Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2558/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən dəyişdirilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3282/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi,daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə atası X1 adına verilmiş Suraxanı Rayon İcra Hakimiyyətinin 466 saylı xx.xx.1998-ci il tarixli sərəncamının qismən - atasının adından onun adına dəyişdirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçının qardaşı X6 müharibəsində şəhid olmuş, bununla əlaqədar mərhum atası X2, müraciəti əsasında cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin 466 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə Bül-Bülə qəsəbəsində 208 saylı məktəbin qarşısındakı sahədə alqı-satqı fəaliyyəti ilə məşğul olmaq üçün 2 x 3 m ölçüdə köşk qoyulmasına icazə verilmiş, eyni zamanda, həmin köşkün qarşısında şəhid qardaşının adına bulaq tikilməsi nəzərdə tutulmuşdur. 18 fevral 2014-cü il tarixdə atası Nadir vəfat etmişdir. O, vərəsəsi kimi Bakı şəhəri cavabdehə müraciət edərək, atasının adına verilmiş cavabdehin 466 saylı xx.xx.1998-ci il tarixli sərəncamının, atası X4 adından onun adıına dəyişdirilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli cavab məktubu ilə imtina etmişdir.Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Çünki, hazırda ayrılmış sahədə qoyulmuş köşkə dair kommunal xidmət müqavilələri bağlaya, işıq, su xətti çəkdirə bilmir. Bununla bağlı ASAN kommunal xidmətinə müraciət etdikdə, sərəncamın onun adına olmadığı əsas gətirərək, onunla müqavilə bağlamaqdan imtina etmişlər. Yaranmış bu vəziyyət isə köşkü işlətməsinə imkan vermir. İşə əlavə olunmuş həmin imtina məktubunda cavabdeh iddiaçıya bildirilmişdir ki, mövcud qanunvericiliyə uyğun olaraq (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 1133.1.) ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçdiyini nəzərə alaraq, müraciətinizin müsbət həlli səlahiyyətlərimiz xaricindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3282/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, işin həqiqi halları üzrə düzgün nəticəyə gəlməmis, nəticədə qanunsuz va əsassız qarar qəbul etmişdir. Belə ki, o, hazirda ayrilmis sahədə qoyulmuş köskə dair kommunal xidmət müqavilələri baglaya, isiq, su xətti çəkdirə bilmir. Çünki bununla baglı ASAN kommunal xidmətinə müraciat etdikda, sarancarnin onun adına olmadığı asas gətirilərək, onunla müqavilə baglamaqdan imtina edirlar. Yaranmis bu vəziyyət isə köskü islətməsinə imkan vermir. Göstərilən səbəbdən məcbur qalib hazirki iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətina gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli iddiasının təmin edilmasi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İşdən görünür ki, birinci instansiya məhkəməsinin sorğusuna əsasən alınmış Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Bakı şəhər Suraxanı Rayonu İcra Hakimiyyətinin 466 saylı xx.xx.1998-ci il tarixli sərəncamına əsasən müəyyə olunur ki, həmin sərəncamla şəhid atası X2 alqı-satqı fəaliyyəti ilə məşğul olmaq üçün Bülbülə qəsəbəsi, 208 saylı məktəbin qarşısındakı sahədə 2mx3m ölçüdə köşkün qoyulmasına icazə verilmişdir (Əsas: Fond.156.siy.-1.iş.452.vər.64.) Eyni zamanda, Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı ildə verilmiş AZ-İ seriyalı 788304 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X4 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində olmüşdür. Konkret halda, iddiaçının tələbindən göründüyü kimi, cavabdehin qeyd olunan sərəncamının ünvanlandığı - mərhum atası X1 adının, öz adı ilə əvəz olunmasını, başqa sözlə, həmin hissədə sərəncamın məzmununda qismən dəyişiklik edilməsini tələb edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə verilən anlayışına görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qeyd olunan anlayışından göründüyü kimi, inzibati orqanın sərəncamı (qərarı və s..) konkret bir fiziki və ya hüquqi şəxsə ünvanlanır, yəni, subyektiv xarakter daşıyır ki,bu halda ünvançı subyektin sərəncamdan çıxarılaraq başqa subyektlə dəyişdirilməsi həmin sərəncamın bütölükdə məzmununun dəyişdirir ki,bu da iinzibati aktın aktın qeyd olunan anlayışı ilə ifadəolunan mənasına ziddir. Cavabdehin sərəncamında köşk qoyulmasına, iddiaçının mərhum atası X2 şəhid ailəsinin üzvü kimi, onların sosial müdafiəsinin yaxşılaşdırılması, məşğulluq məsələsinin həll edilməsi məqsədi ilə verilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, xx.xx.1994-cü il tarixdə şəhid olmuş X3 ailə üzvülərindən biri də qardaşı - hazırkı iş üzrə İddiaçıdur və xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 10 saylı notariat ofisinin notariusu X5 tərəfindən verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməsinin surətinə əsasən mərhum atasının miras əmlakından 1/4 hissədə payın sahibidir. Deməli, konkret halda, vərəsə kimi cavabdeh inzibati orqanın qeyd olunan sərəncamı ilə müəyyən olunan güzəştlər iddiaçıya da şamil olunur. Belə olan halda, mərhum atasının adına verilmiş fərdi sərəncamda mərhum atasının adının iddiaçının öz adına dəyişdirilməsi zərurəti belə yaranmır. Beləliklə də iddiaçının “sərəncamdə qismən dəyişdirilik edilməsi tələbinə dair iddia tələbinin təmin edilməsi üçün əsasların mövcudluğu sübuta yetirilmir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarının uyğun nəticə kimi qiymətləndirir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən isin haqiqi halları üzrə düzgün nəticəyə gəlinmədyini, qanunsuz va əsassız qarar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3282/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Bununla yanaşı iddiaçıya izah olunur ki, vərəsə kimi mərhum atasının adına qoyulmuş köşklə bağlı kommunal xidmət müqavilələri, o cümlədən, işıq və ya su ilə təmin olunması ilə bağlı onun yazılı müracətlərinə inhisarçı qurumlar tərəfindən imtina cavabı verildiyi təqdirdə, həmin imtina cavabları inzibati icraat qaydasında mübahisələndirilə bilər. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3282/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2558/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2558/2022
22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver