Məhkəmə qərarları › İş №2-1(103)-2557/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2557/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2557/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı1, 3-cü şəxs "xxxx" MMC-nin vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2191/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından 3-cü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətinin mümkünlüyünə və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2191/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhər İcra Hakimiyyətinin 28 mart 2013-cü il tarixli və 06 dekabr 2013-cü il tarixli 033 №li Layihə Sərəncamı ləğv edilməsi qərara alınmışdır. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2191/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı1 ərizəsi təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-2191/2021 saylı iddia tələbinin dəqiqləşdirilməsi barədə qərardadın və məhkəmə qərarının mətnində və nəticə hissəsində buraxılmış aşkar yanlışlıq düzəldilməsi və “Bakı şəhər İcra Hakimiyyətinin 28 mart 2013-cü il tarixli və 06 dekabr 2013-cü il tarixli 033 №li Layihə Sərəncamının ləğv edilməsi” sözləri “Bakı şəhər İcra Hakimiyyətinin 28 mart 2013-cü il tarixli 100 saylı Layihə Sərəncamının ləğv edilməsi” kimi göstərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2191/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından 3cü şəxs "xxxx" MMC xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizə vermişdir. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb müəyyən etmişdir ki, Poçt Xidmətinin xx.xx.2023-cü il tarixli X4 əsasən “Bakı İnzibati Məhkəməsi tərəfindən göndərilən, barəsində poçt qəbzində qeyd olunan xx.xx.2022-ci il tarixli poçt xx.xx.2023-cü il taixdə "xxxx" MMC-yə çatdırılmış və məktubun MMC-yə çatdırılmasını təsdiq edən ”Poçt Bildirişi” xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubu ilə 3-cü şəxs "xxxx" MMC-yə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsinin üzrlü sayılmaqla bərpa olunması halına dair sübutları məhkəməyə təqdim etməsi təklif olunmuş, bunun üçün məhkəmə iclası xx.xx.2023-cü il tarixə və xx.xx.2023-cü il tarixə təyin olunmuşdur.Lakin qeyd edilənlərlə bağlı hər hansı sübut təqdim olunmamışdır. Həmçinin, məhkəmə Kollegiyasının xx.xx.2023-cü il tarixə təyin olunmuş iclasında iştirak edən 3-cü şəxs "xxxx" MMC-nin vəkili də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsinin üzrlü sayılmaqla bərpa olunması halına dair sübutları məhkəməyə təqdim təqdim etməmişdir. 3-cü şəxs "xxxx" MMC-nin vəkili hər hansı üzrlü hala istinad etmədən şikayətin mümkünlük məsələsi ilə bağlı məhkəmə iclasının 3-cü dəfə təxirə salınmasını xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, ola bilsin ki, qərar MMC-nin səlahiyyətli şəxsinə çatdırılmayıb. İddiaçı1 şikayətin mümkünlük məsələsi ilə bağlı məhkəmə iclasının 3-cü dəfə təxirə salınmasına etiraz etmişdir.İddiaçı həmçinin, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsinin üzrlü sayılmaqla bərpa olunmasına dair hər hansı əsaslar olmadığını göstərərək ərizənin rədd edilməsini və apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir. Beləliklə, müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2191/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 3-cü şəxs "xxxx" MMCyə təqdim edilmiş, MMC apellyasiya şikayətini və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizəni xx.xx.2023-cü il tarixdə sürətli poçt xidmətinə təqdim etmişdir.Lakin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsinin üzrlü sayılmaqla bərpa olunması halına dair sübutlar məhkəməyə təqdim təqdim edilməmişdir. İşin yuxarıdakı xüsusatlarından başqa məhkəmə Kollegiyası diqqətə çəkir ki, sonuncu dəfə, yəni xx.xx.2023-cü il tarixdə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2191/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2191/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı 3-cü şəxs "xxxx" MMC-yə məhz MMC-nin qanuni təmsilçisi (i/v-123) X3 xx.xx.2022-ci il tarixli ərizəsində (i/v-171) məhkəmə qərarlarının göndərilməsi ünvanı kimi qeyd etdiyi (i/v-173) ünvana, yəni ünvan 1dərilmişdir və 3-cü şəxs "xxxx" MMC-yə yuxarıda qeyd edildiyi kimi poçt xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2191/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2191/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 3-cü şəxs "xxxx" MMC-yə təqdim edildiyindən, MMC tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizə xx.xx.2023cü il tarixdə, yəni 5 (beş) ay sonra sürətli poçt xidmətinə təqdim edildiyindən, lakin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsinin üzrlü sayılmaqla bərpa olunması halına dair hər hansı sübutlar məhkəməyə təqdim təqdim edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizə təmin olunmamalı, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası İPM-ə əsasən: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Qeyd edilməlidir ki, «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» İPM-in 87.3-cü maddəsi isə nəzərədə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Hazırkı iş üzrə 3-cü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizəsi təmin olunmasın. Apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar