Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2558/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4947/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 5 №-li Protokolundan (xx.xx.2010-cu il tarixli) çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 3 otaqdan ibarət 53,4 m2 yaşayış sahəsi olan 13 saylı mənzilin vətəndaş İddiaçı verilməsi təsdiq edilmişdir.
2. Həmin Protokoldan görünür ki, ARDNŞ üzrə mənzil uçotu və bölüşdürülməsi işi mərkəzləşdirilmişdir. Eləcə də xx.xx.2009-cu ildən yeni mənzil məcəlləsi qüvvəyə minmiş və bununla əlaqədar Nazirlər Kabinetinə tapşırılmışdır ki, müvafiq qaydalar işlənib hazırlansın. Qaydalar işlənib hazırlanmadığına görə ARDNŞ üzrə mərkəzləşdirilmiş mənzil uçotu siyahısı 2010-cu il üçün təssdiqlənməmişdir. Bu səbəbdən də mənzil bölgüsünü 2009-cu ildə müvafiq rayon icra hakimiyyətləri tərəfindən təsdiqlənmiş siyahı üzrə növbəlik əsasında seçim hüququ ilə həyata keçirilməsi məqsədə uyğun hesab edilmişdir.
3. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Səbail Rayon İH-nin xx.xx.2010-cu il tarixli, 167 saylı sərəncamından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin xx.xx.2010-cu il tarixli birgə iclasının qərarına əsasən (protokol № 5) Şirkətin mərkəzləşdirilmiş mənzil uçotu siyahısı üzrə ... İddiaçı ... mənzil ilə təmin edildikləri,... bildirilməklə qərarın təsdiq olunması xahiş edilmişdir. Sərəncamın 5-ci bəndinə əsasən İddiaçı 5 nəfər ailə üzvü ilə (özü, iki oğlu, qızı və nəvəsi) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21a sayl evin, giriş 1, mərtəbə 7, yaşayış sahəsi 53,4 kv.m. olan 3 otaqlı, 13 sayl mənzilin verilmiş və mənzil növbəsindən çıxarılmışdır: - İddiaçı - 1954-cü il təvəllüdlü - özü - X7 - 1987-ci il təvəllüdlü - qızı - X13 - 1989-cu il təvəllüdlü - oğlu - X14 - 1991-ci il təvəllüdlü - oğlu - X4 - 2008-ci il təvəllüdlü — nəvəsi.
4. İş materiallarından görünür ki, X13, X1 və X11 oğlu mübahisə predmeti olan mənzilin İddiaçı adına özəlləşdirilməsinə dair etirazlarının olmaması barədə notarial qayadada ərizələr vermişdirlər.
İİ. Tərəflərin əsaslandırması
İddiaçının əsaslandırması:
5. İddiaçı X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin 13 saylı mənzilin iddiaçının adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı qeydiyyatında olmaqla Bakı şəhəri, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 21 a mənzil 13-də yaşayır. Yaşadığı bina əvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmuşdur. İddiaçı xx.xx.2001-ci ildən mənzil növbəsində dayanmışdır (Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının 1 1.06.2010-cu il tarixli. M-88 saylı məktubun 2ci abzası). O, ARDNŞ-nin H.Əliyev adına Bakı Dərin Özüllər Zavodun işçisi olub, ailə vəziyyətilə əlaqədar mənzil şəraitinin yaxşılaşdırılması üçün növbəyə durmuşdur. Uzun müddəi bu mənzilin alınmasını gözləmişlər. Nəhayət 2010-cu ilin avqust ayında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 9 mərtəbəli, 21a saylı binada ona (beş nələr ailə tərkibi ilə) giriş 1. yeddinci mərtəbədə 3 otaqlı, yaşayış sahəsi 53,4 m2 olan 13 saylı mənzil verilmişdir. İddiaçı adına Səbayıl rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 167 nömrəli sərəncam verilmişdir. Yaşadığı mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq cavabdehə müraciət etmişdir. Lakin həmin İdarə xx.xx.2022-ci il tarixli **********605 saylı məktub ilə ona imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı X6 əsl iddiaçı olan İddiaçı ilə əvəz edilməsi qərara alınmışdır.
Cavabdehin etirazı:
8. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz imtinanın məzmununa uyğun təqdim edilərək bildirilmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 28 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində adına ilkin hüquqi qeydiyyata alınması və buna dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən 28 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 136 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********10 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır.
9. Bakı İnzibati Məhkəməsinin 22-1(112)-4947/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin 13 saylı mənzilə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reysterindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
10. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 22-1(112)-4947/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı tələblə bağlı müraciəti İdarəyə daxil olmamışdır, İddiaçı adına Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 261 saylı sərəncamı ilə xx.xx.2005-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, 37 saylı evin 89 saylı mənzilə order verilməsi nəzərdə tutulmuşdur.”Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər.
12. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
13. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
İİİ. Məhkəmənin mövqeyi
14. Məhkəmə kolegiyası iş üzrə materialları, cavabdehin apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 22-1(112)-4947/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.
15. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
16. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
17. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
18. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
19. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
20. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digərqanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adındanfəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 59.4-cü maddəsinə əsasən kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. -146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək «AzərbaycanRespublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. -146.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. - 146.3-cü maddəsinə əsasən bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər.
21. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 9-cu maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.
22. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu sosial təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir.
23. İş materiallarından müəyyən eidlir ki, mübahisə predmeti olan mənzilə dair İddiaçı ilə sosial kirayə müqaviləsi bağlanmamışdır.
24. Məhkəmə qeyd edir ki, iddiaçıya verilmiş mənzil sosial təyinatlı olmadığından, hazırkı iddia tələbinə qiymət verilərkən cavabdeh orqanın imtinada (imtinada Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 2009-cu ilin oktyabrın 1-dək dövlət və ya ictimai mənzil fondundanyaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayə müqaviləsi təqdim edilməməsi qeyd edilmişdir.) qeyd edilən maddi hüquq normalarına istinadı düzgün deyildir.
25. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
26. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
27. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 5 №-li Protokolundan (xx.xx.2010-cu il tarixli) çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 3 otaqdan ibarət 53,4 m2 yaşayış sahəsi olan 13 saylı mənzilin vətəndaş İddiaçı verilməsini təsdiq edilmişdir.
28. Həmin Protokoldan görünür ki, ARDNŞ üzrə mənzil uçotu və bölüşdürülməsi işi mərkəzləşdirilmişdir. Eləcə də xx.xx.2009-cu ildən yeni mənzil məcəlləsi qüvvəyə minmiş və bununla əlaqədar Nazirlər Kabinetinə tapşırılmışdır ki, müvafiq qaydalar işlənib hazırlansın. Qaydalar işlənib hazırlanmadığına görə ARDNŞ üzrə mərkəzləşdirilmiş mənzil uçotu siyahısı 2010-cu il üçün təssdiqlənməmişdir. Bu səbəbdən də mənzil bölgüsünü 2009-cu ildə müvafiq rayon icra hakimiyyətləri tərəfindən təsdiqlənmiş siyahı üzrə növbəlik əsasında seçim hüququ ilə həyata keçirilməsi məqsədə uyğun hesab edilmişdir.
29. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Səbail Rayon İH-nin xx.xx.2010-cu il tarixli, 167 saylı sərəncamından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin xx.xx.2010-cu il tarixli birgə iclasının qərarına əsasən (protokol № 5) Şirkətin mərkəzləşdirilmiş mənzil uçotu siyahısı üzrə ... İddiaçı ... mənzil ilə təmin edildikləri,... bildirilməklə qərarın təsdiq olunması xahiş edilmişdir.
30. Sərəncamın 5-ci bəndinə əsasən İddiaçı 5 nəfər ailə üzvü ilə (özü, iki oğlu, qızı və nəvəsi) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21a sayl evin, giriş 1, mərtəbə 7, yaşayış sahəsi 53,4 kv.m. olan 3 otaqlı, 13 sayl mənzilin verilmiş və mənzil növbəsindən çıxarılmışdır: - İddiaçı - 1954-cü il təvəllüdlü - özü - X7 - 1987-ci il təvəllüdlü - qızı - X13 - 1989-cu il təvəllüdlü - oğlu - X14 - 1991-ci il təvəllüdlü - oğlu - X4 - 2008-ci il təvəllüdlü — nəvəsi.
31. İş materiallarından görünür ki, X13, X1 və X11 oğlu mübahisə predmeti olan mənzilin İddiaçı adına özəlləşdirilməsinə dair etirazlarının olmaması barədə notarial qayadada ərizələr vermişdirlər.
32. İşin qeyd olunan hallarından göründüyü kimi, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 167 saylı sərəncamı, iddiaçının SOCAR-ın müvafiq protokol qərarı ilə mərkəzləşdirilmiş mənzil uçotu siyahısı üzrə təqdim edilmiş mənzilin yekun sənədləşdirilməsi ilə bağlı verilmişdir.
33. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin imtinasının və apellyasiya şikayətinin hüquqi əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət və ya ictimai mənzil fondunun mənzillərinin özəlləşdirilməsi qaydalarını və şərtlərini müəyyən edir. Mübahisəli mənzil isə dövlət və ya ictimai mənzil fonduna aid mənzili deyil, hüquqi şəxsin – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmaqla xüsusi mənzil fonduna aid mənzil olmuşdur. X23 Şirkətinin xx.xx.2010-cu il tarixli, 05 nömrəli protokol qərarı ilə sözügedən mənzilin iddiaçıya verilməsi qərara alınmışdır.
34. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu.
35. Bu mənada iddiaçıya ayrılmış mənzil istinad olunan norma baxımından hüquqi şəxsin – Dövlət Neft Şirkətinin xüsusi mənzil fondunun mənzili olaraq qəbul edilməlidir.(Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-1233/2023 saylı Qərarı)
36. Bundan əlavə, həmçinin nəzərə almaq lazımdır ki, mənzilin ayrıldığı zaman iddiaçı ilə mənzilə dair sosial kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmamış, eləcə də mənzilin həmin məqsədlərlə ayrıldığı hər hansı şəkildə rəsmiləşdirilməmişdir və bunun üzərindən mənzilin qeyd-şərtsiz onun mülkiyyətinə verilməsinə dair iddiaçıda qanuni gözləntilər yaranmışdır. Belə hallarda iddiaçının etimad hüququ da nəzərə alınmalıdır. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin tələblərindən də irəli gəlir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 5 №-li Protokolundan (xx.xx.2010-cu il tarixli) çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 3 otaqdan ibarət 53,4 m2 yaşayış sahəsi olan 13 saylı mənzilin vətəndaş İddiaçı verilməsi təsdiq edilmişdir.
38. Həmin Protokoldan görünür ki, ARDNŞ üzrə mənzil uçotu və bölüşdürülməsi işi mərkəzləşdirilmişdir. Eləcə də xx.xx.2009-cu ildən yeni mənzil məcəlləsi qüvvəyə minmiş və bununla əlaqədar Nazirlər Kabinetinə tapşırılmışdır ki, müvafiq qaydalar işlənib hazırlansın. Qaydalar işlənib hazırlanmadığına görə ARDNŞ üzrə mərkəzləşdirilmiş mənzil uçotu siyahısı 2010-cu il üçün təssdiqlənməmişdir. Bu səbəbdən də mənzil bölgüsünü 2009-cu ildə müvafiq rayon icra hakimiyyətləri tərəfindən təsdiqlənmiş siyahı üzrə növbəlik əsasında seçim hüququ ilə həyata keçirilməsi məqsədə uyğun hesab edilmişdir.
39. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Səbail Rayon İH-nin xx.xx.2010-cu il tarixli, 167 saylı sərəncamından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin xx.xx.2010-cu il tarixli birgə iclasının qərarına əsasən (protokol № 5) Şirkətin mərkəzləşdirilmiş mənzil uçotu siyahısı üzrə ... İddiaçı ... mənzil ilə təmin edildikləri,... bildirilməklə qərarın təsdiq olunması xahiş edilmişdir. Sərəncamın 5-ci bəndinə əsasən İddiaçı 5 nəfər ailə üzvü ilə (özü, iki oğlu, qızı və nəvəsi) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21a sayl evin, giriş 1, mərtəbə 7, yaşayış sahəsi 53,4 kv.m. olan 3 otaqlı, 13 sayl mənzilin verilmiş və mənzil növbəsindən çıxarılmışdır:
40. Bu mənada həmin protokol qərarının təsdiq edilməsi barədə Səbail Rayon İH-nin xx.xx.2010-cu il tarixli, 167 saylı sərəncamı hazırkı qərarın 25-ci bəndində istinad olunan normada (Qanunun 8.0.1-ci maddəsində) nəzərdə tutulmuş akt anlamında qəbul olunmalıdır.
41. Nəzərə alınmalıdır ki, cavabdeh səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş həmin sərəncama bağlıdır və həmin sərəncamın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin sərəncam məzmun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin sərəncamın icrasından imtina oluna bilməz.Hazırkı mübahisəyə münasibətdə qeyd edilən sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır.
42. Sonda məhkəmə Kollegiyası onu da qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri baxımından məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi sənədlərdən görünür ki, vətəndaş İddiaçı əri X16 22 aprel 1992-ci ildə iş yerində N.Nərimanov adına NQÇİdə bədbəxt hadisə nəticəsində vəfat etmişdir.Odur ki, vətəndaş İddiaçı 4 nəfər ailə üzvü ilə birgə sığınacaq kimi yaşadığı Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi ev-37, bir otaqlı sahəsi 17, 28 kv.m 89 saylı mənzilə order verilməsi üçün Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısı xx.xx.2005-ci il tarixli 261 saylı Sərəncam vermişdir.
43. Həmçinin qeyd edilən soğu əsasında təqdim edilmiş sənədlərdən görünür ki, Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi ev-37, bir otaqlı sahəsi 17, 28 kv.m 89 saylı mənzili İddiaçı özəlləşdirərək xx.xx.2007-ci il tarixdə X8 bağışlamış, sonuncu isə həmin mənzili xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir.
44. Beləliklə, məhkəmə Kollegiyası vurğulayır ki, iddiaçının hazırkı iddiasında tələb etdiyi mənzilin mülkiyyətə alınmasının hüquqi əsası “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun təsiri altına düşmədiyindən iddiaçının Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi ev-37, bir otaqlı sahəsi 17, 28 kv.m 89 saylı mənzili 2007-ci ildə özəlləşdirərək özgəninkiləşdirməsi vəziyyəti iddiaçının əleyhinə dəyişmir.
45. Apellyasiya şikayətinin iddiaçının hazırkı tələblə cavabdehə müraciəti olmaması dəlilinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı X6 əsl iddiaçı olan İddiaçı ilə əvəz edilməsi qərara alınmışdır.
46. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
47. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.
48. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.
49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 22-1(112)-4947/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4947/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.