Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2561/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X7” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinə dair çıxarışın və plan-ölçüsünün verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-704/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Binəqədineft” NQÇİ-nin “Məhsul” yoldaşlıq bağçılıq təsərrüfatı tərəfindən 20.04.1996-cı il tarixli, 28 saylı üzvlük biletinə əsasən ona ayrılmış və faktiki istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mülkiyyət hüququna dair çıxarışın və torpaq sahəsinin plan- ölçüsünün verilməsi vəzifəsinin AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “Binəqədineft” NQÇİ-nin "Məhsul” yoldaşlıq bağçılıq təsərrüfatının üzvlüyünə qəbul olunmuş və bağçılıq təsərrüfatının balansında olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən torpaq sahəsindən ona 0.05 ha torpaq sahəsi ayrılmışdır. “Binəqədi” NQÇİ-nin “Məhsul” yoldaşlıq bağçılıq təsərrüfatının üzvlüyünə qəbul və 0.05 ha torpaq sahəsinin ona ayrılması Bağçılıq idarəsinin 20.02.1996-cı il tarixli, 28 saylı üzvülük bileti ilə rəsmiləşdirilmişdir. Qeyd edilən 0.05 ha torpaq sahəsindən ibarət bağ sahəsi həmin tarixdən faktiki istifadəsində olmuşdur. Hazırda da torpaq sahəsindən istifadə edir. Torpağın yerləşdiyi ərazi yuxarıda qeyd edilən bağçılıq idarəsinə məxsus olmaqla, üzvlər arasında paylanılmış və hər tərəfdə fərdi yaşayış evləri inşa edilmişdir. Ətrafda faktiki olaraq boş sahə yoxdur. Hər kəs torpaq sahəsi üzərində ev tikərək mülkiyyət hüquqlarını qeydiyyata aldırmışdır. O, da faktiki mülkiyyətində olan torpaq sahəsi üzərində qanunauyğun olaraq mülkiyyət hüququnun qeydiyyatı üçün 05.10.2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin 1 saylı Bakı Ərazi İdarəsi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən, faktiki mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatından imtina etmişdir. Reyestr xidmətinin imtina məktubunda başdanbaşa heç bir hüquqi əsası olmayan hallar əsas gətirərək mülkiyyət hüququnun qeydiyyatından imtina edilmişdir. Həm 1 saylı Bakı Ərazi İdarəsində və həm də Dövlət Neft Şirkətinin arxivində hər hansı siyahının və ya sənədin olmaması onun hüququnun qeydiyyatından imtina üçün əsas ola bilməz. Çünki həmin sənədləri saxlamaq və arxivləşdirmək sənədi verən orqanın və ya hüquqi varisin vəzifə borcudur. Bu sənədlərin arxivinin saxlanmasında vətəndaş kimi onun heç bir vəzifəsi və öhdəliyi yoxdur. Bu baxımdan da həmin sənədlər ləğv və ya etibarsız hesab edilməyənədək onların həqiqiliyi Reyestr xidmətinin vurğuladığı kimi şübhə doğura bilməz. Digər bir məsələ həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsidir. Hesab edirlər ki, bu cür hal mövcud deyildir. Əgər həqiqətən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşmiş olsa idi, o zaman Reyestr xidməti həmin elektrik xəttinin yerləşdiyi ərazini, məhz hansı elektrik xəttinin hansı məsafəsində yerləşməsini konkret göstərməli idi. Bundan əlavə ətrafda yaşayış evlərinin olması faktı da reyestr xidmətinin bu dəlilinin düzgün olmamasını sübut edir. Necə ola bilər ki, ətrafda yaşayış evləri yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşə-yerləşə həmin evlər sənədləşdirilir və məhz reyestr xidmətinin özü tərəfindən həmin evlərə çıxarışlar verilir. Bu məlumatın nə qədər doğru olduğunu bilmir, amma ətrafda yaşayan qonşulardan maraqlandıqda onların bir çoxunun torpaq sahələrinə və hətda fərdi yaşayış evərinə dair mülkiyyət hüququna dair çıxarışlarının olması bildirilmişdir. Odur ki, torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi həqiqətə uyğun deyil və mülkiyyət hüququnun qeydiyyatından imtina üçün bəhanədən başqa bir şey deyildir. Reyestr xidmətinin digər əsası həmin torpaq sahəsinin Azərbaycan Respublikasının 29.04.2005-ci il tarixli, 901-11Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırmək, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X6 haqqında” Sazişə əsasən ’'“X7” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşməsindən ibarət olmuşdur. Məhkəməyə təqdim edilmiş sənədlərdən (üzvlük biletindən) görünür ki, həmin üzvlük bileti 20.04.1994-cü ildə tərtib edilmiş və həmin biletə əsasən 0.05 ha torpaq sahəsi ona ayrılmışdır. Torpaq sahəsi ona ayrıldıqdan sonra istifadəsinə verimiş, həmin tarixdən sonra isə torpaq sahəsindən faktiki isifadə etmiş, üzərində bir çox tikinti tikmişdir. Hazırda həmin torpaq sahəsində yerləşən evdə yaşayır. Dövlət Neft Şirkətinin Reyestr xidmətinə ünvanladığı məktubda isə torpaq sahəsinin neft blokunun bərpası, işlənməsi və sair məqsədlər üçün müvafiq sazişə əsasən “X7” Şirkətinə məhz 29.04.2005-ci ildə, yəni torpaq sahəsi ona verildikdən 9 ilə yaxın vaxt keçdikdən sonra verilmişdir. Bu isə onu göstərir ki, “X7” Şirkəti həmin torpaq sahəsi üzərində müstəsna hüquqları həmin torpağın ona verilməsindən uzun müddət sonra baş vermişdir. Əgər bu torpaq sahəsinin dövlət ehtiyyacı üçün alınması zərurəti vardırsa, o zaman mülkiyyətində olan həmin torpaq sahəsi “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” AR Qanunun 3.1.1-ci, 4.1-ci maddələrinə əsasən dəyərini ədalətli şəkildə ödəməklə geri alınmalı idi. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İş üzrə 3-cü şəxs “X7” şirkətinin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddiaya dair etirazını təqdim edərək, bildirmişdir ki, İddiaçı istifadəsində olan torpaq sahəsinə dair "Binəqədi” NQÇİ-nin “Məhsul” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş 20.02.1996-cı il tarixli, 28 saylı üzvlük biletinin mövcudluğunu əsas gətirməklə, onun sahiblik və istifadə hüququnun yarandığını vurğulasa da, bu hüquqların əmələ gəlməsi üçün əsas hesab etdiyi üzvlük biletinin Sazişin qüvvəyə mindiyi tarixdən etibarən etibarsız olduğunu, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin dövlətə məxsus olmasını və eləcə də məlum “X6 haqqında” sazişə və “Birgə Əməliyyat sazişi”nə (“Saziş” və ya “Sazişlər”) əsasən neft-qaz əməliyyatlarının aparılması məqsədilə iddiaçı “X7” şirkətinin qanuni istifadəsinə verildiyini nəzərə almamışdır. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla sənaye təyinatlı torpaqlar kateqoriyasına şamil edilsə də, cavabdehin torpaq sahəsini təyinatına uyğun olmayaraq, fərdi yaşayış evinin tikintisi məqsədilə istifadə etməsi qüvvədə olan bir çox qanunvericilik aktlarının tələblərinin pozulmasına səbəb olmuşdur. Xüsusilə vurğulamaq lazımdır ki, “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” qaydalarına əsasən torpaq sahəsinin təyinatının dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aid olan bir məsələdir. Şirkət sözügedən torpaq sahəsini hər hansı Dövlət proqramı əsasında deyil, müvafiq Beynəlxalq Saziş əsasında əldə etmişdir. Belə ki, mövcud situasiyada İddiaçı sözügedən ərazini zəbt etməklə və üzərində özbaşına tikili inşa etməklə Şirkətin Dövlət tərəfindən verilmiş hüquq və təminatlarını məhdudlaşdırır. Belə olan halda, nə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun müddəalarına istinad edilməsi, nə də ki, Şirkətin özünə məxsus olan torpağa dair kompensasiya ödəməsi mümkün deyildir. Həmçinin Sazişdə də mübahisəli torpaqlara görə Şirkət tərəfindən kompensasiya ödənilməsi də nəzərdə tutulmamışdır. Məlum olduğu kimi, 29 sentyabr 2004cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə’ Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasil atın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X13 Bi.Vi və ARDNS-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və bu Saziş 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstəriİməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncam lafının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilat m pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişə əsasən Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən "X7” şirkətinə (“Şirkət”) neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Sazişin 4-cü bəndinə əsasən, Bu Sazişin məqsədləri baxımından Kontrakt sahəsi dedikdə, bu Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan, ARDNŞ-in balansında olan sahələr, habelə həmin perimetr hüdudlarında şaquli yeraltı formasiya, yeraltı lay və horizontlar, Qüvvəyə minmə tarixənədək ARDNŞ-in kəşf etdiyi Karbohidrogen ehtiyatları həmçinin, bu Sazişin həyata keçirilməsi nəticəsində kəşf edilə biləcək bütün Karbohidrogen ehtiyatları başa düşülür. Yuxarıda qeyd olunanların məzmunundan aydın olur ki, iddiaçının onun mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsi ARDNŞ-nin balansında olmuş, sonradan “X6 haqqında” Saziş əsasında Şirkətin qanuni sahiblik və istifadəsinə təqdim edilmişdir. “X6 haqqında” Sazişin müddəaları isə Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur və kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir. Nəticədə, iddiaçının “mövcud olduğunu iddia etdiyi” Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən 0.05 ha torpaq sahəsinin adına ayrılması barədə “Binəqədi” NQÇİ-nin “Məhsul” bağçılıq-yoldaşlıq təsərrüfatına 28 saylı üzvlük bileti də Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən qüvvədən düşmüş və onun əsasında verilən hüquq və vəzifələr də ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2004-cü il tarixli, 150 saylı qərarı ilə Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (e) bəndində Saziş ərazisi üzərindəki hüquqların qəsb edilməsinin qadağan olunması qeyd olunur. Müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması isə Şirkətin hüquq və təminatlarının - mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. Həmçinin iddiaçının Sazişlə “X7” şirkətinin qanuni sahiblik və istifadəsinə verilmiş Kontrakt ərazisində inşa etdiyi tikili üzərində hüquq və mənafelərini təsdiq edən etibarlı bir sənəd mövcud olmadığından müvafiq tikili özbaşına tikili olaraq qiymətləndirilməlidir. Mübahisələndirilən torpaq sahəsinin məlum Sazişlər əsasında "X7” şirkətinin qanuni sahiblik və istifadəsinə verilmiş Saziş ərazisi hüdudları daxilində yerləşməsi faktı elektron kadastr məlumatları ilə öz təsdiqini tapdığından, İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması yolverilməzdir. “Texniki təhlükəsizlik” haqqında Azərbaycan Respublikasının qanununa və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına əsasən, neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 31 saylı, 6 fevral 2017-ci il tarixli qərarının 3.3-cü bəndinə əsasən, quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı ilə şəxsi tikililər arasında minimum məsafə 300 metr olmalıdır. Elektrikötürücü xətləri ilə şəxsi tikililər arasında minimum məsafə 12-19 metr, mühafizə zonası isə 10-15 metr olmalıdır. Göründüyü kimi, sözügedən torpaq sahəsi üzərində inşa edilmiş özbaşına tikili nəinki minimum məsafə tələbini ödəyir, hətta qanunvericiliklə qadağan olunmasına baxmayaraq, mühafizə zonalarının daxilində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Xüsusilə vurğulamaq lazımdır ki, “X6 haqqında” Saziş əsasında neft-qaz əməliyyatlarını həyata keçirmək hüququnu əldə etdiyi andan Şirkət paralel olaraq Saziş ərazisi torpaqlarının qanunsuz zəbt edilməsinə və üzərində inşa edilmiş özbaşına tikililərə qarşı da daima mübarizə aparmış, qanunsuz tikililərin sökülməsi tələbi ilə bağlı aidiyyatı qurumlara müraciət etmişdir. Bunun nəticəsidir ki, bugünədək “X7” şirkəti tərəfindən Azərbaycan Respublikasının məhkəmələrinə qanunsuz tikililərin sökülməsi tələbi ilə bağlı minlərlə iddia ərizəsi təqdim olunmuşdur. Bununla yanaşı, Şirkət, onunla razılaşdırılmadan Saziş ərazisinin hüdudları daxilində kommunikasiya xətlərinin tikilibquraşdırılmasına və Saziş ərazisinin hüdudları daxilində inşa edilmiş özbaşına tikililərin işıq, təbii qaz, su və kanalizasiya ilə təmin olunmasına etiraz etməsi ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciətlər ünvanlamışdır. Bildirilmişdir ki, sözügedən qurumlar tərəfindən özbaşına tikililərə kommunal xidmətlərinin göstərilməsi, Şirkətin neft-qaz əməliyyatlarının həyata keçirilməsi üzrə beynəlxalq Saziş əsasında verilmiş hüquq və təminatlarının pozulmasına haqq qazandıra bilməz. Müvafiq tikilinin mövcudluğu şirkətin həmin ərazilərdə saziş əsasında öz üzərinə götürdüyü öhdəlikləri icra etməsinə birbaşa maneələr yaratdığından, bu halda İddiaçı qanuni gözləntilərindən söhbət açmaq özü-özlüyündə absurddur. İddiaçı tərəfindən Dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsi, zəbt olunaraq üzərində özbaşına tikili inşa edilməklə, Qanunvericiliyin müddəalarını pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-704/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərarı ilə ddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs “X7” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı) “torpaq sahəsinə dair çıxarışın və plan-ölçüsünün verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayəti verərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-704/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən ilk öncə Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına istinad edərək mülkiyyət hüququnun əsaslarına toxunmuşdur. Sonradan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən onlar tərəfindən təqdim edilən 20.04.1996-cı il tarixli, 28 saylı üzvlük biletini mülkiyyət sənədi kimi sayıldığını bildirmişdir. Daha sonra torpaq sahəsinin “X9” şirkətinin istifadəsinə verilən ərazinin daxilində yerləşdiyini, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X6 haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 29.04.2005-ci il tarixli Qanununa istinad edərək bildirmişdir ki, həmin qanun qüvvəyə mindikdən sonra əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və s. bu tipli sənədlərlə verilən hüquq və vəzifələr ləğv edilir, eyni zamanda həmin qanuna və ya sazişə uyğun gəlməyən qanunların, fərmanların yaxud inzibati sərəncamların Sazişdən üstün olmadığını əsaslandırır. Eyni yanaşma “X9” şirkətinin nümayəndəsinin iddiaya etirazında da öz əksini tapmışdır. 29.04.2005-ci il tarixli Qanun qüvvəyə mindikdən sonra əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və s. bu tipli sənədlərlə verilən hüquq və vəzifələr ləğv edilməlidir, eyni zamanda həmin qanuna və ya sazişə uyğun gəlməyən qanunlar, fərmanlar yaxud inzibati sərəncamlar Sazişdən üstün olmamalıdır. Təqdim edilən qanunla mülkiyyət sənədi sayılan 20.09.1996-cı il tarixli üzvlük bileti sözügedən qanun nəinki qüvvəyə mindikdən sonra, qəbul olunmamışdan əvvəl İddiaçı verilmişdir və həmin mülkiyyəti təsdiq edən sənəd nə fərmandır, nə inzibatı sərəncamdır, nə də hər hansı sazişlə verilən hüquq və vəzifələri bildirən sənədddir. Dəqiq və tamamilə həqiqəti əks etdirən məhkəmə araşdırması aparılmadığı qeyd edilmişdir. Əvvəllər bağçılıq təsərrüfatının üzvü olmuş şəxsə verilən torpaq sahəsi sonralar qəbul olunmuş qanunla məhdudlaşdırıla bilməz və sadəcə istifadəsinə verilmiş “X9” şirkətinin ərazisi olduğuna görə mülkiyyət sənədinin verilməsindən imtina oluna bilməz. 2005-ci il tarixli qanun qəbul olunana kimi həmin ərazidə bir çox torpaq sahəsi və fərdi yaşayış evlərinə çıxarışlar verilmişdir və təcrübədə “X9” şirkəti buna etiraz etməmişdir. Bu sahədə müəyyən məhkəmə təcrübəsi də vardır. Biz də hesab edirik ki, 2005-ci ilə kimi vətəndaşlara müəyyən mülkiyyət sənədləri əsasında onlara verilən daşınmaz əmlaklar çıxarışlarla təmin olunmalıdır. Bundan sonra əgər zərurət varsa həmin əmlaklar alınmaya məruz qalmalı və dövlət ehtiyacları üçün alınıb şirkətin istifadəsinə verilə bilər. Şirkətin istifadəsi dedikdə mübahisəli torpaq sahəsi ilə bağlı bildiririk ki, həmin torpağın yerləşdiyi ərazi hüdudlarında bir dənə də olsun neft quyusu yoxdur və həmin torpaqlar guya alınıb şirkətə verilsə belə şirkət orada heç bir neft hasilatı ilə məşğul olmayacaq. Qeyd edilən 0.05 ha torpaq sahəsindən ibarət bağ sahəsi üzvlük bileti alındığı tarixdən faktiki İddiaçı istifadəsində olmuşdur. Hazırda da torpaq sahəsindən istifadə edir. Torpağın yerləşdiyi ərazi qeyd edilən bağçılıq idarəsinə məxsus olmaqla, üzvlər arasında paylanılmış və hər tərəfdə fərdi yaşayış evləri inşa edilmişdir. Ətrafda faktiki olaraq boş sahə yoxdur. Hər kəs torpaq sahəsi üzərində ev tikərək mülkiyyət hüquqlarını qeydiyyata aldırmışlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7” Şirkətinin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan Binəqədineft” NQÇİ-nin “Məhsul” yoldaşlıq bağçılıq təsərrüfatının № 28 saylı üzvlük biletinin surətindən görünür ki, İddiaçı 20.02.1996-cı ildə üzv seçilib və ona 0.05 ha torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 22 oktyabr 2019-cu il tarixli imtina məktubda qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən “Məhsul” bağçılıq-yoldaşlıq təsərrüfatından üzvlərinin siyahısı və bölgü sxemi aşkar olunmamışdır. Həmçinin elektron kadastr məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktılndan kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“X9”) istifadəsinə verilmiş ərazilərdir. Bundan əlavə bağçılığa dair siyahı və bölgü sxemi barədə məlumat və sənəd surətlərinin idarəyə göndərilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahələri Azərbaycan Respublikasının 29.04.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırmək, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X6 haqqında” Sazişə əsasən “X10” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin sözügedən torpaq sahələri neft quyularının mühafizə zonasına aiddir. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 02.03.2021-ci il tarixli № **********53 saylı məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin müəyyənləşdirilməsi ilə bağlı İdarənin mühəndisinventarlaşdırıcısı X1 texniki baxışda iştirak etmişdir. Göstərilən 497,0 m2 olan torpaq sahəsi hasar daxilindədir. Torpaq sahəsinin üzərində 2- mərtəbəli fərdi yaşayış evi və həyət tikililəri mövcuddur. Torpaq sahəsinin bir hissəsi elektrik xəttinin mühafizəsində yerləşir. İdarənin elektron kadastr məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktılndan kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“X9”) istifadəsinə verilmiş ərazilərdir. Bundan əlavə bağçılığa dair siyahı və bölgü sxemi barədə məlumat və sənəd surətlərinin idarəyə göndərilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə tərəfimizdən göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahələri Azərbaycan Respublikasının 29.04.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasında Binəqədi, Qırmək, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X6 haqqında” Sazişə əsasən “X10” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin sözügedən torpaq sahələri neft quyularının mühafizə zonasına aiddir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən göndərilmiş 16 mart 2021-ci il № **********91 saylı məktubundan görünür ki, mütəxəssiz rəyinin təqdim edilməsi barədə müraciətə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılaraq mütəxəssiz tərəfindən rəy tərtib edilmişdir. Mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçmə işlərinin nəticəsi kameral şəraitdə elektron bazada araşdırılıb sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir). Mübahisələndirilən naturada koordinatları müəyyən edilmiş torpaq sahəsi "X7” Şirkətinin kontraktla istifadəsinə ayrılmış eləcə də Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sıan-şor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası işlənməsi və hasılatın pay bölgüsü haqqında” Saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. İşin birinci instansiya məhkəməsində araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı "Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən 0.05 ha torpaq sahəsinin istifadədə olduğunu qeyd edərək onun adına dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsində göstərilən halları təsdiq edən sübut qismində “Binəqədineft” NQÇİ-nin “Məhsul” yoldaşlıq bağçılıq təsərrüfatı tərəfindən 20.04.1996-cı il tarixdə verilmiş 28 saylı üzvlük biletinin surəti təqdim edilmişdir. Cavabdeh inzibati orqanın imtina əsasları 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən “Məhsul” bağçılıq-yoldaşlıq təsərrüfatından üzvlərinin siyahısı və bölgü sxemi aşkar olunmaması; torpaq sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“X9”) istifadəsinə verilmiş ərazilərdə yerləşməsi və torpaq sahəsinin neft quyularının mühafizə zonasına aid edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009- cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009- cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslıdır, belə ki, birinci instansiya məhkəməsi icraatı zamanı tərəflərin və məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmiş “X9” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsinin iştirakı ilə mütəxəssis tərəfindən torpaq sahəsinə yerində baxış zamanı torpaq sahəsinin "X7” Şirkətinin kontraktla istifadəsinə ayrılmış, eləcə də Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sıan-şor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası işlənməsi və hasılatın pay bölgüsü haqqında” Saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X6 haqqında" Saziş Azərbaycan Respublikasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə qanun statusunu almışdır. "X7” Şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsi olduğundan, sənaye təyinatlı torpaq sahəsi olduğundan və mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar olmadığından, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyildir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Beləliklə, məhkəmə kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-704/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-704/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2561/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2561/2021
01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver