Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-255/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X15 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3, iddiaçının vəkili X4 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 552/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli 1828 ş/h №-li əmrinə əsasən Sahil Mühafizəsi rəisinin xx.xx.2021-ci il tarixli 0236 №-li əmrin ləğv edilməsi və iddiaçının Dövlət Sərhəd Xidmətinin X14 bölməsinin baş zabit vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2020-ci il tarixli 957 ş/h və xx.xx.2021-ci il tarixli 1828 ş/h № əmrlərinin, Sahil Mühafizə rəisinin xx.xx.2021-ci il tarixxli 0236 №-li əmrinin ləğv edilməsi və onun Dövlət Sərhəd Xidmətinin X14 bölməsinin baş zabit vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir (i.v. 91). Məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia tələbi «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2020-ci il tarixli 957 ş/h nömrəli əmrin ləğv edilməsi» hissəsində mümkün sayılmamışdır (İ v.129). Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə ötürülmüş prosessual müddəti üzürlü hesab edərək, bərpa etmişdir (i.v.111, 128). İddia aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçı xx.xx.2007-ci ildən Dövlət Sərhəd Xidmətinin Maliyyə bölməsinin mühasib-xəzinədar vəzifəsində xidmətə başlamış, xx.xx.2014-cü ildən Maliyyə bölməsinin zabiti vəzifəsində, xx.xx.2018-ci il tarixdən isə həmin bölmənin baş zabiti vəzifəsində xidmət etmişdir. Ona xx.xx.2007-ci ildən miçman, xx.xx.2012-ci ildən baş miçman, xx.xx.2015-ci ildən leytenant, xx.xx.2018-ci il tarixdən isə baş leytenan hərbi rütbələri verilmişdir. xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci ilə kimi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində çalışdığı həmin vəzifələrdə qüsursuz xidmət etmiş, heç bir nöqsana yol verməmiş, müxtəlif medallarla təltif olunmuşdur. Lakin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğua görə) Xidmət rəsinin xx.xx.2021-ci il tarixli 1828 ş/h No-li əmrinə əsasən Sahil Mühafizəsi rəisinin xx.xx.2021-ci il tarixli 02.36 No-li əmri ilə o, xx.xx.2021-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmaqla ehtiyata buraxılmışdır. Cavabdehin həmin əmri qanunsuz və əsassızdır. Çünki, əmrin verilməsinə əsas kimi xidməti uyğunsuzluq göstərilsə də, bu uyğunsuzluğun nədən ibarət olması, hansı qüsurların olması bardə açıqlama verilməmişdir. Halbuki, onun xidmət dövründə onun hərəkətlərində heç bir qüsur olmamışdır…» Cavabdeh iddia tələbinə dair etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 15 may 2020-ci il tarixli ********* nömrəli məktubu və Bakı Hərbi Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarının icrası olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 01 avqust 2011-ci il tarixdən 01 mart 2020-ci il tarixə kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı Sahil Mühafizəsi üzə əmək haqqı, mükafat, maddi yardım, müavinət və digər ödənişlərin hesablama cədvəlləri üzrə hərbi qulluqçu və mülki şəxslərin əmək haqlarından 2017-ci ildə 100.843,00 manat, 2018ci ildə 102.751,60 manat və 2019-cu ildə 96.798,11 manat cəmi, 300.392,71 manat məbləğində tutulmuş gəlir vergisi, 2019-cu ildə 27.000,00 manat məbləğində tutulmuş məcburi dövlət sosial sığorta haqqı (3,0 faiz) olmaqla ümumilikdə 327.392,71 manat məbləğində vəsait dövlət büdcəsinə və Dövlət Sosial Müdafiəsi Fonduna köçürülməli olduğu halda, təyinatından kənarlaşdırılaraq Sahil Mühafizəsinin şəxsi heyətin siyahısından çıxarılmış 22 şəxsin adlarına "Kapital Bank” ASC-nin Suraxanı filialında açılmış ödəniş kartları üzrə bank hesablarına köçürülmüşdür. Yoxlama ilə müəyyən edilmişdir ki, Sahil Mühafizəsinin rəsinin müvafiq əmrlərinə əsasən xidmət müddəti başa çatması, digər hərbi hissə komandirlərinin sərəncamına keçirilməsi, xidmətə uyğunsuzluq və digər səbəblərdən 2017-ci ilin fevral ayında şəxsi heyətin siyahısından çıxarılmış X37, X23, X29, X19, X16, X6, X7, X24, X17, X20, X8 adlarına 26 aprel 2017-ci il tarixdə “Kapital Bank" ASC-nin Suraxanı filialına kart sifarişi verilmiş və bankdan həmin şəxslərin adlarına yeni kartlar alınmışdır. Eyni hal üzrə 2019-cu ilin fevral-avqust aylarında şəxsi heyətin siyahısından çıxarılmış X5, X9, X21, X30, X31, X10, X11, X18, X32, X12, X25 adlarına 11 sentyabr 2019-cu il tarixdə “Kapital Bank" ASCnin Suraxanı filialına kart sifarişi verilmiş və bankdan həmin şəxslərin adlarına yeni kartlar alınmışdır. Bundan əlavə, yoxlama zamanı Sahil Mühafizəsində mühasibat uçotu Maliyyə Nazirliyinin 09 fevral 2012-ci il tarixli Q-02 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimata uyğun aparılmadığı müəyyən edilmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq İddiaçı attestasiya komissiyasına çıxarılmış və "Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını məqəsəduyğun hesab edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 1828 ş/h nömrəli əmri ilə tərxis edilərək Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Bundan başqa iddiaçı iddia ərizəsində xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sahil Mühafizəsində təyin olunduğu vəzifəsində qüsursuz xidmət etdiyini bildirmişdir. İddiaçı sabiq hərbi qulluqçu İddiaçı məxsus xidmət vərəqəsindən görünür ki, İddiaçı DSX-də xidmət etdiyi müddət ərzində xx.xx.2016-cı il tarixdə "xidmət yerinə vaxtında gəlmədiyinə görə” Sahil Mühafizəsi rəisi tərəfindən “Töhmət”, xx.xx.2016-cı il tarixdə “həyəcan komandasına əsasən hərbi hissəyə təyin olunmuş vaxtdan gec gəldiyinə görə" Sahil Mühafizəsi rəisi tərəfindən “Töhmət", 07.11 2016-cı il tarixdə “sıra düzülüşündə iştirak etmədiyinə görə” Sahil Mühafizəsi rəisi tərəfindən “Töhmət", xx.xx.2017-ci il tarixdə “təyin olunmuş tədbirə vaxtında gəlmədiyinə görə” Sahil Mühafizəsi rəisi tərəfindən “Töhmət", xx.xx.2019- cu il tarixdə “zəif icraçılığa görə" Sahil Mühafizəsi rəisi tərəfindən “Töhmət", xx.xx.2020-ci il tarixdə “vaxtında məruzə etmədiyinə görə” Sahil Mühafizəsi rəisi tərəfindən “Töhmət” və xx.xx.2020-ci iİ tarixdə “hərbi qulluqçuların arasında etik-davranış qaydalarını pozduğuna görə" Sahil Mühafizəsi rəisi tərəfindən “Şiddətli töhmət” elan edilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-552/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: Apellyasiya şikayəti aşapğıdakılarla əsasandırılmışdır: «...Qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərarında qeyd etmişdir ki, pul vəsaitinin Maliyyə bölməsinin rəisi Ülvi Fətullayev və həmin bölmənin zabiti İddiaçı tərəfindən mənimsənilməsi faktı üzrə açılmış cinayət işi üzrə istintaq davam etdirilməkdədir. Hazırkı mərəhələdə istintaqın yekunlaşmaması hər bir halda vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmamasının əsasında duran hal onun vəzifə funksiyasının icrası zamanı nöqsanlara yol verilməsidir ki, bu nöqsanlar təkcə pul vəsaitinin onun tərəfindən mənimsənibmənimsənilmədiyini deyil, ümumiyyətlə səlahiyyətlərindən istifadə etməsi, vəzifə funksiyalarını deyil, ümumiyyətlə səlahiyyətlərindən sui istifadə etməsi, vəzifə funksiyalarının düzgün icra etməməsi ilə bağlıdır. Əvvəla, mənimsəmə faktı ilə bağlı cinayət işi aparılan şəxs olmamış, şahid qismində onun ifadəsi alınmışdır. İkincisi, hazırda cinayət işinə bəraətverici əsaslarla xitam verilmişdir, zabit heyəti və digər hərbi qulluqçular azadlığa buraxılmışdır. Cinayət işi davam etsə belə hazırkı iddianın əsaslı olub-olmamasına əsas vermir. Digər tərəfdən cavabdeh orqanın daxilində maliyyə və mühasibat uçotunun təşkili qaydalarının müəyyən edilməsinin cavabdehin diskression səlahiyyətlərinə aid olubolmaması məhkəmənin mülahizəsinə görə deyil yalnız cavabdehin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlarla nəzərədə tutula bilər. Diskression səlahiyyət olsaydı belə, mübahisənin predmeti mühasibat uçotu qaydalarının pozulub-pozulmaması deyil, qanunsuz inzibati aktın mübahisələndirilməsi olmuşdur. Məhkəmə öz qənaətini İPM-in 73.3.1-ci maddəsi ilə əsaslandırmaqla düzgün mövqe ifadə etməmişdir. Məhkəmə qanunsuz əmrin verilməsini cavabdehin diskression səlahiyyəti kimi qiymətləndiriə bilməzdi. Nəhayət məhkəmənin iddiaçıya əvvəllər işlədiyi dövrdə vəzifə səlahiyyətlərini düzgün icra etmədyinə və etik davranış qaydalarını pozduğuna görə intizam tənbehi verilməsinə istinad olunan mövqeyinə gəldikdə cavabdehin izahatına əsaslanmışdır. İddiaçının maliyyə bölməsində xidmətinin daim özünün bilavasitə və birbaşa rəislərinə məruzə etməkdən ibarət olmuş, tərəfindən özbaşına şəkildə bankla sövdələşmə edilməmişdir. Belə ki, bank tərəfindən qəbul olunan maliyyə əməliyyatları maliyyə bölməsinin rəisinin razılığı əsasında icra olunur, bölmənin baş zabiti isə sadəcə olaraq icraçı vəzifəsi daşıyır. Onun Maliyyə şöbəsinin baş zabiti kimi vəzifəsi maliyyə əməliyyatlarını icra etmək olmuşdur. Verilən töhmətlər isə cərgəyə yubanmaq, vaxtında gəlməmək,v axtında məruzə etməmək, vaxtında məruzə etməmək kimi natamam intizam cəzaları olmuşdur. İnzibati orqan ona qərəzli münasibət bəsləmişdir. Onun tərəfindən maliyə əməliyyatları icra maliyyə əməliyyatları icra edilərkən hər bir halda birbaşa rəisinə məruzə edilmiş, təsdiq aldıqdan sonra icra olunmuşdur. Rəhbərlik tərəfindən razılıq verilmiş hər hansı maliyyə əməliyyatı müzakirəsiz icra olunmalı idi. Verilən töhmətlərin öz-özlyündə hərbi qulluqçunun attestasiya olunaraq işdən azad olunmasına əsas vermir. Attestasiya ədalətli formada keçirilməmiş, müddəti cəmi 5 dəyqiqə çəkmiş, nəticələri ilə tanış edilməmişdir. Komissiya üzvləri Sahil Mühafizə rəisinin müavinləri olmuş, maliyyəçi kimi vəzifəyə uyğun gəlmədiyini ona bildirmişlər…» Cavabdeh apellyasiya şikayətinə etirazında şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı dəfələrlə nizam-intizamsızlığa yol vermiş, islah edilməsi məqsədilə barəsində tətbiq olunmuş intizam cəzalarından heç bir nəticə çıxarmamış, xidməti fəaliyyətində müsbət dönüş yaratmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, cavabdehin nümayəndəsi G.Alahverdiyva onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, hazırkı iddianın predmetini iddiaçının cavabdehə qarşı mübahisələndirmə haqqında - “Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə rəisinin xx.xx.2021-ci il tarixxli 0236 №-li əmrinin (i.v.47) ləğv edilməsi və onun X14 bölməsinin baş zabit vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında” iddia tələbi təşkil edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İşə əlavə olunmuş mübahisələndirilən əmrdə İddiaçı həqiqi hərbi xidmətdən buraxılmasına əsas kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 41.0.6-cı maddəsinə əsasən onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığı göstərilmişdir. İş materiallarına əsasən qeyd olunan əsasla iddiaçının ehtiyata buraxılmasının əsaslı olduğu sübuta yetirilir. Belə ki, birincisi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 15 may 2020-ci il tarixli ********* nömrəli məktubu və Bakı Hərbi Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarının icrası olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 01 avqust 2011-ci il tarixdən 01 mart 2020-ci il tarixə kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən aşağıdakılar müəyyən olunmuşdur. - 2020-ci ildə Xidmətin Sahil Mühafizəsi üzrə aparılan yoxlama zamanı - əmək haqqı, mükafat, maddi yardım, müavinət və digər ödənişlərin hesablama cədvəlləri üzrə hərbi qulluqçu və mülki şəxslərin əmək haqlarından 2017-2019 dövr üzrə ümumilikdə, 300.392,71 manat məbləğində tutulmuş gəlir vergisi, 2019-cu ildə 27.000,00 manat məbləğində tutulmuş məcburi dövlət sosial sığorta haqqı (3,0 faiz) olmaqla, ümumilikdə 327.392,71 manat məbləğində vəsait dövlət büdcəsinə və Dövlət Sosial Müdafiəsi Fonduna köçürülməli olduğu halda, təyinatdan kənarlaşmaqla Sahil Mühafizəsinin şəxsi heyətin siyahısından çıxarılmış 22 şəxsin adına "Kapital Bank” ASC-nin Suraxanı filialında açılmış ödəniş kartları üzrə onların bank hesablarına köçürülmüşdür. - eyni zamanda, cavabdeh tərəfindən aparılmış araşdırma zamanı Sahil Mühafizəsinin rəsinin müvafiq əmrlərinə əsasən xidmət müddəti başa çatması, digər hərbi hissə komandirlərinin sərəncamına keçirilməsi, xidmətə uyğunsuzluq və digər səbəblərdən 2017-ci ilin fevral ayında şəxsi heyətin siyahısından çıxarılmış 11 şəxsə 26 aprel 2017-ci il tarixdə və 2019-cu ilin fevral-avqust aylarında şəxsi heyətin siyahısından çıxarılmış 11 şəxsə 11 sentyabr 2019-cu il tarixdə “Kapital Bank" ASC-nin Suraxanı filialına kart sifarişi verilmiş və bankdan həmin şəxslərin adlarına yeni kartlar alınmışdır. Qeyd olunanlardan aydın olur ki, iddiaçı tərəfindən Sahil Mühafizəsində mühasibat uçotu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 09 fevral 2012-ci il tarixli Q02 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimata uyğun aparılmamışdır. -İddiaçı, yoxlamaya təqdim etdiyi 08 iyul 2020-ci il tarixli izahatında həqiqətən, 2019cu ilin sentyabr ayında etibarnəmə əsasında bankdan 48 ədəd, o cümlədən 11 nəfər Sahil Mühafizəsinin şəxsi heyətinin siyahısından çıxarılmış hərbi qulluqçuların adlarına olan ödəniş kartları aldığını təsdiq etmiş, bankdan alınan kartların iş otağında saxlanıldığını və 37 ədəd ödəniş kartlarını işçilərin müraciəti əsasında onlara təhvil verildiyini və bu barədə heç bir sənəd imzalanmadığını, əsassız alınmış 11 ədəd kartı isə kim tərəfindən götürülməsi və şəxsi heyətdən çıxarılmış şəxslərin adlarına açılmış ödəniş kartları üzrə bank hesablarına əsassız olaraq köçürülmüş barədə məlumatının olmadığını bildirmişdir. -halbuki, Maliyyə bölməsinin baş zabiti kimi vəzifə funksiyaları hərbi hissənin şəxsi heyətin pul təminatının vaxtında hesablanıb ödənilməsi, zabit, gizir heyətinin şəxsi vərəqələriinin tərtib edilməsi, pul vəsaitinin sifarişini hesablanmasını, maliyyə təsərrüfatının uçot hesabat işlərinin aparılmasını, təh-təl hesab şəxslərin hesabatını yoxlamanılması, müvafiq kompensasiya ödənişlərinin verilməsi üçün məxaric sənədlərin hazırlnmasını, o cümlədən hərbi və mülki qulluqçulara zəruri olan əmək haqqı barədə arayışlar verilməsini təmin edilməsi, hərbi hissənin təsdiq etdiyi plana uyğun olaraq maliyyə məsələlərinə dair əməllərin və göstərişlərin icrasının təşkil edilməsi, hərbi hissənin maliyyə xidmətləri və əlaqədar bölmələrlə daimi əlaqə qurulması - onun vəzifə funksiyaları olmuş, buna baxmayaraq, Sahil Mühafizəsində mühasibat uçotu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 09 fevral 2012-ci il tarixli Q02 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimata uyğun aparmamış, kobud maliyyə pozuntulara yol vermişdir. Qeyd olunmalıdır ki, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin iddiaçıya ünvaandanmış 17 yanvar 2023-cü il tarixli məktubundan görünür ki,yoxlama zamanı aşkar olunan faktlar üzrə Cinayət Məcəlləsinin 308.2; 311.3.1 və 311.3.3-cü maddələri ilə cinayət işi açılmış, İddiaçı ilk öncə, həmin cinayət işi üzrə şahid qismində dindirilmiş, lakin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin daha sonrakı, Dövlət Sərhəd Xidmətinin sorğusna ünvanlanımış xx.xx.2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: -Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində aparılan maliyyə yoxlamaları zamanı Sahil Mühafizəsinin şəxsi heyətinin siyahısından çıxarılmış 22 hərbi qulluqçunun adlarına açılmış ödəniş kartları vasitəsilə, 2017-2019-cu illər ərzində hər ay müxtəlif məbləğlərdə olmaqla cəmi, 327.392,71 manat məbləğində pul vəsaitinin əmək haqqı qismində kartlara köçürülməklə mənimsənilməsi faktı üzrə Maliyyə bölməsinin rəisi Ülvi Fətullayev və həmin bölmənin zabiti İddiaçı barəsində cinayət təqibi üzrə icraat davam etdirilir. Bundan əlavə, iş materiallarından (o cümlədən, attestasiya vərəqəsindən) görünür ki, iddiaçının xidmət etdiyi vəzifədə 4 illik xidmət müddətinin bitməsi ilə əlaqədar onun attestasiyadsı keçirilmiş və fəaliyyəti aşağıdakı kimi qiymətləndirilmişdir: “…Xidmət etdiyi müddətdə vəzifə borclarının və verilmiş tapşırıqların icrasına məsuliyyətlə yanaşmağa çalışsa da son vaxtlar tutduğu vəzifədə göstərilən etimadı doğrultmamış, əmr və tapşırıqların icrasını lazımi səviyyədə yanaşmamışdır. Belə ki, aparılan yoxlamalar zamanı bölmədə çox ciddi nöqsanlar aşkar edilmiş, həmin nöqsanlara görə DSX rəhbərliyi baş leytenant İddiaçı vəzifədən azad olunaraq sərəncama götürülməsini məqsədəuyğun hesab etmişdir… İddiaçı attestasiya olunması səbəblərindən biri maliyyə təsərrüfatı işində yolverilməz və bağışlanılmaz səhvlər barədə vaxtında tədbirlər görülməsi üçün rəhbərliyə məruzə etməməsi bir daha nəzərinə çatdırılmışdır. Komissiya üzvləri və sədr tərəfindən iddiaçı tərəfindən buraxılan səhvlərin və əməlin bağışlanılmaz olduğu və bölmənin baş zabiti kimi Maliyyə bölməsində göstərilən etimadı doğrultmaması vurğulanaraq belə rəy verilmişdir ki, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə əsasən Silahlı Qüvvələrin qarşısında vəsatət qaldırılması məqsədəmüvafiq hesab edilir. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən edilən hallardan göründüyü kimi, iddiaçı Maliyyə bölməsinin baş zabiti olaraq yoxlanılan dövrdə xidməti vəzifəsini lazımınca yerinə yetirməmiş, qanunvericiliklə üzərinə düşən öhdəliklərinin icrasından yayınmışdır. Belə ki, Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin: 2-ci bəndinə əsasən hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli; 3-cü bəndinə əsasən Hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. 7-ci bəndinə əsasən bütün hərbi qulluqçular hərbi intizamı pozduqlarına görə — Azərbaycan Respublikası Silahlı X1 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb oluna bilərlər. Azərbaycan Respublikası Silahlı X2: 43-cü bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Həmin Nizamnamənin 47-ci bəndinə əsasən zabitlər, generallar və admirallar müstəsna və təxirəsalınmaz hallarda öz vəzifələrindən kənar edilə bilərlər. Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Qoşunları Komandanının “15” oktyabr 2007-ci il tarixli əmri ilə təsdiq edilmiş, “Dövlət Sərhəd Xidməti əməkdaşlarının etik davranış” Qaydalarına əsasən: 10.1. DSX-nin əməkdaşları birbaşa və ya bilavasitə rəisinin qanunauyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. 10.2. DSX-nin əməkdaşları birbaşa və ya bilavasitə rəisi tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ-hüquqi akta zidd olmasına əmin olduqdan sonra hərbi nizamnamələrin tələblərinə uyğun olaraq hərəkət etməlidir. 10.3. Qanuni göstərişlərin yerinə yetirilməməsi məsuliyyətə səbəb olur. ...; 12.1. DSX-nin əməkdaşlarının qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. ...; 13.1. DSX-nin əməkdaşlarına qanunsuz maddi və qeyri-maddi nemətlər və ya güzəştlər təklif olunduğu hallarda DSX-nin əməkdaşı onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər DSX-nin əməkdaşlarına ondan asılı olmayan səbəblərdən verilərsə, bu barədə birbaşa rəisinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər DSX-yə akt üzrə təhvil verilməlidir. ...; 23.1. Etik davranış qaydalarının pozulması DSX-nin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. 23.2. DSX-nin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericilikdə və hərbi nizamnamələrdə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, hərbi qulluqçular öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli, Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalı, ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ-hüquqi akta zidd olmasına əmin olduqdan sonra hərbi nizamnamələrin tələblərinə uyğun olaraq hərəkət etməli, qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə yol verməməli, birbaşa və ya bilavasitə rəisinin qanunauyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ...; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); ...; Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçının apellyasiya şikayətinin - maliyyə əməliyyatları icra edilərkən onun tərəfindən birbaşa rəisinə məruzə edildiyini, təsdiq aldıqdan sonra icra olunduğunu və rəisinin hər hansı maliyyə əməliyyatı göstərişini müzakirəsiz icra etməli olduğunu mübahisələndiriən dəlililləri əsassız olduğu aydın görünür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun qeyd olunan 41.0.6-cı maddəsinə əsasən xidməti uyğunsuhzluğa görə ehtiyata buraxılması iddiaçının hərəkətlərinə və maddi hüquq normalarının tələblərinə uyğundur. İPM-in 70.1-ci maddəsindən isə görünür ki, inzibati akt o halda ləğv oluna bilər ki, qanuna zidd olduğu sübuta yetirilsin. Beləliklə də, cavabdehin mübahisələndirilən əmrinin ləğv edilməsi və iddiaçının xidmətinə bərpa olunması üçün faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Əksinə cavabdeh tərəfindən belə şərtlərin mövcudluğu təkzib olunur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mahiyyəti üzrə düzgün olan nəticəyə gəlmişdir. Ona görə də, qeyd edilənldəri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasyia şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-552/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-552/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-255/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-255/2024
01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver