Məhkəmə qərarları › İş №2-1(103)-256/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-256/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-256/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6826/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçı 1236/ş nömrəli 18 avqust 2022-ci il tarixli əmrinin ona aid hissədə ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı cavabdehin 18 avqust 2022-ci il tarixli 1236/ş nömrəli əmri ona aid hissəsində qanunsuzdur və hüquqlarını pozmuşdur. Belə ki, 18 iyul 2022-ci il tarixdə sutkalıq növbədə (naryadda) olduğu müddətdə onun hərəkətlərində pozuntu mövcud olmamış, yalnız mobil telefonla danışıq və yazışmalar aparmışdır ki, bu da xidməti fəaliyyətinə zidd olmamış, həmin gün Bakı Regional Mərkəzinin inzibati binasında hər hansı təhlükə yaradan və işin ahəngini pozan hadisə baş verməmişdir. Cavabdehin əmrinə əsasən onun fövqəladə hallar orqanlarından xaric edilməsi qanuna ziddir. Odur ki, həmin əmr ona aid hissədə ləğv olunmalıdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, 18 avqust 2022-ci il tarixli 1236/ş nömrəli əmr iddiaçıya aid hissədə qanunidir və iddia tələbi əsassızdır. İddiaçı Nazirliyin Bakı Regional Mərkəzinin növbətçi hissəsində sutkalıq xidməti zamanı Azərbaycan Respublikası Silahlı X1 və Mərkəz üzrə növbətçinin təlimatının tələblərini kobud surətdə pozduğuna görə fövqəladə hallar orqanlarından xaric edilmişdir. Nazirliyin rəhbərliyi pozuntuya yol vermiş əməkdaşlar barəsində inztizam tənbehi tətbiq etməkdə diskresion səlahiyyətlərə malikdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6826/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Cavabdeh 18 avqust 2022- ci il tarixli 1236/ş nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmiş, İddiaçı tutduğu (FHN Bakı Regional Mərkəzinin Növbətçi hissəsinin zabiti) vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X4 Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Qərar əsassızdır. Belə ki, iddiaçı Cavabdeh Bakı Regional Mərkəzində 18 iyul 2022-ci il tarixində sutkalıq naryad zamanı inzibati binanın və əmlakının mühafizəsini təmin etməmiş, etik davranış qaydalarını pozmuş, xidmətdənkənar fəaliyyətlə məşğul olmuş və qanunvericiyin tələblərinə riayət etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 210-cu bəndinə, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 10.0.1, 31.1, 32.1 və 33.1.12-ci, “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci, Normativ hququ aktlar haqqında Konstitusiya Qanunun 13-cü maddəlrini nəzərə almamış, pozuntuya yol vermiş əməkdaş barəsində intizam tənbehinin tətbiqi sahəsində FHN-nin rəhbəri diskression səlahiyyətlərə malikdir. Onun və ya müvafiq səlahiyyət verdiyi şəxslər tərəfindən pozuntuya yol vermiş əməkdaş barəsində intizam məsuliyyəti növlərindən hər hansı biri tətbiq edilə bilər. Hesab edilir ki, qanunun analogiyasından istifadə edilməli, nazirliyinin Bakı Regional Mərkəzinin Növbətçi hissəsinin zabiti, daxili xidmət baş leytenantı X3 xidmətdənkənar fəaliyyəti qeyd edilən Nizamnamənin 210-cu bəndinin müddəalarının pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi Vəkil isə onunla razılaşmamışlar, əvvəllər və indi də mobil telefondan sutkalıq naryadlarda lazım gəldikdə müvafiq məlumatların əldə olunmasında və rəhbərliyə ötürülməsində istifadə olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia qaldıraraq cavabdehin 1236/ş nömrəli 18 avqust 2022-ci il tarixli əmrinin ona aid hissədə ləğv edilməsini və həmin əmrin hüquqi nəticələrinin (işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) aradan qaldırılmasını tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunmuşdur. Cavabdehin iddia ərizəsinə etirazından, habelə hazırkı apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, 18 iyul 2022-ci il tarixdə iddiaçının nazirliyin Bakı Regional Mərkəzində sutkalıq naryadda olarkən inzibati binanın və əmlakının mühafizəsini təmin etmədiyini, etik davranış qaydalarını pozaraq xidmətdənkənar fəaliyyətlə məşğul olduğunu və qanunvericiyin tələblərinə riayət etmədiyini əsas tutaraq onun Azərbaycan Respublikasının Silahl Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 210-cu bəndinə və Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 10.0.1, 31.1, 32.1, 33.1.12-ci maddələrinə əsasən nazirin əmri ilə xidmətdən xaric edilməsini əsaslı sayır. İPM-in 14.1-ci maddəsinin tələbindən isə göründüyü kimi, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin konkret halda, cavabdeh tərəfindən mübahisələndirilən əmrin qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə ki, «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: 10.0.1. qanunvericiliyin tələblərinə riayət etməyə; 10.0.2. fövqəladə hallar orqanlarının vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməyə; 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə; 10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmağa və öz səlahiyyətləri daxilində onları qərəzsiz həll etməyə; 10.0.5. vəzifə borcunun yerinə yetirilməsi zamanı vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı daxil olan məlumatları gizli saxlamağa və qanunda nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməyə; 10.0.6. öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə xarakterli məlumatları qanunvericiliyə uyğun olaraq təqdim etməyə; 10.0.7. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə köçməklə xidmət etməyə və ya başqa vəzifələri icra etməyə; 10.0.8. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməyə; 10.0.9. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri saxlamağa; 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə; 10.0.11. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməyə. 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. məzəmmət (irad); 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda fövqəladə hallar orqanlarının əməkdaşı müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində onun fövqəladə hallar orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, fövqəladə hallar orqanlarında yenidən vəzifəyə təyin edilir); 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə fövqəladə hallar orqanlarından xaric etmə. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 210cu maddəsinə əsasən sutkalıq naryad daxili qayda-qanunun saxlanması, hərbi hissənin (bölmənin) silahlarının, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının, binalarının və əmlakının mühafizə edilməsi, həmçinin daxili xidmət üzrə digər vəzifələrin yerinə yetirilməsi üçün təyin edilir. Qanunun qeyd olunan tələbləri baxımından iş materialları təhlil aparıldıqda, cavabdeh tərəfindən iddiaçının xidmətdən xaric olunması üçün onun qanunvericiliyin tələblərinə və etik davranış və intizam qaydalarına əməl etməməsi, habelə, tərəfindən mübahisəli inzibati binanın və əmlakının mühafizə edilməməsi kimi pozuntulara yol verdiyi, bununla da onun fövqəladə hallar orqanlarından xaric edilməsi üçün ən ağır intizam tənbeh tədbirin tətbiq olunmasına əsas olan faktiki şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, cavabdeh ilk öncə qeyd olunan dəlillərində iddiaçının sutkalıq naryadda olarkən qanunvericiliyin tələblərinə riayət etmədiyini, inzibati binanın və əmlakının mühaizəsini təmin etmədiyini mübahisələndirsə də, bu zaman onun tərəfindən qanunvericiliklə müəyyən olunan hansı vəzifəsinə konkret olaraq əməl etmədiyi, inzibati binanın və əmlakınını mühafizəsini hansı formada icra etmədiyi, sutka ərzində mühafizə obyektlərinə hansı zaman çərçivələrində vəzifəfəsidən irəli gələn funksiyaları yerinə yetirmədiyi və yaxud növbətçi otağında quraşdırılan qurğu və avadanlıqlar, əlaqə sistemləri, digər elektron sistemli vasitələrdən istifadə etməklə hansı əməliyyatları aparmadığı və növbətçiliyi ərzində xidmətindən irəli gələn hansı qeydləri müvafiq növbətçilik jurnalında qeydə almadığı və s. bu kimi hərəkət və hərəkəsizliyi əsaslandırılmamış, bununla bağlı müvafiq sübutlara istinad etməmiş və mötəbər sübutlar nə birinci instansiya məhkəməsinə, nə də hazırkı mərhələdə də məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, cavabdeh iddiaçı tərəfindən inzibati binanın və əmlakınını mühafizəsinin təmin edilmədiyini əsaslandıran dəlilində iddiaçının etik davranış qaydalarını pozaraq, xidmətdənkənar fəaliyyətlə məşğul olmasını da mötəbər sübutlarla əsaslandırılmır. İddiaçının işə əlavə olunmuş nazirliyin Xidməti Araşdırmalar İdarəsinin Xidməti yoxlamalar şöbəsitnin rəisi M.Səmədliyə verdiyi izahatından isə görünür ki, mübahisəli məqamın məhz, nahar ərifəsinə təsadüf etdiyini qeyd edərək xidmət apararkən yol verdiyi yayınmalardan peşmançılıq hissi çəkdiyini bildirən, ona yazılması məsləhət görülən şablon xarakterli sözləri ehtiva etdiyi aydın görünür. Çünki burada onun hansı xidməti yayınmalarından söhbət getdiyi bəlli deyil. Məhkəmə iclaslarında verdiyi izahatlarında isə ümumiyyətlə, xidmət zamanı öz təlefonundan istifadə etdiyini etiraf etsə də, bunu şəxsi məqsədlər üçün deyil, xidməti zərurətlər daxilində istifadə etdyini bildirmişdir. Cavabdeh tərəfindən isə onun xidmətdənkənar hansı yayınmalara yol verdiyi, bunların tərkibinin və mahiyyətinin nədən ibarət olduğu açıqlanmamış və əsaslandırılmamışdır. Cavabdehin nümayəndəsi həm birinci instansiyada, həm də hazırkı mərhələdə məhkəmə iclaslarında izahatlarına gəldikdə, iddiaçının etik davranış qaydalarını pozması onunla əsaslandırmmışdır ki, sutkalıq naryadda xidmətdən kənar mobil telefonundan istifadə etdiyi aşkar olunduğunu qeyd etsə də, eyni zamanda bildirmişdir ki, nazirlik tərəfindən sutkalıq naryadlar zamanı şəxsi möbil telefonlardan istifadənin qadağan olunmamışdır. Onun hazırkı məhkəmə iclasında təqdim etdiyi fotoşəkilə istinad olunan dəlilləri ilə bağlı məhkəmə onu qeyd edir ki, həmin fotşəklin hansı zaman çərçivəsini və hansı yeri və məkanı ehtiva etdiyi qeyri-müəyyəndir. Digər tərəfdən burada iddiaçının əlində tutduğu telefondan hansı formatda istifadə etdiyi görünmür və görüntüdə iddiaçıya irad tutula biləcək yeganə hal onun stuldakı vəziyyəti ola bilər. Hər bir halda, fotoşəkildən görünən otaq şəraiti onu deməyə əsas verir ki, iddiaçı məhz, xidmət başında olmuş, xidmətindən kənarlaşmamışdır. Onu da qeyd etmək lazımdır ki, əvvəllər iddiaçının intizam qadasında tənbeh olunmadığı işin mübahisələndirilməyən halıdır. Əksinə iş materiallarından görünür ki, həvəsləndirici qaydada fəxri fərmanla təltif olunmuşdur. Ümumiyyətlə, mübahisələndirilən əmrdə iddiaçının xidmətdən xaric edilməsinə əsas ola bilən konkret faktiki hallar göstərilməmiş, mötəbər sübutlarla müəyyən olunan faktlara söykənən heç bir əsaslandıma mövcud deyildir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 61.1- 61.2-ci maddələrinin tələbinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Cavabdehin iddia ərizəsinə etirazında, iddiaçının xidmətdən xaric edilməsi barədə əmrin verilməsi nazirliyin rəhbərinin diskresion səlahiyyəti olmasını əsaslandıran dəlillərindən isə belə anlaşılır ki, rəhbər istədiyi şəxsi öz iradəsinə görə xidmətdən xaric edə bilər. Lakin bu yanaşmanın da qanunvericiliyin qeyd olunan tələblərinə zidd olduğu aydın görünür. Çünki, xidmətdən xaric edilmənin konkret əsasları qanunvericiliklə müəyyən olunmuşdur və barəsində intizam icraatı açılmış işçinin vəzifə öhdəliyini pozan hərəkətləri konkret faktlar və sübutlarla əsaslandırılmadığı halda onun xitdmətdən xaric edilməsi qanunsuzdur. Ən azından «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsi tələbinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Beləliklə də, cavabdeh orqanın 1236/ş nömrəli 18 avqust 2022-ci il tarixli əmrinin iddiaçıya aid hissədə maddi və inzibati icraat haqqunda hüquq normalarına zidd olduğu və iddiaçının hüquqlarını pozduğu sübuta yetirilir. «İnzibati icraat haqqunda» Qanunun 67.1-ci maddəsinin tələbinə görə İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, cavabdehin mübahisələndirilən əmrinin iddiaçıya aid hissədə qanunsuz olduğu və iddiaçının hüquqlarını pozduğu üçün iddiaçıya aid hissəsində ləğv olunmalı və doğurduğu hüququ nəticələr aradan qaldırılmalıdır. İPM-in 70.1-ci maddəsi də məhz nəzərədə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətiin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6826/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6826/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar