 mart 2021-ci il tarixli **********0 saylı cavab məktubu ilə məsələnin həllindən imtina etmiş və cavabını belə əsaslandırmışdır ki, onun təqdim etdiyi AR Hərbi Prokurorluğunun 6 oktyabr 2009-cu il tarixli HP-10/301 saylı məktubunda qeyd olunub ki, işlədiyi müddətdə Gəncə qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatlarında iştirak etməmiş və döyüş şəraitində yerləşən hərbi qurumlara aid edilməmişdir, buna görə 30 sentyabr 1992-ci il tarixdən 11 yanvar 1995-ci il tarixədək Gəncə qarnizonu hərbi prokurorluğundakı qulluq stajının ikiqat ölçüdə hesablanması guya qanunvericilik baxımından mümkün hesab edilmir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5214/2021 saylı, 30.07.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı əmək pensiyasının prokurorluqda xidmət müddətinin güzəştli şərtlə 17 il 3 ay 11 gün olması və xidmət ilinə görə 45% əlavə nəzərə alınmaqla yenidən hesablanması və onun pensiya hüququnun yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin müraciət etdiyi vaxtdan əvvəlki 3 illik dövrə aid hissəsi həmin dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsmuşdur. İddiaçı apellyasiya şikayəti verərək ona pensiya təyin olunduğu vaxtdan indiyədək ödənilməmiş yığılan pensiya məbləğinin ona birdəfəlik ödənilməsi öhdəliyinin iş üzrə cavabdehin üzərinə qoyulmasınını xahiş etmişdir. Eyni zamanda, cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ödənilməmiş yığılan pensiya məbləğinin əvvəlki 3 illik dövrə aid hissəsinin ona ödənilməsi hissəsində ləğv edilməlidir. Belə ki, əmək pensiyaları haqqında» Qanunun 31 və 31.1-ci maddələri əmək pensiyasının təyin olunması üçün sənədlərə baxılması və onun müddətləri, həmçinin hansı qaydada təyin olunması, avtomatlaşdırılmış qaydada təyinatı, hesablanması və elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi barədədir. Həmçinin Ali Məhkəməsinin X2 pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08.10.2020-ci il tarixli qərardadı da məhz, həmin Qanunda nəzərdə tutulan pensiya təyinatı üçün müraciət qaydası, baxılma müddəti, sənədlərə baxılma pensiya təyin olunması qaydaları barədədir. Göründüyü kimi Qanunun və Ali Məhkəmənin qərardadının onun tələbi ilə bağlılığı yoxdur. Belə ki, ona pensiya hələ, 29.06.2010-cu il tarixindən təyin olunub indiyədək almışdırır. Hazırkı iddia tələbi isə məhz iş üzrə cavabdehin özünün qəsdən hesablamanı düzgün aparmaması və 8 dəfədən çox onun pensiyasının azaltmasıdır. Cavabdeh ona iş stajını 15 ildən yuxarı 45 faizlə hesablayıb ödəmişdir. Məhkəmənin 2-1(82)-2861/2105 saylı 24 avqust 2015-ci il tarixli qərarı ilə ilə bağlı pensiyası yenidən hesablanarkən də iş stajını əsaslı olaraq güzəştli iş stajı kimi 15 ildən yuxarı 45 faizlə hesablamış və kompensasiyanı maneəsiz ona birdəfəlik ödəmişdir. Göstərilənlər baxımından, məhkəmənin hazırkı qərarı ona ödənilməmiş yığılan pensiya məbləğini 3 ilə bölünməklə ona ödənilməsi hissəsində ləğv edilməli və iddia tələbi tam həcmdə təmin edilməlidir. Cavabdeh isə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 noyabr 1992-ci il tarixli 631 saylı qərarının 2-ci bəndində zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlər müəyyən edilmişdir. Göründüyü kimi, həmin bənddə xidmət müddətinin (qulluq illərinin) güzəştli şərtlərlə hesablanmasının şamil edildiyi orqanların sırasında prokurorluq orqanları qeyd edilməmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 24.0.1-ci maddəsinə əsasən maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hikimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində olmaq müddəti müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) sığorta stajına iki qat ölçüdə daxil edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi AR Hərbi Prokurorluğunun 6.10.2009-cu il tarixli HP-10/301 nömrəli arayışında 30.09.1992-ci il tarixdən 11.01.1995-ci il tarixinədək işlədiyi Gəncə qarnizonu hərbi prokurorluğunun döyüş əməliyyatlarında iştirak etmədiyi və döyüş şəraitində yerləşən hərbi qürumlara aid olmadığı qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçının ərizəsində qeyd etdiyi 30.09.1992-11.01.1995-ci il tarixləri arasındakı dövr üzrə qulluq stajının ikiqat ölçüdə hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflər apellyasiya şikayətlərini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsinin məzmununa, tərəflərin nümayəndələrinin izahatlarına və iş materiallarına əsasən işin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçının pensiya təyin olunarkən və sonradan qanuni qüvvəsin almış məhkəmə qərarlarına əsasən əmək pensiyasının hesablanarkən, 30.09.1992-ci ildən 11.01.1995-ci ilədək (2 il 3 ay 11 gün) döyüş şəraitində olan qərb sərhəd rayonlarının xidməti ərazisinə daxil edildiyi Gəncə Qarnizonu hərbi prokurorluğunda müsətntiq kimi işlədiyi müddət qanunvericiliyə zidd olaraq xidmət ilə ikiqat hesablanmamış və onun xidmət müddəti güzəştli şərtlərlə 17 il 13 gün hesablanması əvəzinə, 14 il 9 ay 11 gün nəzərə alınmışdır. Başqa sözlə, pensiya hesablanarkən 2 il 3 ay 11 gün güzəştli xidmət müddəti pensiyasının əmək haqqının ikinci qati kimi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd olunan mövqeyində haqlıdır. Belə ki, iş materialları üzrə Gəncə qarnizonu hərbi prokurorluğunun 30.09.1992-ci il tarixli 99 N-li və 29.09.1092-ci il tarixli əmrinə əsasən müəyyən olunur ki, iddiaçı Gəncə qarnizonu hərbi prokurorluğna stajçı müstəntiqi və 29.12.1993-cü il tarixli 290 saylı qərarı ilə həmin prokurorluğun müstəntiqi təyin edilmiş, 10 aprel 1993-cü il tarixli 32 nömrəli əmrinə əsasən isə 10 aprel 1993-cü il tarixdən Gədəbəy rayonu döyüş zonasından qayıtmış hesab olunmuşdur. Eyni zamanda, işə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirinin 17.04.1993-cü il tarixli 0105 saylı əmrinin surətindən görünür ki, iddiaçıya ehtiyatda olan İddiaçıa baş leytenent rütbəsi verimişdir. Eyni zamanda, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 24 iyul 2009-cu il tarixli arayışına əsasən müəyyən olunur ki, İddiaçı 30 sentyabr 1992-ci il tarixdən 2 iyul 2007-ci il tarixədək Azərbaycan Respublikası prokurorluğu orqanlarında qulluq etmiş və Baş Prokurorun 2 iyul 2007-ci il tarixli 10/50-11/161-k nömrəli əmrinə əsasən qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilmişdir. İddiaçı prokurorluq orqanlarında işlədiyi müddət ərzində iş stajı 14 il 9 ay 2 gün təşkil etmişdir. Eyni zamanda, işə əlavə olunmuş qanuni qüvvəsini almış “İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək haqqının 2 qat mislində müalicə pulunun ödənilməsi tələbinə dair” inzibati iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 24 avqust 2015-ci il tarixli 2-1(82)- 2861/2015 saylı qərarı ilə aşağıdakılar müəyyən edilmişdir: “.. Azərbaycan Respublikası Hərbi Prokurorluğu 06.10.2009-cu il tarixli HP-10/301 saylı məktubunda bildirmişdir ki, hərbi prokurorluğun sabiq İddiaçı respublika hərbi prokurorunun 30.09.1992-ci il tarixli 99 saylı əmri ilə Respublikanın Hərbi Prokurorluq orqanlarında işə qəbul olunmuş və Gəncə qarnizonu hərbi prokurorluğunun stajçı müstəntiqi vəzifəsinə təyin edilmiş və 29.12.1993-cü il tarixdən 11.01.1995-ci il tarixə kimi Gəncə qarnizonu hərbi prokurluğunun müstəntiqi və böyük müstəntiqi vəzifələrində xidmət etmiş, Baş Prokurorun 11.01.1995-ci il tarixli əmri ilə tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçı 30 sentyabr 1992-ci il tarixdən 11 yanvar 1995-ci il tarixədək Gəncə qarnizonu hərbi prokurorluğunda işlədiyi dövr pensiya təyinatı zamanı güzəştlə 1 ay hərbi xidmət müddəti 2 ay hərbi xidmət müddəti kimi hesablanmalıdır...” Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun işə əlavə olunmuş 15 aprel 2021-ci il tarixli HP-10/467 saylı məktubunda da eynilə qeyd olunan hallar öz təsbitini tapmışdır. Beləliklə də tədiqiq olunan sübutlarla müəyyən edilən hallardan göründüyü kimi, zabit rütbəsi olan İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Gəncə qarnizonu hərbi prokurorluğunda döyüş şəraiti zonalarında 30.09.1992-ci il tarixdən 11.01.1995-ci il tarixə kimi, yəni, 2 il 3 ay 11 gün üçün xidmətdə olmuşdur. Belə olan halda, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.8-ci bəndinə əsasən prokurorluq orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli və “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarları və digər normativ hüquqi aktlarla həyata keçirilir. «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» Azərbayjan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992- ci il tarixli 631 nömrəli Qərarının 1-ji bəndinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmət dövrü həmin xidmətə təyin olunma günündən uzun müddət xidmətə aiddir. Bu müddət qurtarandan sonra pensiya qüvvədə olan qanunvericiliyə əsasən yenidən hesablanır. Həmin Qərarın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli 33 nömrəli qərarı ilə 2-ci bəndinin “b” bəndi çıxarılanadək, həmin bənddə nəzərdə tutulurdu ki, “Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmətin müddəti bir ayı iki ay sayılmaqla güzəştli şərtlərə aid edilir. Lakin cavabdeh tərəfindən iddiaçıya pensiya təyin olunarkən, onun Gəncə qarnizonu hərbi prokurorluğunda döyüş əməliyyatları zonalarında - 30.09.1992-ci il tarixdən 11.01.1995-ci il tarixə kimi 2 il 3 ay 11 gün üçün xidməti bir ayı iki ay kimi nəzərə alınmamış, onun prokurorluq orqanlarında 2 iyul 2007-ci il tarixinə olan güzəştli xidmət müddəti 17 il 3 ay 11 gün nəzərə alınmaqla, ona 15 ildən yuxarı stajına görə əmək pensiyasına 45 faiz əlavə haqq hesablanmalı olduğu halda, xidməti müddəti 14 il 9 ay 2 gün nəzərə almaqla hesablama aparılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.8.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında; Həmin Qanunun 20.8.2-ci maddəsinə əsasən prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 168 nömrəli 31 oktyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası»nın 1.3-cü AR Nazirlər Kabinetinin 168 nömrəli 31 oktyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası»nın 1.3-cü bəndinə əsasən prokurorluq işçilərinə aylıq vəzifə maaşının iş stajının hər beş ilinə görə 15 faizi həcmində 45 faizdən çox olmamaq şərti ilə əlavə haqq verilir. Beləliklə də qeyd olunanlar onu deməyə əsasə verir ki, cavabdehin apellyasya şikayətinin Gəncə qarnizonu hərbi prokurorluğunda - 30.09.1992-ci il tarixdən 11.01.1995ci il tarixə kimi olan 2 il 3 ay 11 gün qulluq stajının ikiqat ölçüdə hesablanması Qaydalarda nəzərdə tutulmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Əksinə, sübuta yetirilir ki, həmin müddət qanunverijiliyin qeyd olunan tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə iki qat olaraq güzəştli şərtlərlə iddiaçının 14 il 9 ay 2 gün xidmət müddətinə əlavə edilməklə onun prokurorluq orqanlarında ümumi xidməti 17 il 3 ay 11 gün hesablanmalı idi. Eyni zamanda, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarı ilə onun ilkin pensiya təyin olunduğu tarixdən indiyədək ödənilməmiş yığılan pensiya məbləğini birdəfəlik ödənilməsi tələbi hissəsinə münasibət bildirərək hesab edir ki, onun bu tələbi əsassızdır. Çünki, əmək pensiyanın hesablanıb ödənilmə mexanizmi və qaydası qüvvədən düşmüş pensiya qanunvericiliyin tələblərinə əsasən deyil, qüvvədə olan qanunvericiliyin normaları ilə tənzimlənir. Məhz, birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən iddiaçının həmin tələbinə münasibətdə Əmək pensiyaları haqqında qanuvericiliyin qüvvədə olan normaları tətbiq olunması qanuni və əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın qismən təmin edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir və yekunda belə qənaətə gəlir ki, tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5214/2021 saylı, 30.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Tərəflərin apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5214/2021 saylı, 30.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2549/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2549/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver