Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2553/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2-1(112)- 2107/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı gündən hesablanması vəzifəsinin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, 1989-cu ildən hazırkı “Yeni BEMZ’’ ASC-də əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müəssisədə xx.xx.2004-cü il tarixdən xx.xx.2018-ci il tarixədək elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Həmin işdə 13 il, 2 ay, 19 gün müddətində xüsusilə zərərli qapalı şəraitdə fəaliyyət göstərdiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən ona pensiya təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli məktubla 2006-cı il üzrə-7 ay, 2007-ci il üzrə 5 ay, 2011-ci il üzrə 1 ay, 2013-cü il üzrə 6 ay cəmi 19 ay məcburi dövlət, sosial sığorta haqlarının ödənilmədiyi üçün həmin aylar iş stajına daxil olmadığını bildirərək pensiya təyin edilməsindən imtina edilərək, məhkəməyə şikayət vermək hüququnun olduğu bildirilmişdir. Cavabdeh heç bir araşdırma aparmadan həmin əsasla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina elməkdə haqlı olmamışlar.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, İddiaçı, iddia ərizəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün xx.xx.2021 və xx.xx.2023-cü il tarixli ərizələrlə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı iddiaçıya ünvanlanmış məktublarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının kifayət qədər güzəştli iş stajlarına malik olmadığı qeyd edilmişdir. Bundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, Siğortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçıya münasibətdə 1 yanvar 2006-cı il tarixdən bugünədək ödənilməli olan sosial sığorta haqlarının 2006-cı ilin yanvar, aprel, may, iyul, avqust, noyabr, dekabr ayları, 2007-ci ilin yanvar, fevral, mart ayları, 2011-ci ilin yanvar ayı üzrə (ümumilikdə 11 ay) sığorta ödənişləri fərdi hesabının sığorta hissəsində öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları iddiaçının iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 19 gün) təşkil edir. İddiaçının təqdim etdiyi əmək kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına uyğun deyildir. Bələ ki, Qaydaların 1.2-ci bəndinə əsasən əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. İddiaçının əmək kitabçası xx.xx.1979-cu il tarixdə açılmış, işə başlama barədə qeyd isə xx.xx.1979-cu il tarixə edilmişdir. Həmçinin, sözügedən Qaydaların 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və Qanunvericiliyin tələbləri baxımında İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona hüququnun yarandığı tarixdən, yəni xx.xx.2022-ci ildən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2-1(112)-2107/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı hüququnun yarandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
6. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti etiraza uyğun olaraq əsaslandırılmışdır.
8. Daha sonra cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə təqdim edilmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılımışdır ki, iddiaçının əmək pesniyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi xx.xx.2022-ci il tarixə qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34560,00 manat hesablandığı halda, həmin tarixə onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 24089,50 manat təşkil etmişdir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçının güzəştli iş stajı 12 il 3 ay 19 gün təşkil edir və ümumilikdə 11 ay sığorta ödənişləri fərdi hesabının sığorta hissəsində öz əksini tapmamışdır.
10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. İş materiallarından görünür ki, - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - НД ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. - 0016 nömrəli Attestatın surətinə əsasən İddiaçı xx.xx.1979-cu ildə daxil olduğu təmirçi çilingər peşəsi üzrə təhsilini xx.xx.1980-ci ildə bitirmişdir. - iddiaçıya məxsus ПТ-İ ******* nömrəli, xx.xx.1979-cu il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1979-cu ildə fəhlə işinə qəbul edilmiş, xx.xx.1979-cu ildə işdən azad edilmişdir. xx.xx.1980-ci ildə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci ildə işdən azaz edilmişdir. xx.xx.1984-cü ildə elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə azad edilmişdir. xx.xx.1988-ci ildə Bakı fəhlə zavodunda işə qəbul edilmiş, xx.xx.1989-cu ildə azad edilmişdir. xx.xx.1989-cu ildə işə qəbul edilmiş, xx.xx.1992-ci ildə 2-ci dərəcə ilə təmirçi-çilingər peşəsi verilmiş, xx.xx.2004-cü ildə 2-ci dərəcəli elektrik qaz qaynaqçısı 2-ci sənəti verilmiş, xx.xx.2013-cü ildə 2 saylı FOH- 200mm və FOH-132 mm olan əl mühərriklərinin sarınması, izolə edilməsi, hopdurulması, və əl mühərriklərinin əsaslı təmiri şəxsində eyni vəzifədə saxlanılmış, xx.xx.2018-ci ildə eyni vəzifə və dərəcəsi saxlanılmaqla Mühafizə şöbəsinə mühafizəçi keçirilmişdir. 12.Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 125/08 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1989-cu ildən (Əmr 290/xx.xx.1989-cu il) hal-hazıradək "xxxx" ASC-də işləyir. O, xx.xx.2004-cü ildən (prot 67/4-1 xx.xx.2004) xx.xx.2018-ci ilədək el.qaz qaynaqçısı vəzifəsində işləmişdir. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: - Yeni BEMZ” ASC-nin xx.xx.2023-cü il tarixli, 59-18/11 nömrəli güzəştli arayışında qeyd edilmişdir ki, verilir: xx.xx.1961-ci il il təvəllüdlü İddiaçı ondan ötəri ki, o, həqiqətən xx.xx.1989-cu ildən (Əmr 290/xx.xx.1989-cu il) Yeni BEMZ” ASC- də işləmişdir: 1. xx.xx.1989-cu ildən - xx.xx.2004- ci ilədək təmirçi çilingər, 2. xx.xx.2004-cü ildən xx.xx.2018-ci ilədək-elektrik qaz qaynaqçısı, 3. xx.xx.2018-ci ildən hal - hazıra kimi mühafizəçi. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş, “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” - nın “Ümumi peşələr” maddə 35, sətir 26, səh 166, bu peşə üzrə əmək stajı 13 il 2 ay 19 gün təşkil edir, (elektrik qaz qaynaqçısı) kod - 23200000 – 11620. Əl ilə qaynaq aparan qaynaqçı xüsusi zərərli qapalı iş şəraitində polad materialları qaynaq etmək üçün TDM- 371, TDM - 319 tipli dəyişən cərəyan qaynaq transformatlarından, xüsusi növ poladları və uyğun materialları qaynaq etmək üçün isə BDU - 305, BDU - 306 tipli sabit cərəyan qaynaq cihazlarından istifadə edir. Qaynaqçı polad tərkibli adi materialları qaynaq edərkən xüsusi örtüklü müxtəlif diametirli DÜST 9466 -75, DÜST 9467 - 75, TŞ - 1273 - 008 -34, TÇ 1389 - 95 olan qaynaq çubuqlarından istifadə edir. Çuqun tərkibli materialların qaynağı zamanı JONJ tipli qaynaq çubuqlarından istifadə olunur. Zərərli iş şəraitinə görə İddiaçı əlavə əmək haqqı və məzuniyyət verilmişdir. Qeyd: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.2001-ci il tarixli 06 saylı Sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır.
13. Birinci instansiya məhkəməsininn sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-209141/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki, İddiaçı "xxxx" ASC tərəfindən 2006-cı ilin yanvar, aprel, may, iyul, avqust, noyabr, dekabr və 2007-ci ilin yanvar-aprel ayları üzrə sığorta ödənişləri olunmamışdır. 14.İnzibati icraat materiallarından görünür ki: -İddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. -Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yasına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək ənsiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində xx.xx.2006xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2006xx.xx.2006-cı il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2009xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2011xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2011xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2013xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövrün sığorta ödənişləri öz əksini tapmadığından həmin dövrün sosial sığorta (il edilməsi mümkün olmamışdır. Bu səbəbdən də sizin güzəştli iş stajınız (6 il 7 gün) təşkil etdiyi görünür. Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21142,91 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır 15.Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-303678/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı münasibətdə 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan sosial sığorta haqlarının 2006-cı ilin yanvar, aprel, may, iyul, avqust, noyabr, dekabr ayları, 2007-ci ilin yanvar, fevral, mart ayları, 2011-ci ilin yanvar ayı üzrə (ümumilikdə 11 ay) sığorta ödənişləri fərdi hesabının sığorta hissəsində öz əksini tapmamışdır. 16.Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli cavabında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. 1 yanvar 2006-cı il tarixindən bugünədək sizə münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2006-cı il üzrə 7 ay, 2007-ci il üzrə 5 ay, 2011-ci il üzrə 1 ay, 2013-cü il üzrə 6 ay ümumilikdə (19 ay) fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları sizin iş stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 4 ay 19 gün ((01.01 2006-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2010-cu il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ
17.Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1- ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi ilkin müraciət və verilmiş imtina cavabı iş materiallarına əlavə edilmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
20. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş ƏPQ-nun qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsi məhz iddia tələbinə də uyğun olaraq xx.xx.2022-ci ildən qüvvədə olan qanunun tələbinə əsasən yuxarıda qeyd edilən şərtlər daxilində baxılmalıdır. Eyni zamanda məhkəmə tətbiq edilən hüquq normasını seçərkən o halı da nəzərə alır ki, iddiaçının ƏPQ-nun 9.8-ci maddəsi ilə nəzərə tutulmuş qaydada güzəştli pensiya hüququ ümumi iş stajının 25 il tamam olmaması (iddiaçı “Vətəndaşların pensiya təminatı” haqqında Qanunla tələb olunan xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamamışdır) və xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş ƏPQ-nun 9.1-ci maddəsinə əsasən 60 yaşı tamam olduğu vaxt topladığı pensiya kapitalı pensiya təminatı üçün kifayət etməməməsi əsasları ilə mümkün olmamışdır. Beləliklə, 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlələr yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2020ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1–9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, iddiaçının iddiasına xx.xx.2022-ci il tarixdən qüvvədə olan ƏPQnun 9.1-ci maddəsinin tələbi əsasında baxıldığından, iddiaçının isə həmin qanunla tələb olunan 60 yaşını 2021-ci ildə, yəni hazırkı qanunun maddəsinin yeni redaksiyası qüvvədə olmadığı vaxt tamam olduğundan və Qanunun keçid müddəlarına əsasən yeni redaksiyada verilmiş 9.1-ci maddəsinin Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi hallarına tətbiq edilmədiyini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşdan deyil, məhz Qanunun 9.1-ci maddəsinin yeni redaksiyada qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən yaranmışdır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla iddiaçının xx.xx.2022-ci ildə yaşı 61 yaş 8 ay olmuşdur. 21.“Əmək pensiyaları haqqında” Qanunun: 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 67- ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....)
24. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir.
25. Hazırkı iş üzrə iddiaçının təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək: xx.xx.1979- xx.xx.1980-ci ilədək təhsil dövrü 10 ay 26 gün, xx.xx.1981-xx.xx.1983-cü il tarixədək hərbi xidmət 02 il, xx.xx.1979-xx.xx.1979-cu ilədək 05 ay 09 gün, xx.xx.1980- xx.xx.1981-ci ilədək 09 ay 02 gün, xx.xx.1984-xx.xx.1988-ci ilədək 04 il 04 ay 25 gün, xx.xx.1988-xx.xx.1989-cu ilədək 06 ay 29 gün, xx.xx.1989-xx.xx.2006-cı ilədək 16 il 06 ay 13 gün, xx.xx.2006-cı il tarixdən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi xx.xx.2022-ci il tarixədək 16 il 05 ay 29 gün olmaqla ümumilikdə sığorta stajı tələb olunan 25 ildən çoxdur. Cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi dövr üzrə ilkin olaraq 19 ay, daha sonra məhkəmə sorğusuna cavab olaraq qeyd etdiyi 11 ay üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi həyata keçirilmədiyindən həmin dövrü güzəştli iş stajı daxil etməmiş, nəticədə iddiaçının güzəştli iş stajı tələb olunan 12 il 06 aydan az olduğu nəticəsinə gəlmişdir. İddiaçıya aid əmək kitabçası, iş yerindən arayış və məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatdan müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra yalnız 2006-cı ilin yanvar, aprel, may, iyul, avqust, noyabr, dekabr və 2007-ci ilin yanvaraprel ayları olmaqla ümumilikdə 11 ay üzrə sığorta ödənişi olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixdən qanunun tələbinə əsasən sığorta stajına yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr daxil edilsə də hazırkı işdən görünür ki, iddiaçı xx.xx.1989-cu ildən hazırkı tarixədək "xxxx" ASC-də fasiləsiz işləmiş və müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları əsasən mütəmadi olaraq ödənilmişdir. Hazırkı halda mübahisələndirilən dövr yalnız 2006 və 2007ci illər üzrə müəyyən aylardır ki, qeyd edilən aylar əsasən fədi uçotun yarandığı, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin tələb edildiyi, fərdi uçot sisteminin işə salındığı ilk vaxtlara təsadüf edir. Nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi həmin müəssisə tərəfindən sonrakı illərdə hazırkı tarixədək məcburi sığorta haqlarının ödənilməsi davam edir və digər aylar üzrə sığorta haqlarının ödənilməməsi halı isə müəyyən olunmur. Beləliklə, müəssisənin aylıq məcburi sosial sığorta məbləğlərinin cavabdehə ödənilməməsi ilə bağlı nəzarətin həyata keçirilməsi, cavabdehin özünə aid, üzərində olan bilavasitə vəzifəsidir. Buna görə də, həmin məsələnin iddiaçının ziyanına təfsir edilməsi qanuna uyğun deyildir (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2598/2023 saylı, xx.xx.2023 tarixli Qərarı nəzərə alınmaqla). Odur ki, qeyd edilən dövr-xüsusən də güzəştli iş stajına təsadüf edən xx.xx.2004-cü ildən xx.xx.2018-ci il tarixədək qaz qaynaqçısı kimi işlədiyi vəzifə iddiaçının güzəştli iş stajına hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİİİ. Ümumi 23200000—11620 qaz qaynaqçıları zərərli peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35. Ümumi peşələr bölməsində qaz qaynaqçıları zərərli peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.2004-cü ildən xx.xx.2018-ci il tarixədək işlədiyi qaz qaynaqçısı peşəsi müvafiq olaraq hər iki dövr siyahı üzrə ümumi peşələr bölməsində qaz qaynaqçıları peşəsinə uyğun olmaqla güzəştli iş stajına daxil edilir. İddiaçının güzəştli iş stajı 13 il 02 ay 18 gün təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. 26.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 27.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 28.Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2-1(112)-2107/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov