Məhkəmə qərarları › İş №2-1(103)-2563/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2563/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2563/2025 04.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, üçüncü şəxs X17, üçüncü şəxsin nümayəndəsi (oğlu) X18 və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4057/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə iddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayış verilməsi” barədə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X9 (Baba Salman oğluna) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-926/2022 saylı, xx.xx.2022-cü il tarixli Qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4057/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1956/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2-1(103)-926/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən məhkəməyə ünvanlanan ərizədə qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazı Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X11 qarşı öhdəliyin icrası haqqında 2-1(112)-5434/2023 saylı iş üzrə mərhum X14 Azərbaycan SSR X28 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991 -ci tarixli, 21a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin mərhum X14 məxsusluğu haqqında arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə inzibati iş, Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin icraatında isə İddiaçı mərhum atam X14 Azərbaycan SSR X28 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinə “plan və ölçü sənədi”nin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə inzibati iş vardır. İddiaçı qeyd edir ki, hazırki iş və Nəriman Abıyevin icraatınızda olan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı X17 ilə İddiaçı arasında uzun müddətdir ki, mübahisə vardır və A.Mirzəyev İddiaçı mərhum atası Y.Əliyevə ayrılmış torpaq sahəsinin bir hissəsinin ona məxsus olduğunu iddia edir və həmin torpaq sahəsini özünün istifadəsində olan torpaq sahəsinə daxil etmək istəyir. X4 Rasim Yahya oğlunun mərhum atası Y.Əliyevə ayrılmış torpaq sahəsinin bir hissəsinə iddia etməsinin əsası qismində Bakı İnzibati Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2- 1(112)-4057/2021 saylı qərarına istinad edir. Belə ki, iddiaçı X17 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X9 (Baba Salman oğlu) məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2-1(112)-4057/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X9 (Baba Salman oğluna) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. X3 mütəmadi olaraq İddiaçı mərhum atası Y.Əliyevə ayrılmış torpaq sahəsinə gələrək orada olan tikililərin sökülməsini tələb edir, bəzi tikililəri qanunsuz olaraq sökür və İddiaçı torpaq sahəsindən çıxmasını tələb edir. A.Mirzəyev öz hərəkətlərini Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4057/2021 saylı qərarının icrasının təmin edilməsi istiqamətində olduğunu bildirir. Buna görə də hazırki ərizə ilə müraciət edilməsi zərurəti yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən hazırda icraatda olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X11 qarşı öhdəliyin icrası haqqında 2-1(112)- 5434/2023 saylı inzibati iş üzrə və Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin icraatında olan İddiaçı mərhum atası X14 Azərbaycan SSR X28 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinə “plan və ölçü sənədi”nin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair 2-1(112)-12456/2023 saylı inzibati iş üzrə qəbul olunacaq yekun məhkəmə aktları qanuni qüvvəyə minənədək Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4057/2021 saylı qərarının icrasının dayandırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsini xahiş edilmişdir.

5. Hazırki inzibati iş üzrə məhkəmə icraatı İddiaçı cavabdeh Bakı şəhər Xəzər Rayonu İcra Hakimiyyətinə qarşı “plan və ölçünün verilməsi” (cizginin verilməsi) tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-12456/2023 nömrəli iş üzrə icraat başa çatana kimi dayandırılmışdır.

6. İcraatın dayandırılmasına əsas olmuş hallar aradan qalxdıqdan sonra məhkəmə icraatı təzələnmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1838/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Xəzər rayon icra hakimiyyətinə qarşı iddia tələbi barədə iş üzrə icraata ərizənin geri götürülməsi ilə əlaqədar xitam verilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4057/2021 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma” barədə vəsatəti təmin edilməmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4057/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə iddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayış verilməsi” barədə iddia tələbi təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X9 (Baba Salman oğluna) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək X14 Azərbaycan SSR X28 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21 a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X12 adma dövlət qeydiyyatına alınması və X12 adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

10. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında 2-1(112)- 5434/2023 saylı iş üzrə mərhum X14 Azərbaycan SSR X28 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin mərhum X14 məxsusluğu haqqında arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 21A saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin mərhum X14 məxsusluğuna dair arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi olaraq dəyişdirilmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək X14 Azərbaycan SSR X28 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X12 adına dövlət qeydiyyatına alınmasını və X12 adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 saylı məktubla X14 Azərbaycan SSR X28 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991 -ci tarixli, 21 a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X12 adına dövlət qeydiyyatına alınmasını və X12 adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, aşağıda sadalananlara görə X14 Azərbaycan SSR X28 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X12 adına dövlət qeydiyyatına alınmasını və X12 adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən inzibati orqan olan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi imtina qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin nəzərinə çatdırıram ki, Azərbaycan SSR X28 Komitəsi' Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21a saylı əmri ilə X14 Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. X20 xx.xx.2019-cu ildə vəfat etmiş və İddiaçı Yəhya oğlu onun vərəsəsi kimi tanınmışdır. X1 Azərbaycan SSR X28 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991 -ci tarixli, 21a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinə çıxarış verilməsi zəruridir. Buna baxmayaraq həmin torpaq sahəsi üzərində X12 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə birlikdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə digər sənədlər də təqdim edilsə də, cavabdeh həmin sənədləri görməzdən gəlmiş və nəzərə almamışdır.

13. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin coğrafi mövqeyini göstərən təsdiqlənmiş yerləşmə cizgisi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edənlər sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

14. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 21A saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin mərhum X15 məxsusluğuna dair arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi tərəfindən torpaq sahəsinin coğrafi mövqeyini göstərən təsdiq edilmiş yerləşmə cizgisi təqdim edilməmişdir. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil1 **********29 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, İddiaçı ərizəçi X5 etibarnamə üzrə nümayəndəsi kimi qeyd olunan torpaq sahəsinə digər sənədlə müraciət etmişdir. Müraciətlə əlaqədar olaraq aparılmış araşdırma zamanı məlum olmuşdur ki, hüquq müəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 694,8 kv.m olsa da, faktiki olaraq 1229,0 kv.m-dir və qonşuya məxsus torpaq sahəsinin 281,0 kv.m hissəsi mişar daşı ilə hasarlanaraq ərizəçi tərəfindən istifadə edilir. Qeyd olunan hissəyə dair məhkəmə mübahisəsi mövcud olmuş və İdarəyə yekun məhkəmə aktı, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)-1956/22 saylı qərarı daxil olmuşdur. Müvafiq məhkəmə qərarına əsasən qeyd olunan hissəyə dair iddiaçı X10 iddiası təmin edilmişdir. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Türkan üzümçülük Sovxozunun ərazisidir. Bundan əlavə, texniki pasportla perimetrik ölçü və konfiqurasiya fərqi var. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

16. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X17 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.

18. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq əmrlə ayrılmış torpaq sahəsinin mərhuma məxsusluğu barədə arayışın verilməsini tələb edir. İş materiallarına əsasən müəyyən olunur ki, iddia olunan torpaq sahəsi ilə bağlı (bir hissədə) mübahisə mövcuddur. 31.Odur ki, torpaq sahəsinə dair səlahiyyətli qurum (hazırki halda yerli icra hakimiyyəti) tərəfindən təsdiq edilmiş yerləşmə cizgi aşkar edilmədiyindən məhkəmə hesab edir ki, torpaq sahələrinin ayrılması prosesi tamamlanmamışdır.

19. Beləliklə məhkəmə qeyd edilən normaların təhlilinə əsasən qeyd etmişdir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir.

20. Məhkəmə nəzərə almışdır ki, mərhum X16 ayrılmış torpaq sahəsinə dair cizgi mövcud deyildir. Lakin ayrılmış torpaq sahəsinin cizgisi səlahiyyətli qurum tərəfindən təsdiq edildiyi təqdirdə, iddiaçı eyni tələblə yenidən müraciət edə bilər.

21. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi Azərbaycan SSR X28 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Tiirkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21a saylı əmri ilə mərhum atam X14 ayrılmış, mərhum atama təhvil verilmiş onun sahiblik və istifadəsində olmuş, atam vəfat etdikdən sonra mənim sahiblik və istifadəmə keçmişdir. Qeyd edirəm ki, mərhum atama ayrılmış həmin torpaq sahəsi ayrıldığı zaman yerində tanıdılmış və hazırda da həmin yerlə bağlı əsaslı mübahisə mövcud deyildir. Lakin birinci instansiya məhkəməsi torpaq sahəsinə dair sənəd üzrə mübahisə olmamasını nəzərə almamış, iş üzrə cəlb edilmiş X10 heç bir sübuta əsaslanmayan mülahizəsinə istinad edərək guya torpaq sahəsinin bir hissəsi ilə bağlı mübahisə olması qənaətinə gəlmişdir. Lakin torpaq sahəsinin bir hissəsinə dair mübahisınin mövcudluğunu təsdiq edən sənədə istinad etməmişdir. Göründüyü kimi məhkəmənin torpaq sahəsinin bir hissəsinə dair mübahisənin mövcudluğu barədə gəldiyi qənaət yanlışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Üçüncü şəxs tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir.

d) Prosses iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh və iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin ştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 7. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. Hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. İcarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. Məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. Çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. Məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir.

30. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:

1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: - 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; - 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; - 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; - 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; - 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; - 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; - 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; - 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; - 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); - 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı; - 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Həmin Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: - 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; - 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; - 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; - 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1- dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); - 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; - 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

40. İş materiallarından göründüyü kimi, iddiaçının hüquqi marağı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 21A saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin mərhum X14 məxsusluğuna dair arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasından ibarətdir.

41. İddiaçı tələbinin faktiki əsası kimi, Azərbaycan SSR X28 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21a saylı əmrə istinad edir. Lakin hazırkı işin hallarına əsasən müəyyən edilir ki, torpaq sahəsinin coğrafi mövqeyini göstərən təsdiqlənmiş yerləşmə cizgisi təqdim edilməmişdir.

42. Eyni zamanda cavabdeh inzibati orqan imtinasında qeyd etmişdir ki, hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 694,8 kv.m olsa da, faktiki olaraq 1229,0 kv.m-dir və qonşuya məxsus torpaq sahəsinin 281,0 kv.m hissəsi mişar daşı ilə hasarlanaraq ərizəçi tərəfindən istifadə edilir. Qeyd olunan hissəyə dair məhkəmə mübahisəsi mövcud olmuş və İdarəyə yekun məhkəmə aktı, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)-1956/22 saylı qərarı daxil olmuşdur. Müvafiq məhkəmə qərarına əsasən qeyd olunan hissəyə dair iddiaçı X10 iddiası təmin edilmişdir. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Türkan üzümçülük Sovxozunun ərazisidir. Bundan əlavə, texniki pasportla perimetrik ölçü və konfiqurasiya fərqi var.

43. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinası ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

44. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

45. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

46. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır

47. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ilk öncə iddiaçının hazırkı iddia ilə bağlı istinad etdiyi sənədlər tam və hərtərəfli araşdırılmalı və onlara hüquqi qiymət verilməlidir.

48. Şübhəsiz ki, həmin sənədlərin arasında ən önəmlisi və hüquq münasibətlərinin yaranmasına səbəb olmuş, Azərbaycan SSR X28 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21a saylı Əmridir.

49. Həmin Əmrdə deyilir ki, “Azərbaycan Respublikası Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 63 nömrəli qərarına əsasən, Türkan qəsəbəsində və Bakı şəhərinin müxtəlif rayonlarında yaşayan özlərinə məxsus fərdi evi və həyətyanı sahəsi olmayan, Türkan üzümçülük sovxozunda işləyən fəhlə və qulluqçuların hər birinə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır.”

50. Əmrdə göstərilmişdir ki, “X14 fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsinin ölçülüb verilməsi R.vəliyev, C.Rzaquliyeva həvalə edilsin”

51. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, sözügedən X6 fərdi evin tikintisi üçün 0,10 hektar torpaq sahəsinin Türkan qəsəbəsinin harasında ayrılması göstərilməmiş, sadəcə Türkan qəsəbəsi yazılmış, yəni hər hansı bir ünvan (küçə, döngə, dalan) ümumiyyətlə qeyd edilməmişdir.

52. Bununla yanaşı həmin sərəncamla 0,10 hektar torpaq sahəsinin ayrılmasına dair ayrıc aktı və ya digər heç bir texniki sənəd mövcud deyildir.

53. Eyni zamanda qeyd edilməlidir ki, hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 694,8 kv.m olsa da, faktiki olaraq 1229,0 kv.m-dir və qonşuya məxsus torpaq sahəsinin 281,0 kv.m hissəsi mişar daşı ilə hasarlanmışdır.

54. Beləliklə, iddiaçının torpaq sahəsi ilə bağlı, torpaq sahəsinin yerləşdiyi ünvana dair heç bir qeyd olmayan məlum əmrdən başqa hər hansı bir mötəbər sənədi yoxdur.

55. Eyni zamanda iddiaçı tərəfindən öz adına Azərbaycan SSR X28 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21a saylı əmrindən saxta çıxarış məhkəməyə təqdim edilmişdir.

56. Belə ki, iş materiallarında olan ********* nömrəli cinayət işinə dair xx.xx.2025-ci il tarixli ittiham aktında qeyd edilmişdir ki, ittiham elan edilməsi üçün əsas verən kifayət qədər sübutlar məcmusu olduğundan təqsirləndirilir ondan ötrü ki, İddiaçı Yəhya oğlu, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlatdırıb biləbilə saxta sənədlərdən istifadə etmiş, həmçinin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, İddiaçı tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifade etmə və aldatma yolu ilə xeyli miqdarda ələ keçirmək məqsədi ilə 2009-cu ilin yay aylarında atası X12 hələ sağ ikən yaşadığı ünvan 2 ünvanının arxasındakı onların adına qeydiyyatda olduğunu təsdiq edən heç bir rəsmi sənədi olmayan 0,03 hektara yaxın torpaq sahəsini İçərisindəki qarajla birlikdə avtomobil yuma obyekti kimi düzəldib istifadə etməsi üçün tanışı X7 pulu olduqda hissə-hissə ödəməsi şərtilə 12.000 manat məbləğində pul müqabilində satmağa razılaşaraq həmin torpaq sahəsini qarajla birlikdə Ruslan Qurbanovun istifadəsinə verdiyini bilib, atası Yəhya Əliyev 01 avqust 2019-cu il tarixdə vəfat etdikdən sonra İddiaçı həmin torpaq sahəsinin və üzərində tikilmiş qarajın rəsmi hüquq verən sənədinin olmadığını öyrənib bilən X7 mərhum atası ilə razılaşdıqları 12.000 manat məbləğində pulu ona hissə-hissə olmaqla verdiyi halda qeyd olunan topaq sahəsinin mənsubiyyəti ilə bağlı qonşusu X17 ilə aralarındakı mülki mübahisəni məhkəmə orqanlarında öz xeyrinə həll etdirəcəyinə və həmin torpaq sahəsini içərisindəki qarajla birlikdə onun adına rəsmiləşdirib Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri X8 adına Qeydiyyat Şəhadətnaməsi alıb verəcəyinə dair yalan vədlər verib inandıraraq aldatmaqla razılaşdıqdan sonra, Ruslan Qurbanovdan hissə-hissə olmaqla istintaqla dəqiq tarixlərini və verildiyi ünvanı dəqiqləşdirmək mümkün olmayan vaxtlarda 01 avqust 2019-cu il tarixdən xx.xx.2024-cü tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə cəmi 11.000 manat məbləğində pul almış, sənədləşmənin aparılmasının bir neçə il süründüyünü görən R.Qurbanov pulunu geri qaytarmağı tələb etdikdə İddiaçı onu bir daha inandırmaq məqsədi ilə istintaqla dəqiq tarixin müəyyən etmək mümkün olmadığı vaxtda və şəxsiyyətini müəyyən etmək mümkün olmayan mənbədən əldə etdiyi Abşeron rayon Türkan üzümçülük sovxozunun həmkarlar təşkilatını xx.xx.1991-ci il tarixli iclas protokolundan çıxarış və direktorun imzası əsasında hazırlandığı göstərilən 15 aprel 1991ci il tarixli 21a nömrəli rəsmi hüquq verən sənəd olan əmrinin üzərində düzəliş və əlavələr olunaraq məzmununu saxtalaşdırmaqla Azərbaycan Respublikası Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli 63 nömrəli qərarına əsasən Türkan üzümçülük sovxozunda işləyən şəxslərin siyahısı yazılan hissədə 10-cu sırada öz adını, yəni "İddiaçı Yəhya oğlu yazdırmaqla öz adına Türkan qəsəbəsində və Bakı şəhərinin müxtəlif rayonlarına yaşayan özlərinə məxsus fərdi evi və həyətyanı torpaq sahəsi olmayan, Türkan üzümçülük sovxozunda işləyən fəhlə və qulluqçuların hər birinə Abşeron rayon Türkan üzümçülük sovxozun ərazisindən fərdi ev tikmək üçün 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmasına dair ünvan 3 ünvanına İddiaçı Yəhya oğlunun adına göndərildiyi qeyd olunan Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli F-986 nömrəli arxiv sənədinin istifadə etmək məqsədi ilə saxta ksereosurətini hazırlatdırmış, həmin başqasına məxsus torpaq sahəsinin ona ayrılması barədə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlatmaqla saxtalaşdırdığı ksereosuret arxiv sənədini xx.xx.2024cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən 25 saylı Notariat Ofisinin qarşısında X7 təqdim etməklə bilə-bilə həmin saxta sənəddən istifadə etməklə, eyni zamanda Türkan üzümçülük sovxozu ərazisində yerləşən həmin 0,10 ha torpaq sahəsinin 281 kv.metr hissəsinin üzərində istifadə, sahiblik və sərəncam hüququnun 99 il müddətinə ona verdiyini deyib aldatmaqla və rəsmi hüquq verdiyini göstərməklə qanunsuz hazırlatdınb məzmununu saxtalaşdırdığı ksereosurət xx.xx.2021-ci il tarixli F-986 nömrəli arxiv sənədini xx.xx.2024-cü il tarixdə 25 saylı Notariat Ofisinə təqdim edib həmin tarixdə öz adından R.Qurbanova xx.xx.2024-cü il tarixli AR-İİİ 439190 nömrəli mülki Etibarnamə verərək bilə-bilə saxta sənəddən istifadə edib, yenidən torpaq sahəsini ona satdığına inandırıb təkrar yalan vəd verərək aldadıb bir daha etibarını qazanmaqla X13 rayonu Türkan qəsəbəsində eyni niyyətlə əlavə 800 manat məbləğində pul alıb özünün şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədlərə əməl etməyib etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlatdırıb biləbilə saxta sənədlərdən istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxs X7 ümumilikdə 11.800 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

57. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi təqdim etdiyi əmrdən çıxarış istifadə məqsədilə iddiaçı tərəfindən saxtalaşdırılmışdır.

58. Həmçinin, məhkəmə kollegiyası iddiaçı tərəfindən mişar daşı ilə hasarlanmış qonşuya məxsus 281,0 kv.m torpaq sahəsi ilə bağlı qeyd edir ki, iddia olunan torpaq sahəsi və onun üzərindəki qarajın üçüncü şəxs X10 istifadəsi və sahibliyində olması iş materialları və məhkəmə qərarları ilə sübuta yetirilmişdir.

59. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4057/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə iddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayış verilməsi” barədə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X9 (Baba Salman oğluna) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-926/2022 saylı, xx.xx.2022-cü il tarixli Qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4057/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1956/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2-1(103)-926/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

60. Göründüyü kimi, mübahisələndirilən 281 kv.m torpaq sahəsi üçüncü şəxsin atası X9 məxsus olmuş, sonuncunun vəfatından sonra üçüncü şəxs X11 miras qalmışdır.

61. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun olmuş, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib olmuş, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

62. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq qeyd edilən qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

63. Beləliklə, mənzilin üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının həmin mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni olmuşdur.

64. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

65. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar