Məhkəmə qərarları › İş №2-1(103)-2559/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2559/2021

01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2559/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X3 və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2010/2021 saylı 24 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 7 avqust 2020-ci il tarixli **********165052 nömrəli səyyar vergi yoxlaması aktının və 30 sentyabr 2020-ci il tarixli **********140346 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20 sentyabr 2018-ci il tarixli qərarına əsasən iddiaçıda səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi 7 avqust 2020-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Aktın nəticəsində 30 sentyabr 2020-ci il tarixli **********140346 nömrəli məsuliyyətə cəlb olunma barədə qərar çıxarılmışdır. Lakin bununla əlaqədar vergi orqanı tərəfindən Vergi Məcəlləsi və digər qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Yoxlama zamanı real istehsal həcminin müəyyənləşdirilməsi məqsədi ilə vergi orqanının 2 iyul 2020-ci il tarixli qərarına əsasən "xxxx" MMC-nin eksperti araşdırmaya cəlb olunmuşdur. 7 avqust 2020-ci il tarixdə təqdim edilmiş mütəxəssis-ekspertiza rəyi düzgün araşdırma aparılmadan hazırlanmışdır. Vergi orqanı əvvəlki iki ekspertiza şirkətinin rəylərini yox, “MBA LTD" MMC tərəfindən verilmiş mütəxəssis-ekspert rəyini əsas götürərək yoxlama aktı hazırlamışdır. Belə ki, verilmiş rəyə əsasən yoxlanılan dövrdə müxtəlif metal məmulatlarının ƏDV-siz istehsal dövriyyəsinin 57.835.462,87 manat (2017- ci il üçün 33.097.082,17 manat, 2018-ci il üçün 7 ay ərzində 24.738.380,70 manat) təşkil etdiyi müəyyən edilmişdir. Halbuki, 2017-ci il üçün iddiaçının faktiki dövriyyəsi 25.952.138,93 manat, 2018-ci ilin 7 ayı üçün isə 20.783.309,41 manat təşkil etmişdir. Dövriyyənin hesablanması üçün əsas olaraq işıq sərfiyyatı götürülmüşdür. Lakin işıq sərfiyyatının istehsal prosesinə uyğun olaraq bölüşdürülməsi və sərf olunan işıq həcmi düzgün hesablanmamışdır. Yoxlama dövründə mövcud olan yayma xətlərinin və boru profil sahəsinin elektrik enerjisi sərfiyyatı, yayma xətlərinin və boru-profil sahəsinin avadanlıqlarının pasportlarındakı göstəricilərlə rəydə göstərilən sərfiyyatlar fəqlidir. Yoxlama dövründə yenidənqurma, təmir-tikinti işləri, əridici soba, fasiləsiz tökmə maşınlarının hazırlıq işləri, quraşdırma və işə buraxma zamanı əlavə enerji sərfiyyatından istifadə edilmişdir. 2017-ci il və 2018-ci ilin əvvəllərində texnoloji proseslərin mənimsənilməsi zamanı əlavə enerji fərqi artmışdır. Tamamilə keyfiyyətli maye metal və tökmə pəstahının standartlara cavab verilməsi zamanı sınaq təcrübələri yerinə yetirilmişdir. Rəydə göstərilən yayma xəttinin və boru profil sahəsinin enerji sərfiyyatının faizlə ifadəsi düzgün müəyyən edilməmişdir. Texniki pasportdakı göstəricilərə əsasən boru-profil sahəsi 9%, yayma xətti 22%, qeyri istehsal sahələri 20% (hətta 35%-dək artması mümkündür) və əritmə-tökmə sahəsi 49% faiz təşkil etməkdədir. Yoxlama dövründə ümumi enerji sərfiyyatı 46.673.100 kvt təşkil etmişdir. İşıqlanma üçün elektrik enerjisinin hesabı aşağıdakı kimi aparılır: W(işıq)=O,OolpFTg, W(işıq) – illik işıqlanma sərfiyyatı, kvt/saat, P – 1 saat müddətində 1 kv.m sahənin işıqlanmasının orta sərfiyyatı (tökmə sexinin istehsalat sahələri üçün p=15-18vt, anbar sahəsi üçün p= 8-1 Ovt), F – işıqlanan sahə, kv.m , Tg – işıqlanma yükünün illik sayı. Bir növbəli işdə 650 – 850 saat, iki növbəli işdə 2.300 – 2.500 saat, üç növbəli işdə 4.600 – 4.800 saat təşkil etməkdədir. Texnoloji və yük qaldırıcı-nəqledici avadanlıqların təyin edilmiş gücü (sanitar-texniki avadanlıqlar, elektrik sobaları və qızdırıcı sobalar nəzərə alınmır) illik çıxış 45.000-65.000 ton/il, üç növbəli iş rejimində 1 ton yararlı tökmə üçün avadanlıqların təyin edilmiş gücü isə 0,07-0,08 kvt təşkil etməkdədir. Səyyar vergi yoxlamasının aparıldığı dövrdə yeni avadanlıqlar olmadığına və kokillərdən istifadə edilməsinə görə işıq sərfiyyatı yeni texnologiya ilə müqayisədə daha yüksək olmuşdur. Kokil tökmə pəstahlarla istehsal 35 – 55 kq-lıq qəliblərdə əl ilə aparılmışdır. Burada itki hazır istehsal olunmuş standart məhsulla kokil külçə arasındakı fərq 50% nisbətində olmuşdur. İstehsaldan çıxmış yararsız hissələr və qeyri-standart məhsullar qazla kəsilərək təkrar əritməyə verilib. Əritmə prosesində yaranan itki, tullantı (şlaq) şəklində 16 – 20 % miqdarında olub. Həmçinin ekspertizanın keçirilməsi ilə bağlı nə vergi orqanına və "xxxx" ASC-yə baxış aktı təqdim edilməmişdir. Zavod tərəfindən 1 yanvar 2017-ci il tarixdən 1 avqust 2018-ci il tarixədək olan 19 ay ərzində istifadə edilən 46.673.100 kvt/saat elektrik enerjisinin ayrı-ayrı istehsal sahələri üzrə sərfiyyatı müqayisəli formada hesablama yolu ilə müvafiq qaydada müəyyən edilməlidir (cədvəl formalı hesabat əlavə olunur). Təhlillər nəzərə alınaraq qeyd olunmalıdır ki, zavod tərəfindən 1 yanvar 2017-ci il tarixdən 1 avqust 2018-ci il tarixədək olan 19 ay ərzində göstərilmiş fəaliyyətə görə ehtimal oluna biləcək kənarlaşdırılmış vergi məbləği 510.887,5 manat təşkil etməkdədir (2017-ci il üzrə təqdim edilmiş mənfəət bəyannaməsində xərclərin səhvən artıq hesablanmasına görə 268.888,13 manat və 2017ci ilin dekabr ayında artıq əvəzləşdirilmiş 241.999,37 manat ƏDV). Ümumilikdə maliyyə sanksiyası ilə birlikdə 766.336,29 manat əlavə hesablamanın göstərilməsinə etiraz edilmir. Əlavə olaraq, vergi orqanı tərəfindən "xxxx" MMC-nin rəyi əsas götürülərək qanunsuz olaraq, həqiqəti əks etdirməyən, reallıqdan tamamilə uzaq rəqəmlər əsasında 7 avqust 2020-ci il tarixli **********165052 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Həmin akt ləğv edilməli və əsas götürülərək məsuliyyətə cəlb olunma barədə qərar çıxarılmamalıdır. Belə ki, vergi orqanı tərəfindən yoxlama aparılan dövrdə (yanvar 2017iyul 2018) istehsal və satış həcminin müəyyən edilməsi məqsədi ilə 3 dəfə mütəxəssisekspertiza rəyinin alınması ilə bağlı qərar çıxarılmış və ekspert dəvət olunmuşdur. İlk 2 ekspertiza şirkəti (Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyi və "X6 və Hüquq şirkəti" MMC) tərəfindən yoxlama dövründəki köhnə avadanlıqların elektrik sərfiyyatı normaya uyğun olaraq qeyd edildiyi halda, 3-cü dəvət olunmuş ekspertiza şirkəti "xxxx" MMC-nin ekspert və mütəxəssisləri reallıqdan kənar rəy hazırlayaraq vergi orqanına təqdim etmişlər. Belə ki, 3-cü ekspertiza şirkəti tərəfindən ekspertiza dövründə (1 ay müddətində – 7 iyul 2020-ci il tarixdən 7 avqust 2020-ci il tarixədək) cəmi 2 dəfə ümumilikdə 4 – 5 saat zavod ərazisində səthi baxış keçirilmişdir. Həmin səthi baxışın nəticəsində reallıqdan kənar rəy hazırlanmışdır. Lakin ASC tərəfindən elektrik enerjisi sərfiyyatı ilə bağlı təsdiqedici sənədlər "xxxx" MMC-yə rəsmi məktubla təqdim edildikdən sonra qeyd olunan şirkət də öz növbəsində 14 avqust 2020-ci il tarixdə MB 13/872 nömrəli məktubla Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə rəsmi məktubla müraciət edərək, təqdim edilmiş rəyin doğru olmadığı barədə məlumat vermişdir. Lakin vergi orqanı tərəfindən "xxxx" MMC-yə qarşı ciddi təzyiqlər olunaraq, onların yenidən qismən təkzibedici məktub verməsi tələb olunmuşdur. "xxxx" MMC tərəfindən iddiaçıya verilən məlumata əsasən vergi orqanı MMC-dən 2019-cu ilin mart ayından istifadəyə verilmiş müasir anadanlıqların göstəricilərinin səyyar vergi yoxlaması dövründə istifadə edilmiş köhnə avadanlıqlarla eynilik təşkil etməsini tələb etmişdir. Bu isə, bir daha həmin mütəxəssis-ekspertiza rəyinin və bunun əsasında hazırlanmış səyyar vergi yoxlaması aktının və 30 sentyabr 2020-ci il tarixli məsuliyyətə cəlb olunma barədə qərarın əsassız olmasını təsdiq edir. "xxxx" MMC tərəfindən yuxarıdakı bütün faktları təsdiqedici sənədlər Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilmişdir. 2018-ci ilin dekabr ayından 2019-cu ilin fevral ayınadək idxal olunmuş avadanlıqların 2019-cu ilin mart ayında quraşdırılaraq istifadəyə verildiyini təsdiq edən gömrük bəyannamələri, akt və Fövqəladə Hallar Nazirliyindən alınmış çıxarış mövcuddur. Dövlət qurumlarının yeni avadanlığın istifadəsi ilə bağlı rəsmi sənədləri olduğu halda vergi orqanı 2017 – 2018-ci illər üzrə mövcud olmayan 2019-cu ildə istifadəyə verilmiş avandanlıqların göstəricilərini əsas götürmüşdür. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməli olduğu halda səyyar vergi yoxlaması aktı hazırlanan zaman bu maddənin tələbləri nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 38ci maddəsinin tələblərinə görə səyyar vergi yoxlamasının maksimum 9 ay müddətinə aparılmasına icazə verildiyi halda 22 aydır ki, zavodda vergi yoxlaması davam edir. Yoxlama aparılan dövrdə bir neçə dəfə səyyar vergi yoxlamasının yekunlaşması ilə bağlı akt (18 dekabr 2019-cu il, 17 fevral 2020-ci il və 12 may 2020-ci il tarixlərdə) tərtib edilərək zavoda təqdim edilməsinə baxmayaraq, heç biri ilə bağlı qərar çıxarılmamışdır. Tərtib olunmuş son aktda mənfəət rentabelliyi AR Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən 20 % olaraq nəzərə alınmasına baxmayaraq, reallıqda həmin rentabellik 4-6% təşkil etməkdədir. Ekspertiza rəyi ilə vergi orqanının səyyar vergi yoxlaması aktının eyni vaxtda (7 avqust 2020-ci il tarixdə) hazır olması, hətta eyni gündə aktın rəyin alınmasından daha əvvəl hazırlanmış olması bu aktın kobud prosedur pozuntuları ilə tərtib edilməsini bir daha sübut edir. Səyyar vergi yoxlaması aktının 2.1-ci bəndindəki həm əlavə dəyər vergisi, həm də mənfəət vergisi ilə bağlı bütün hesablamalarda sadəcə "xxxx" MMCnin rəyinə istinad edilmişdir, hansı ki, "xxxx" MMC tərəfindən ASC-yə və vergi orqanına müraciət edilərək, təqdim edilmiş rəydə uyğunsuzluq olduğu bildirilmişdir. Bu fakt birdaha təsdiq edir ki, 7 avqust 2020-ci il tarixli ekspertiza rəyinin və bunun nəticəsində hazırlanmış səyyar vergi yoxlaması aktının heç bir hüquqi əsası yoxdur. Səyyar vergi yoxlaması aktında dövriyyələr 2017-ci il üçün aylar üzrə göstərilməli olduğu halda, vergi orqanı tərəfindən aylar üzrə göstərilmədən bütün kənarlaşmanı 2017-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə aparmışdır. Halbuki, "xxxx" MMC-nin verdiyi mütəxəssisekspertiza rəyində dövriyyələr 2017-ci il üçün aylar üzrə göstərilmişdir. Vergi Məcəlləsinin 85-ci maddəsinə əsasən 3 il müddət ötmüş dövr üzrə əlavə vergi hesablana bilməz. Bu o deməkdir ki, 2017-ci ilin yanvar – sentyabr aylarında kənarlaşmalara görə 3 il müddət bitdiyi üçün ƏDV üzrə heç bir hesablama aparıla bilməz və maliyyə sanksiyası tətbiq edilə bilməz. Vergi orqanının digər qanunazidd hərəkətlərindən biri də yoxlamanın keçirilməsi zamanı təyin edilmiş yoxlayıcıların dəyişdirilməsi barədə məlumatın Ədliyyə Nazirliyindən verilmiş çıxarışda öz əksini tapmamasıdır. Səyyar vergi yoxlaması aktının səhv hazırlanması və həmin aktın əsasında məsuliyyət qərarı çıxarılmaması barədə vergi orqanına 18 avqust 2020-ci il, 27 avqust 2020-ci il və 8 sentyabr 2020-ci il tarixli müraciətlər edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən məktublara heç bir reaksiya verilməmişdir. Cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti iddiaya dair yazılı etiraz etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tələbi aktın ləğv edilməsi hissəsində mümkün sayılmamalı və qərarın ləğv edilməsi hissəsində isə təmin edilməməlidir. Belə ki, iddia tələbinin 7 avqust 2020-ci il tarixli səyyar vergi yoxlaması aktının ləğv edilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, həmin iddia o əsasla mümkün hesab edilməməlidir ki, həmin akt səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsinə dair Vergi Məcəlləsinin 39-cu maddəsinin tələbləri baxımından özüözlüyündə iddiaçıya münasibətdə hər hansı bir hüquqi nəticə doğurmur. Belə ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktı əsasında Vergi Məcəlləsinin 39.6 və 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, vergi ödəyicisi üçün hüquqi nəticə doğuran qərar qəbul edilə bilər, nəticəsindən asılı olaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina oluna bilər və yaxud əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi nəzərdə tutula bilər. Vergi yoxlamasının nəticəsi üzrə inzibati orqan tərəfindən vergi ödəyicisi üçün hüquqi nəticə doğuran inzibati akt (qərar) qəbul edildiyinə görə iddiaçının mübahisələndirdiyi akt mübahisənin predmeti ola bilməz. İddia tələbinin 30 sentyabr 2020-ci il tarixli qərarın ləğv edilməsi hissəsi də əsassız hesab edilir. Həmin qərarla hesablanmış vergi məbləğləri ilə bağlı qeyd edilir ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 20 sentyabr 2018-ci il tarixli qərarına əsasən iddiaçının fəaliyyətində növbəti səyyar vergi yoxlaması keçirilmişdir (yoxlanılan dövr 1 yanvar 2017-ci İİ tarixdən 1 avqust 2018-ci il tarixədək). Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyici faktiki olaraq metaldan tikinti konstruksiyalarının və məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlamasının keçirilməsi ilə əlaqədar sənədlərin təqdim olunması haqqında 5 oktyabr 2018-ci il tarixli tələbnamə vergi ödəyicisinə təqdim edilərək, 1 yanvar 2017-ci il tarixdən 1 avqust 2018-ci il tarixədək olan dövr üzrə yoxlamanın predmetinə aid olan mühasibat sənədləri, qaimə-fakturalar, bank sənədləri (o cümlədən valyuta hesabları üzrə), kassa sənədləri, vergi hesab-fakturaları, təhvil-təslim aktları, debitor və kretitorla hesablaşmalar kitabı, idxal-ixrac əməliyyatlanna dair sənədlər (yük gömrük bəyənnamələri, invoyslar və s.) və icarə müqavilələri, əsas vəsaitlərin siyahısı (qalıq dəyərləri göstərilməklə), material hesabatları, anbara daxil və xaric olan malların uçotu, təsdiqlənmiş sonuncu invertizasiya məlumatları, ƏDV depozit hesabından çıxarış, ştat cədvəli, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə bağlanmış əmək müqavilələri və əmək haqqının hesablanması cədvəlləri, DSMF ilə hesablaşmaya aid sənədlər, əmək kitabçaları və s. tələb edilmişdir. Müəssisə tərəfindən ilkin mühasibat sənədləri qismən yoxlamaya təqdim edilmiş və yoxlama zamanı nəzərə alınmışdır. Lakin müəssisə tərəfindən istehsal edilmiş mal çeşidləri üzrə kalkulyasiyalar, eyni zamanda yoxlamanın əhatə etdiyi dövrdə istehsal prosesində istifadə edilən avadanlıqlar və qurğulann (sonradan yeniləri ilə əvəz edilən) sənədləri yoxlamaya təqdim edilməmişdir. Bu səbəbdən də malların istehsalına çəkilən xərcləri müəyyən etmək mümkün olmamışdır. Müəssisədə real satış həcmini müəyyənləşdirmək məqsədi ilə “Ekspertizanın təyin edilməsi haqqında” 2 iyul 2020-ci il tarixli qərara əsasən yoxlamaya "xxxx" MMC-nin eksperti cəlb edilmişdir. Müəssisə tərəfindən aparılmış satışın müəyyən hissəsi nağd qaydada müxtəlif fiziki şəxslərə satıldığı və məhsul çeşidlərinə görə kalkulyasiyalar yoxlamaya təqdim edilmədiyi üçün gəliri tam müəyyənləşdirmək mümkün olmamışdır. İstehsal həcmini müəyyənləşdirmək məqsədi ilə "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən 25 iyun 2020-ci il tarixli “Mütəxəssis təyin edilməsi haqqında” və 2 iyul 2020-ci il tarixli “Ekspert dəvət edilməsi haqqında” qərarlar açılmışdır. Təqdim edilmiş mütəxəssis və ekspert rəylərinin göstəricilərinə əsasən müəssisənin pəstah satışından 439.900,42 manat, list satışından 531.832,46 manat və icarə xidmətindən 1.900,15 maant gəliri, eyni zamanda yoxlamanın əvvəlinə olan hazır məhsul qalıqları, o cümlədən novlu polad üzrə 1.639,23 ton 9836.447,89 manat dəyərində, boru profili üzrə 1.079,38 ton 905.320,14 manat dəyərində, 1 yanvar 2018-ci il tarixə hazır məhsul qalıqları, o cümlədən novlu polad üzrə 107,27 ton 70.546,43 manat dəyərində, novlu şveller üzrə 555,22 ton 368.851,08 manat dəyərində, boru profil üzrə 2.597,28 ton 3.031.238,15 manat dəyərində, armatur üzrə 426,53 ton 313.012,38 manat dəyərində və yoxlamanın əhatə etdiyi dövrün sonuna, yəni 1 avqust 2018-ci il tarixə hazır məhsul qalıqları, o cümlədən novlu polad üzrə 145,09 ton 100.196,23 manat dəyərində, novlu şveller üzrə 210,12 ton 172.375,40 manat dəyərində, boru profil üzrə 2.644,84 ton 3.201.237,72 manat dəyərində, armatur üzrə 717,61 ton 577.994,04 manat dəyərində gəirləri nəzərərə alınaraq, 2017-ci il üzrə vergiyə cəlb edilən gəlrin 31.939.147,01 manat, 2018-ci ilin yeddi ayı ərzində isə 25.317.899.57 manat təşkil etdiyi müəyyən edilmişdir. Səyyar vergi yoxlaması vergi məbləğləri belə müəyyən edilmişdir: Mənfəət vergisinin yoxlanılması üzrə – (2017-ci il) bəyannamə məlumatı 276.094,92 manat, kameral bəyannamə məlumatı 276.094,92 manat, səyyar vergi yoxlaması bəyanamə məlumatı 1.064.639,24 manat, azaldılmışdır 788.543,32 manat. Müəssisə mənfəət vergisinin ödəyicisi olduğu üçün 2017-ci ilin yekunu üzrə mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etmiş və bəyannamədə ümumi gəlirin 25.952.138,93 manat, xərclərin 24.571.664,33 manat, vergiyə cəlb edilən gəlirin 1.380.474,60 manat və hesablanmış mənfəəət vergisini 276.094,92 manat olduğu göstərilmişdir. Səyyar vergi yoxlaması zamanı təqdim edilmiş mütəxəssis və ekspert rəylərinə əsasən ümumi istehsal həcminin 2017-ci il üzrə 33.097.082,17 manat təşkil etdiyi göstərilmişdir. Müəssisənin mühasibat sənədlərinə əsasən yuxanda qeyd edilən hazır məhsul qalıqları, digər gəlirləri, mütəxəssis və ekspert rəylərinin göstəriciləri nəzərə alınaraq 2017-ci il üzrə ümumi gəlirin 31.939.147,01 manat olduğu müəyyən edilmişdir. Yoxlama zamanı xərclərin və analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilməsi mümkün olmadığından, 2017- ci il üzrə mənfəət Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək belə hesablanmışdır: vergiyə cəlb olunan gəlirin 5.176.036,.40 manat, müəssisə tərəfindən hesablanmış mənfəət vergisinin 276.094,92 manat olduğu nəzərə alınmaqla, mənfəət vergisinin 788.543,31 manat azaldılması (5.323.191,17 x 20%=1.064.638,23 – 276.094,92 manat) müəyyən edilmişdir. ƏDV-nin yoxlanılması üzrə vergi ödəyicisi yoxlanılan dövr ərzində ƏDV-nin ödəyicisi olmuşdur. Əlavə dəyər vergisinin düzgünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, müəssisə 1 yanvar 2003-cü il tarixdə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni aidiyyəti vergi orqanına təqdim etmiş və **********125 nömrəli ƏDV ödəyicisinin qeydiyyat bildirişi almışdır. Bildiriş 3 sentyabr 2004-cü ildən qüvvəyə minmişdir. Müəssisənin vergi orqanına təqdim etdiyi bəyannamələr üzrə 2017-ci il üzrə ümumi dövriyyə 25.984.488,67 manat, 2018-ci ilin yeddi ayı ərzində isə 20.418.329,41 manat təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq, təqdim edilmiş mütəxəssis və ekspert rəylərinin göstəricilərinə və müəssisə tərəfindən mühasibat sənədlərində göstərilən yoxlamanın əvvəlinə, yəni 1 yanvar 2017-ci il tarixə mal qalığının 1.741.767,23 manat, 1 yanvar 2018-ci il tarixə 3.783.647,99 manat, 1 avqust 2018-ci il tarixə 4.051.183,49 manat göstərildiyini, eyni zamanda 439.900,42 manat dəyərində pəstah satışı, 531.832,46 manat dəyərində list satışı və 1.900,15 manat icarə haqqı nəzərə alınmaqla, 2017-ci il üzrə ƏDV-nin 1.071.838,50 manat ((31.939.147,01 – 25.984.488,67) x l8%) və 2018-ci ilin yeddi ayı ərzində 881.922,63 manat ((25.317.899,57 – 20.418.329,41) x l8%) azaldılması müəyyən edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə: yoxlamaya təqdim edilmiş sənədlərə əsasən yoxlama ilə əhatə olunan dövrdə işçilərin siyahı sayı 210 nəfər, bir nəfərə düşən əmək haqqı 209.84 manat, əmək haqqından tutulan gəlir vergisi 79.914.96 manat müəyyən olundu və yoxlama ilə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 10.00 manat azaldılması müəyyən olunmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə 2017-ci il üzrə mənfəət vergisinin 788.543,32 manat azaldılması, ƏDV-nin ümumilikdə 1.954.855,63 manat (o cümlədən, 2017-ci il üzrə 1.072.932,95 manat, 2018-ci il üzrə isə 881.922,68 manat) azaldılması və muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin 10.00 manat azaldılması, ümumilikdə 2.743.408,95 manat vergilərin azaldılması müəyyən edilmişdir. Vergilərin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1.371.157,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş 7 avqust 2020-ci il tarixli akt əsasında məsuliyyətə cəlb etmə haqqında 30 sentyabr 2020-ci il tarixli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin fəaliyyətində AR Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Bundan əlavə, səyyar vergi yoxlamasının keçirilməsi zamanı Vergi Məcəlləsinin tələblərinə əməl edilməməsi, yoxlama aparılan dövrdə bir necə dəfə səyyar vergi yoxlaması aktının vergi ödəyicisinə təqdim edilməsinə baxmayaraq heç biri ilə bağlı qərarın qəbul edilməməsi, yoxlamanın keçirilməsi zamanı təyin edilmiş yoxlayıcıların dəyişdirilməsi barədə məlumatın Ədliyyə Nazirliyindən verilmiş çıxarışda öz əksini tapmaması barədə iddia ərizəsində göstərilən dəlillər də əsassızdır. Bununla bağlı qeyd edilir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 20 sentyabr 2018-ci il tarixli qərarla Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən təyin edilən yoxlama 21 sentyabr 2018-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmiş (№ KY181260834; 21 sentyabr 2018-ci il), yoxlama ilə bağlı tələb olunan bütün məlumatlar, eyni zamanda yoxlamanın keçirildiyi dövrdə yoxlama müddətinin artırılması və dayandırılması (təxirə salınması) barədə məlumatlar da reyestrə daxil edilmişdir. Yoxlamanın müddətinin artırılması, dayandırılması (təxirə salınması) və əlavə yoxlama tədbirlərinin keçirilməsi Vergi Məcəlləsinin 38 və 49-cu maddələrinin tələblərinə əməl olunmuş və bu barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində qeyd olunmuşdur. Səyyar vergi yoxlaması aktının təqdim edilməsinə baxmayaraq, qərarın qəbul edilməməsi barədə isə bildirilir ki, sənədlərin düzgünlüyünün yerində araşdırılmasına zərurət yarandığına görə Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirləri keçirilmiş, 7 avqust 2020-ci il tarixli akt tərtib edilmiş və həmin akt əsasında məsuliyyətə cəlb etmə haqqında 30 sentyabr 2020-ci il tarixli qərar qəbul edilmişdir. Yoxlayıcıların dəyişdirilməsi barədə məlumatın Ədliyyə Nazirliyindən verilmiş çıxarışda qeyd olunmaması ilə bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»yə əsasən (Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 1299 nömrəli Fərmanı ilə edimiş dəyişikliklər nəzərə alınmaqla) yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışda yoxlayıcılar barədə məlumat qeyd olunur. Hazırkı yoxlama üzrə yoxlayıcı şəxslər barədə məlumatlar da 21 sentyabr 2018-ci il tarixli KY181260834 nömrəli reyestrdə qeyd olunmuşdur. Səyyar vergi yoxlaması keçirilən dövrdə yoxlamanın daha effektli, kefiyyətli və operativ həyata keçirilməsinin təmin edilməsi üçün vergi orqanının qərarına əsasən yoxlayıcıların tərkibi genişləndirilə və ya dəyişdirilə bilər. Yoxlama dövründə yoxlayıcıların dəyişdirilməsi (əlavə edilməsi və çıxarılması) barədə məlumatların reyestrə daxil edilməsi əsasnamədə nəzərdə tutulmamışdır. İddiaçının səyyar vergi yoxlaması aktı ilə bağlı müraciətlərinə vergi orqanı tərəfindən baxılmaması barədə dəlilləri də əsassızdır. Ona görə ki, iddiaçının səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akt barədə eyni məzmunlu müraciətlərinə baxılmış və həmin müraciətlər cavablandırılmışdır. Qeyd olunanlara və Vergi Məcəlləsinin 16.1.3, 23.1, 130.2-ci maddələrinə əsaslanaraq bildirilir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 sentyabr 2020-ci il tarixli **********140346 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddianın “7 avqust 2020-ci il tarixli aktın ləğv edilməsi” hissəsində mümkün sayılmaması, “30 sentyabr 2020-ci il tarixli qərarın ləğv edilməsi” hissəsində isə təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-2010/2021 saylı 24 may 2021-ci il tarixli qərardadı ilə iddia tələbi “aktın ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-2010/2021 saylı 24 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********140346 nömrəli 30 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazda əks olunan hallarla eynilik təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını ətraflı araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməməli, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası hazırkı işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd edir: Vergi orqanının qərarı ilə hazırkı iddiaçı "Bakı İnşaat Sənaye” ASC-nin 2017-2018-ci illəri (2018-ci ilin iyul ayınadək) əhatə edən dövr üzrə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq metaldan tikinti konstruksiyalarının və məmulatlarının istehsalı ilə məşğul olmuşdur. Yoxlamanın nəticələri üzrə 17 fevral 2020-ci il, 12 may 2020-ci il tarixli və 7 avqust 2020-ci il tarixli aktlarla rəsmiləşdirilmiş və sonuncu akt əsasında vergi orqanı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 avqust 2020-ci il tarixli **********140346 nömrəli qərar qəbul etmişdir. Qərarla iddiaçıya 788.543,32 manat mənfəət vergisi, 1.954.855,63 manat ƏDV və 10 manat ödəmə mənbəyində tutulan vergi hesablanmış, 1.371.157,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 30 sentyabr 2020-ci il tarixli həmin qərarın qəbulunu onunla əsaslandırmışdır ki, yoxlama zamanı müəssisədə real satış həcmini müəyyənləşdirmək məqsədilə ekspert və mütəxəssis rəyləri alınmışdır. "MBA LTD” MMC- dən alınmış rəylər əsasında müəssisənin istehsal üzrə əlavə dövriyyəsi müəyyən edilmiş və dövriyyəyə uyğun əlavə vergi məbləğləri - mənfəət vergisi, ƏDV və ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar) hesablanmışdır. Əlavə dövriyyənin hesablanması zamanı rəydə müəssisənin istehsalat sahəsində olan avadanlıqlarının yalnız elektrik enerjisi sərfiyyatındakı göstəricilərinə istinad olunmuşdur. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, yoxlama zamanı bir neçə ekspert rəyi alınsa da, vergi orqanı əsassız olaraq yalnız sonuncu rəyə istinad etmişdir, ekspert rəyi reallığı əks etdirmir, rəyi verən qurum həmin rəydəki ziddiyyətlər barədə sonradan vergi orqanına müraciət etsə də, bu hal nəzərə alınmamışdır, istehsal dövriyyəsi yalnız elektrik enerjisi sərfiyyatı ilə hesablana bilməz, rəydə əvvəlki dövrə görə istehsal dövriyyəsi sonradan gətirilmiş avadanlıqların göstəriciləri əsasında hesablanmışdır, yoxlamanı keçirən vəzifəli şəxslər barədə məlumat müvafiq reyestrə daxil edilməmişdir. İş materiallarında olan səyyar vergi yoxlaması zamanı təqdim edilmiş mütəxəssis və ekspert rəylərindən görünür ki, "Bakı İnşaat Sənaye” ASC-nin istehsal həcmi 2017-ci il üzrə 33.097.082,17 manat təşkil etmişdir. Müəssisənin mühasibat sənədlərinə əsasən isə qeyd edilən hazır məhsul qalıqları, digər gəlirlər, mütəxəssis və ekspert rəylərinin göstəriciləri nəzərə alınmaqla 2017-ci il üzrə ümumi gəlirin 31.939.147,01 manat olduğu müəyyən edilmişdir. ƏDV vergisi üzrə müəssisənin vergi orqanına təqdim etdiyi bəyənnamələr üzrə 2017-ci il üzrə ümumi dövriyyə 25.984.488,67 manat, 2018-ci ilin 7 ayı ərzində isə 20.418.329,41 manat təşkil etmişdir. Ümumillikdə, 2.743.408,95 manat vergilərin azaldılması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yoxlamanın aparıldığı 2017-ci ilin yanvar ayından 2018-ci ilin iyul ayınadək olan dövr ərzində istehsal proseslərində iştirak edən texniki qurğuların, avadanlıqların və istehsal həcmlərinin müəyyən edilməsi, həmin məhsulların istehsal həcminin yalnız sərf olunmuş elektrik enerjisi əsas götürülməklə müəyyənləşdirilməsinin mümkünlüyü, "Bakı İnşaat Sənaye” ASC-nin ayrı-ayrı istehsal sahələrində istehsalın həcminin və istehsal olunan malların orta bazar qiymətinin, eləcə də, həmin dövr üzrə dövriyyənin, vergi orqanı tərəfindən aparılmış hesablamaların düzgünlüyünün müəyyən edilməsi məqsədilə 28 oktyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə-kompleks, mühəndis-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 25 fevral 2021-ci il tarixli 10/3750-9/5437 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ASC-yə baxış zamanı aşkar olunmuş faktiki vəziyyət və istehsalat prosessinin xüsusiyyətləri nəzərə alınmaqla, "Bakı İnşaat Sənaye” ASC-də 2017-ci ilin yanvar ayından 2018-ci ilin iyul ayınadək ola dövr üçün aparılan vergi yoxlaması zamanı istehsal prossesi aparılan metallurji avadanlıqlarda istehsal həcminin müəyyən edilməsi üçün yalnız elektrik enerjisinin sərfiyyatını əsas götürməklə müəyyənləşdirilməsi mümkün deyildir. Eyni zamanda yoxlama dövründə istismarda olmuş avadanlıqların əksər hissəsinin sökülübçıxarıldığı, istehsal prossesində kustar üsullar (əl əməyi) tətbiq olunan fiziki və texnoloji cəhətdən köhnəlmiş avadanlıqlar olduğundan və iş rejimi barədə məlumatlar olmadığından, həmin avadanlıqların texniki göstəricilərinə əsasən sex və sahələr üzrə elektrik enerjisi sərfiyyatının müəyyən edilməsi mümkün deyildir. Həmçinin metal əritmə sahələrində xammalın tərkibinin bircinsli olmaması texnoloji prossesin uzanmasına, təkrar emala və əlavə itkilərə gətirib çıxartmaqla, enerji sərfiyyatının və texnoloji prossesin müddətini ciddi şəkildə (2 dəfəyədək) artırır. Ekspert rəyində iddiaçının ayrı-ayrı istehsal sahələrində avadanlıq və qurğuların istismar vəziyyətinin istehsal həcminə və enerji sərfiyyatına təsirinin olub-olmamasına dair suala cavab olaraq bildirilmişdir ki, yoxlama dövrünü əhatə edən illərdə tətbiq olunmuş avadanlıqlarda texnoloji proses əl ilə və kustar üsulla aparıldığından, proses uzunmüddətli olmaqla, daha çox elektriik enerjisi sərf edilir. Bu halda istehsal həcmi az və enerji tutumlu alınır. Prokat sahəsində olan avadanlıqlarda istehsal prosesi 90-cı illərin texnologiyası əsasında aparıldığından və proses əl əməyi ilə başa gəldiyindən, məhsuldarlıq aşağı, 1 tona düşən enerji sərfiyyatı daha yüksək olmuşdur. Yoxlama dövründə boru profil sahəsində istehsal olunan hazır məhsulun 1 tonuna düşən elektrik enerjisi sərfiyyatı daha çox (30 faiz) olmuşdur. Sonradan bu xətlərin elektrik idarəetmə sistemi Türkiyədən idxal olunan daha müasir və daha az elektrik enerjisi sərf edən avadanlıqlarla təchiz olunmuşdur. Ekspertiza tərəfindən müəyyən olunmuşdur ki, 2017-ci ilin yanvar ayından 2017-ci ilin iyul ayınadək dövrü əhatə edən vergi yoxlamasında bütün göstəricilər hazırkı istehsal prosesini, yəni 2019-2020-ci illəri əhatə edən göstəricilərdir. Lakin iş materiallarında olan məlumatlara və baxış zamanı müəyyən edilmiş faktiki hallara əsasən 2017-ci ilin yanvar ayından 2018-ci ilin iyulayınadək müəssisənin ərazisində köhnə istehsalat avadanlıqları olmuşdur və həmin avadanlıqların fərqli xüsusatları rəyin tədqiqat hissəsində göstərilmişdir. İş materiallarına əlavə edilmiş aktlara və digər sənədlərə əsasən fasiləsiz pəstah tökmə xətti 18 fevral 2018-ci tarixdə universal yayma xətti isə 18 mart 2019-cu il tarixdə istismara verilmişdir. Növlü poladın, boru-profilin, şvellerin, novlu şvellerin və armaturun orta bazar qiyməti 2017-ci il üçün müvafiq olaraq, 700 manat, 1.100 manat, 800 manat, 690 manat, 2018-ci il üçün isə müvafiq olaraq 850 manat, 1.200 manat, 900 manat, 790 manat, 870 manat olmuşdur. Qeyd olunan malların hesabat sənədlərində göstərilmiş qiymətlərinin 2017 və 2018-ci illər üçün mövcud olmuş orta bazar qiymətinə uyğun olduğu müəyyən edilir. "xxxx" ASC-nin 1 yanvar 2017-ci il tarixdən 1 avqust 2018- ci il tarixədək olan dövrdə aparılmış satışı və istehsal sahələrində istehsal olunmuş məhsulun həcmini əks etdirən sənəd və mılumatlar məhkəmə tərəfindən mötəbər və əsaslı hesab edildiyi təqdirdə "xxxx" ASC-nin həmin dövr üzrə dövriyyəsi 45.408.746,5 manat təşkil edir. İş materiallarından göründüyü kimi işə baxan məhkəmə iş üzrə tərəflərin, o cümlədən məhkəmə icraatında tədqiq olunmuş ekspertiza rəyinə, iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın - 30 sentyabr 2020-ci il tarixli **********140346 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı pozuntuları aşkar etmişdir: - Vergi orqanı səyyar vergi yoxlamasını qanunla müəyyən edilmiş müddətlərdə aparmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Hazırkı işin hallarından görünür ki, inzibati orqan "müddətin dayandırılması”, "müddətin uzadılması” və "əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” barədə qərarlar qəbul edərək 2018-ci ilin sentyabr ayında başlanmış yoxlamanı 2020-ci ilin avqust ayının 7-də, yəni 1 il 10 ay sonra başa çatdırmışdır. Mövcud qanunvericilik («Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə») normaları müvafiq icra hakimiyyəti orqanı kimi AR Ədliyyə Nazirliyi tərəfindən aparılan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə səyyar vergi yoxlamasının dayandırılması və müddətinin artırılması barədə qərarların daxil edilməsini mütləq sayır. İnzibati icraatda tətbiq edilən bu tədbirin mahiyyətinə görə eyni zərurət, vergi orqanı tərəfindən "əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərar qəbul edildikdə də yaranır. Belə ki, sözügedən qərarın qəbulu özlüyündə səyyar vergi yoxlaması müddətinin artırılmasını da ehtiva edir. Lakin cavabdehin iddiaya qarşı yazılı etirazından da bəlli olur ki, qurum "müddətin dayandırılması” və "müddətin uzadılması” barədə qərarlar qəbul edərkən reyestri aparan orqana müvafiq qaydada məlumat versə də, "əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” barədə qərarlarla bağlı məlumatın sözügedən reyestrə daxil olunmasını təmin etməmişdir. Belə hal, həmin reyestrdə "qeydiyyata alınmamış” yoxlama ilə eynilik təşkil etmiş sayılır. Bununla da müəyyən edilir ki, vergi orqanı qərar qəbul edərkən «İnzibati icraat haqqında» AR Qanunun 48-ci maddəsinin, AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələblərini pozmuşdur. Qeyd olunanlarla yanaşı diqqət yetirilməlidir ki, inzibati orqan yoxlamanın gedişində "əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərarlarda (2 qərar) onların qəbulunu zəruri edən halları nə müvafiq aktda və məsuliyyətə cəlb etmə haqqında 30 sentyabr 2020-ci il tarixli qərarda, nə də məhkəmə icraatında təqdim olunan sənədlərdə (etiraz və s.) açıqlamamışdır; - Hansı səbəbdən vergi orqanı tərəfindən yoxlama zamanı digər iki qurumdan alınmış rəylərin mötəbər qiymətləndirilmədiyi və üçüncü təşkilatdan - "MBA LTD” MMCdən mütəxəssis və ekspert dəvət olunduğu, eləcə də sonuncunun rəyinin daha mötəbər qiymətləndirildiyi əsaslandırılmamışdır; - İş üzrə tədqiq edilmiş ekspert rəyində də həmçinin göstərilmişdir ki, müəssisədə istehsal prosesi aparılan metallurji avadanlıqlarda istehsal həcminin "yalnız elektrik enerjisi sərfiyyatı əsas götürülməklə” müəyyənləşdirilməsi, onların texniki göstəricilərinə əsasən istehsal və qeyri-istehsal sahələri üzrə elektrik enerjisi sərfiyyatının ayrı-ayrılıqda həcmlərinin dəqiqləşdirilməsi mümkün olmamışdır. İstehsal sahələri olan müəssisənin idarəetmə orqanı və digər köməkçi sahələr (anbar və s.), yəni qeyri-istehsal sahəsi üzrə işin təşkili ilə bağlı elektrik enerjisi sərfiyyatının olması təkzibolunmazdır, istehsal və qeyriistehsal sahələri üzrə sərfiyyatın ayrılmasının mümkünsüzüyü də bu sərfiyyatla istehsal həcminin dəqiq müəyyən olunmasını istisna edir; - Ekspert rəyində həmçinin müəssisədə istehsal zamanı xammalın tərkibinin bircins olmamasının elektrik enerjisi sərfiyyatını və texnoloji prosesin müddətini ciddi şəkildə artırması da qeyd olunmuşdur ki, bu hal da yoxlama zamanı alınmış rəy üzrə müəssisədə istehsal həcminin müəyyən olunmuş həcminin reallığı əks etdirmədiyini təsdiqləyir; - Yoxlama dövrü 2017 - 2018-ci illəri əhatə etsə də, dövriyyə müəyyən edilərkən yoxlanılan dövrdə istehsal prosesindəki yeni - 2018-ci ilin fevral ayından və 2019-cu ilin mart ayından istismara verilmiş avadanlıqların göstəricilərinin əsas götürülməsi, cavabdeh orqanın 30 sentyabr 2020-ci il tarixli qərarının qəbulu (qərarda qeyd olunan vergilərin və maliyyə sanksiyalarının hər birinə münasibətdə) üzrə əsas götürülmüş "MBA LTD” MMC- nin ekspet və mütəxəssis rəylərinin mötəbərliyini nəinki şübhə altına alır, hətta inkar edir; - Vergi orqanı tərəfindən aparılan səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilməmiş, Məcəllənin 67.1.15-ci maddəsinə göstərilən əlaqəli məlumat (vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar) kimi əldə edilmiş rəylər və digər hesablanma sənədləri isə, mötəbər qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının "xxxx" ASC barəsində məsuliyyət qərarı çıxarılması üçün əsas götürdüyü "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən vergi orqanına göndərilmiş 14 avqust 2020-ci il tarixli MB 13/872 saylı məktubunda "xxxx" ASC-də faktiki istehsal həcminin müəyyən edilməsi məqsədilə ölçmələr aparılarkən texniki avadanlıqların, texniki pasportların, elektrik sərfiyyatı və texniki göstəriciləri ilə bağlı sənədlər yoxlama dövründə təqdim edilmədiyi üçün onlar tərəfindən hesablanmış elektrik sərfiyyatı ilə bağlı faktiki rəqəmlərlə sonradan təqdim olunmuş sənədlər arasında ziddiyyət və uyğunsuzluq mövcud olması bildirilmişdir. Göründüyü kimi, yoxlama dövrü üzrə aparılan hesablamaların həmin dövrdən sonrakı vatda, yəni 2018-ci ilin mart və 2019-cu ilin fevral ayında quraşdırılmış texniki avadanlıqların göstəricilərinə uygun olaraq aparılması faktı həmin rəyi vermiş ekspert tərəfindən də təsdiq olunmuşdur. Belə olan halda vergi orqanı məktubda qeyd olunan faktları nəzərə almaqla obyektiv rəy verilməsini təmin etmək üçün 2017-2018-ci illər üzrə ASC-də istismarda olan texniki avadanlıqların elektrik sərfiyyatı üzrə yoxlama aparılması üçün təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməmiş, ASC-də yoxlama dövründən sonra quraşdırılmış və istismara verilmiş avadanlıqların enerji sərfiyyatını əsas götürməklə kənarlaşma hesablamışdır. Ona görə də, məhkəmə kollegiyası yoxlama dövrü üzrə istifadə olunmayan, sonradan quraşdırılmış yeni texniki avadanlıqların istehsal gücünə uyğun aparılmış və hesablanmış "xxxx" MMC-nin rəyini mötəbər sübut kimi qəbul edə bilməz. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspet rəyində onun sübut kimi mötəbərliyini şübhə altına alan xüsusatlar hazırkı məhkəmə icraatında müəyyən edilməmişdir və bu səbəbdən də sübutetmə yükü daşıyan cavabdehin mübahisələndirilən 30 avqust 2020-ci il tarixli qərarının qəbulu üzrə dəlilləri əsaslı sayıla bilməz. AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 104.1 -ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 150.1-ci maddəsinə görə aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: - (150.1.1) muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər. Həmin Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1 -ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011 -ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1 -ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1 -ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən **********140346 nömrəli 30 sentyabr 2020-ci il tarixli qərarı qanuna ziddir. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən inzibati akt qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8- ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2010/2021 saylı 24 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2010/2021 saylı 24 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar