Məhkəmə qərarları › İş №2-1(103)-2552/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2552/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2552/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-485/2024 nömrəli, 11 mart 2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-cı ildə anadan olmuşdur.

2. Hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1982-cı illərdə hərbi xidmət keçmişdir.

3. İddiaçıya məxsus əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1980-ci il tarixdən işə qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə işdən azad edilərək xx.xx.1982-ci il tarixdə elektrik qaynaqçısı, xx.xx.1983-cü il tarixdən işdən azad edilərək, xx.xx.1983-cü il tarixdə montajçı, xx.xx.1985-ci il tarixdə işdən azad edilərək, xx.xx.1985-ci ildə qatar bələdçisi, xx.xx.1986-cı il tarixdə azad edilərək, xx.xx.1986-cı ildə operator, xx.xx.1988-ci ildə işdən azad edilərək xx.xx.1988-ci ildə qatar bələdçisi, xx.xx.1990-cı ildə işdən azad edilərək xx.xx.1990-cı ildə üçüncü dərəcəli qaynaqçı, xx.xx.1991-ci ildə azad edilərək, xx.xx.1991-ci ildə qatar bələdçisinin təcrübəçisi, xx.xx.1993-cü ildə işdən azad edilərək, xx.xx.1993-cü ildə işə qəbul edilmişdir. xx.xx.1993-cü ildə işdən azad edilərək, xx.xx.1993cü ildə "xxxx" 2-ci sahədə 3-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1994-cü ildə 4-cü dərəcəli əl qaynaqçısı; xx.xx.1996-cı ildə işdən azad edilərək, xx.xx.1996-cı ildə attestasiya ilə 5-ci dərəcəli qaz qaynaqçısından 6-cı dərəcəli qaz qaynaqçısına keçirilmişdir. xx.xx.1997-ci ildə köçürmə yolu ilə 2 nömrəli MSQQ-nə keçirilmiş, xx.xx.1997-ci ildə işdən azad edilərək, xx.xx.1998-ci ildə “AzKKZT”1 nömrəli QQİ-də 1-ci sahəyə 5-ci dərəcəli çilingər, xx.xx.1998-ci ildə 2-ci sahəyə 4-cü dərəcəli qazla kəsmə ixtisası verilib. xx.xx.2000-ci ildə 5-ci dərəcəli əl qaynaqçısı, xx.xx.2000-ci ildə 6-cı dərəcəli əl qaynaqçısı, xx.xx.2002-ci ildə işdən azad edilərək, xx.xx.2002-ci ildə “AzNRZT” 2 saylı İ.Q.İ.-də quraşdırma sahəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı, xx.xx.2002-ci ildə işdən azad edilərək, xx.xx.2003-də "xxxx" B.M.-də Səngəçal terminalının genişləndirilməsi layihəsinə müvəqqəti olaraq nəzərdə tutulmuş işlərin sonunadək qaynaqçı, xx.xx.2005-ci ildə istehsalat zərurəti ilə əlaqədar Azf-066 şifrəli Şahdəniz Layihəsinə keçirilmişdir. xx.xx.2005-ci ildə işdən azad edilərək xx.xx.2005-ci ildə "xxxx" ASC-də qaynaqçı, xx.xx.2008-ci ildə işdən azad edilərək xx.xx.2008-ci ildə "xxxx" MMC-də Cəmiyyətin tikinti və montaj şöbəsinə 6-cı dərəcəli quraşdırıcı, xx.xx.2009-cu ildə həmin şöbədə qaynaqçı, xx.xx.2013-cü ildə işdən azad edilərək xx.xx.2014-cü ildə "xxxx" Birgə Müəssisəsində qaynaqçı köməkçisi, xx.xx.2014-cü ildə qaynaqçı 6G, xx.xx.2016-cı ildə işdən azad edilərək, xx.xx.2016-cı ildə "xxxx" BM-də qaynaqçı xx.xx.2016-cı ildən işdən azad edilərək xx.xx.2020-ci ildə "xxxx" BM-də qaynaqçı köməkçisi, xx.xx.2020-ci ildə işdən azad edilərək Q xx.xx.2020-də "xxxx" BM-də qaynaqçı (66/66R 36+46) işləmiş, xx.xx.2022-ci ildə işdən azad edilmişdir.

4. İş materiallarına əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Sərnişin Daşımaları Departamenti Bakı Vaqon Deposunun xx.xx.2021-ci il tarixli, 21 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı arxiv sənədlərinə əsasən xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə kimi Bakı bələdçilər ehtiyyat idarəsində, xx.xx.1988-ci ildən xx.xx.1990-cu ilə kimi, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə kimi Bakı vaqon deposunda sərnişin vaqonunun bələdçisi vəzifəsində işləmişdir. 5. "xxxx" Birgə Müəssisəsinin xx.xx.2021-ci il tarixli, AZF-2021/13K nömrəli güzəştli arayışına əsasən o, xx.xx.2003xx.xx.2005-ci il tarixlərində X7 Azf-058 layihəsində qaynaqçı (elektrik əl qaynaqçısı) peşəsində 1 il 4 ay 21 gün, xx.xx.2005-xx.xx.2005-ci il tarixlərində X7 Azf-066 layihəsində qaynaqçı (elektrik əl qaynaqçısı) peşəsində 9 ay 1 gün, xx.xx.2014-xx.xx.2014-cü illərdə X7 Azf-086 layihəsində qaynaqçı köməkçisi peşəsində 14 gün, xx.xx.2014-xx.xx.2016 X7 Azf-086 layihəsində qaynaqçı 6G (elektrik əl qaynaqçısı) peşəsində 1 il 11 ay 17 gün, xx.xx.2016-xx.xx.2016-ci il tarixlərdə X7 Azf-086 layihəsində qaynaqçı (elektrik əl qaynaqçısı) peşəsində 1 ay 22 gün, xx.xx.2020-xx.xx.2020-ci illərdə X7 Azf-100 layihəsində qaynaqçı köməkçisi peşəsində 20 gün çalışmışdır. xx.xx.2020-ci il tarixdən hal hazırdakı dövrədək X7 Azf-099 layihəsində qaynaqçı 6G/6GR/3G+4G (elektrik əl qaynaqçısı) peşəsində çalışır. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” öz əksini tapır (Siyahının 35-ci maddəsi “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş Qaz qaynaqçıları bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.)

6. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, A/05-21 nömrəli arayışında bildirilmişdir ki, o, həqiqətən xx.xx.2008-ci il tarixindən Cəmiyyətin Montaj və quraşdırma şöbəsində 6-cı dərəcəli quraşdırıcı, xx.xx.2009-cu il tarixindən xx.xx.2013-cü il tarixinədək qaynaqçı vəzifəsində işləmişdir.

7. "xxxx" ASC-nin arayışında qeyd edilmişdir ki, o həqiqətən 01 sentyabr 1993-cü ildən 24 mart 2002-cı ilədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində (əvvəlki adı: “Azneftkimyazavodtəmir” Tresti 1 nömrəli TTİ) 3-6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləyib. Sözügedən vəzifə (peşə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” öz əksini tapır (Siyahının 35-ci bölməsi “Ümumi peşələr”: Rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları”).

8. "xxxx" MMC-nin iddiaçıya dair 10 iyun 2021-ci il tarixli 171 L nömrəli arayışında xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” öz əksini tapır (Siyahının 35-ci maddəsi “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş qaz qaynaqçıları bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.)

9. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2022-ci il tarixli, BC04- 01/375 nömrəli məktubunda bildirilmişdir ki, “Neft Daşları” NQÇİ-nin keçmiş işçisi İddiaçı Quyuların yeraltı təmiri sexində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator peşəsində xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilə qədər əmək fəaliyyəti olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin “Fəhlə Peşələri və İşlərin Vahid X3”nda (hissə 6) göstərilən “quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator“ peşəsi üzrə əmək funksiyalarını yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li siyahısının X bölməsinin 2a yarımbölməsində göstərilmiş quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorları, kod- 1100000a-15866 peşəsi üzrə əmək funksiyalarını yerinə yetirmişdir və “Neft Daşları” NQÇİ-də güzəştli şərtlərlə iş stajı 01 il 02 ay 19 gün (kod-1100000a-15866) təşkil edir. İddiaçı əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə 6 təqvim günü əlavə məzuniyyət verilmişdir.

10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası MQS MMC-nin xx.xx.2023-cü il tarixli, 049L nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi "xxxx" MMC şirkətində qaynaqçı peşəsində çalışmış və xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 1-ci bəndində qaynaqçı peşəsi güzəştli sahə kimi qeyd edilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 2 il 10 ay 25 gün təşkil edir.

11. Məhkəmənin sorğusuna cavab olaraq “AZFEN B.M.”nin xx.xx.2023-cü il tarixli, AZF2023/089-L nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, 31/K saylı güzəştli arayışda onun əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləməsi qeyd edilmişdir. İddiaçı müəssisədə əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir və əmək funksiyası aşağıdakılardan ibarət olmuşdur: 1. Testdən keçdiyi 6G qaynaq pozisiyası üzrə əl ilə qaynaq aparan elektrik qaynaqçısı işini icra edir. Qaynaq prosesi əldə tutulan elektrodlarla, elektrik cərəyanı qoşulmuş qaynaq aparatı ilə aparılır. Qaynaq zamanı əsas və doldurucu metal qaynaq olunan metal və elektrod arasında elektrik qövsü yaradaraq əridir. Bir qaynaq vannası meydana gətirir və soyuyan metalın sonradan kristallaşması nəticəsində güclü bir birləşmə meydana gəlir. 2. Qaynaq işləri üzrə verilmiş istehsalat tapşırıqlarını müvafiq qaynaq normalarına, prosedurlarına, keyfiyyət tələblərinə riayət etməklə icra etmək; 3. İş yerinin təhlükəsiz olmasına diqqət etmək,qaynaq kabellərinin,qaynaq ləvazimatlarının və qaynaq avadanlıqlarının düzgün istismar olunmasını,qorunmasını,onların qüvvədə olan müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun düzgün yerləşdirilməsini,habelə onların ətraf mühitin təsirindən mühafizəsini təmin etmək; 4. Qaynağın və qaynaq birləşmələrinin növlərini, qaynaq olunan detal və elementlərin tərkibini, elektrodların növləri və tərkibini, elektrodların düzgün seçilməsi qaydalarını, qaynaq birləşməsi üzrə müvafiq standarların tələblərini, qaynaq aparatları, avadanlıqları və ləvazimatatlarının işlədilmə və istismar qaydalarını bilmək və iş prosesində bunlara riayət etmək; 5. İş prosesindən əvvəl və sonra iş yerinin istehsalat tullantılarından təmizləmək,tullantıları müəyyən olunmuş yerlərə yerləşdirmək; 6. Əməyin mühafizəsi və təhlükəzislik texnikası,yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı təlimatların tələblərinə və müvafiq prosedurlara əməl etmək; 7. Qızdırıcı elementlərin (spirallar) maqnit vasitəsilə, metalın qaynaq olunacaq hissəsinə yaxın səthinə yapışdırılmasını təmin etmək; 8. Müvafiq avadanlıq vasitəsilə zəruri olan temperatur alındıqdan sonra qaynaq əməliyyatının başlanmasının mümkün olduğuna əmin olduqda qaynaq işlərini icra etmək; 9. Qaynaq əməliyyatı bitənə qədər temperaturun sabit (75°- 100°) qalmasına nəzarət etmək; 10. Qaynaq əməliyyatı zamanı temperatur 230°-dən yüksək olduğu halda qaynaq işinin dayandırılmasını təmin etmək; 11. Qaynaq əməliyyatı bitdikdən sonra verilmiş təlimata uyğun şəkildə istiliyin yavaş-yavaş endirilərək, metalın öz temperaturuna uyğunlaşdırılmasını təmin etmək; 12. Qaynaq əməliyyatından sonra bəzi metal boruların texniki emal edilməsini təmin etmək; 13. Texniki emal əməliyyatından sonra xüsusi cihaz vasitəsilə qaynaq üzərindəki sərtliyin yoxlanılmasını təmin etmək.

12. Məhkəmənin sorğusuna cavab olaraq “AZFEN B.M.”nin xx.xx.2023-cü il tarixli, AZF2023/31-K nömrəli məktubunda bildirilmişdir ki, o, həqiqətən X7 layihələrində aşağıdakı peşələrdə işləmişdir. X13 Müəssisəsində güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir:

1. xx/xx/2003 - xx/xx/2005 - X7 AZF-058 layihəsində qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) peşəsində 1 il 4 ay 21 gün (bir il, dörd ay, iyirmi bir gün) çalışmışdır. 33-cü maddə "Ümumi peşələr" başlığı altında nəzərdə tutulmuş 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndi.

2. xx/xx/2005 - xx/xx/2005 - X7 AZF-066 layihəsində qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) 9 ay 1 gün (doqquz ay, bir gün) çalışmışdır. 33-cü maddə "Ümumi peşələr" başlığı altında nəzərdə tutulmuş 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndi.

3. xx/xx/2014 - xx/xx/2014 - X7 AZF-086 layihəsində qaynaqçı köməkçisi peşəsində 14 gün (on dörd gün) çalışmışdır. 33-cü maddə "Ümumi peşələr" başlığı altında nəzərdə tutulmuş 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndi.

4. xx/xx/2014 - xx/xx/2016 - X7 AZF-086 layihəsində qaynaqçı 6G (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) 1 il 11 ay 17 gün (bir il, on bir ay, on yeddi gün) çalışmışdır. 33cü maddə "Ümumi peşələr" başlığı altında nəzərdə tutulmuş 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndi.

5. xx/xx/2016 - xx/xx/2016 - X7 AZF-086 layihəsində qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) peşəsində 1 il 22 gün (bir il, iyirmi iki gün) çalışmışdır. 33-cü maddə "Ümumi peşələr" başlığı altında nəzərdə tutulmuş 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndi.

13. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 17 nömrəli məktubu ilə göndərilmiş 1 saylıTəmir Tikinti İdarəsinin özəlləşdirmə planında “AzNKZT” tresti 1 saylı TT-nin işçilərinin xx.xx.2001-ci il tarixinə siyahısında İddiaçı (xx.xx.1998) adı qeyd olunmuşdur.

14. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 19 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçının məhz elektrik qaynaqçısı vəzifəsində işlədiyini sənədlərlə təsdiq olunduğu (əmək kitabçası, emissiya prospekti) mövqeyindən çıxış edərək eyni zamanda elektrik qaynaqçısı və məhz "əl ilə qaynaq aparan” elektrik qaynaqçısı vəzifələrinin Cəmiyyətin şəxsi mülahizəsinə görə eyniləşdirilməsinə dair hüquqi tərəddüdlərini, müvafiq hədlərdə isə bunun qeyri-mümkünlüyünü ifadə edir, bu barədə hüquqi baxımdan birmənalı qərara gələ bilmədiyini məhkəməyə bildirir. Hakimin sorğusunda iddiaçının Cəmiyyətdə işlədiyi dövrdə vəzifəsinin 2 nömrəli Siyahının XXİİİ bölməsində (Ümumi peşələr) əl ilə qaynaq aparan elektrik qaynaqçıları (kod 23200000- 19906) vəzifəsinə uyğun gəlib-gəlməməsinə dair "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında sualı qoyulsa da, mövcud vəziyyətdə Cəmiyyət aşağıdakı əsaslara görə birmənalı olaraq hərhansı hüquqi nəticəyə gələ bilmir. Belə ki, 2 nömrəli Siyahının XXİİİ bölməsində (Ümumi peşələr) norma yaradıcısı vəzifənin əl ilə qaynaq aparan elektrik qaynaqçıları (kod 23200000-19906) kimi formulirovka (ifadə) etmiş, iddiaçının əmək kitabçasında və emissiya prospektində isə iddiaçının vəzifəsinin “əl ilə qaynaq aparan” elektrik qaynaqçısı deyil, iddiaçının vəzifəsinin məhz elektrik qaynaqçısı kimi qeyd olunması müşahidə olunur (görünür). Hakimin sorğusunun icra edilməsinin vacibliyi, zəruriliyi prinsipini rəhbər tutaraq Cəmiyyət hüquqi tərəddüdlərini, qeyri-müəyyənliyi, normanı anlamaq istiqamətindəki hərfi və redaksiya xüsusiyyətlərini tam istisna etmək məqsədi ilə “Siyahını” yenidən təhlil etmiş, lakin eyni hüquqi tərəddüdlərlə və qeyrimüəyyənliklə üzləşmişdir. Belə ki, Siyahının mətnindən birmənalı görünür ki, norma yaradıcısı qaz qaynaqçısı anlayışını, əl ilə qaynaq aparan elektrik qaynaqçısı anlayışını və elektrik qaynaqçı anlayışlarını norma yaradılması zamanı tam fərqləndirir, əmək funksiyası baxımından bu vəzifələrə fərqli məzmun verir. Məsələn, 12100000 XXİİİ. Ümumi peşələr: 12100000—11620 rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları, 12100000—19905 rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınlarının elektrik qaynaqçıları, 12100000—19906 Rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları. Bu hüquqi tərəddüdlərin əsası isə ondan ibarətdir ki, iddiaçının əmək funksiyasının geniş təsvirinə aid sənədlər mövcud olmadığından istər işin təsviri, istərsə də kodlar barədə birmənalı qərara gəlmək mümkün deyil. Yuxarıda göstərilənlərə əsasən hakimin sorğusunda iddiaçının işlədiyi vəzifənin konkret və düzünə olaraq “Siyahıya” əsasən məhz əl ilə qaynaq aparan elektrik qaynaqçıları (kod 23200000- 19906) vəzifəsinə uyğun gəlib-gəlməməsi sorğu edildiyini (soruşulması), iddiaçının sənədlərində isə vəzifənin məhz elektrik qaynaqçısı kimi qeyd edilməsini nəzərə alaraq, Cəmiyyət bu suala cavab verilməsi zamanı hüquqi ziddiyyətlərlə üzləşərək iddiaçının vəzifəsinin sorğudakı “Siyahıya” əsasən vəzifəyə və koda uyğun gəlib-gəlməməsi barədə birmənalı qərara gəlməsinin qeyri-mümkünlüyünü məhkəməyə bildirilir.

15. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, 15 fevral 2022-ci il tarixdə müraciətinə cavab olaraq imtina edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

16. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1961-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur. 10 yanvar 1980-ci il tarixdən əmək fəaliyyətinə başlayaraq, müxtəlif peşələrdə çalışmışdır.

18. Cavabdeh orqanın iddiaya yazılı etirazları məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının güzəştli iş stajı qanunvericilikdə nəzərdə tutulan 12 il 6 aydan az olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Mərkəzi Filiala təqdim edilən "xxxx" MMC-nin iddiaçıya dair 10 iyun 2021-ci il tarixli 171 L nömrəli arayışında xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən iddiaçının iş stajı haqqında məlumatların araşdırılması zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan müddəti iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 9 ay 11 gün (xx.xx.1993- xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2002-ci il, xx.xx.2002- xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2005-ci il, xx.xx.2014-xx.xx.2016-cı il, xx.xx.2020- xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.

19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-485/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilmiş, İddiaçı hüququnun yarandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

20. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-485/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

21. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-485/2024 nömrəli qərarı maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul olunmuşdur. Bu səbəbdən iş üzrə qəbul edilmiş qərar apellyasiya instansiyası qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin ediləməməsinə dair yeni qərar qəbul edilməlidir.

22. Qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" MMC-nin iddiaçıya dair 10 iyun 2021-ci il tarixli 171 L nömrəli arayışında xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən iddiaçının iş stajı haqqında məlumatların araşdırılması zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan müddəti iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır.

23. İnzibati orqan tərəfinən iddiaçının sığorta stajına hesablanmış və nəticədə nəzərə alınan güzəştli iş stajı 10 il 9 ay 11 gün (xx.xx.1993-xx.xx.1994, xx.xx.1996-xx.xx.1997, xx.xx.2000- xx.xx.2002, xx.xx.2002-xx.xx.2002, xx.xx.2003 xx.xx.2005, xx.xx.2014xx.xx.2016, xx.xx.2020-xx.xx.2022) təşkil edir.

24. Məhkəmə öz qərarında iddiaçının “AzKKZT”1 nömrəli QQİ-də xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilədək qazla kəsici vəzifəsi Siyahıda 35. Ümumi peşələr bölməsində qazla kəsicilər peşəsinə uyğun olmaqla həmin dövrün güzəştli iş stajına daxil edilməsinə əsas verdiyini qeyd etmişdir. Lakin "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli 17 nömrəli arayışa qoşma edilmiş sənədə diqqət etdikdə aydın olur ki, iddiaçının işə daxil olma tarixi göstərilsə də, tutduğu vəzifə ilə bağlı hər hansı məlumat qeyd edilməmişdir. Bundan əlavə qeyd edir ki, məhkəmə tərəfindən xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək nəzərə alınan dövrlər güzəştli arayışla öz təsdiqini tapmalı olsa da, "xxxx" ASC tərəfindən təqdim edilən arayış güzəştli olmamaqla bərabər, iddiaçının gördüyü iş və onun təyinatı ilə bağlı konkret hər hansı bir fikirə gəlmək üçün də kifayət etmir.

25. Belə ki, 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 4.1.20-ci maddəsində yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti işəgötürənin bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

26. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir.

27. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPMin 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir.

28. Sözügedən arayışda bir mənalı olaraq qeyd olunmuşdur ki, “Azneftkimyazavodtəmiri” trestinin tabeliyində olmuş qurumun bu sahələr ilə əlaqəsi ziddiyət təşkil edir və sual doğurur (Qeyd: "xxxx" ASC “Azneftkimyazavodtəmiri” trestinin bazasında yaradılmışdır). Bununla bağlı qeyd edilmişdir ki, "xxxx" ASC iddiaçının çalışdığı vəzifənin güzəştli olub-olmamasını müəyyən etmək səlahiyyətlərinin tərəflərindən həyata keçirilə bilməyəcəyini də qeyd etmişdir. Qeyd edilən məsələlər sözügedən müəssisənin xx.xx.2023-cü il tarixli arayışı ilə də təsdiqlənir.

29. Mübahisələndirilən digər dövrlər isə iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də qaynaqçı işlədiyi dövrlərdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4-cü hissəsində qeyd olunmuşdur ki, xx.xx.2006-cı il tarixdən sonra sığorta stajı hesablanarkən dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra - fərdi uçot) məlumatları və işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti -fərdi uçot məlumatları nəzərə alınır. Qaydaların tələblərindən də müəyyən olunur ki, xx.xx.2006-cı il tarixdən sonrakı dövrlərdə sığorta stajının hesablanması üçün əsas şərt vətəndaşın adına hesablanan məcburi dövlət sosial sığorta haqlarıdır. İddiaçıya münasibətdə isə xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövrlərdə məcburi dövlət sosial sığorta haqlarının hesablanmaması səbəbindən qeyd eilən dövrlərin sığorta sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün sayılmır. Odur ki, məhkəmənin qərarda qeyd etdiyi faktlar hər hansı mötəbər sübutla təsdiqlənməmiş, əsassız olaraq iddia tələbi təmin edilmişdir.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

31. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun dəlilərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki hallarını tam hərtərəfli araşdırmamış, bununla da prosessual normaların tələblərini pozmuşdur və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

32. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək iddia tələbinə uyğun izahat vermiş, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş) Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ...21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti. Maddə 22.1. əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.

34. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.6. sığortaçı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; Maddə 1.7. sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; Maddə 1.8. sığortaolunanlar-xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; Maddə 14. (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən) Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir; hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir; məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığortaedəndən məhkəmə qaydasında alınır; Maddə 18. (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən) Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır.

35. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10.1. sığortaçı aşağıdakı hüquqlara malikdir: 10.1.1. Sığortaedəndən və sığortaolunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək; 10.1.2. Sığortaedənin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq; 10.1.3. Sığortaedənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri tətbiq etmək. Maddə 10.2. sığortaçın vəzifələri aşağıdakılardır: 10.2.1. Sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; 10.2.1-1. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq; 10.2.2. sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək; 10.2.4. bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək və səlahiyyətləri daxilində müvafiq normativ aktlar qəbul etmək

36. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

37. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

38. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; (....)

40. Azərbaycan Respublikası Prezidentinin "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanının 2.1-ci bəndinə əsasən, "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş "məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

41. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 3.1.28-3-cü maddəsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin vəzifəsinə aid edilmişdir.

42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

43. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlələr yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2020-ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur.

47. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1–9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

48. Qeyd edilməlidir ki, iddiaçının iddiasına xx.xx.2022-ci il tarixdən qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsinin tələbi əsasında baxıldığından, iddiaçının isə həmin qanunla tələb olunan 60 yaşını 2021-ci ildə, yəni hazırkı qanunun maddəsinin yeni redaksiyası qüvvədə olmadığı vaxt tamam olduğundan və Qanunun keçid müddəlarına əsasən yeni redaksiyada verilmiş 9.1-ci maddəsinin Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi hallarına tətbiq edilmədiyini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşdan deyil, məhz Qanunun 9.1-ci maddəsinin yeni redaksiyada qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən yaranmışdır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla iddiaçının xx.xx.2022-ci ildə yaşı 61 yaş 7 ay olmuşdur.

49. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin mövqeyi formalaşmış məhkəmə praktikasına və iş materiallarına uyğun deyildir.

50. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1542/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə: “...

45. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin aylıq məcburi sosial sığorta məbləğlərinin cavabdehə ödənilməməsi ilə bağlı nəzarətin həyata keçirilməsi, cavabdehin üzərində olan bilavasitə vəzifəsidir. Buna görə də, həmin məsələyə dair iddiaçıya iradlar bildirilməsi qanuna uyğun deyildir.”

51. Məhkəmə kollegiyası Ali Məhkəmənin oxşar tələblərə dair işlər üzrə formalaşmış hüquqi mövqeyindən çıxış edərək cavabdehin apellyasiya şikayətindəki dəlilinə münasibətdə bildirir ki, əmək haqqısından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınıb-alınmamasına nəzarət edilməsi iddiaçının öhdəliyi olmamışdır.

52. Məhkəmə kollegiyası qeyd edir ki, ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar.

53. Əgər hazırkı işdə olduğu kimi bu hal mötəbər sübutlarla təsdiq olunursa, sırf məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilməmə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) münasibətindən çıxış edilməsi iddiaçını həddən artıq yükə məruz qoymaqla, fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı pozur, güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarır.

54. Həmçinin də Avropa Məhkəməsi Andreyeva Latviyaya qarşı işində vurğuladığı kimi ki, “...dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür.”

55. Güzəştli iş stajına aid cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər də qanunsuz və əsassızdır. Belə ki, cavabdeh iddiaçının 10 il 9 ay 11 gün güzəştli iş stajını 11 fevral 2022-cı il tarixədək tanısa da, iddiaçının AzKKZT”1 nömrəli QQİ-də xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilədək qazla kəsici vəzifəsi Siyahıda 35. Ümumi peşələr bölməsində qazla kəsicilər peşəsinə uyğun olmaqla həmin dövrü nəzərə almamışdır. Halbuki istər iddiaçının cavabdehə təqdim etdiyi arayışda, istərsə də məhkəmə sorğusu nəticəsində müəssisə tərəfindən verilmiş arayışdan görünür ki, qazla kəsici vəzifəsi zərərli iş şəraitidir.

56. Birinci instansiya məhkəməsi haqlı olaraq nəzərə almışdır ki, güzəştli şərtlərlə pensiya təyinatı barədə məhz işəgötürən tərəfindən arayışın təqdim edilməli olması barədə qanunvericiliyin tələb müəyyən etməsi zərurəti məhz görülən işin zərərli olubolmamasına münasibətdə işəgötürənin spesifik biliyi əsasında müəyyən edilə bilər ki, işəgötürən tərəfindən mötəbərliyi ilə əlaqədar hər hansı şübhənin olmadığı arayışların nəzərə alınmaması iddiaçının pensiya təminatı hüququnun pozulması ilə nəticələnmişdir.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sözügedən dəlilini əsassız hesab edir. Belə ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.

58. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

59. Hazırkı iş üzrə iddiaçının təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.1980- xx.xx.1982-ci il tarixədək hərbi xidmət, xx.xx.1980-ci xx.xx.1980-ci ilədək, xx.xx.1982- xx.xx.1983, xx.xx.1983- xx.xx.1985-ci ilədək, xx.xx.1985-ci xx.xx.1986-cı ilədək, xx.xx.1986- xx.xx.1988-ci ilədək, xx.xx.1988xx.xx.1990-cı ilədək, xx.xx.1990-xx.xx.1991, xx.xx.1991- xx.xx.1993, xx.xx.1993xx.xx.1993, xx.xx.1993- xx.xx.1996, xx.xx.1996- xx.xx.1997, xx.xx.1998- xx.xx.2002, xx.xx.2002- xx.xx.2002, xx.xx.2003- xx.xx.2005, xx.xx.2005- xx.xx.2008, xx.xx.2008xx.xx.2013, xx.xx.2014-cü ildə xx.xx.2016,xx.xx.2016- xx.xx.2016, xx.xx.2020-ci xx.xx.2020, xx.xx.2020-xx.xx.2022-ci ilədək olan sığorta stajı xx.xx.2022-ci il tarixə ümumilikdə tələb olunan 25 ildən çoxdur. İddiaçının güzəştli şərtlrlə yaşa görə pensiyanın təyin edilməsi üçün ümumi staj mübahisələndirilmir.

60. Cavabdehin mübahisələndirdiyi iddiaçının güzəştli iş stajının yetərli olamaması ilə bağlıdır.

61. Belə ki, cavabdehin mövqeyinə görə iddiaçının xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2005-ci il, xx.xx.2014-xx.xx.2016-cı il, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər nəzərə alınmaqla 10 il 9 ay 11 gün güzəştli iş stajı vardır.

62. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən dövrlərdə işlədiyi elektrik qaynaqçısı vəzifəsi Siyahıda "Ümumi peşələr" başlığı altında nəzərdə tutulmuş 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə eləcə də 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahıda 35-ci bölmə Ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur.

63. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, cavabdehin güzəştli iş stajı kimi nəzərə aldığı, mübahisələndirilməyən illərdən əlavə aşağıdakılar da onun güzəştli iş stajına hesablanmalıdır.

64. Belə ki, iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilə Quyuların yeraltı təmiri sexində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li siyahısının X bölməsinin 2a yarımbölməsində göstərilmiş quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorları, kod- 1100000a-15866 peşəsinə uyğun gəldiyindən, 1 nömrəli Siyahıda əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan sahələri əhatə etdiyindən, iddiaçının xüsusi stajı müəyyən olunarkən quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorları vəzifəsində işlədiyi 01 il 02 ay 19 gün 2 nömrəli Siyahı üzrə işlədiyi güzəştli stajına daxil edilməlidir.

65. Bundan əlavə, eyni zamanda iddiaçının “AzKKZT”1 nömrəli QQİ-də xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilədək qazla kəsici vəzifəsi Siyahıda 35. Ümumi peşələr bölməsində qazla kəsicilər peşəsinə uyğun olmaqla həmin dövrün güzəştli iş stajına daxil edilməsinə əsas verir. Beləliklə, xx.xx.2022-ci il tarixədək iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1988, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1998-ci ildən xx.xx.2000, xx.xx.2000-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2005-ci il, xx.xx.2014-xx.xx.2016-cı il, xx.xx.2020-xx.xx.2022-ci ilədək ümumilikdə güzəştli iş stajı 14 il 02 ay 15 gün təşkil edir.

66. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq qeyd edir ki, cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. İnzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

67. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

68. Beləliklə, iddiaçıya tələb etdiyi əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

69. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq, yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.

70. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2-1(112)-485/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar