Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2550/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1973-cü il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- İsmayıllı şəhəri, R.Bədəlov küçəsi, ev 39) cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-6657/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı 18.05.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 №li, 25.02.2016-cı il tarixli Qərarının 1.3- cü bəndinin və 482 №li 17.12.2019-cu il tarixli Qərarın 4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinin, həmçinin 71-ci maddəsinin İ, İİ, Vİ, İX, X bəndlərinin 79-cu maddənin tələblərinə uyğunluğunun yoxlanılmasını, Əsas Qanunun 13, 29, 68, 71, 79, 147-ci maddələrinin tələbləri tətbiq edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 21.05.2021-ci il tarixli hüquqi yardım haqqında məktubuna əsasən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmişdir. İş üzrə 01.07.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddianın mümkünlük məsələsi araşdırılacaqdır. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-6657/2021 nömrəli qərardadı ilə (hakim F.Mədətli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına qarşı “Qərarların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçı tərəfindən əsaslandırılmamışdır. Eyni zamanda apellyasiya şikayətində iddiaçının bölgədə yaşadığı, maddi çətinlik səbəbindən paytaxta gəlib məhkəmə iclasında iştirakının mümkünsüz olması qeyd edilmişdir. Məhkəmə iclası 28 sentyabr 2021-ci il tarixinə təyin edilmiş və iddiaçıya göndərilmiş 09 sentyabr 2021-ci il tarixli məhkəmə bildirişində apellyasiya şikayətinin əsaslandırma hissəsinin 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif edilmişdir. 28 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı iştirak etməmiş, həmçinin apellyasiya şikayətinin əsaslandırma hissəsini məhkəməyə göndərməmişdir. Bu səbəbdən məhkəmə iclası 26 oktyabr 2021-ci il tarixinə təxirə salınmışdır. İddiaçı sonuncu məhkəmə iclasında da iştirak etməmiş, həmçinin apellyasiya şikayətinin əsaslandırma hissəsini məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslandırılmadığından qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə (bundan sonra - İPM) əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır (81.1. ). Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir (85.2.). Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir (85.3.). Göründüyü kimi iddiaçının apellyasiya şikayəti əsaslandırılmamış, ona təklif edilməsinə baxmayaraq şikayətin əsaslandırma hissəsi apellyasiya məhkəməsinə təqdim olunmamışdır. Yaranmış vəziyyət işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası İPM-ə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır (87.2.). Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir (87.3.). Ona görə də qərardaddan verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq iddiaçının nəzərinə çatdırır ki, iddiaçı məhkəməyə təqdim etdiyi ərizələrində, müraciətlərində iddia tələbinə aid olmayan, kənar ifadələri istifadə etməkdən çəkinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-6657/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2550/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2550/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver