Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2557/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “mənzillə təmin olunacaq şəxslərin siyahısına salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Günel Firudin qızı Əliyevanın katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxs "xxxx" MMC-nin vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “ünvan 1 ünvanda yerləşən yataqxananın sökülməsindən sonra yeni tikiləcək binada onun mənzillə təmin olunacaq şəxslərin siyahısına salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-297/2021 saylı 17 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 3əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası X4 “Azərkontrakt” Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 9 saylı 31.01.2019-cu il tarixli dublikat orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Azərmaşavadanlıq” İdarəsində mexanik vəzifəsində işləyən İddiaçı DKK “Azərkontrakt” Səhmdar Cəmiyyəti rəhbərliyinin, həmkarlar təşkilatının və mənzil məişət komissiyasının birgə qərarına əsasən ünvan 4 ünvanında yerləşən yataqxanada yaşayış sahəsi ilə təmin edilmişdir. İddiaçıya məxsus AZE seriyalı 0******* saylı 20.12.2014-cü il tarixli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı yaşayış yeri Bakı şəhəri, Mayakovski küçəsi 8/9 saylı ev göstərilmişdir. İddiaçı aid İİİ-JQ seriyalı ******* saylı 26.11.1976-cı il tarixli SSRİ vətəndaşının pasportunun surətindən görünür ki, İddiaçı 13.12.1976-cı ildən 25.11.1977-ci il tarixədək, 15.12.1977-ci ildən yaşadığı yer Mayakovski küçəsi 8/9 yataqxana qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayonu, Mənzil-Kommunal Təsərrüfat Birliyi 38 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 38/355 saylı 07.10.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Mayakovski küçəsi, 8/9 evdə pasport qeydiyyatındadır. Bakı şəhəri Cavabdeh Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin İ-8 saylı 18.06.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdehdən daxil olmuş 24.05.2019-cu il tarixli, İ-37-071 saylı məktub ilə V.Mayakovski küçəsi, ev 8/9 mənzil 75 ünvanına qeydiyyatda olmağı və orderi olduğunu nəzərə alaraq adının yeni inşa ediləcək binada mənzillə təmin ediləcək şəxslərin siyahısına salınmağına köməklik göstərilməsinə dair müraciətinə baxılması və müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Məlumat üçün bildirilir ki, onun mənzili yuxarıda qeyd olunan yataqxana binasında yaşayan ailələrin siyahısındadır və 51-ci sırada qeyd olunmuşdur. İddiaçı onun sökülmüş yataqxana olan mənzilinə görə yeni mənzillə təmin olunması üçün adının siyahıya salınması ilə bağlı cavabeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış İ37/5-071/5-t/2 saylı 07.10.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, V.Mayakovski küçəsi 8/9 ünvanında qəzalı vəziyyətdə olan yataqxana binasında onun qeydiyyatda olmağına və yaşamağına dair mövcud sənədlərdə uyğunsuzluq və çatışmazlıqların olduğuna görə mübahisə doğuran bu məsələnin hüquqi müstəvidə həll olunması üçün məhkəmə orqanlarına müraciət edə bilər. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh inzibati orqana qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “mənzillə təmin olunacaq şəxslərin siyahısına salınması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, o, 1956-cı ildə Qusar rayonunda anadan olmuş, 1970-ci ildə Bakı şəhərinə gəlmiş, 5 saylı Peşə məktəbində 2 il təhsil almış, oradan da o, təyinatla Qossnabın “Azərmaşavadanlıq İdarəsi”nə işləməyə göndərilmişdir. “Azərmaşavadanlıq idarəsi” onu ünvan 9 yerləşən yataqxanada 75 nömrəli bir otaqla təmin etmiş və həmin ünvana o, qeydiyyata salınaraq ilk pasport verilmişdir. O, 1974-cü ildə həmin ünvandan hərbi xidmətə çağırılmış, 1976-cı ildə hərbi xidmətdən qayıtmış və yenə də yataqxanada həmin otaqda yaşamağa başlamış, 1977-ci ildə evlənmişdir. Həmin ünvanda 1978, 1980, 1986-cı illərdə 3 oğlan övladı doğulmuşdur. 5 nəfərlə 1 otaqda qalmaq çətin olduğundan o, bir müddət kirayədə qalmalı olmuş, böyük oğlu 3 il 4 ay hərbi xidmətə olub qayıtdıqdan sonra o, yenidən yataqxanadakı otaqlarına qayıtmaq istəmiş, lakin yataqxanaya gələndə ona verilmiş otaqda məcburi köçkünlərin məskunlaşdığını görmüşdür. Otağında məskunlaşan məcburi köçkünü çıxarda bilməmişdir. 2019-cu ilin əvvəllərində iş yoldaşları ona bildirmişlər ki, köçkünlər yataqxanadan çıxarılıb, onun otağı boşdur. O, yataqxanaya gəlmiş və görmüşdür ki, otağının pəncərələri sındırılıb, otaq özü isə zibilin içərisindədir. O, bu barədə MİS-nə müraciət etmiş, yataqxananın sökülməsi, yerində yeni bunanın tikiləcəyilə əlaqədar ona otağın təmirinə artıq pul xərcləməməsi bildirilmişdir. O, 75 nömrəli otağa olan hüquqlarını təsdiq edən sənədləri Mənzil İstismar sahəsinə təqdim etmiş, bir müddətdən sonra yataqxananın söküntüsü və yeni tikiləcək bina ilə məşğul olan hökümət işçiləri onu qəbul etmiş və ona yeni tikiləcək binadan mənzil almaq hüququ olan şəxslərin siyahısında onun adının olmadığı bildirilmişdir. O, 1972-ci ildə dövlət tərəfindən həmin ünvanda otaqla təmin edilmişdir, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Lakin onun adı yeni tikiləcək binada mənzil alacaq şəxslərin siyahısına salınmamışdır. O, adının siyahıya salınması üçün ərizə ilə Bakı şəhəri Cavabdehə müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsinə Azərbaycan Respublikası X4 "Azərkontrakt" Səhmdar Cəmiyyətinin ünvan 1 №-li evin 75 №-li mənzilinə dair verilmiş 31.01.2019-cu il tarixli 9 №-li dublikat orderini, Mayakovski, 8/9 №-li ünvanda yerləşən yataqxanada 15.12.1977-ci il tarixli qeydiyyata düşmüş SSRİ vətəndaşı İddiaçı İİİ JQ № 500460 №-li 26.11.1976-cı ildə verilmiş Sovet pasportunun surətini, “A" Forma üzrə arayışını və ərazi aidiyyətli 38 №-li MKİS tərəfindən Mayakovski küçəsi 8/9 ünvan üzrə tərtib edilmiş siyahını əlavə etmişdir. Qeyd etdiyi əsaslara istinad edən iddiaçı Mayakovski küçəsindəki 8/9 ünvanda yerləşən yataqxanaya və onun mövcud olmayan 75 №-li mənzilinə mənzil hüquqlarının (istifadə, icarə, sərəncam, mülkiyyət və s.) yarandığını bildirirək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı mübahisələndirdiyi yaşayış sahəsinə hansı hüquqlarının yaranmasını, pozulmuş hüquqlarının nədən ibarət olmasını və nədə ifadə olunmasını hüquqi normaları ilə əsaslandıra bilməmişdir. İddiaçının təqdim etdiyi “A” forması üzrə arayışa və SSRİ vətəndaşının İİİ JQ №-li 500460 saylı pasportuna əsasən onun 1976-cı il tarixdən qeyd edilən ünvanda yataqxanada guşə (qoyka) hüququ ilə qeydiyyatda olması onun həmin yataqxananın hər hansı bir otağına mənzil hüququnun yaranması anlamına gələ bilməz. Nərimanov RİH başçısının 109 saylı 16.04.2019-cu il tarixli və 140 saylı 30.05.2019-cu il tarixli sərəncamları ilə Mayakovski küçəsindəki 8/9 və 10 ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan yataqxana binalarının və ona bitişik ərazidə "xxxx" MMC tərəfindən sökülməsi, sakinlərin müəvəqqəti yaşayış sahələrinə köçürülməsi, köçürülmə ilə əlaqədar mənzil kirayə xərclərinin ödənilməsi, köçürülmə işlərinin təşkili, ərazinin hasara alınması vəzifəsi "xxxx" MMC-yə həvalə edilmişdir. Bu inzibati aktlarda söküntü ərazisində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri, icarədarları və mülkiyyətçiləri barədə hər hansı siyahının tərtib edilməsi ilə bağlı məlumat yoxdur. Tikinti şirkəti tərəfindən inzibati orqanın inzibati aktlarına uyğun olaraq, Mayakovski küçəsindəki 8/9 ünvanındakı yaşayış binasında yaşayan bütün sakinlər qəbul edilmiş, 48 mənzildə yaşayan bütün sakinlərlə onlara məxsus yaşayış sahələrinin hüquqmüəyyənedici sənədləri əsasında müqavilələr bağlanmış, sakinlər qəzalı şəraitdə olan binadan aylıq müavinətlər verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüş və qəzalı vəziyyətdə olan bina sökülmüşdür. Tikinti şirkəti tərəfindən qəzalı binanın qəbul edildiyi vaxt orada yaşayan sakinlər barədə bütün məlumatların qeydiyyatı aparılmışdır və iddiaçı barədə həmin siyahıda hər hansı bir məlumat olmamışdır. Nərimanov rayonu 38 №-li MKİS tərəfindən tərtib edilmiş, Nərimanov rayon MKTB tərəfindən təsdiq edilmiş siyahıda müvafiq hüquqmüəyyənedici sənədlər əsasında yaşamış bütün 48 ailələr üzrə məlumatlar tikinti şirkətinin tərtib etdiyi siyahı ilə üst-üstə düşür. Siyahının 48, 49, 51, 52, 53, 54 və 55ci qrafasında isə sözügedən ünvanda qeydiyyatsız yaşayan və yaşayış sahəsinə hüquqmüəyyənedici sənədləri olmayan və məcburi köçkünlər (2 ailə) barədə məlumatlar yerləşdirilmişdir. 38 saylı MKİS-in tərtib etdiyi siyahıda bütün mənzillərin (otaqların) ümumi sayı 35, qeyri-yaşayış sahəsi isə 1 ədəddir. Siyahının 51-ci qrafasında 3-cü şəxsin Mayakovski küçəsindəki 8/9 №-li evin 5-ci mərtəbəsində 75-ci mənzildə 31.01.2019-cu il tarixli, 9 №-li order əsasında “yaşaması” barədə məlumat yerləşdirilmişdir. Ərazi aidiyyətli 38 №-li MKİS-in 30.03.2020-ci il tarixli, 38/452 №-li arayışında sözügedən binanın 28.06.2001-ci il tarixdən 38 №-li MKİS-in xidməti ərazisinə daxil edilməsi bildirilir. Həmin vaxta qədər iş üzrə iddiaçının sözügedən yaşayış evinin hansı otağına və ya mənzilinə dair hər hansı hüquqmüəyyənedici sənədinin mövcudluğu barədə hər hansı bir məlumat olmamışdır. İş materiallarına əlavə edilmiş 31.01.2019-cu il tarixli, 9 №-li order isə dublikatdır. Belə olan halda orderin əsli haradadır və arxiv arayışı nə üçün təqdim edilməmişdir. Digər tərəfdən iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ötən əsrin 80-ci illərində sözügedən ünvanda yaşamış, ailə qurmuş və 3 övladı mübahisələndirdiyi yaşayış sahəsində dünyaya gəlmişdir. Belə olan halda onun ailə tərkibi barədə nə üçün məlumatlar yoxdur, onun 75-ci və ya digər mənzildə yaşaması barədə hər hansı bir hüquqmüəyyənedici sənədi, sərəncam, yaşayış sahəsini kirayə müqaviləsi və s. nə üçün yoxdur. Onun iddialı olduğu mənzildə məcburi köçkünlər barədə məlumat və onların mübahisəli yaşayış sahəsindən inzibati qaydada çıxarılmaları barədə nə üçün iddiaçının hər hansı bir müraciəti olmamışdır. Bütün bunlar bir daha onu qeyd etməyə əsas vermişdir ki, iddiaçı sözügedən ünvanda yataqxanada guşə (qoyka) hüququ ilə qeydiyyatda olmuş, ötən əsrin 80-ci illərindən isə həmin yataqxanada yaşamamışdır. İddiaçının belə bir hüquqularının mövcudluğu barədə iş materiallarında hər hansı bir sübut yoxdur. Hazırki halda iddianın əsas və ilkin mümkünlük şərtlərindən biri inzibati orqan tərəfindən iddiaçının hüquq və azadlıqlarının pozulmasının əsaslandırılmasıdır. Yəni, qanunverici orqan yalnız bu halda iddiaçıya hüquqi müdafiə vasitəsi olaraq inzibati aktın qəbul edilməsi üçün məhkəmədə iddia qaldırmaq hüququ verir. Qeyd edilmişdir ki, hər bir inzibati iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən müddəalarının tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçının nəinki mövcud olmayan 75 №-li otağın mübahisəli yaşayış sahəsinə Mayakovski küçəsindəki 8/9 ünvanında yerləşən yataqxanaya dair hər hansı bir mənzil hüquqları yaranmamış, bu hüquqların mövcudluğu iş materiallarında öz əksini tapmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-297/2021 saylı 17 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmənin istinad etdiyi 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin göstərilən maddələri iddia tələbinin əsaslı olmasını göstərir. Həmin Məcəllənin 48-ci maddəsində göstərilir ki, order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. İddiaçı olaraq o, məhkəməyə mənzilə görə orderin dublikatını təqdim etmişdir. Məhkəmə özü də göstərir ki, həmin orderin dublikatı X6 “ Azərkontrakt ” Səhmdar Cəmiyyətinin rəhbərliyi və Həmkarlar təşkilatının birgə iclasının 31.01.2019-cu il tarixli 9 saylı prtokoluna əsasən verilmişdir. Həmin orderin əslinin mövcud olmasını təsdiq edən sənədlər olmasaydı, yəqin ki, orderin dublikatını da vermək mümkün olmazdı. Məhkəmənin cavabdeh inzibati orqan tərəfindən həmin ünvanda qeydiyyatda olmağına və yaşamağına dair mövcud sənədlərdə uyğunsuzluq və çatışmazlıqlar olduğuna görə onun adının mənzillə təmin ediləcək şəxslərin siyahısına daxil edilməmisini əsas kimi göstərməsi isə tam əsassızdır, çünki məhkəmə tərəfindən həmin uyğunsuzluq və çatışmazlıqların nədə ifadə olunması məsələsinə aydınlıq gətirilməmiş və bu barədə araşdırma aparılmamışdır. Bundan əlavə məhkəmənin sorğusu ilə Bakı şəhəri Nərimanov rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 29.03.2021-ci il tarixli 3/98 saylı məktubu ilə ünvan 5 ünvanda yerləşən binada yaşayan ailələr haqqında siyahının tərtib olunmasına əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri (81 vərəqdə ) təqdim edilmiş, lakin məhkəmə həmin sənədləri araşdırmamış və həmin sənədlərə qərarında istinad etməmişdir. Belə ki, həmin sənədlərin içərisində 5 ədəd dublikat Orderlə siyahıya alınmış şəxslər (X1, X10 və s.), bəzi şəxslərlə isə sərəncamla kirayə müqaviləsi bağlaması haqqında sənədlər var. Onun adı və dublikat orderi həmin sənədlərin siyahısına daxil edilib. Onda sual olunur: Necə ola bilər ki, digər dublikat Orderlərin qanuniliyi təsdiq olunur, ona verilmiş dublikat order isə qanunsuz olur. Axı bütün dublikat orderlər eyni təşkilat tərəfindən verilmişdir. Məhkəmənin sorğusu ilə cavabdehdən binanın sökülməsi ilə bağlı sərəncam verildikdən sonra ilkin siyahıya alınma haqqında sənədin təqdim olunması tələb olunsa da, həmin sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bu məsələnin üzərindən sükutla keçmişdir. Cavabdeh tərəfindən mənzillərin sayının 48 olması da həmin siyahıya alınmış şəxslərin sənədləri ilə təkzib olunur. Belə ki, A.Y.Rzayevanın adına kirayə müqaviləsi bağlanması haqqında sərəncamdan görünür ki, onunla kirayə müqaviləsinin 68 saylı mənzilə bağlanması haqqında sərəncam verilmişdir. Bütün bu sənədlər iş materiallarında olmasına baxmayaraq məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə tərəfindən işə baxılarkən müvafiq maddi hüquq normasına istinad edilməli olmasına baxmayaraq, hansı səbəbdənsə istinad edilməmişdir. Belə ki, məhkəmənin istinad etdiyi 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 108-ci maddəsində yataqxanalardan çıxarılmanın yaşayış sahəsi verilmədən və verilməklə çıxarıla bilməsinin hansı hallarda mümkün olması göstərilmişdir. İş materiallarından da görünür ki, o, 1972-ci il 01 avqust tarixindən 1995-ci ilin 16 may tarixinə qədər “Azərkontrakt” Səhmdar Cəmiyyətinin “ Azərmaş ” Birliyində müxtəlif vəzifələrdə işləmiş, yəni, 23 il, bu isə on ildən artıq müddətdir. 1995-ci ildə isə işlədiyi təşkilat ləğv edilmiş, bu isə o deməkdir ki, o, yaşayış sahəsi verilmədən yataqxanadan çıxarıla bilməyən şəxslərə aiddir. Ona görə də ona verilmiş Order əsasında mənzil verilməli, yəni o, mənzillə təmin olunacaq şəxslərin siyahısına salınmalıdır. Məhkəmənin gəldiyi nəticə səhvdir, cavabdeh inzibati orqanın onun adının müvafiq siyahıya daxil edilməsindən imtina etməsi tam qanunsuz və əsassızdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək bildirmişdir ki, yataqxanada yaşayan mənzillərə dair 82 order verilmişdir ki, onlardan da 5-i dublikatdır. "xxxx" MMC öz səlahiyyətlərini aşmışdır. Belə ki, iddiaçının mənzillə təmin edilməsi üçün onun həmin ünvanda yaşayıb-yaşamaması qəbuledilməzdir. Həmçinin iddiaçının həmin mənzilə dair ləğv edilməmiş, mübahisələndirilməyən orderi vardır. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 1972-ci ildə dövlət tərəfindən ünvan 9 yerləşən yataqxanada 75 nömrəli bir otaqla təmin etmiş və həmin ünvana o, qeydiyyata salınmış, 1977-ci ildə evlənmiş, həmin ünvanda 3 övladı doğulmuş, 1986-cı ilədək orada yaşamış, sonradan 5 nəfərlə 1 otaqda qalmaq çətin olduğundan o, bir müddət kirayədə qalmalı olmuş, 1992-ci ildə həmin yataqxanaya qayıtmaq istərkən ona verilmiş otaqda məcburi köçkünlərin məskunlaşdığını görmüşdür, ona görə də həmin mənzilə qayıda bilməmişdir. 2019-cu ilin əvvəllərində iş yoldaşları ona bildirmişlər ki, yataqxana sökülüb yerində yeni çoxmənzilli bina inşa ediləcək, buna görə də ona yataqxanadan verilmiş mənzilə orderin dublikatını almış və bina ilə məşğul olan hökümət işçiləri ilə görüşmüş, lakin onlar yeni tikiləcək binadan mənzil almaq hüququ olan şəxslərin siyahısında onun adının olmadığı bildirilmişlər. Bununla bağlı İddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs "xxxx" MMC-nin vəkili X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, sözügedən ünvanda yerləşən qəzalı vəziyyətdə olan yataqxananın sökülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Bu söküntünün aparılması üçün həmin yataqxanada məskunlaşan şəxslərin qeydiyyatı və yeni mənzillə təmin olunmaları barədə İcra Hakimiyyəti tərəfindən hər hansı siyahı təqdim edilməmişdir. Həmin ünvanda yaşayan şəxslərin qeydiyyatı və mənzillə təmin olunmaları barədə MMC-nin özü tərəfindən tərtib edilmiş siyahı mövcuddur. MMC-nin öz əməkdaşları tərəfindən həmin yataqxanada yaşayan 48 mənzil sahibi ilə onların hüquqmüəyyənedici sənədləri əsasında mənzilin sahəsinə və qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlanmışdır. MMC tərəfindən tərtib edilmiş siyahıya həmin yataqxanada yerləşən mənzillərdə faktiki olaraq yaşayan şəxslərin adı salınmışdır. İddiaçı da faktiki olaraq həmin ünvanda yaşamadığından MMC tərəfindən tərtib edilmiş siyahıda onun adı qeyd edilməmişdir. İddiaçı MMC-nin rəhbəri ilə görüşən zaman ona məxsus olan mənzili göstərmək ona təklif olunmuş, o da həmin mənzili MMC-nin nümayəndəsinə göstərərkən müəyyən olunmuşdu ki, iddiaçının göstərdiyi mənzil “Nadir” adlı şəxsə məxsusdur və həmin şəxsin mənzilə dair çıxarışı olduğundan sözügedən mənzilə görə həmin şəxslə MMC arasında artıq müqavilə də bağlanmışdır. Həmin yataqxanada 48 mənzil, 5 qeyri-yaşayış sahəsi vardır və 48 mənzil orada yaşayan şəxslərin mülkiyyətindədir. MMC tərəfindən yeni mənzillərin təhvil verilməsi üçün real siyahı tərtib edilmişdir. Bununla bağlı 3-cü şəxsin vəkili Ceyhun Paşalı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 01.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 27.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında qeydiyyat yerində mənzilin deyil, binanın nömrəsinin olduğunu, həmin şəxsin sözügedən mənzildə yaşamasını təsdiq edən sənədlərin mövcud olmadığını, cavabdeh orqan tərəfindən siyahıya alınmanın aparılmadığını, yataqxanada 48 mənzilin olduğunu və 75 saylı mənzilin olmadığını, iddiaçı tərəfindən mövcud olmayan mənzilin mübahisələndirildiyini bildirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 07.10.2019-cu il tarixdir. İddiaçı iddia ilə məhkəməyə elə həmin tarixdə- 07.10.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda iddiaçının cavabdeh inzibati orqana qarşı tələbi “ona 9 saylı 31.01.2019-cu il tarixli order əsasında verilmiş ünvan 1 ünvanda yerləşən yataqxananın sökülməsindən sonra yeni tikiləcək binada onun mənzillə təmin olunacaq şəxslərin siyahısına salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun V.Mayakovski küçəsi 8/9 ünvanında qəzalı vəziyyətdə olan yataqxana binasında onun qeydiyyatda olmağına və yaşamağına dair mövcud sənədlərdə uyğunsuzluğun və çatışmazlıqların olmasına istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya verilmiş orderin əslinin məhkəməyə təqdim edilməsi ilə bağlı X6 “Azərkontrakt” Səhmdar Cəmiyyətinin rəhbərliyi və Həmkarlar təşkilatına müvafiq sorğu verilsə də, həmin qurumun bu barədə təsdiqedici məlumatları məhkəməyə təqdim etməməsinə, onun Mayakovski küçəsi, 8/9 ünvanında qeydiyyatda olsa da, 75 nömrəli mənzillə təmin olunması və həmin mənzildən istifadə etməsi üçün vaxtı ilə işlədiyi müəssisə tərəfindən ona Azərbaycan Respublikasının həmin zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun sənədlər təqdim edilməsinin məhkəmə araşdırılması zamanı müəyyən edilməməsinə istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Bakı şəhəri Cavabdeh Nərimanov rayon Mənzil-Kommunal Təsərraft Birliyinin baş mühəndisi X12 verdiyi izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən yataqxana qəzalı vəziyyətdə olduğundan sökülmüşdür. Bina qəzalı vəziyyətdə olduğundan və orada yaşayan şəxslərin həyatı üçün təhlükə olduğundan həmin binadan yaşayan şəxslər köçürülüb, sonra həmin şəxslərin təqdim etdikləri sənədlər əsasında siyahı tərtib edilmişdir. Siyahı yataqxana sökülməmişdən 5-6 ay əvvəl onlar tərəfindən tərtib edilmişdir. İddiaçı da yataqxanada qeydiyyatda olması barədə sənəd və order təqdim etdiyindən onun da adı siyahıya əlavə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçının iddiasının əsasını Azərbaycan Respublikası X4 “Azərkontrakt” Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 9 saylı 31.01.2019cu il tarixli dublikat order təşkil edir. Həmin dublikat orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Azərmaşavadanlıq” İdarəsində mexanik vəzifəsində işləyən İddiaçı DKK “Azərkontrakt” Səhmdar Cəmiyyəti rəhbərliyinin, həmkarlar təşkilatının və mənzil məişət komissiyasının birgə qərarına əsasən ünvan 4 ünvanında yerləşən yataqxanada yaşayış sahəsi ilə təmin edilmişdir. İddiaçıya adı çəkilən dublikat orderin verilməsinə əsas 9 saylı 31 yanvar 2019-cu il tarixli protokol olmuşdur. X6 “Azərkontrakt” Səhmdar Cəmiyyətinin rəhbərliyi və Həmkarlar təşkilatının birgə iclasının 31.01.2019-cu il tarixli 9 saylı protokolunun surətindən görünür ki, iclasda “Azərkontrakt” Səhmdar Cəmiyyətinin keçmiş “Azərmaş” birliyində işləmiş İddiaçı ərizəsinə baxılmışdır. Protokola görə keçmiş “Azərmaş” birliyində işləmiş İddiaçı “Azərkontrakt” Səhmdar Cəmiyyətinin rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, keçmiş Dövlət Maddi-Texniki Təchizat Komitəsinin rəhbərliyi və Birləşmiş Həmkarlar Komitəsinin birgə qərarı ilə, vaxtı ilə cəmiyyətin tərkibində olmuş, Mayakovski küçəsi, 8/9 ünvanında yerləşən yataqxanaya qeydiyyata düşmək üçün ona 75 nömrəli mənzilə order verilmişdir. Lakin həmin orderin naməlum səbəbdən itdiyini nəzərə alıb orderin dublikatının verilməsi xahiş olunmuşdur. İddiaçı ərizəsini nəzərə alaraq “Azərkontrakt” Səhmdar Cəmiyyətinin keçmiş “Azərmaş” birliyinin işçisi olmuş İddiaçı Mayakovski küçəsi, 8/9, mənzil 75 ünvanında yataqxanaya qeydiyyata düşməsi üçün verilmiş orderin dublikatının verilməsi qərara alınmışdır. Bakı şəhər, Cavabdeh Başçısının “V.Mayakovski küçəsi 8/9 və 10 ünvanlarında yerləşən qəzalı binaların sökülməsi haqqında” 140 saylı 30.05.2019- cu il tarixli sərəncamından görünür ki, V.Mayakovski küçəsi 8/9 və 10 ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan yataqxana binalarının "xxxx" MMC tərəfindən sökülməsinə icazə verilmişdir. Bakı şəhər, Cavabdeh Başçısının “V.Mayakovski küçəsi 8/9 və 10 №-li binaların "xxxx" MMC tərəfindən hasara alınması və sakinlərin köçürülməsi haqqında” 109 saylı 16.04.2019-cu il tarixli sərəncamdan görünür ki, V.Mayakoviski küçəsi 8/9 və 10 saylı ünvanlarda yerləşən, 1934-cü ildə inşa edilmiş binalar istismar müddətlərini bitirərək yararsız vəziyyətə düşmüşdür. Əvvəllər yataqxana tipli olmuş binalarda daimi yaşayan sakinlər və müvəqqəti məskunlaşmış məcburi köçkünlər tərəfindən mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə xeyli vaxt bundan əvvəl aparılmış rekonstruksiya və əlavə tikinti işləri, ən əsası isə uzun müddət istismarı nəticəsində mərtəbələrarası örtükləri, pilləkan qəfəsləri, dam örtüyü, digər konstruktiv hissə və elementləri qəzalı vəziyyətə düşmüşdür. Sözügedən binaların qəzalı vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən 2016-cı ildə müvafiq aktlar tərtib edilmişdir. Aparılmış danışıqlar nəticəsində "xxxx" MMC həmin qəzalı binalarda yaşayan və bitişik ərazidə yerləşən, layihə üzrə köçürülməsi zəruri olan köhnə, istismar müddəti bitmiş, ilkin araşdırmalara görə sayı 15 ədəd təşkil edən fərdi evlərdəki sakinlərin müvəqqəti kirayə haqları ilə təmin olunmaqla digər ünvanlara köçürülməsini, binaların və fərdi evlərin sökülüb yeni, müasir layihəyə uyğun hündürmərtəbəli, çoxmənzilli binaların tikintisini, həmçinin əhalinin yeni binalarda müvafiq ölçülərdə mənzillərlə təmin olunmasını öz üzərinə götürmüşdür. Bu işlərin görülməsi nəticəsində büdcə vəsaitindən istifadə olunmayaraq qəzalı vəziyyətdə olan binaların yenilənməsi və sakinlərin rahat, təhlükəsiz yaşamasının təmin olunması prosesi baş tutmuş olacaqdır. Yuxarıda göstərilənləri, sakinlərin real təhlükə altında yaşadığını, hər an bədbəxt hadisə baş verəcəyi ehtimalı nəzərə alınaraq V.Mayakovski küçəsi, 8/9 və 10 №- li beşmərtəbəli binaların, həmçinin bitişik ərazidə yerləşən fərdi evlərin gələcəkdə sökülüb, əvəzində yeni çoxmənzilli binaların tikintisi məqsədi ilə hasara alınması və sakinlərin kirayə haqları ilə təmin olunmaqla digər ünvanlara köçürülməsi işinin "xxxx" MMC tərəfindən həyata keçirilməsinə icazə verilməsi qərara alınmış, "xxxx" MMC-yə ərazinin hasara alınması və sakinlərin köçürülməsi işinin təşkili və həyata keçirilməsi zamanı mövcud qanunvericiliyin tələblərinə, qüvvədə olan norma və qaydalar riayət olunmasını təmin etməsi tapşırılmış, "xxxx" MMC-ni nəzərinə çatdırılmışdır ki, bu sərəncam yalnız ərazinin hasarlanması və sakinlərin köçürülməsi üçün əsasdır. "xxxx" MMC-yə ərazinin zəbt olunmadan qorunmasını, sanitar vəziyyətinə diqqətin artırılmasını təmin etməsi, müvafiq layihələndirmə və tikintiyə icazə ilə bağlı sənədləşdirmə başa çatdırılmadan hər hansı inşaat işlərinin aparılmasına yol verməməsi tapşırılmışdır. Sərəncamın icrasına nəzarət Rayon təsərrüfatı şöbəsinə tapşırılmışdır. ünvan 7 ünvanında yerləşən texniki cəhətdən qəzalı vəziyyətdə olan yataqxana binasında yaşayan ailələr haqqında Nərimanov rayon Mənzil-X7 tərəfindən tərtib edilmiş siyahıdan görünür ki, İddiaçı adı 51-ci sırada qeyd edilməklə, yaşadığı mənzilin №-si (mərtəbə) 75/5, hüquqmüəyyənedici sənəd kimi 9 saylı 31.01.2019-cu il tarixli order qeyd edilmişdir. Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 078-37-1221 saylı 04.01.2021-ci il tarixli məktubundan görünür ki, İsmayılov X2 rayonu, Mayakovski küçəsi 8/9 ünvanına 21.12.2004-cü ildə qeydiyyata alınmışdır. Qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün tərəflərindən məhv edilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 1/1797 saylı 02.12.2019-cu il tarixli məktubdan və ona əlavə edilmiş ünvan 9 ünvanda yerləşən yataqxananın sökülməsindən sonra yeni tikiləcək binada mənzillə təmin olunacaq şəxslərin siyahısından görünür ki, ünvan 9 ünvanda yerləşən yataqxananın sökülməsindən sonra yeni tikiləcək binada mənzillə təmin olunacaq şəxslərin siyahısında İddiaçı adı qeyd olunmamışdır. Azərbaycan Respublikası X4 “Azərkontrakt” Səhmdar Cəmiyyətinin **-SM-*** saylı 23.04.2020-ci il tarixli məktubundan görünür ki, X4 «Azərkontrakt» Səhmdar Cəmiyyəti (keçmiş Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi) tərəfindən həmin Komitənin tabeliyində fəaliyyət göstərmiş «Azərmaş» birliyinin vaxtı ilə işçisi olmuş İddiaçı 29.01.2019-cu ildə Səhmdar Cəmiyyətə ərizə ilə müraciət edərək, ona ünvan 1 ünvanında yerləşən yataqxanada qeydiyyata düşməsi və yaşayış sahəsi ayrılması məqsədilə verilmiş orderi itirdiyindən orderin dublikatının verilməsini xahiş etmişdir. İddiaçı hazırda adı çəkilən ünvanda qeydiyyatda olduğunu əsas götürərək ona 31.01.2019-cu il tarixli, 9 nömrəli orderin dublikatı verilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri, Mayakovski küçəsi 8/9 ünvanında yerləçən yataqxananın 75 №-li otaqda qeydiyyatda olan İddiaçı tərəfindən “Azərkontrakt” SC sədri M.Qənbərova ünvanlanmış 29.01.2019-cu il tarixli məktubun surətindən görünür ki, o, cəmiyyətin tabeliyində fəaliyyət göstərmiş Azərmaş birliyində müxtəlif vəzifələrdə çalışmışdır. Azərmaş birliyinin balansında yerləşən yataqxanada 75 №-li otaqda yer vermişlər. Bunun üçün ona verilən order itmişdir. Yuxarıda qeyd etdiklərini nəzərə alıb ona yeni orderin dublikatının verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası X4 “Azərkontrakt” Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə ünvanlanmış **-SM-*** №-li, 06.10.2020-ci il tarixli məktubdan görünür ki, X4 “Azərkontrakt” Səhmdar Cəmiyyətinin (keçmiş Dövlət Maddi-Texniki Təchizat Komitəsi) tabeliyində fəaliyyət göstərmiş “Azərmaş” birliyinin işçisi olmuş İddiaçı Səhmdar Cəmiyyətinin nomenklaturasına daxil olmadığından, onunla əmək müqaviləsinin bağlanması və xitam olunması tarixləri barədə məlumatın təqdim edilməsi qeyrimümkündür. Lakin İddiaçı məxsus əmək kitabçasında qeydiyyatdan göründüyü kimi, o, 1972-ci il 01 avqust tarixindən (əmr № 77-k) 995-ci il 16 may tarixinə qədər (əmr № 22/k) “Azərkontrakt” Səhmdar Cəmiyyətinin “Azərmaş” birliyində müxtəlif vəzifələrdə işləmişdir. Vaxtı ilə Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərmiş “Azərmaş” birliyinin balansında olmuş ünvan 1 ünvanında yerləşən yataqxanada İddiaçı mənzillə təmin olunmuş və pasport qeydiyyatına alınmışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, iddiaçının hazırki iddianı qaldırmaqda əsas istinad etdiyi sənəd X6 “Azərkontrakt” Səhmdar Cəmiyyətinin rəhbərliyi və Həmkarlar təşkilatının birgə iclasının 31.01.2019-cu il tarixli 9 saylı protokoluna əsasən ona Mayakovski küçəsi, 8/9 ünvanında yerləşən yataqxanaya qeydiyyata düşmək üçün 75 nömrəli mənzilə verilmiş orderin dublikatıdır. 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Apellyasiya baxışı zamanı İddiaçı adı çəkilən ünvanda yerləşən yataqxanada mənzillə təmin olunduqdan sonra orada bir müddət 1986-cı ilədək yaşadağını, 3 övladının orada doğulduğunu, lakin 5 nəfər ailə üzvü ilə həmin mənzildə yaşamaları mümkünsüz olduğu üçün oranı tərk etdiyini, sonradan həmin mənzilə 1992-ci ildə qayıtmaq istədikdə onun qaçqınlar tərəfindən tutulduğunu görmüşdür. Daha sonra həmin yataqxananın sökülüb əvəzində vətəndaşlara yeni mənzillərin veriləcəyini eşitmiş və buna görə də orderin dublikatını almışdır. Göründüyü kimi, iddiaçının əlində olan və hazırki iddianı qaldırmaqda əsas istinad etdiyi sənəd- dublikat order ona yaşayış sahəsinə qeydiyyata düşmək üçün verilmiş, həmin sənəd qanunvericiliyin tələbinə görə vətəndaşa yaşayış sahəsinə köçmək üçün əsas vermiş, lakin iddiaçı adı çəkilən mənzildə bir müddət yaşamış, sonradan 5 nəfərdən ibarət ailə tərkibi ilə həmin mənzildə yaşaması çətinləşdiyi üçün oranı 1986-cı ildə tərk etmiş və yuxarıda adı çəkilən Bakı şəhər Cavabdeh Başçısının “V.Mayakovski küçəsi 8/9 və 10 №-li binaların "xxxx" MMC tərəfindən hasara alınması və sakinlərin köçürülməsi haqqında” 109 saylı 16.04.2019-cu il tarixli sərəncamı qəbul edildiyi zaman və həmin sərəncama əsasən "xxxx" MMC tərəfindən müvafiq işlər görülərkən həmin mənzildə yaşamamışdır. Bu fakt nəinki iddiaçının özünün verdiyi izahat, həmçinin 3-cü şəxs "xxxx" MMC-nin vəkili Ceyhun Paşalının verdiyi izahatla da təsdiq olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Bakı şəhər Cavabdeh Başçısının “V.Mayakovski küçəsi 8/9 və 10 №-li binaların "xxxx" MMC tərəfindən hasara alınması və sakinlərin köçürülməsi haqqında” 109 saylı 16.04.2019-cu il tarixli sərəncamında nəzərdə tutulan “yataqxana binasında daimi yaşayan sakin” hesab olunmadığı üçün onun mənzillə təmin olunacaq şəxslərin siyahısına salınmasını tələb etmək hüququ da yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işdə iddiaçı mənzillə təmin olunacaq şəxslərin siyahısına salınmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərə bu qərarın əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə araşdırmaya zərurət yoxdur. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-297/2021 saylı 17 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-297/2021 saylı 17 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2557/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2557/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver