Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2555/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı , Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3483/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, X10 Qurğusu Zavodunda xx.xx.1986-cı il tarixdə 3-cü kateqoriyalı texnik-mühəndis, xx.xx.1989-cu il tarixdə həmin zavodda 2-ci kateqoriyalı istehsalın hazırlanması üzrə mühəndis, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi 3-cü kteqoriya əməyin mühafizəsi üzrə mühəndis xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi Elektrik quraşdırma sahəsinə sahə ustası, xx.xx.2005-ci il tarixdən xx.xx.2006cı il tarixə kimi “X4” İrlandiya Respublikasının Bakı Nümayəndəliyinə Elektrik, xx.xx.2008-ci ildən xx.xx.2010-cu il tarixə kimi Caspian Marine Services (UK) LTD şirkətində Texnik, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi X5 Limited Şirkətinin AR Filialına Təmir Heyətinə Texnik Peşəsi, xx.xx.2011-ci il tarixdən xx.xx.2012- ci il tarixə kimi Xəzər GLX MMC Gəmi Təmiri Müəssisəsində 6-cı dərəcəli elektrik, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi “Petroleun Services Group SA“ Şirkətinə Azr.Respub.Filialına elektrik peşəsinə işlədiyi illəri iş stajına daxil etməklə iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmağı vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının vəkilinin ərizəsi əsasında iddia tələbi “iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1985-ci il tarixdə X10 Qurğusu Zavodunda 4-cü kateqoriya tənzimləyici işləmiş, xx.xx.1986-cı il tarixdə isə həmin zavodda 3-cü kateqoriyalı texnik-mühəndis kimi köçürülmüş, xx.xx.1989-cu il tarixdə həmin zavodda 2-ci kateqoriyalı istehsalın hazırlanması üzrə mühəndis kimi köçürülmüş, xx.xx.1991-ci il tarixdə 3-cü kateqoriya əməyin mühafizəsi üzrə mühəndis kimi həmin zavodda xx.xx.1995-ci il tarixə kimi işləmiş, xx.xx.1997-ci il tarixdə “Xəzərdənizneft donaması” İdarəsinin gəmi təmiri zavodunda Elektrikquraşdırma sahəsinə 2-ci dərəcəli cihazların quraşdırıcısı qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə Elektrik quraşdırma sahəsinə sahə ustası keçirilmiş və orada xx.xx.2005-ci il tarixə kimi işləmişdir. xx.xx.2005-ci il tarixdə “X4” İrlandiya Respublikasının Bakı Nümayəndəliyinə Elektrik vəzifəsinə təyin olunmuş və xx.xx.2006-cı il tarixə kimi orada işləmişdir. xx.xx.2008-ci ildə Caspian Marine Services (UK) LTD Şirkətində Texnik vəzifəsinə təyin olunmuş, xx.xx.2010-cu il tarixə kimi orada işləmişdir. xx.xx.2011-ci il tarixdə X5 Limited Şirkətinin AR Filialına Təmir Heyətinə Texnik Peşəsi üzrə işə qəbul olmuş və orada xx.xx.2011-ci il tarixə kimi işləmişdir. xx.xx.2011-ci il tarixdə Xəzər GLX MMC Gəmi Təmiri Müəssisəsində 6-cı dərəcəli elektrik vəzifəsinə işə qəbul olmuş, xx.xx.2012-ci il tarixə kimi orada işləmişdir. xx.xx.2012-ci il tarixdə “Petroleun Services Group SA“ Şirkətinə Azr.Respub.Filialına elektrik peşəsinə işə qəbul olmuş və xx.xx.2013-cü il tarixə kimi orada işləmişdir. xx.xx.2013-cü il tarixdən ”Socar AQS” MMCyə X6 işə qəbul olmuş və xx.xx.2014-cü ilə kimi orada işləmişdir. xx.xx.2015-ci il tarixdə “Socar AQC”-yə mühəndis-elektrik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə dənizdə mühəndis - elektrik vəzifəsinə keçirilmiş və hazirda da orada işləyir və hamısı əmək kitabçasında qeyd olunmuşdur. İddiaçı güzəştli şərtlərlə təqaüdə çıxmaq istəyir. X7 imtina olunaraq bildirmişlər ki, “təqdim etdiyiniz “Caspian Marine Services Limited” şirkətinin sizə dair 6 mart 2023-cü il tarixli 002 nömrəli arayışında xx.xx.2008-xx.xx.2010cu il tarixləri arasındakı dövr ərzində texnik, "xxxx" GLX-nin 2 mart 2023-cü il tarixli 03 nömrəli arayışında xx.xx.2011- xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində elektrik, "xxxx" MMC-nin 15 mart 2023- cü il tarixli AQS-037/23 nömrəli arayışında isə xx.xx.2015ci il tarixindən bugünədək mühəndis-elektrik vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz texnik və elektrik vəzifələri sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələrinə, mühəndis-elektrik vəzifəsi isə buruqlara xidmət üzrə elektrik montyoru vəzifəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (3 il 7 ay 11 gün (xx.xx.1985xx.xx.1986-cı il, xx.xx.1997- xx.xx.1998-ci il və xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Hesab edir ki, ona haqsızlıq olunaraq ədalətsiz qanuna müvafiq olmayan, hüquqlarını tapdalayaraq imtina verilmişdir. Belə ki, “Socar AQC”-dən xx.xx.2023-cü il tarixli AQS-037/23 saylı məktubundan məlum olur ki, İddiaçı həqiqətən xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinə kimi və xx.xx.2015-ci il tarixindən bugünə kimi "xxxx" MMC-də dəniz şəraitində Bulla yatağının 18 saylı platformasında neft quyularının qazılması zamanı Dənizdə mühəndis-elektrik onlara öz əmək funksiyalarının icrasını həyata keçirmişdir. İşçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1-ci maddəsinin a) yarımbəndində “fəhlələr” siyahısında göstərilmiş “buruqlara xidmət üzrə elektrik montyorları peşəsi ilə "xxxx" MMC-də Dənizdə mühəndis-elektrik vəzifəsinin adlan fərqli olsa da əmək funksiyaları eynilik təşkil edir. "xxxx" MMC-nin 02 mart 2023-cü il tarixli, 03 saylı güzəştli arayışından məlum olur ki, "xxxx" MMC-də elektrik peşəsində işləmiş İddiaçı üçün tərtib edilmişdir. İddiaçı “Xəzər GLX" MMC-dəki əmək fəaliyyəti aşağıdakı şəkildə səciyyələnmişdir: xx.xx.2011 - elektrik peşəsinə qəbul edilib xx.xx.2011-ci il tarixli 30-K saylı əmr. xx.xx.2012 - ARƏM-nin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən - öz xahişi ilə əmək müqaviləsinə xitam verilib - xx.xx.2012-ci il tarixli 33- K saylı əmr. X8 xx.xx.2023-cü il tarixli 002 saylı Hazırkı arayışı ilə təsdiq edirlər ki, bizdə olan məlumatlara əsasən İddiaçı (AZE ********) həqiqətən xx.xx.2008-ci ildən 3L12.2010cu ilədək “Caspian Marine Services (UK)” şirkətinin Azərbaycan Respublikasındakı Filialında Texnik peşəsində çalışmışdır. Həmçinin təsdiq edilir ki, İddiaçı xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək “Caspian Marine Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında Texnik peşəsində çalışmışdır. İddiaçı “Caspian Marine Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında çalışdığı dövr ərzində şirkətin gəmilərinin elektrik avadanlıqlarının təmiri və quraşdırıcısı işlərini yerinə yetirmişdir. xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilə kimi olan iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı” 11-ci maddəsinin 11.6 yarımbəndinə əsasən (qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) güzəştli şərtlərlə təqaüd təyin edilməsinə hüquq verir. Bütün bu sübutlar iddiaçının güzəştli iş stajının mövcud olduğunu və güzəştli əsaslarla pensiyaya çıxmağına əsas verir. Yuxarıda göstərilən müddət ərzində İddiaçı qəmi elektrik radio quraşdırıcısı, tənzimləyicisi və sazlayıcısı kimi gəmilərdə əmək şəraiti ağır və zərərli olan işləri yerinə yetirmişdir. Ümumilikdə iş stajı 1 il 0 ay 14 gündür. Göstərilən iş yeri, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 11.6. yanmbölmasinə əsasən güzəştli sayılır və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 9.1 maddəsinin tələblərinə uyğun pensiya almaq hüququ verir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndində (10.1), buruqlara xidmət üzrə elektrik montyorları vəzifəsi, metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının “Caspian Marine Services Limited” şirkətinin ona dair 6 mart 2023-cü il tarixli 002 nömrəli arayışında xx.xx.2008-31 12.2010-cu il tarixləri arasındakı dövr ərzində texnik, "xxxx" GLX-nin 2 mart 2023-cü il tarixli 03 nömrəli arayışında xx.xx.2011-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində elektrik, "xxxx" MMC-nin 15 mart 2023-cü il tarixli AQS-037/23 nömrəli arayışında isə xx.xx.2015-ci il tarixdən bugünədək mühəndis-elektrik vəzifələrində işlədiyi qeyd olunmuşdur, işlədiyi texnik və elektrik vəzifələri sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələrinə, mühəndis-elektrik vəzifəsi isə buruqlara xidmət üzrə elektrik montyoru vəzifəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (3 il 7 ay 11 gün (xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1997-xx.xx.1998-ci il və xx.xx.2013-xx.xx.2014- cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3483/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçının “Caspian Marine Services Limited” şirkətinin ona dair 6 mart 2023-cü il tarixli 002 nömrəli arayışında xx.xx.2008-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində texnik, “Xəzər" GLX-nin 2 mart 2023-cü il tarixli 03 nömrəli arayışında xx.xx.2011-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində elektrik, "xxxx" MMC-nin 15 mart 2023-cü il tarixli AQS-037/23 nömrəli arayışında isə xx.xx.2015-ci il tarixdən bugünədək mühəndis-elektrik vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi texnik və elektrik vəzifələri sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələrinə, mühəndis-elektrik vəzifəsi isə buruqlara xidmət üzrə elektrik montyoru vəzifəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (3 il 7 ay 11 gün (xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1997-xx.xx.1998-ci il və xx.xx.2013xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: - azı 25 il sığorta stajına malik olması; - 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajına malik olması işin mübahisələndirilməyən halıdır. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, iddiaçının xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: - X10 Qurğusu Zavodunda xx.xx.1985-ci il tarixdə 4-cü kateqoriya tənzimləyici, xx.xx.1986-cı il tarixdən 3-cü kateqoriyalı texnik-mühəndis, xx.xx.1989-cu il tarixdən 2-ci kateqoriyalı istehsalın hazırlanması üzrə mühəndis, xx.xx.1991-ci il tarixdən 3-cü kateqoriya əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləmiş, xx.xx.1995-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. - “Xəzərdənizneft donaması” İdarəsinin gəmi təmiri zavodunda xx.xx.1997-ci il tarixdən Elektrikquraşdırma sahəsində 2-ci dərəcəli cihazların quraşdırıcısı, xx.xx.1998-ci il tarixdən Elektrik quraşdırma sahəsində sahə ustası vəzifəsində işləmiş, xx.xx.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. - “X4” İrlandiya Respublikasının Bakı Nümayəndəliyində xx.xx.2005-ci il tarixdən elektrik vəzifəsində işləmiş, xx.xx.2006-cı il tarixdə müqaviləsinin başa çatması ilə əlaqədar işdən azad edilmişdir. - Caspian Marine Services (UK) LTD Şirkətində xx.xx.2008-ci il tarixdən texnik vəzifəsində işləmiş, xx.xx.2010-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X5 Limited Şirkətinin AR Filialına Təmir Heyətində xx.xx.2011-ci il tarixdən texnik vəzifəsində işləmiş, xx.xx.2011-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. - "xxxx" MMC Gəmi Təmiri Müəssisəsində xx.xx.2011-ci il tarixdən 6-cı dərəcəli elektrik vəzifəsində işləmiş, xx.xx.2012-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. - “Petroleun Services Group SA“ Şirkətinin Azr.Respub. Filialında xx.xx.2012-ci il tarixdən elektrik vəzifəsində işləmiş, xx.xx.2013-cü il tarixdə əmək müqaviləsi öz xahişi ilə ləğv edilmişdir. - "xxxx" MMC-də xx.xx.2013-cü il tarixdən qazma elektrik vəzifəsində işləmiş, xx.xx.2014-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC-də xx.xx.2015-ci il tarixdən mühəndis-elektrik vəzifəsində işləmiş, xx.xx.2018-ci il tarixdə dənizdə mühəndis - elektrik vəzifəsinə keçirilmişdir. Göründüyü kimi iddiaçının İddiaçının əmək kitabçasındakı məlumatlardan görünür ki, onun 1985-2023-cü illər arasında qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajı mövcuddur və bu hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Hazırda iddiaçının əmək kitabçasında əks olunan və işəgötürən müəssisə - Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi X1 Zavodu və "xxxx" QSC “Bibiheybət” Gəmi Təmir Zavodunun arayışlarında güzəştli peşə hesab edilən vəzifələr üzrə işlədiyi dövrlər cavabdeh tərəfindən onun güzəştli iş stajına daxil edilmişdir. Eyni zamanda "xxxx" MMC-də xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinə kimi işlədiyi dövr də nəzərə alınmışdır. Cavabdeh tərəfindən isə iddiaçının mübahisələndirilən (xx.xx.2008-xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2012-ci il, xx.xx.2015-xx.xx.2023) illərdə işlədiyi vəzifələrin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıda nəzərdə tutulmadığı və çalışdığı vəzifələrin işəgötürənin arayışında istinad olunan neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndində (10.1), buruqlara xidmət üzrə elektrik montyorları vəzifəsi, metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifəsinə aid olmamasını əsas gətirilmişdir. Məhkəmə iddiaçının mübahisələndirilən - xx.xx.2008-xx.xx.2011 və xx.xx.2011xx.xx.2012-ci illərdə işlədiyi vəzifələrə münasibətdə aşağıdakıları qeyd edir: İşəgötürən hüquqi şəxs “Caspian Marine Services Limited” şirkəti tərəfindən təqdim edilən arayışdan bəlli olur ki, iddiaçı xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək “Caspian Marine Services (UK)” şirkətinin Azərbaycan Respublikasındakı Filialında Texnik peşəsində, xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək “Caspian Marine Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında Texnik peşəsində çalışmışdır. Onun “Caspian Marine Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında çalışdığı dövr ərzində başlıca xidməti - şirkətin gəmilərinin elektrik avadanlıqlarının təmiri və quraşdırıcısı işlərini yerinə yetirmək olmuşdur. “Caspian Marine Services Limited” şirkətinin xx.xx.2023-cü il tarixli 002 nömrəli arayışında qeyd olunur ki, İddiaçı (AZE ********) həqiqətən xx.xx.2008-ci ildən xx.xx.2010cu ilədək “Caspian Marine Services (UK)” şirkətinin Azərbaycan Respublikasındakı Filialında Texnik peşəsində çalışmışdır. Həmçinin təsdiq edirik ki, İddiaçı xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək “Caspian Marine Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında Texnik peşəsində çalışmışdır. İddiaçı “Caspian Marine Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında çalışdığı dövr ərzində şirkətin gəmilərinin elektrik avadanlıqlarının təmiri və quraşdırıcısı işlərini yerinə yetirmişdir. xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilə kimi olan iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı” 11-ci maddəsinin 11.6 yarımbəndinə əsasən (qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) güzəştli şərtlərlə təqaüd təyin edilməsinə hüquq verir. İşə götürən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən arayışdan görünür ki, iddiaçı xx.xx.2011-xx.xx.2012-ci il tarixlərdə 6-cı dərəcəli elektrik vəzifəsində çalışmışdır. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri - müxtəlif elektro-montaj işləri, elektrik mühərriklərinin, transformatorların və s. avadanlıqlarının dolaqlarının dəyişdirilməsindən ibarət olmuşdur. Məhkəmənin sorğusuna əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli 150-1 saylı şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən 6-cı dərəcəli elektrik vəzifəsində "XƏZƏR GLX” MMC qəmi təmiri müəssisəsində (xx.xx.2019-cu il tarixdən etibarən "xxxx" QSC) xx.xx.2011-ci ildə 6-cı dərəcəli elektrik vəzifəsinə qəbul edilib - xx.xx.2011-cı il tarixli 30-K saylı əmr, xx.xx.2012-ci ildə ARƏM-nin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə ilə əmək müqaviləsinə xitam verilib -xx.xx.2012-ci il tarixli 33-K saylı əmr. İşlədiyi vəzifə üzrə sosial sığorta ( və ya iş) stajı 1 il 0 ay 14 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Müxtəlif elektro-montaj işləri, elektrik mühərriklərinin, transformatorların və s. avadanlıqlarının dolaqlarının dəyişdirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11.6. (bəndinə/yarımbəndində) və (və ya ) a vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Apellyasiya icraatı zamanı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilmiş sorğuya cavab olaraq qeyd edilmişdir ki, İddiaçı xx.xx.2011-cu il tarixdən xx.xx.2012-ci il tarixinədək "xxxx" GLX MMC-də (21 iyun 2019-cu il tarixdən "xxxx" MMC-nin təşkilati-hüquq forması dəyişərək "xxxx" QSC ) 6-cı dərəcəli elektrik vəzifəsində işləmişdir. Bağlanmış əmək müqaviləsinə əsasən vəzifə təlimatı üzrə: • Müxtəlif elektro-montaj işlərini, • Elektrik mühərriklərinin, transformatorların və s. avadanlıqlarının dolaqlarının dəyişdirilməsi işlərini yerinə yetirmişdir. İddiaçı əmək şəraitinin xarakterinə uyğun olaraq 6 təqvim günü əlavə məzuniyyət, əmək haqqında 1.04 əmsal əlavə əmək haqqı almışdır. İddiaçı gəmi təmiri və onlara texniki xidmət fəaliyyət istiqamətli gəmi təmiri müəssisəndə yuxarıda qeyd olunan vəzifə öhdəliklərini yerinə yetirdiyindən işlədiyi vəzifənin peşə kodu Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11.6. (bəndinə/yarımbəndində) və (və ya) _a_ vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətlərinə uyğun gəlir. • Həmçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışda “Gəmi elektrik quraşdırıcısının” vəzifə təlimatlarında qeyd olunmuşdur ki, gəmi elektrik quraşdırıcısının funksiyaları : gəmi elektrik avadanlıqlarının təmir edilməsi; elektrik aparatlarında, işıqlandırmada, kabellərdə yaranmış nasazlıqların aradan qaldırılması; elektrik naqillərinin elektrik sistemlərinin çıxışlarının sarınması; əl və digər xüsusi elektrik avadanlıqlarından istifadə olunması; dövrə elektrik diaqramlarının oxunması; ötürücülərin quraşdırılması, naqillərin birləşdirilməsi; elektrik və ya elektronik naqilləri, avadanlıqları, aparatları, birləşmələrinin əl və ya elektrik avadanlıqlarından istifadə edərək yığırlması, quraşdırılması, sınaqdan keçirilməsi və sazlanması; düzgün olmayan sistemləri, avadanlıqları və hissələri sınaq və əl avadanlıqlarından istifadə edərək yoxlayır, nasazlığın səbəbini və yerini aşkarlayır və problemi həll edir; elektrik naqillərini elektrik açarına, elektrik naqillərini elektrik açarına, transformatorlarına və digər hissələrə birləşdirir. Avadanlığın davamlı istifadəsinin təhlükəli olub-olmadığını məsləhət görür; elektrik sistemini və elektrik dövrələrinin hərəkətini sınaqdan keçirmək məqsədilə və sistemin uyğunluğunu və təhlükəsizliyini yoxlamaq üçün ommetr, voltmetr və s. kimi avadanlıqlardan istifadə edərək ölçmələr aparır; müxtəlif elektro-montaj işlərinin yerinə yetirilməsi. Elektrik mühərriklərinin, transformatorların və s. avadanlıqların təmir olunması. 127 V və daha yüksək gərginlikli kabel sisteminin quraşdırılmasından ibarətdir. Həmçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışa qoşma olaraq təqdimedilmiş “Radio Quraşdırıcının” vəzifə təlimatlarında qeyd olunmuşdur ki, radio quraşdırıcı : gəmilərdə ötürücü, qəbuledici stansiyaların qurulması; stolüstü və divara vurulan aparaturaların qoyulması. Exolotların quraşdırılması və təmiri; ölçü avadanlıqlarının quraşdırılması və təmiri; radio-lokasoya stansiyalarının quraşdırılması və təmiri; dalğa ötürən və qəbul edən aparatların quraşdırılması. Siqnalizasiya, kabel və naqillərin quraşdırılması. Kabel və məftillərin yoxlanılması (səsləndirilməsi) funksiyalarını icra edir. Apellyasiya araşdırması zamanı həmçinin “Caspian Marine Services Limited” şirkətinin məhkəmə sorğusuna 17 iyul 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı qeyd edilən tarixlərdə “Caspian Marine Services Limited” şırkətinin Azərbaycan Respublikasındakı filialının əməkdaşı olmadığı üçün müvafiq sənədlər arxivdə mövcud deyildir. Həmçinin, məhkəmənin təkrar sorğusuna cavab olaraq 01 oktyabr 2025-ci il tarixli məktubla bildirilmişdir ki, “Caspian Marine Services Limited” şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2 nömrəli arayışda isə İddiaçı “Caspian Marine Services UK” şirkətində çalışmış olmasının təsdiq edilməsi yalnızca əmək kitabçasına baxılaraq həyata keçirilmişdir. Məhkəmə kollegiyası “Caspian Marine Services Limited” şirkətinin məhkəmə sorğusuna əsasən iddiaçı barəsində güzəştli arayış təqdim etməməsinə münasibətdə qeyd edir ki, göründüyü kimi iddiaçının həmin şirkətdə işlədiyi gəmilərinin elektrik avadanlıqlarının təmiri və quraşdırıcısı vəzifəsi onun "xxxx" GLX MMC-də işlədiyi vəzifələrlə eyni olmuş və sonuncu tərəfindən ətraflı güzəştli arayış məhkəməyə təqdim edilmişdir. Beləliklə iddiaçının xx.xx.2008-xx.xx.2011-ci illərdə işlədiyi texnik vəzifəsi və xx.xx.2011- xx.xx.2012-ci il işlədiyi elektrik vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın” XİV. Metal emalı” bölməsindəki 21503000 şifrəli “3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” yarımbölməsində 2150300a—1753a şifrə ilə göstərilmiş “gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “11. Metal emalı” bölməsinin “11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” yarımbölməsində a) fəhlələr: “gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir. Bundan başqa məhkəmə kollegiyası iddiaçının xx.xx.2015-xx.xx.2023-ci illərdə "xxxx" MMC-də çalışdığı mühəndis-elektrik vəzifəsinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh izibati orqan iddiaçının "xxxx" MMCdə xx.xx.2013-xx.xx.2014-cü illərdə çalışdığı qazma-elektrik vəzifəsini güzəştli peşə hesab etməsinə baxmayaraq, xx.xx.2015-ci ildən bəri həmin müəssisədə işlədiyi mühəndis-elektrik vəzifəsini güzəştli pensiya hüququ verən peşələrin siyahısına aid etməməkdə haqlı olmamışdır. Belə ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, İddiaçı həqiqətən xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinə kimi və xx.xx.2015-ci il tarixindən bugünə kimi ‘‘SOCAR AQŞ” MMC-də dəniz şəraitində Bulla yatağının 18 saylı platformasında neft quyularının qazılması zamanı Dənizdə mühəndiselektrik olaraq öz əmək funksiyalarının icrasını həyata keçirmişdir. İşçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1-ci maddəsinin a) yarımbəndində “fəhlələr” siyahısında göstərilmiş “buruqlara xidmət üzrə elektrik montyorları” peşəsi ilə "xxxx" MMC-də Dənizdə mühəndis-elektrik vəzifəsinin adları fərqli olsa da əmək funksiyaları eynilik təşkil edir. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2013-cü il tarixindən hazırkı tarixədək neft və qazın hasilatı ilə bağlı sahələrdə mühəndis-elektrik vəzifəsində işləyən İddiaçı əmək funksiyaları (mühəndis-elektrik vəzifəsinin vəzifə təlimatı arayışa əlavə edilir.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1-ci maddəsinin a) yarımbəndində “fəhlələr” siyahısında göstərilmiş “buruqlara xidmət üzrə elektrik montyorları” peşəsi ilə uyğunluq təşkil edir və cəmiyyətdə güzəştli şərtlərlə pensiya hüququ verən mühəndis-elektrik vəzifəsi üzrə iş stajı 11 il, 0 ay, 12 gün təşkil edir. Apellyasiya icraatı zamanı "xxxx" MMC-yə göndərilmiş sorğuya əsasən cavab məktubuna əlavə edilmiş iddiaçının Socar AQŞ-də xx.xx.2015-ci il tarixdən işlədiyi mühəndis-elektrik və xx.xx.2018-ci il tarixdən işlədiyi dənizdə mühəndis-elektrik vəzifəsinin təlimatından göründüyü kimi sözügedən vəzifələr - Müəssisə tərəfindən aparılan əməliyyatlar üzrə təhkim olunduğu əsas iş sahəsində, o cümlədən zəruri hallarda gəmilərdə, vaqonlarda, sahildə və müəssisənin fəaliyyət göstərdiyi bütün sahələrdə əmək funksiyalarım təhlükəsiz şəkildə icra etmək; Bütun elektrik avadanlığının mütəmadi olaraq texniki xidmətini və təmirini prosedur və standartlara uyğun həyata keçirmək; Nasazlıqlan araşdırmaq və buna uyğun hesabatlar təqdim etmək; Elektrik avadanlıqlannın izolyasiya müqavimətinin və torpaqlama müqavimətinin vaxtında yerinə yetirilməsindən əmin olub, lazımi protokolların tərtib olunmasım təmin etmək; Dənizdə elektron avadanlıqların texniki tələblərinə uyğun olaraq, həmin avadanlıqlarda vaxtında plan, profilaktik baxış və planprofilaktik təmir işlərini təşkil etmək; Anbara daxil olan, buruqlardan gələn və təmirdən qayıdan elektrik avadanlıqlarının texniki vəziyyətini müəyyən etmak üçün yoxlama işlərini aparmaq; Texniki xidmət və təmir işlərini qazma əməliyyatlarına təsirini azaldacaq şəkildə planlaşdırmaq və kompüterləşdirilmiş texniki qulluq sistemi tərəfindən müəyyən edilmiş texniki qulluq tapşırıqlarını yerinə yetirmək; Elektrik avadanlıqlarının qeyri-düzgün sifarişi haqqında Baş Qazma Energetikinə məlumat vermək; Cavabdeh olduqları təchizatın təmin edilməsi məqsədi ilə hissələr, alətlər, ehtiyatlar haqqında hesabat vermək; Paylayıcı şitlərin iş rejiminin seçilməsi, onlarda nasazlığın təyin olunması və qısa texnoloji müddətdə təmir olunub texniki tələblərə uyğun olaraq normal iş rejiminin bərpa olunması işini təşkil etmək; Ehtiyac olunan təchizat və ya sistemlərin təhlükəsizliyini artırmaq, qazma performansını təkmilləşdirmək və ya qayda-qanunla müəyyən edilmiş normalara uyğunlaşdırmaq məqsədi ilə sistemlərə və ya təchizatda dəyişikliklər etməyi məsləhət görmək; Qazma bucurqadı və rotorun qoşulma avtomatikasının texniki mühafizəsini təmin etmək; Platformada elektron avtodriller qurğusuna qulluq etmək, onlarda texniki nasazlığın təyin olunub aradan qaldırılması işini təşkil etmək; Mövcud olan texniki sənədlərdən səmərəli istifadə olunmasını, qorunub saxlanmasını təmin etmək; Dənizdə elektron avadanlığının unikallığını və mürəkkəbliyini nəzərə alaraq işçilərin texniki bitik səviyyəsinin qaldırılması və vaxtaşırı yoxlanılması, texniki savadlı kadrların yetişdirilməsi işinə kömək etmək; Texniki qəzaların vaxtında araşdınlması və onların səbəblərinin təyin olunmasına kömək etmək; Elektron avadanlığının işini təkmilləşdirən yeni texniki nailiyyətlərin heyata keçirilməsinə kömək etmək ilə əhatələnən işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir. İddiaçının həmin vəzifələrinin başlıca məqsədinin “Bütün elektrik avadanlıqlarının düzgün istismarını və təmirini həyata keçirmək, planlı texniki xidmət işlərini keyfiyyətli aparmaq; bütün elektrikli təchizatiann qorunması, təmiri və baxımı, həmin təchizatın SOCAR AQŞ əməliyyatları zamanı operativliyinin davamlılığının təmin olunması üzrə məsuliyyət daşımaq” olduğu müəyyən olunur. Göründüyü kimi, iddiaçının işlədiyi mühəndis-elektrik vəzifəsinin əmək funksiyaları, eləcə də texniki nəzəri bilikləri qazma-elektrik vəzifəsinin əmək funksiyaları, texniki nəzəri bilikləri ilə eynilik təşkil etdiyindən (həmin halı "xxxx" MMC-nin arayışı təsdiq edir) ona bərabər tutularaq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur. Belə ki, iddiaçının xx.xx.2015-ci il tarixdən hazırkı vaxtadək "xxxx" MMC-də işlədiyi mühəndis-elektrik vəzifəsi - 1 №-li Siyahının X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsindəki 11000000 şifrəli “1. Qazma” yarımbölməsində şifrə 1100000a—19838 ilə göstərilmiş “buruqlara xidmət üzrə elektrik montyorları” peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsinin “10.1. Qazma” yarımbölməsində a) fəhlələr: “buruqlara xidmət üzrə elektrik montyorları” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi İT-İ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisə - “Caspian Marine Services Limited” şirkəti, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və "xxxx" MMC-nin arayışları ilə təsdiqlənir. Nəticə etibarı ilə iddiaçının xx.xx.2008-xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2012-ci il və xx.xx.2015-xx.xx.2023-cü il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur. Beləliklə, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə tələb olunan 12 il 6 aydan artıq stajının, həmçinin 25 il ümumi iş stajının mövcudluği iş materialları və məhkəmə araşdırmasıyla sübuta yetirilir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3483/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2555/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2555/2025
15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver