Məhkəmə qərarları › İş №2-1(103)-2564/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2564/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2564/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X6 və X4 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-894/2025 saylı 18 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsi verilməsi üçün təqdim edilən döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) ya orqanlara döyüş əməliyyatlarında iştirak etmək, yəni döyüş əməliyyatlarının icrası təşkilini və ya bu əməliyyatlara rəhbərliyi həyata keçirmək, döyüş tapşırığının və döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növü üzrə tapşırıqların (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat tibbi təminat) yerinə yetirilməsi üçün ezam olunmuş mülki şəxs barədə Arayış-Məlumata əsasən: Hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə; Soyadı, adı, atasının adı: İddiaçı; Rütbəsi: mülki işçi; Vəzifəsi: N nömrəli hərbi hissənin texnoloji layihələndirmə şöbəsinin mühəndis proqramlaşdırıcısı; Ezam olunduğu hərbi hissə: N nömrəli hərbi hissə, N nömrəli hərbi hissə; Ezam olunduğu hərbi hissələrə daxil olması ve çıxması (nizami hissə üzrə əmrlərin nömrəsi və tarixləri): N nömrəli hərbi hissə №244 xx.xx.2020. №246 xx.xx.2020, N nömrəli hərbi hissə №355 xx.xx.2020. №358 xx.xx.2020; Ezamiyyət vəsiqəsində aparılan qeydlər (hərbi hissələr, daxil olması və çıxması tarixi göstərilməklə): N nömrəli hərbi hissə, xx.xx.2020-xx.xx.2020, N nömrəli hərbi hissə xx.xx.2020-xx.xx.2020; Ezam olunmasının səbəbi və məqsədi, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): Maddi-texniki təminatı üzrə tapşırıqları verinə yetirmək, döyüş əməliyyatları aparılan ərazilərdə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə silah texnikalarının (S-300 zenit-raket kompleksi tərkibində 64N6 tipli müşavət radiolokasiya stansiyasının, "KOLÇUQA" tipli radiotexniki kəşfiyyat kompleksinin bərpası və Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları istiqamətlərində düşmənin radiolokasiva və zenit-raket vasitələrinin aşkar edilməsi imkanlarının artırılması, daimi döyüşə hazır vəziyyətdə saxlanması, təmin edilməsi; Hansı ərazilərə ezam olunub (ezamiyyət vəsiqəsi əsasında): Mingəçevir şəhəri, Şamaxı. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2018-ci il tarixli, 38 nömrəli Əmrindən 1 nömrəli Çıxarışa əsasən İddiaçı 19 fevral 2018-ci il tarixdən texnoloji layihələndirmə şöbəsinin 12-ci dərəcəli mühəndis-proqramlaşdırıcısı vəzifəsinə (vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq) N (üç) ay sınaq müddəti ilə işə qəbul edilmişdir. Əsas: İddiaçı ərizəsi və 308 №-li xx.xx.2018-ci il tarixli əmək müqaviləsi. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 238 nömrəli Əmrindən 2 nömrəli Çıxarışa əsasən N oktyabr 2020-ci il tarixdə getmiş hesab edilsinlər:

4. İddiaçı texnoloji layihələndirmə şöbəsinin mühəndis proqramlaşdırıcısı N nömrəli hərbi hissənin X3 istehsalat zərurəti ilə əlaqədar 5 (beş) gün müddətinə, ezamiyyətə Əsas: hərbi hissə komandirinin istehsalat üzrə müavini, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsinin rəisi polkovnik-leytenant O.S.Qəribovun xx.xx.2020 raportu. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 239 nömrəli Əmrindən 1 nömrəli Çıxarışa əsasən N oktyabr 2020-ci il tarixdə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər:

4. İddiaçı, texnoloji layihələndirmə şöbəsinin mühəndis proqramlaşdırıcısı, N nömrəli hərbi hissənin X1 ezamiyyətdən. Əsas: xx.xx.2020-ci il tarixli 1156 nömrəli ezamiyyət vəsiqəsi. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 239 nömrəli Əmrindən 2 nömrəli Çıxarışa əsasən N oktyabr 2020-ci il tarixdə getmiş hesab edilsinlər:

1. İddiaçı, texnoloji layihələndirmə şöbəsinin mühəndis proqramlaşdırıcısı, istehsalat zərurəti ilə əlaqədar, N nömrəli hərbi hissəyə, N (üç) gün müddətinə, ezamiyyətə. Əsas: hərbi hissənin komandirinin istehsalat üzrə müavini, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsinin rəisi polkovnik-leytenant O.S.Qəribovun xx.xx.2020 raportu. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 242 nömrəli Əmrindən 2 nömrəli Çıxarışa əsasən N oktyabr 2020-ci il tarixdə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər:

1. İddiaçı, texnoloji layihələndirmə şöbəsinin mühəndis proqramlaşdırcısı, N nömrəli hərbi hissədən, ezamiyyətdən. Əsas: xx.xx.2020-ci il tarixli 1158 nömrəli ezamiyyət vəsiqəsi. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 244 nömrəli Əmrindən 3 nömrəli Çıxarışa əsasən mülki işçi İddiaçı N nömrəli hərbi hissədən radioelektron mübarizə qovşağının radiotexniki kəşfiyyat bölməsində (Şamaxı rayonu) olan texnikaları təmir etmək məqsədilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezamiyyətə gəlmiş hesab edilmişdir. Əsas: Hərbi qulluqçuların ezamiyyət vəsiqələri. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 246 nömrəli Əmrindən 6 nömrəli Çıxarışa əsasən mülki işçi İddiaçı ezamiyyət müddəti başa çatdığına görə xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissəyə qayıtmış hesab edilmişdir. Əsas: Hərbi qulluqçuların ezamiyyət vəsiqələri. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 358 nömrəli Əmrindən 10 nömrəli Çıxarışa əsasən N nömrəli hərbi hissənin (Bakı şəhəri) mülki işçisi İddiaçı N oktyabr 2020-ci il tarixdə getmiş hesab edilmişdir. Əsas: xx.xx.2020-ci il tarixli 1158 nömrəli ezamiyyət vəsiqəsi. İddiaçı məxsus Ezamiyyət vəsiqələri iş materiallarına əlavə edilmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbi təmin olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılmışdır. Məlumat üçün bildirilir ki, təqdim olunmuş arayış-məlumatın 9-cu bəndində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən mülki işçi İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən halhazıradək N №-li hərbi hissədə texnoloji layihələndirmə şöbəsinin mühəndisproqramlaşdırıcı vəzifəsində işləyir. 44 günlük Vətən Müharibəsi vaxtı iddiaçı xx.xx.2020-ci il tarixdən N gün müddətinə N №-li hərbi hissədə, xx.xx.2020-ci il tarixdən N gün müddətinə N №-li hərbi hissədə X9 Mərkəzində xidməti ezamiyyətdə olmuşdur. Ezamiyyət zamanı yerinə yetirdiyi tapşırıqlar maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmək, döyüş əməliyyatları aparılan ərazilərdə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri texnikalarının (S-300 zenit-raket kompleksi tərkibində 64N6 tipli müşayiət radiolokasiya stansiyasının, "KOLCUQA" tipli radiotexniki kəşfiyyat kompleksinin bərpası və Fizuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlan istiqamətlərində düşmənin radiolokasiya və zenit raket vasitələrinin aşkar edilməsi imkanlarının artırılması, daimi döyüşə hazır vəziyyətdə saxlanılmasının təmin edilməsindən ibarət olmuşdur. Lakin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. İmtina cavabı onunla əsaslandırılmışdır ki, təqdim olunmuş arayış-məlumatın 9-cu bəndində olan qeydləri və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən mülki işçi İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. İddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur. İmtina əsassız və qanunsuz olmaqla yanaşı formaldır. Belə ki, cavabdehin imtina cavabında xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər ifadəsi işlənilir. Bu da onu göstərir ki, iddiaçının ərizəsinə baxılmamış, ərizə üzrə araşdırma aparılmamış və formal cavab vermişdir. İddiaçı hesab edir ki, onun adı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün AR Müdafiə Nazirliyi tərəfindən AR Nazirlər Kabinetinə göndərilən müvafiq siyahıya daxil edilməlidir.

Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Cavabdeh hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, təqdim olunmuş arayış məlumatın 9-cu bəndində olan qeydlərə və 27 sentyabr 2020-ci tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən mülki işçi İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-894/2025 saylı 18 mart 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Apellyasiya şikayətinə əlavəda qeyd edilmişdir ki, iddiaçının döyüş əməliyyatları aparılan ərazilərdə hər hansı təminat növü üzrə tapşırıqları və ya digər ərazilərdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi təsdiq olunmur. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur.

Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Bu səbəbdən iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun “təqdim olunmuş arayış-məlumatın 9-cu bəndində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlməməsi” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının faktiki vəziyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlməsinə istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1ci hissəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndinə əsasən 2020ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir:

1. Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii)

2. həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olubolmaması. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı (N nömrəli hərbi hissənin texnoloji layihələndirmə şöbəsinin mühəndisi proqramlaşdırıcısı mülki işçi İddiaçı) N oktyabr 2020-ci il tarixdən N oktyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissəyə məxsus “KOLÇUQA” tipli radiotexniki kəşfiyyat stansiyasında aşkar olunan nasazlıqları aradan qaldırmış, texnikanı texniki cəhətdən saz, döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirmiş və göstərilən tarixlərdə texnikanın saz vəziyyətdə işləməsini təmin etmiş, göstərilən işlərin həyata keçirilməsi nəticəsində N nömrəli hərbi hissənin radiotexniki kəşfiyyat mərkəzinin Fizuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları istiqamətlərində düşmənin radiolokasiya və zenit-raket vasitələrinin aşkar edilməsi imkanları artırılmış, onların məhv edilməsi məqsədi ilə pilotsuz uçuş aparatlarının yönəldilməsinin dəqiqliyini artırmışdır (“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək N nömrəli hərbi hissənin mülki işçiləri tərəfindən N nömrəli hərbi hissənin Şamaxı rayonu Qızmeydan yaşayış məntəqəsində “KOLÇUQA” tipli radiotexniki kəşfiyyat stansiyasında yaranmış nasazlıqların aradan qaldırılması və texnikanın döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsi haqqında” N nömrəli hərbi hissənin komandiri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 3831 nömrəli Akta əsasən). İddiaçı (N nömrəli hərbi hissənin texnoloji layihələndirmə şöbəsinin mühəndis proqramlaşdırıcısı mülki işçi İddiaçı) N oktyabr 2020-ci il tarixdən N oktyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam olunmuş N nömrəli hərbi hissəyə məxsus S-300 PMU-2 divizionlar qrupunun komanda məntəqəsinin tərkibində olan 64N6 hədəfləri aşkaretmə radiolokasiya stansiyasının antenasının fırlanma sistemində aşkar olunan nasazlıqların aradan qaldırılmasında, texnikanın döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsində və göstərilən tarixlərdə texnikanın saz vəziyyətdə işləməsini təmin etməsində köməklik göstərmişdir. Göstərilən işlərin keçirilməsi nəticəsində S-300 PMU-2 divizionlar qrupunun Mingeçevir şəhərinin, Mingeçevir su anbarının, Mingeçevir istilik elektrik stansiyasının düşmənin ballistik raketlərə qarşı müdafiə imkanları artmışdır (“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020- ci il sentyabrın 27-dən noyabrın 10-dək gedən döyüş əməliyyatları müddətində N nömrəli hərbi hissənin mülki işçiləri tərəfindən N nömrəli hərbi hissəyə ezam olunmuş N nömrəli hərbi hissəyə məxsus $-300 PMU-2 divizionlar qrupunun komanda məntəqəsinin tərkibində olan 64N6 tipli hədəf aşkaretmə radiolokasiya stansiyasında yaranmış nasazlıqların aradan qaldırılmasına və texnikaların döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirilməsində köməklik göstərilməsi haqqında” N nömrəli hərbi hissə komandiri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3977 nömrəli Akta əsasən). Qeyd edilən halları təsdiqləyən Ezamiyyət Vəsiqələri, 939, N və N nömrəli hərbi hissə komandirlərinin əmrləri də iş materiallarına əlavə edilmişdir (bax: bənd 12-20). Birinci instansiya qeyd etmişdi ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm dədigər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Odur ki, məhkəmə hesab etmişdir ki, İddiaçı N nömrəli hərbi hissəyə ezam olunduğu N oktyabr 2020-ci il tarixdən N oktyabr 2020-ci il tarixədək olan dövrdə və N nömrəli hərbi hissəyə ezam olunduğu N oktyabr 2020-ci il tarixdən N oktyabr 2020-ci il tarixədək olan dövrdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. Belə olan təqdirdə iddiaçının faktiki vəziyyəti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlir. Məhkəmə kollegiyası onu da qeyd etməyi vacib sayır ki, 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X1, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda “Müharibə veteranı” adı və vəsiqəsi verilir. Nəzərə almaq lazımdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının mövqeyi də belə olmuşdur. (2-1(102)-1715/2025 saylı, 24 iyul 2025-ci il tarixli qərar) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Odur ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-894/2025 saylı 18 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-894/2025 saylı 18 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar