Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2550/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2-N(NN2)-2N74/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək N992-N993-cü illərdə N nömrəli hərbi hissədən dəfələrlə döyüş bölgəsinə ezam olunmağını əsas götürərək ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N992-ci ildə Masallı Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış, xx.xx.N992-ci il tarixində Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) N saylı Hərbi Hissəsinə köçürülərək, həmin hərbi hissədə xidmətini davam etmişdir. xx.xx.N994-cü il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə ezam olunduğu üçün - Milli Təhlükəsizlik Nazirliyinin Şəxsi Heyətinin siyahısından çıxarılmışdır. N saylı Hərbi Hissəsinin tərkibində dəfələrlə döyüş bölgələri olan - Fizuli, Çaykəndi, Murovdağ, Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Murovdağda döyüş zamanı başından güllə yarası almışdır. Bütün bunları onunla birlikdə N saylı Hərbi Hissənin tərkibində döyüşən əsgər yoldaşları təsdiq edə bilərlər. Ərizə və sorğularına aşağıdakı cavablar verilmişdir: Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq bildirilir ki, "Azərbaycan Respublikasının vətəndaşı İddiaçı xx.xx.N992-ci il tarixdən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) N saylı hərbi Hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.N994-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə ezam edilərək şəxsi heyətin siyahısından çıxarılmışdır. Eyni zamanda bildirilmişdir ki, İddiaçı MTN-in N saylı hərbi hissəsində xidmət keçdiyi müddətdə xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək və xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Xətai Rayon Hərbi Komissarlığına ezam olunmuşdur". N nömrəli hərbi hissə ƏMR-dən çıxarış (N aprel N993cü il tarixli Hərbi Hissənin komandiri mayor Mehdiyev): "N0 nəfər şəxsi heyət üzvləri Tərtər rayon ezamiyyətə getmiş sayılsınlar. Üç gün müddətində qazan təminatından çıxarmaq. Quru ərzaqla təmin edilsinlər. N nömrəli hərbi hissə əmrdən çıxarış. N aprel N994. N nömrəli hərbi hissənin komandiri mayor Mehdiyev N.): Aşağıda adları çəkilən şəxsi heyət üzvləri xidməti məqsədlər üçün Xətai rayon rayon Hərbi Komisarlığına bir gün müddətinə ezam edilsinlər. Qazan təminatından çıxarılsınlar. Bir günlük quru ərzaqla təmin edilsinlər. 2. S.ə.İddiaçı Raquf oğlu (N nömrəli hərbi hissənin komandiri mayor Mehdiyev N. N nömrəli hərbi hissə əmrdən çıxarış. N may N994. Aşağıda adları çəkilən şəxsi heyət üzvləri xidməti məqsədlər üçün Xətai Rayon hərbi komissarlığında ezamiyyətdə olması ilə əlaqədar l(bir) gün müddətinə duru ərzaqla təmin olunsunlar. 6. ə.s. İddiaçı Rafiq oğlu. N nömrəli hərbi hissə əmrdən çxarış. N may N994. (N nömrəli h/h komandirinin vəzifəsini müvəqqəti icra edən b/İ -nt Axundov M. Aşağıda adları çəkilən şəxsi heyət üzvləri Xətai RHK-dan ezamiyyətdən qayıtmış hesab edilsinlər. Qazan təminatına qoyulsunlar. (N nömrəli h/h-nin komandirinin vəzifısini müvəqqəti icra edən b/i-nt Axundov M. İddiaçı qeyd edir ki, onun N992-N993-cü illər ərzində döyüş bölgəsinə ezam olunmağı barədə olan sənədlər arxivdə yoxdur. İddiaçının döyüş bölgəsində birlikdə döyüşdüyü yoldaşlar veteran vəsiqəsi almışlar. İddiaçı 4 il 6 ay hərbi xidmətdə olmuş, hərbi xidmətini başa vurub ordudan tərxis olandan sonra, Masallı Rayon Hərbi Komissarlığı ona "Veteranlıq Vəsiqə"si vermişdir. "Veteranlıq" vəsiqəsi iddiaçıya təqdim olunan dövrlərdə "Veteran" adına görə pul ödənilmirdi. "Veteran" vəsiqəsinə görə pul ödənilməsi 200N-ci ildən başlamışdır və həmin vaxtdan onun veteran vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə dəfələrlə müraciət edərək, ona "Veteran vəsiqəsi" verilməsini xahiş etsə də, ərizələrinə cavab verilmir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müraciətlərimə cavab verməməsi qanunsuz və əsassızdır.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, İddiaçı N992-N994-cü illərdə keçmiş MTN-in N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı xidmət dövründə qısa müddətlərlə Xətai rayon Hərbi Komissarlğına ezam edilmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 3/4-4044 nömrəli Sərəncamı ilə xx.xx.N994cü il tarixdən Hacıkənd qəsəbəsində N72 nömrəli hərbi hissəyə ezam edilərək MTN-in hərbi hissə üzrə təminatın bütün növlərindən çıxarılmış və şəxsi heyətin siyahısından silinmişdir. İddiaçının veteran adı və vəsiqəsinin verilməsi tələbi ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N99N-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsində müharibə veteranı adının verilməsi qaydaları müəyyən edilmişdir. İddiada qeyd olunan hallarla bağlı veteranlıq vəsiqəsinin verilməsi nəzərdə tutulan şəxslərin kateqoriyası Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində müəyyən edilmişdir. Əsasnamənin Nci hissəsinin dördüncü bəndin birinci abzasına əsasən bu kateqoriya şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi onların sonuncu xidmət keçdiyi dövlət orqanı tərəfindən həmin orqanın yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla əlaqədar İddiaçı müddətli həqiqi hərbi xidmət dövründə Hacıkənd qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin N72 nömrəli hərbi hissəsinə ezam olunduğundan iddiaçının sonuncu xidmət keçdiyi aidiyyəti dövlət orqanına müraciəti etməsi tələb olunur. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2-N(NN2)-2N74/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməmişdir.
5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı N saylı hərbi hissədən döyüş bölgəsinə ezam olunmuş və orada döyüş üçün rabitə qurmuşdur. Buna dair şahidləri vardır və əsgər yoldaşları bu faktı təsdiq edirlər. İddiaçını N saylı hərbi hissədən Xətai rayonu Hərbi Komissarlığa yollayıblar və oradan iddiaçını döyüş bölgələrinə Tərtər, Füzuli Hacıkəndə, Ağdama göndərmişlər. Oradan qayıdanda avtobusla Xətai Hərbi Komissarlığına şəhidlər gətirmişdir. N992-N994-cü illər ərzində səfərbərlikdə iştirak etmişdir. Lakin məhkəmə bu faktları ətraflı yoxlamamış, Tərtərdə yerləşən hərbi hissələrə sorğu göndərməmiş, N saylı hərbi hissədən iddiaçının Tərtər rayonuna hansı hərbi hissəyə ezam olunmağını sorğu edib cavabını götürməmişdir. Halbuki həmin rayonda döyüş tapşırığını yerinə yetirmişdir. Lakin məhkəmə bunları nəzərə almamış və əsassız qərar qəbul etmişdir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
8. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizədən görünür ki, iddiaçı hazırkı tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
9. HЗ№6N30388 №li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin N0N №-li hərbi hissəsində hərbi xidmətdə olmuşdur. xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək 3 gün müddətinə Tərtər rayonuna ezam edilmişdir. Əsas: N0N №li hərbi hissənin Əmrindən çıxarış. Hərbi biletin 24-2N-ci səhifələrində olan qeydlərdən görünür ki, İddiaçı 20 iyun N994-cü ildə Xətai rayon HK-na ezam edilmişdir. (2 günlük) xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək (9 günlük) Xətai rayonu HK-da ezam müddəti uzadılmışdır. xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilədək Xətai rayon HK-na ezam olunmuş, xx.xx.N994cü il taridən xx.xx.N994-cü il tarixədək Xətai rayon HK-da ezamiyyət müddəti uzadılmışdır. xx.xx.N994cü il tarixdə Xətai rayon HK-dan ezamiyyətdən qayıtmışdır. xx.xx.N994-cü il tarixdən Hacıkənd qəsəbəsi N saylı hərbi hissəyə ezam olunmuşdur. Əsas: DTX-nın 3- xxxx/2NN9/2023, NN iyul 2023-cü il tarixli məktubuna əsasən N0N sh/h-nin əmrindən çıxarışlar.
10. N saylı hərbi hissənin N aprel N993-cü il tarixli, NN2 saylı əmrindən çıxarışdan görünür ki, N0 nəfər şəxsi heyət üzvləri Tər-tər rayon ezamiyyətə getmiş sayılsınlar. Üç gün müddətində qazan təminatından çıxarmaq. Quru ərzaqla təmin edilsinlər. Ərzaq atestaı ilə təmin edilsinlər. xx.xx.N993-xx.xx.N993.
11. N nömrəli hərbi hissənin N may N994-cü il tarixli 488 saylı əmrindən çıxarışdan görünür ki, aşağıda adları çəkilən şəxsi heyət üzvləri Xətai RHK-dan ezamiyyətdən qayıtmış hesab edilsinlər. Qazan təminatına qoyulsunar. N. s.ə. İddiaçı Raqif oğlu.
12. N saylı hərbi hissənin N aprel N994-cü il tarixli 476 saylı əmrindən çıxarışdan görünür ki, aşağıda adları çəkilən şəxsi heyət üzvləri xidməti məqsədlər üçün Xətai rayon RHK-na bir gün müddətinə ezam edilsinlər. Qazan təminatından çıxarılsınlar. Bir günlük quru ərzaqla təmin edilsinlər; 2. s.ə. İddiaçı Raquf oğlu.
13. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.20N9-cu il tarixli məktubundan görünür ki, İddiaçı MTN-in N saylı hərbi hissəsində xidmət keçdiyi müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməmişdir.
14. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.202N-ci il tarixli məktubundan görünür ki, İddiaçı MTN-in N saylı hərbi hissəsində xidmət keçdiyi müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən hər hansı sənəd və ya qeyd aşkar edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
15. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
16. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N99N-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Normalardan məzmunundan aydın olur ki, iddiaçıya o halda müharibə veteranı adı və vəsiqəsi verilə bilər ki, o, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş olsun və ya döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olsun.
18. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı N992-N994-cü illərdə keçmiş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin N saylı hərbi hissəsində xidmət etdiyi dövrdə döyüş bölgəsinə ezam edilməsi haqqında əmrlərə və hərbi biletdə olan qeydlərə istinad edərək ona müharibə veteranı adı və vəsiqəsi verilməsini xahiş edir. N saylı hərbi hissənin Bakı şəhərində (Zığ qəsəbəsində) yerləşməsi və həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsi tərəflər arasında mübahisələndirilmir. İddiaçının tələbinin əsasını təşkil edən N0N №li hərbi hissənin yuxarıda istinad olunan N aprel N993cü il və N aprel N993-cü il tarixli müvafiq əmrlərində onun Tərtər rayonuna N0 gün və N gün olmaqla ezam edildiyi qeyd olunsa da, məhz hansı hərbi hissəyə ezam olunması, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar ezam olunması müəyyən olunmur.
19. İddiaçı müharibə veteranı adının verilməsi üçün onun ezamiyyətinin məqsədinin döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmasına dair sübutları təqdim edə bilməmişdir. Halbuki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin müddəaları baxımından müharibə veteranı adının verilməsi üçün iddiaçının həmin dövrdə həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı tələb də ödənilmiş olmalıdır.
20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
22. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
23. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2-N(NN2)-2N74/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov