Məhkəmə qərarları › İş №2-1(103)-256/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-256/2025

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-256/2025 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Cavabdeh qarşı (üçüncü şəxslər üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi) “tikintiyə icazənin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Cavabdeh # ### 2020-ci il tarixli ** nömrəli “Tikintiyə icazə” sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ## #### 2007-ci il tarixli **/** saylı qərarı və “Torpaqların alqı-satqısına dair" akt əsasında iddiaçı İddiaçı satılmışdır. Həmin tarixdən bu günədək sözügedən torpaq sahəsi onun mülkiyyətindədir. Sözügedən torpaq sahəsini o, ## #### 2016-cı il tarixdən üçüncü şəxs1 MMC-nin qanuni təmsilçisi X1 ilə bağlanmış icarə müqaviləsi əsasında 10 il müddətinə üçüncü şəxs1 MMC-nin istifadəsinə vermişdir. üçüncü şəxs1 MMC-nin müraciəti əsasında ## ###### 2017-ci il tarixdə üçüncü şəxs2 başçısı tərəfindən iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsində “üçüncü şəxs1 MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” ** saylı sərəncam qəbul edilmişdir. Lakin sonradan üçüncü şəxs1 MMC onlar arasında bağlanmış müqavilənin şərtlərini pozaraq uzun müddət icarə haqqını ödəməmiş və bu vəziyyət 3 aydan çox davam etdiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.7-ci maddəsini (bu Məcəllənin 677.1.4, 685.1 və 686cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. Icarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər) rəhbət tutaraq, icarə müqaviləsini birtərəfli qaydada ## #### 2018-ci il tarixdən ləğv etmiş və bu barədə üçüncü şəxs1 MMC-yə rəsmi şəkildə yazılı bildiriş təqdim etmişdir. Lakin üçüncü şəxs1 MMC icarə müqaviləsinin faktiki olaraq ləğv edilməsinə məhəl qoymadan torpaq üzərində istifadə və ya hər hansı digər əmlak hüququ olmadığı halda həmin torpaq sahəsində yaşayış binası tikmək üçün icazə verilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Cavabdeh müraciət etmişdir. Iddiaçı tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Cavabdeh müraciət olunaraq, üçüncü şəxs1 MMC ilə bağlanmış icarə müqaviləsinə xitam verildiyi və üçüncü şəxs1 MMC-nin faktiki olaraq sözügedən torpaq sahəsi üzərində heç bir istifadə hüququnun olmadığı bildirilsə də, Idarə buna heç bir əhəmiyyət vermədən qanunsuz olaraq # ### 2020-ci il tarixli ** nömrəli “Tikintiyə Icazə” sənədi ilə Bakı şəhəri, ünvan 1 məhəllədə yerləşən torpaq sahəsi üzərində üçüncü şəxs1 MMC-yə yaşayış binasının tikilməsinə icazə vermişdir. “xxxx" MMC ilə iddiaçı arasında bağlanan və Bakı şəhəri, ünvan 1 məhəllədə yerləşən torpaq sahəsinin icarə predmeti olduğu icarə müqaviləsi ləğv edildiyindən və nəticədə üçüncü şəxs1 MMC-nin sözügedən torpaq sahəsi üzərində hər hansı əmlak hüququ olmadığından, Bakı şəhər Cavabdeh həmin torpaq sahəsi üzərində üçüncü şəxs1 MMC-yə tikinti üçün icazə vermək səlahiyyəti yoxdur. Lakin Bakı şəhər Cavabdeh səlahiyyətlərini aşaraq iddiaçının mülkiyyət toxunulmazlığını pozmuş və başqaları tərəfindən də pozulması üçün qanunsuz inzibati akt qəbul etmişdir. üçüncü şəxs1 MMC Bakı şəhər Cavabdeh tərəfindən qəbul edilmiş # ### 2020-ci il tarixli “Tikintiyə Icazə” sənədinin etibarsız olduğuna baxmayaraq, həmin icazə əsasında hal-hazırda iddiaçının mülkiyyətinə müdaxilə edərək qanunsuz olaraq həmin torpaq sahəsində tikinti işləri aparmağa başlamışdır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2020-ci il tarixli qərardadı ilə üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibat məhkəmə icraatına cəlb edilmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) *-*(***)-***/**** nömrəli, ## ### 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və iddiaçı əlavə olaraq qeyd etmişdir ki, sonradan üçüncü şəxs1 MMC onlar arasında bağlanmış müqavilənin şərtlərini pozaraq uzun müddət icarə haqqını ödəməmiş və bu vəziyyət 3 aydan çox davam etdiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.7-ci maddəsini (bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. Icarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər) rəhbət tutaraq, icarə müqaviləsini birtərəfli qaydada ## #### 2018-ci il tarixdən ləğv etmiş və bu barədə üçüncü şəxs1 MMC-yə rəsmi şəkildə yazılı bildiriş təqdim etmişdir. Buna baxmayaraq, məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı ilə üçüncü şəxs1 MMC arasında bağlanmış ## #### 2016-cı il tarixli “Icarə müqaviləsi” ləğvi ilə bağlı tərəflərin razılaşması olmadığından, eləcə də müqavilənin əhəmiyyətli dərəcədə pozuntusu halı müəyyən edilmədiyindən, müqavilə ləğv edilmiş kimi qiymətləndirilə bilməz. Halbuki işin faktiki hallarından görünür ki, müqavilənin ləğv edilməsi üçün Mülki Məcəllənin 719.7-ci maddəsi göstərilən lazımi olan əsas (icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirməsi) hazırki işdə mövcud olmuşdur. Buna görə də məhkəmə tərəfindən müqavilə ləğv edilmiş kimi qiymətləndirilməli idi. Məhkəmə hazırki işdə ## #### 2016-cı il tarixli “Icarə müqaviləsi”nin ləğv olunması üçün əsaslar olmasına dair iddia ərizəsində iddiaçı tərəfindən qeyd olunan faktları araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ####### 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi üçüncü şəxs qismində inzibat məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərardadı ilə iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia qeyrimümkün sayılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ###### 2023cü il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında ## #### 2007-ci il tarixli 08/03 nömərəli qərarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi, dalan 9, ev 2-də yaşayan vətəndaş İddiaçı M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci dağlıq küçəsində yerləşən və uzun müddət bağ-bostan kimi istifadəsində olan 1200 kv.m. torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə ##.##.2007-ci il tarixli ərizəsinə, bələdiyyənin Yerli iqtisadi inkişaf daimi komissiyasının ##.##.2007-ci il tarixli ** saylı iclas protokolunun qərarına və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı madəsinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən 1200 kv.m. torpaq sahəsi Binəqədi RIH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. Iş materiallarında olan ##.##.2016-cı il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Icarəyəverən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsin ünvanında yerləşən 1200 kv.m torpaq sahəsini Icarəçi üçüncü şəxs1 MMCyə icarəyə vermişdir. Iş materiallarında olan üçüncü şəxs2 başçısının ##.##.2017-ci il tarixli ** nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli * saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədləri (baş və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi 3223-cü məhəllədə yaşayış binasının tikintisinə dair Cavabdeh ##.##.2017-ci il tarixli **/**-*/*** saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması təsdiq edilmiş və üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2017-ci il tarixli ** saylı müraciəti nəzərə alınaraq, Binəqəd rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən icarə əsasında 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir. Iş materiallarında olan üçüncü şəxs2 başçısının ##.##.2019-cu il tarixli *** nömrəli sərəncamından görünür ki, ünvan 1 məhəllədə üçüncü şəxs2 başçısının ##.##.2017-ci il tarixli ** saylı Sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0,1567 ha əraziyə bitişik 0,0895 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədi ilə icarə əsasında üçüncü şəxs1 MMC-nin istifadəsinə verilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Cavabdeh tərəfindən verilmiş ##.##.2020-ci il tarixli ** nömrəli Obyektin tikintisinə icazənin surətindən görünür ki, üçüncü şəxs1 MMC-yə Bakı şəhəri, ünvan 1 məhəllə ünvanında yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilmişdir. Iş materiallarında olan üçüncü şəxs2 Cavabdeh tərəfindən verilmiş **/** saylı ##.##.2018-ci il tarixli Istifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktından görünür ki, üçüncü şəxs2 başçısının ##.##.2017-ci il tarixli ** saylı sərəncamı ilə Binəqədi rayonu, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə M.Ə.Rəsulzadə qəsəbəsində 0.1567 ha torpaq sahəsi yaşayış binasının tikintisi üçün üçüncü şəxs1 MMC-yə verilmişdir. Iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Resyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəylərində qeyd olunur: M.Ə.Rəsulzadə bələdiyyəsinin ## #### 2007-ci il tarixli **/** nömrəli qərarı ilə İddiaçı ayrılmış 1200,0 kv.m torpaq sahəsinə dair təqdim edilmiş cizgidə torpaq sahəsinin yalnız iki tərəfin ölçüsü göstərilib (54 metr-28.5 metr). Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən sahə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Cavabdeh # ### 2020-ci il tarixli ** nömrəli “Obyektin tikintisinə icazə” sənədindəki qeyd edilmiş koordinatlarla olan sahənin hüdudları daxilində yerləşir. Iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş **/**** nömrəli ## ###### 2023-cü il tarixli ekspert rəyində qeyd olunur: Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Resyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli *-**-*-**/*-*****/**** nömrəli mütəxəssis rəyinə əsasən M.Ə.Rəsulzadə bələdiyyəsinin ## #### 2007-ci il tarixli **/** nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 1200 kv.m torpaq sahəsinin sərhədlərinin dəqiq müəyyən oluna bilmədiyi və faktiki göstərilən sahənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Cavabdeh # ### 2020-ci il tarixli ** nömrəli “Obyektin tikintisinə icazə” sənədindəki qeyd edilmiş koordinatlarla olan sahənin hüdudları daxilində yerləşdiyi müəyyən olundu. Iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Resyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən ## ###### 2025-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: Göstərilən torpaq sahəsi sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq 1710.0 kv.m təşkil edir. Torpaq sahəsi Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsinin **/** nömrəli, ##.##.2007-ci il tarixli Qərarı ilə ayrılmışdır, sxemə uyğundur (ölçülərdə cüzi uyğunsuzluq mövcuddur). Faktiki olaraq torpaq sahəsinin yerləşməli olduğu yerdə 11 mərtəbəli yaşayış binası inşa olunub, ortofoto təsvirinə əsasən (iddiaçının bildirdiyinə əsasən) torpaq sahəsi öncə mişar daşı ilə hasara alınmış və binanı inşa edən şirkət tərəfindən sökülmüşdür. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsinə dair (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı (************** nömrəli) mövcuddur. Bir hissəsi isə 001013003926 və 001013013373 reyestr nömrələri ilə qeydiyyatdan keçmişdir. Sahəyə çoxsaylı digər fiziki şəxs müraciətləri olmuşdur. Sözügedən torpaq sahəsinin çox hissəsi su xəttinin mühafizə zolağında yerləşir. Bundan əlavə sahəyə dair təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafələri qeyd olunmayıb. Iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş **/**** nömrəli ## ###### 2025-ci il tarixli ekspert rəyində qeyd olunur: Məhkəmə Ekspertizası Mərkəzinə ##.##.2025-ci il tarixdə təqdim edilmiş, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin müvafiq mütəxəssi rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Məhkəmə Ekspertizası Mərkəzinə ##.##.2025-ci il tarixdə təqdim edilmiş, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin müvafiq mütəxəssi rəyində qərardadın birinci, ikinci, üçüncü, dördüncü və beşinci suallarına münasibət bildirilmədiyindən həmin suallar üzrə tədqiqat aparılmadı. M.Ə.Rəsulzadə bələdiyyəsinin ## #### 2007-ci il tarixli **/** nömrəli qərarı ilə İddiaçı ayrılmış 1200,0 kv.m torpaq sahəsinə dair təqdim edilmiş cizgidə torpaq sahəsinin yalnız iki tərəfin ölçüsü göstərilib (54 metr-28.5 metr). Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən sahə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Cavabdeh # ### 2020-ci il tarixli ** nömrəli Obyektin tikintisinə icazə sənədindəki qeyd edilmiş koordinatlarla olan sahənin hüdudları daxilində yerləşir. Iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Resyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: Göstərilən torpaq sahəsi sənəd üzrə 0.0240 ha olsa da, faktiki olaraq hasarlanmış sahə 0.0235 ha təşkil edir. Bundan əlavə, ərazidə mübahisəli sahə mövcuddur (0.0124 ha). Faktiki mişar daş hasarla hasarlanmış 0.0235 ha torpaq sahəsinin üzərində tikili yoxdur (sahə üzərində yaşıl ağaclar mövcuddur). Mübahisəli olan sənəd üzrə sahənin 0.0114 ha və sənəd üzrə sahədən kənarda qalan 0.001 ha torpaq sahəsi üzərində (digər şəxslərə məxsus sahə üzərində mövcud olan) çoxmərtəbəli yaşayış binasının (11 mərtəbəli) bir hissəsi yerləşir. Qeyd olunanlarla bağlı koordinatları əks etdirən izahlı sxem əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki olaraq göstərilən 235.0 kv.m sahəsinin 132.0 kv.m hissəsi 001013013373 reyestr nömrəsi ilə X3 xüsusi mülkiyyətində olan sahə ilə üst-üstə düşür. Yerdəqalan 108.0 kv.m sahənin cüzi hissəsi 001011008128-06301 reyestr nömrəs ilə digər hüquqi şəxsin (PROS RETAIL AZ MMC-nin) adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Qalan sahə isə Dövlət mülkiyyəti torpağıdır. Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli qurum tərəfindən başa çatdırılmadığından, eyni zamanda vahid elektron kadastr məlumat bazasında bələdiyyə əraziləri haqqında məlumat olmadığından qeyd olunan sualın cavablandırılması mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən sahə bütövlüklə üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinə “Obyektin tikintisinə icazə" sənədində qeyd edilmiş sahə daxilində yerləşməklə üst-üstə düşür. Iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş **/**** nömrəli ## #### 2026-cı il tarixli ekspert rəyində qeyd olunur: Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ##.##.2007-ci il tarixli **/** nömrəli qərarı ilə iddiaçı İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinin yerləşmə yeri müəyyən edilmişdir. Iddiaçının faktiki göstərdiyi torpaq sahəsinin planlı yerləşməsinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinə dair ##.##.2007-ci il tarixli, **** №-li Planda göstərilən torpaq sahəsinə uyğun olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları göstərilmişdir. Mərkəzdə torpaq sahələrinə dair baza və xəritə materialları mövcud olmadığınadan, eyni zamanda Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin xəritəsi iş materiallarına əlavə edilmədiyindən qeyd olunan torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə ayrılmış və bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsinə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ##.##.2007-ci il tarixli **/** nömrəli qərarı ilə iddiaçı İddiaçı ayrılmış torpaq sahəsi (##.##.2007-ci il tarixli, **** №-li Planda göstərilən torpaq sahəsi) ilə üçüncü şəxs2 tərəfindən üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış torpaq sahəsinin və Bakı şəhər Cavabdeh # ### 2020-ci il tarixli ** nömrəli Obyektin tikintisinə icazə sənədində qeyd edilən sahənin üst-üstə düşməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 5.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: 5.1.4. tikintiyə icazə verilməsi. 5.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə»:

1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra - Komitə) şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

8. Komitə bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 8.20-1. müəyyən edilmiş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı sənədi təsdiq etmək. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Cavabdeh haqqında Əsasnamə»: 1.1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Cavabdeh (bundan sonra – Baş Idarə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Baş Idarənin vəzifələri aşağıdakılardır: 3.1.16. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektinin tikintisinə və istismarına icazə vermək, habelə bununla bağı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq hüquqi hərəkətləri yerinə yetirmək. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarında qeyd olunmuş göstərişlərə uyğun olaraq məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli ekspert rəyində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ##.##.2007-ci il tarixli **/** nömrəli qərarı ilə iddiaçı İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilmədiyi qeyd olunmuşdur. Həmçinin ekspert rəyi ilə iddiaçının faktiki göstərdiyi torpaq sahəsinin planlı yerləşməsinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinə dair ##.##.2007-ci il tarixli, **** №-li Planda göstərilən torpaq sahəsinə uyğun olduğu, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ##.##.2007-ci il tarixli **/** nömrəli qərarı ilə iddiaçı İddiaçı ayrılmış torpaq sahəsi (##.##.2007-ci il tarixli, **** №-li Planda göstərilən torpaq sahəsi) ilə üçüncü şəxs2 tərəfindən üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış torpaq sahəsinin və Bakı şəhər Cavabdeh # ### 2020-ci il tarixli ** nömrəli Obyektin tikintisinə icazə sənədində qeyd edilən sahənin üst-üstə düşməsi müəyyən edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında araşdırılmış sübutlara əsasən ##.##.2016-cı il tarixli icarə müqaviləsi əsasında Icarəyəverən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsin ünvanında yerləşən 1200 kv.m torpaq sahəsini Icarəçi üçüncü şəxs1 MMC-yə icarəyə vermişdir. üçüncü şəxs2 başçısının ##.##.2017-ci il tarixli ** nömrəli sərəncamına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi 3223-cü məhəllədə yaşayış binasının tikintisinə dair Cavabdeh ##.##.2017-ci il tarixli **/**-*/*** saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması təsdiq edilmiş və üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2017-ci il tarixli ** saylı müraciəti nəzərə alınaraq, Binəqəd rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən icarə əsasında 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir. Daha sonra üçüncü şəxs2 tərəfindən **/** saylı ##.##.2018-ci il tarixli Istifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktı tərtib edilmişdir. üçüncü şəxs2 başçısının ##.##.2019-cu il tarixli *** nömrəli sərəncamına əsasən ünvan 1 məhəllədə üçüncü şəxs2 başçısının ##.##.2017-ci il tarixli ** saylı Sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0,1567 ha əraziyə bitişik 0,0895 ha torpaq sahəsi icarə əsasında üçüncü şəxs1 MMC-nin istifadəsinə verilmişdir. Daha sonra həmin torpaq sahəsində üçüncü şəxs1 MMC-yə yaşayış binasının tikintisinə icazə verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Cavabdeh tərəfindən ##.##.2020-ci il tarixli ** nömrəli Obyektin tikintisinə icazə sənədi verilmişdir. Qeyd olunan sənədlər ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Göründüyü kimi, üzərində tikiliyə icazə verilmiş torpaq sahəsi tikinti aparmağa icazə verilmiş üçüncü şəxs üçüncü şəxs1 MMC-nin qanuni istifadəsində olmuşdur və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Cavabdeh mübahisələndirilən ##.##.2020-ci il tarixli ** nömrəli Obyektin tikintisinə icazə sənədini verməkdə səlahiyyətli olmuşdur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən Obyektin tikintisinə icazə sənədi verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara a l d ı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar