Məhkəmə qərarları › İş №2-1(103)-2556/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2556/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2556/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştiakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-226/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: B.Sərdarov adına maşınqayırma zavodu tərəfindən verilmiş 471 saylı Orderdən görünür ki, iddiaçının anası X3 "xxxx" TASC-da işlədiyi müddətdə M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 ünvanında yerləşən yataqxananın 1-ci mərtəbəsində olan 115 saylı otaq verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 018-176443-1221 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən, X8 xx.xx.2017-ci il tarixdən, X12 xx.xx.2017-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadırlar. İddiaçı anasına iş yeri tərəfindən adı çəkilən yataqxanada 115 saylı otaq verilsə də, sonradan ailə üzvlərinin artması ilə əlaqədar qonşuluqda olan 100 saylı otağa ailəsi ilə birlikdə köçdüyünə istinad edərək Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi, ev 9, mənzil 100-ə dair onunla kirayə müqaviləsinin bağlanması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik edilmişdir. Odur ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi, ev 9, mənzil 100-ə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X4 "xxxx" TASC-da 1987-ci ildən 2007-ci ilə kimi işləmişdir. Onun bu zavodda işlədiyi müddətdə kollektivin üzvü olduğu üçün bu zavodun Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsində yerləşən 9 saylı binasından 109 saylı mənzil verilmişdir. Həmin mənzilə dair anasının adına müvafiq order də verilmişdir. Sonradan ailə üzvlərinin sayı artdığı üçün qonşuluqda yerləşən 100 saylı mənzil də onun ailəsinin istifadəsinə verilmişdir. Lakin həmin vaxtlar "xxxx" TASC fəaliyyətini dayandırdığı üçün bu mənzilin onların adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Bir müddət sonra bu zavodun balansında olan bina Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdi. O, faktiki uzun müddətdir yaşadığı mənzilin adına rəsmiləşdirilməsi və müvafiq kirayə müqaviləsinin bağlanması üçün cavabdeh orqana müraciət etmiş, lakin sonuncu müraciətindən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq bu günə kimi ona heç bir rəsmi cavab verilməmişdir. Bu da cavabdeh tərəfin onun müraciəti ilə əlaqədar hərəkətsizlik etdiyini sübut edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 200 nömrəli Qərarının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 584 saylı sərəncamına əsasən ləğv edilmiş "xxxx" DŞ-nin B.Sərdarov adına X7 Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş qeyd edilən ünvanda yerləşən yataqxana binası 07 may 2014-cü il tarixli təhvil-təslim aktı ilə Bakı şəhər MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. İddiaçı Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixdə Q- 84 sayla qeydiyyata alınmış) yazılı ərizə ilə müraciət edərək, ünvan 4 ünvanında yerləşən yataqxana binasının 100 saylı mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Ərizəyə tələb olunun sənədlər (order, protokol, 2 saylı formada arayış, mənzilin sxemi, binanın əvvəllər məxsus olduğu təşkilatla əmək münasibətlərini təsdiq edən sənəd və s.) əlavə edilmədiyindən onun ərizəsi Departamentin xx.xx.2019-cu il tarixli, Q-84 saylı məktubu ilə baxılması üçün 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, ünvan 4 saylı evin 100 saylı mənzilini heç bir hüquqmüəyyənedici sənəd olmadan qanunsuz olaraq zəbt etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, o, həmin mənzili boşaldıb MKİS-ə təhvil verməkdən imtina etmişdir. İddiaçının anası X5 isə həmin binanın 515 saylı mənzilində faktiki olaraq yaşayır. Əldə etdiyi "xxxx"nun xx.xx.2002-ci il tarixli 471 saylı orderinə əsasən ünvan 5 ünvanında yerləşən yataqxananın 115 saylı mənzili ailə tərkibi 2 nəfər olmaqla (özü və oğlu) X1 adına yazılmışdır. İddiaçı ünvan 4 saylı evin 100 saylı mənzilinə dair hər hansı hüquqi əsası yoxdur və o, həmin mənzili əldə etmək məqsədi ilə özbaşına zəbt etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-226/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, qərarın ləğv olunması və iddianın təmin olunması barədə qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qərarı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin bu qərarına baxdıqda açıq-aydın görünür ki, məhkəmə hansı səbəbdən bu nəticəyə gəldiyini və nəyə görə iddianın təmin edilməməsi barədə qərar qəbul etdiyini əsaslandırmamışdır. Bununla da məhkəmə tərəfindən AR İPM-nin 68-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə qərarının əsaslandırıcı hissəsindən görünür ki, 100 saylı mənzilin onun ailəsinin istifadəsinə verilməsinə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Çox qəribədir ki, onun iddiasının əsas mahiyyəti də bu mənzilə dair kirayə müqaviləsi bağlamaqla həmin mənzilə dair müvafiq hüquqmüəyyənedici sənədin əldə edilməsidir. Belə bir halda ondan bu mənzilə dair hər hansı bir hüquqmüəyyənedici sənədin tələb edilməsi təbii ki, həm məntiqsiz, həm də absurd yanaşmadır. Əlbəttə, əgər onun bu mənzilə dair hər hansı bir hüquqmüəyyənedici sənədi olsaydı, təbii ki, onda belə bir iddia ilə məhkəməyə müraciət etməzdi. O, uzun müddətdir ki, bu mənzildə yaşayır, həm o, həm də həyat yoldaşı bu mənzildə daimi pasport qeydiyyatındadırlar. Qonşuluqda yaşayan və onun özünün də doğulub böyüdüyü mənzil anasına iş yerindən verilmişdir. Yəni, hal-hazırda mübahisə predmeti olan mənzil anasının əvvəlki iş yeri olan müəssisənin balansında olmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki işə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə prosesində iştirak etmiş cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbləri baxımından (İPM-nin 39.1 maddəsi) hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki iddiası mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı tələbi “Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi, ev 9, mənzil 100-ə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinə mürasibətdə hərəkətsizlik göstərilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən qonşuluqda yerləşən 100 saylı mənzilin onun ailəsinə verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlərin olmamasına, həmçinin polis orqanı tərəfindən təqdim edilmiş sənədlərin arasında iddiaçının qanunla qeydiyyata alınması üçün nəzərdə tutulmuş zəruri sənədlərin (o cumlədən orderin) aşkar edilməməsinə istinad edərək iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ bəndinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. 78 saylı MKİS-nin rəisi N.M.Rüstəmov, 2.78 saylı MRİS-nin mühəndisi V.R.Nəcəfov, 3 sahə nəzarətçisi K.H.Aliyev tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, hazırda iddiaçının kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi Bakı şəhəri, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsindəki 2 saylı X.T.M.R.T.B-nin balansında və 78 saylı MR1S-nin istismarında olan 9 saylı binanın 100-cü mənzilində yaşayan İddiaçı yaşadığı otağa aid heç bir hüquqi sənədi yoxdur. İddiaçı və onun ailəsi 2017-ci ildən göstərilən 100 saylı mənzildə qeydiyyatdadırlar. İddiaçı mənzili qeyri-qanuni zəbt etmişdir, ona görə də İddiaçı dəfələrlə xəbərdar edilmişdir ki, mənzili boşaltsın. O, bu günə kimi verilən xəbərdarlığa əməl etməmişdir. 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 78 saylı Mənzil - Kommunal İstismar Sahəsinin 98 və 99 saylı xx.xx.2021-ci il tarixli arayışlarından görünür ki, Binəqədi rayonu Z.Qəmbərov küçəsi, 9 saylı evin 1124. 115 saylı mənzilində X2 və onun ailəsi, 109 saylı mənzilində isə X9 və onun ailəsi Qubadlı rayonundan məcburi köçkün kimi məskunlaşmışdrılar. 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 78 saylı Mənzil Kommunal İstismar Sahəsinin 116 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Binəqədi rayonu Z.Qəmbərov küçəsi, 9 saylı evin 515-ci mənzilində X4 və onun həyat yoldaşı X13 və qızı X6 qeydiyyatdadırlar. İş materiallarından göründüyü kimi, iddiaçının anası X3 B.Sərdarov adına maşınqayırma zavodu” TASC-da işlədiyi müddətdə M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 ünvanında yerləşən yataqxananın 1-ci mərtəbəsində olan 115 saylı otaq verilmiş, lakin hazırda iddiaçı həmin yataqxanada yerləşən anasına verilmiş 115 saylı otağın qonşuluğunda olan 100 saylı otağın ona verilməsi ilə bağlı onunla kirayə müqaviləsinin bağlanmasını cavabdehdən tələb edir və ona istinad edir ki, əvvəllər anasına verilmiş otaqda yaşasalar da, sonradan ailə üzvlərinin sayı artmış və o, ailəsi ilə birlikdə 100 saylı otağa köçmüşdür. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyinin qaydaları da tətbiq edilir. Həmin Məcəllənin 52-ci maddəsinə uyğun olaraq dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Həmin Məcəllənin 106-cı maddəsinin tələbinə görə fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edə bilər. Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının hazırki tələbinin təmin olunması üçün sözügedən mənzilin ona məxsus olmasını təsdiq edən (100 saylı otağın onların ailəsinin istifadəsinə verilməsini bildirilsə də, bu barədə sənəd təqdim olunmamışdır) subutları təqdim etməsi zəruridir. Lakin hazırki işdə iddiaçıda yalnız anasına işlədiyi müəssisə tərəfindən sözügedən yataqxananın 115 saylı mənzilinə dair verilmiş (ailə üzvü 2 nəfər olmaqla, özü və oğlu İddiaçı) xx.xx.2002-ci il tarixli 471 saylı order mövcuddur ki, həmin order də 115 saylı otağa aid olduğundan iddiaçı ilə onun zəbt etdiyi 100 saylı otağa dair kirayə müqaviləsinin bağlanması üçün əsas vermir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddia tələbinin təmin olunmaması ilə bağlı məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillərin bir qismi iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edib, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın təmin olunması üçün əsas yaratmadığından qəbul edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-226/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-226/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar