Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2554/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2827/2023 saylı, 15 mart 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apeyasiya şikayətinə 25 iyul 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Bakı şəhər Binəqədi rayonu Xocəsən bələdiyyəsindən alınmış 2 ha torpaq sahəsinə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək X6 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmələrini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2827/2023 saylı, 15 mart 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş və vəsatət qalan hissədə təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2827/2023 saylı, 15 mart 2023-cü il tarixli qərardadının qismən-vəsatətin təmin olunmamış hissəsində ləğv edilməsini və X6 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X6 adına verilmiş **********0058 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) mövcuddur. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2827/2023 saylı, 15 mart 2023-cü il tarixli qərardadı qismən- vəsatətin təmin olunmamış hissəsində ləğv edilməli və vəsatətə yenidən baxılması üçün iş materialları Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 2 ha olsa da, faktiki olaraqİ, 842 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili mövcud deyil. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bütövlükdə X8 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planının ölçüləri daxilində yerləşir. Torpaq sahəsinin bələdiyyə ərazisi olub-olmaması barədə məlumat aşkar edilməmişdir. Həmçinin göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Birinci instansiya məhkəməsi sözügedən torpaq sahəsinin X8 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planında nəzərdə tutulmuş torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini araşdırmamışdır. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında məhkəmə qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum həmçinin qeyd edir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır. Plenum həmçinin qeyd etmişdir ki, qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli, X6 üçüncü şəxs qismində cəlb edilməsi hissəsində vəsatətə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2827/2023 saylı, 15 mart 2023-cü il tarixli qərardadı qismən- vəsatətin təmin olunmamış hissəsində ləğv edilsin. X6 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi hissəsində vəsatətə yenidən baxılması üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan Kassasiya şikayəti nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2-1(103)-2554/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2554/2023
25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver