Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2567/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, İddiaçı vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5209/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi İşin halları 1.İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1946-cı il təvəllüdlüdür.
2. İddiaçı adına 26 avqust 1973-cü il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, İddiaçı: -xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Nizami kinoteatrında administrator; -xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək X3 təbliğat bürosunun Azərbaycan şöbəsində təşkilatçı rejissor; -xx.xx.1975-ci il tarixdən Azərbaycan SSR Radio və televiziya komitəsində rejissor köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1975-ci il tarixdə İİ dərəcli rejissor assistenti vəzifəsinə keçirilmiş, xx.xx.1976-cı il tarixdə İ dərəcəli rejissor assistenti vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu il tarixdə İİİ dərəcəli rejissor vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixdə televiziyanın “Üfuq” yaradıcılıq birliyinə İİ dərəcəli rejissor vəzifəsinə keçirilmiş və xx.xx.2005-ci il tarixdə işdən azad edilmiş; -xx.xx.2005-ci il tarixdə Azərbaycan Teleradio Verilişləri QSC-də “Uşaq, Gənclər və İdman” redaksiyasının “Uşaq” şöbəsinə İ dərəcəli rejissor vəzifəsinə təyin edilmiş, xx.xx.2006-cı il tarixdə televiziyanın “Uşaq verilişləri” baş redaksiyasına İ dərəcəli rejissor keçirilmiş və xx.xx.2008-ci il tarixdən işdən azad edilmişdir. 3.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2022-ci il tarixli məktubuna əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ittifaq-respublika orqanı olması, Əsasnamənin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərabər statusunda olması qənaətinə gəlinir. Bu səbəbdən də müraciətdə qeyd edilən vəzifələrinin uyğunlaşdırılmasının Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarına dəyişiklik edilməsi yolu ilə həlli məqsədə uyğun hesab edilir. 4.Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 13 iyul 2022-ci il tarixili məktubuna əsasən, “Azərbaycan Respublikasının X8 pulik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 680 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X8 publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.1-ci yarımbəndinə əsasən dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək X4 vəzifələrinə aid edilmişdir. Bu səbəbdən də məktubda qaldırılan məsələyə X4 habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi əsasında baxılması məqsədəuyğundur. 5.Azərbaycan Respublikası X4 14 iyul 2022-ci il tarixli məktubuna əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən, Komitə ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən Komitə respublika televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisə Azərbaycan televiziya mərkəzi, Naxçıvan Muxtar SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, X9 Vilayəti İcraiyyə Komitəsinin Radio Verilişləri Komitəsi, şəhər və rayon yayım idarələri, tabeliyində olan müəssisə, təşkilat və digər qurumlar vasitəsilə rəhbərlik etmişdir. Həmin Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmişdir. Sözügedən əlavəyə əsasən X5 (Planmaliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsas tikinti şöbəsi, İkinci şöbə) Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilat Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, Azərbaycan televiziyası və Azərbaycan radiosu, o cümlədən yuxarıda adıçəkilən digər qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin komitənin vahid sistemini təşkil etdiyi və həmin qurumlar bilavasitə Komitənin funksiyalarının icrasını təmin etdiyi üçün sözügedən qurumlarda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, operator, diktor, filmoteka müdiri və s. vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına etiraz olunmur. 6.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 iyul 2022-ci il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə "X6" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibatı və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı təsdiq edilmişdir. Həmin Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması isə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsi, həmin Qanunun 7-ci maddəsinə əsasən, dövlət orqanı isə Azərbaycan Respublikasının qanunvencilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Bildirilir ki, keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il 10 may tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnaməsinin 1-ci hissəsinə əsasən, Komitə ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsi və həmin Əsasnaməyə 10 may 1971-ci il tarixli 2 saylı əlavəyə görə Azərbaycan Televiziya və X10 yanında təsərrüfat hesablı müəssisə kimi yaradılmışdır. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin 2.2-ci bəndində müəyyən edilmişdir ki, pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış "2020-2022-ci illər üçün Baş Kollektiv Saziş”də pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərinin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırmanın, eləcə də bu sahədə maliyyə dayanıqlılığının təmin edilməsi üçün təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi əsas vəzifələr olaraq müəyyən edilmişdir. Bu səbəbədən də keçmiş Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin yanında fəaliyyət göstərən Azərbaycan Televiziya və Radio Mərkəzinin işçilərinin vəzifələrinin mövcud dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması məqsədəmüvafiq hesab olunmamışdır. 7.Azərbaycan Televiziya və Radio verilişləri QSC-in xx.xx.2024-cü il tarixli 02/22-34 saylı arayışına əsasən, 1989-1991-ci illər ərzində Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində rejissor vəzifəsində işləmiş İddiaçı 1989-cu il oktyabr ayından 1991ci ilin noyabr ayınadək hesablanmış əmək haqqı və qonorar haqqı 8444,52 rubl olmuşdur. 8.Azərbaycan Respublikası X4 xx.xx.2024-cü il tarixli 9-3\2-2676/2024 saylı məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “X6” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1975-1991-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi və ya Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor assistenti və rejissor vəzifələrində iş müddətilə bağlı bildirilir ki, həmin illərdə adıçəkilən orqanın strukturunu müəyyən edən sənədlər Mərkəzdə mövcud olmadığından məsələyə dair rəy vermək mümkün olmamışdır. Bununla belə bildirilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 26 iyun 1985-ci il tarixli 211 nömrəli Qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən, Komitə ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən, Komitə respublikada televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisə - Azərbaycan teleradio mərkəzi, Naxçıvan Muxtar SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, X9 Vilayəti İcraiyyə Komitəsinin Radio Verilişləri Komitəsi, şəhər və rayon yayım idarələri, tabeliyində olan müəssisə, təşkilat və digər qurumlar vasitəsilə rəhbərlik etmişdir. Həmin Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmişdir. Sözügedən Əlavəyə əsasən X5 (Planmaliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar və xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, Ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsaslı tikinti şöbəsi, İkinci şöbə), Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilatlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən Siyahının 1.16-cı bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında və 1.15-ci bəndində Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılsa da, həmin bəndlərdə rejissor köməkçisi, rejissor assistenti və rejissor vəzifələri nəzərdə tutulmamışdır. 9.Azərbaycan Televiziya və Radio verilişləri QSC-in xx.xx.2024-cü il tarixli 13-6/2- 208/24 saylı məktubuna əsasən; İddiaçı xx.xx.1975-ci ildə “Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Verilişləri Komitəsi”nə rejissor köməkçisi vəzifəsinə işə qəbul olunub. (Əmr № 12 k; xx.xx.1975) xx.xx.1975-ci il 2-ci kateqoriyalı rejissor assistenti vəzifəsinə keçirilib. (Əmr № 111 k; xx.xx.1975) xx.xx.1976-cı il Tarifləşdirmə komissiyasının qərarı ilə “Gənclik” baş redaksiyasına 1ci kateqoriyalı rejissor assistenti vəzifəsinə keçirilib.( Əmr № 89 k; xx.xx.1976) xx.xx.1986-cı il “İnformasiya Proqramları”nın rejissorlar qrupuna 1-ci kateqoriyalı rejissor assistenti vəzifəsinə keçirilib. (Əmr № 147 k/l xx.xx.1986) xx.xx.1989-cu il Tarifləşdirmə komissiyasının qərarı ilə 3-cü kateqoriyalı rejissor vəzifəsinə keçirilib.( Əmr № 62 k/l; xx.xx.1989) xx.xx.1991-ci il “Təbliğat” redaksiyasının Rejissorlar qrupuna 3-cü kateqoriyalı rejissor vəzifəsinə keçirilib. (Əmr № 15 k/l; xx.xx.1991) xx.xx.1991-ci il tarixdən “Azərbaycan SSR X1 Komitəsi” hüquqi şəxs kimi ləğv edilməsi ilə əlaqədar “Azərbaycan X1 Şirkəti” yaradılıb. (Əmr № 25; xx.xx.1991) 10.1991-ci il Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinə işdən azad olunub.(Əmr № 222 k/l; xx.xx.1991) xx.xx.1992-ci il “Azərbaycan X1 Şirkəti”nin “Üfüq” Yaradıcılıq Birliyinə 2-ci kateqoriyalı rejissor vəzifəsinə işə qəbul olunub. (Əmr № 114 k/l; xx.xx.1992) 01 iyun 1994-cü ildən Tarifləşdirmə komissiyasının qərarı ilə tarixindən televiziyaya 1ci dərəcəli rejissor vəzifəsinə təyin olunub. (Əmr № 441 k/l; xx.xx.1994; protokol № 01) xx.xx.2005-ci il Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci bəndinin “a” bəndinə əsasən (müəssisənin ləğvi ilə əlaqədar) işdən azad edilib. (Əmr № 053 k/i; xx.xx.2005) xx.xx.2005-ci il "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Uşaq,Gənclər və İdman” proqramları redaksiyasının “Uşaq” verilişləri şöbəsinə 1-ci dərəcəli rejissor vəzifəsinə işə qəbul olunub.(Əmr № 006 k/d; xx.xx.2005) xx.xx.2006-cı ildən televiziyanın “Uşaq verilişləri” baş redaksiyasına 1-ci dərəcəli rejissor vəzifəsinə keçirilib.( Əmr № 258 k/d; xx.xx.2006) xx.xx.2007-ci ildə Televiziyanın “Uşaq və Gənclər” baş redaksiyasına 1-ci kateqoriyalı rejissor vəzifəsinə keçirilib. (Əmr №11; xx.xx.2007) xx.xx.2008-ci il Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) işdən azad edilib. (Əmr № 156 k/d; xx.xx.2008) 10.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən, iddiaçılar İddiaçı və başqalarının cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı “ayrı-ayrı vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və dövlət qulluqçusu kimi pensiyalarının yenidən hesablanması” tələbinə dair iddianın mümkün sayılmaması barədə nəticə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işlədiyi rejissor vəzifəsinin dövlət qulluqçusu vəzifəsinə uyğun olduğunu nəzərə alaraq ona dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17565/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərardadına əsasən, iş üzrə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
13. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində 1975-ci ilin yanvar ayından 1991-ci ilin oktyabr ayınadək Televiziyada rejissor köməkçisi, rejissor assistenti (İİ, İ dərəcəli) və rejissor (İİİ, İİ dərəcəli) vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
14. İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, iddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini arzulayır və bu halı onunla əsaslandırır ki, onun işlədiyi rejissor köməkçisi, rejissor assistenti və rejissor vəzifələri dövlət qulluğuna aiddir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Dövlət Televiziya və Radio Yayımları Komitəsində işlədiyi vəzifənin dövlət qulluğu hesab olunmasını və onun dövlət qulluqçusu kimi pensiya təminatının həyata keçirilməsini iddia edir. “X6” Qanunun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əlavə hüququna əmək pensiyası yasına çatmış və ya bu yasa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları malikdirlər (Azərbavcan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). İddiaçının Dövlət Televiziya və Radio Yayımları Komitəsində işlədiyi dövrün bir hissəsi 18 oktyabr 1991-ci il tarixdən əvvəlki dövrlərə aiddir və bu qəbildən olan vəzifələrin uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş (bundan sonra Fərman) “X6” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” (bundan sonra Uyğunlaşdırma Siyahısı) ilə müəyyən edilir. Lakin, iddiaçının işlədiyi vəzifə və işlədiyi qurumda nəzərdə tutulan digər vəzifələr müvafiq siyahıda nəzərdə tutulmamışdır. Qeyd olunmalıdır ki, iddiaçının işlədiyi vəzifə həmin Qərarla təsdiq edilmiş siyahıya daxil olmadığından hazırda mübahisə edilən məsələ ilə bağlı uyğunlaşdırmanın aparılması müvafiq Qərarda dəyişikliyin edilməsi ilə mümkün ola bilər ki, bu da Nazirlər Kabinetinin səlahiyyətinə aid məsələdir. Nazirlər Kabineti tərəfindən 16 yanvar 2008-ci il tarixli 5 nömrəli, 5 sentyabr 2008-ci il tarixli 203 nömrəli, 24 yanvar 2012-ci il tarixli 14 nömrəli, 04 aprel 2017-ci il tarixli 121 nömrəli, 29 iyul 2019-cu il tarixli 331 nömrəli və 7 iyul 2020-ci il tarixli 241 nömrəli qərarları ilə vəzifələrin uyğunlaşdırılması ilə bağlı 77 nömrəli Qərarla təsdiq edilmiş siyahıya əlavələr edilmişdir. İddiaçının hüquqi marağının əsasını təşkil edən vəzifənin siyahıya salınması da, yanlız Nazirlər Kabineti tərəfindən əlavə edilmə yolu ilə həll edilə bilər. Hazırki iş üzrə mübahisə predmetini təşkil edən vəzifə ümumiyyətlə Siyahıda mövcud olmadığıdan, X8 tərəfindən Nazirlər Kabineti tərəfindən siyahıya daxil edilməyən vəzifə ilə bağlı hər hansı uyğunluq barədə rəy verilməsi qanunvericiliklə mümkün hesab oluna bilməz və heç bir hüquqi qüvvəyə malik deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş olunur.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5209/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərarına əsasən, iddia tələbi təmin edilərək, Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində 1975-ci ilin yanvar ayından 1991-ci ilin oktyabr ayınadək Televiziyada rejissor köməkçisi, rejissor assistenti (İİ, İ dərəcəli) və rejissor (İİİ, İİ dərəcəli) vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5209/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5209/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olduğu kimi, iddiaçının hüquqi marağının və mübahisənin əsas mahiyyətini təşkil edən məsələ onun Dövlət Televiziya və Radio Yayımları Komitəsində işlədiyi vəzifənin dövlət qulluğu hesab olunmasını və onun dövlət qulluqçusu kimi pensiya təminatının həyata keçirilməsini iddia edir. İddiaçı bir neçə dəfə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müvafiq tələblə müraciət etmiş və daxil olmuş müraciətlərə ünvanlanan cavab məktublarında bildirilmişdir ki, ərizədə qeyd olunan iddiaçının işlədiyi vəzifə dövlət qulluğu vəzifələrinin Uyğunlaşdırılması Siyahısında nəzərdə tutulmadığından həmin vəzifənin dövlət qulluğu stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından hazırda mümkün deyildir. Eyni zamanda məsələnin həllinin yalnız sözügedən vəzifənin uyğunlaşdırılması yolu ilə mümkün olması və uyğunlaşdırmanın aparılmasının, yalnız Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sözügedən vəzifələr 2007-ci il 15 may tarixli 77 nömrəli qərarda müvafiq dəyişiklik edilməklə siyahıya daxil edildikdən sonra mümkün olması bildirilmişdir. “X6” Qanunun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əlavə hüququna əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluquna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla.) İddiaçının Dövlət Televiziya və Radio Yayımları Komitəsində işlədiyi dövrün bir hissəsi 18 oktyabr 1991-ci il tarixdən əvvəlki dövrlərə aiddir və bu qəbildən olan vəzifələrin uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “X6” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” (bundan sonra Uyğunlaşdırma Siyahısı) ilə müəyyən edilir. Lakin, iddiaçının işlədiyi vəzifə və işlədiyi qurumda nəzərdə tutulan digər vəzifələr müvafiq siyahıda nəzərdə tutulmamışdır. Fərmanın 2-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Sözügedən Fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinin “X6” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının təsdiq edilməsi barədə 15 may 2007-ci il tarixli 77 nömrəli Qərarı mövcuddur ki, iddiaçının işlədiyi vəzifə həmin Qərarla təsdiq edilmiş siyahıya daxil olmadığından hazırda mübahisə edilən məsələ ilə bağlı uyğunlasdırmanın aparılması müvafiq Qərarda dəyişikliyin edilməsi ilə mümkün ola bilər ki, bu da Nazirlər Kabinetinin səlahiyyətinə aid məsələdir. Nazirlər Kabineti tərəfindən 16 yanvar 2008-ci il tarixli 5 nömrəli, 5 sentyabr 2008-ci il tarixli 203 nömrəli, 24 yanvar 2012-ci il tarixli 14 nömrəli, 04 aprel 2017-ci il tarixli 121 nömrəli, 29 iyul 2019-cu il tarixli 331 nömrəli və 7 iyul 2020-ci il tarixli 241 nömrəli qərarları ilə vəzifələrin uyğunlaşdırılınası ilə bağlı 77 nömrəli Qərarla təsdiq edilmiş siyahıya əlavələr edilmişdir. Buradan məlum olduğu kimi iddiaçının hüquqi marağının əsasını təşkil edən vəzifənin siyahıya salınması da yanlız Nazirlər Kabineti tərəfindən əlavə edilmə yolu ilə həll edilə bilər. Bundan başqa müvafiq məsələnin Nazirlər Kabinetinin səlahiyyətinə aid olması iddiaçı tərəfindən təkzib edilmir. Bu hal Nazirlər Kabinetinə qarsı qaldırılan və Ali Məhkəməyə qədər davam edən iddia tələbi ilə sübuta yetirilir. Bu məsələ ilə bağlı hazırda cavabdeh kimi çıxış edən Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının iddiaçının işlədiyi vəzifənin dövlət qulluğu vəzifəsi hesab etməsi kimi bir səlahiyyəti mövcud deyildir. Müvafiq Qərarda dəyişiklik edilmədən hər hansı vəzifələrin dövlət qulluğu vəzifəsi kimi nəzərə alınması sözügedən Qərarın mahiyyətinə zidd olaraq onun həyata keçirdiyi funksiyanın formal olmasına gətirib çıxara bilər. Belə olduğu halda məsələ ilə bağlı səlahiyyətli yuxarı icra hakimiyyəti orqanı tərəfindən iddiaçının işlədiyi vəzifənin dövlət qulluğu vəzifəsi hesab edilməsi məqsədəuyğun görülmədiyi halda, hər hansı mərkəzi icra hakimiyyəti orqanı tərəfindən bunun həyata keçirilməsi mümkün hesab edilə bilməz və qanunvericiliklə tabelilik münasibətlərinin pozulmasına gətirib çıxara bilər. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəni tənzimləyən hüquq normasının olmaması onun həllinin mümkünsüzlüyü kimi qiymətləndirilməməli və analoji olaraq 2-1 (102)-1819/2022 nömrəli qərara istinadən X4 rəyi alınmaqla mübahisə həll olunmalıdır. Buna münasibətdə bildirilir ki, Ali Məhkəmənin qeyd etdiyi analoji iş üzrə iddiaçının işlədiyi vəzifə müvafiq siyahıda nəzərdə tutulmuş və X8 siyahıda nəzərdə tutulan vəzifə ilə bağlı sözügedən uyğunluğun təsdiqi barədə rəy vermişdir. Lakin, hazırki is üzrə mübahisə predmetini təşkil edən vəzifə ümumiyyətlə Siyahıda mövcud deyil və X8 tərəfindən Nazirlər Kabineti tərəfindən siyahıya daxil edilməyən vəzifə ilə bağlı hər hansı uyğunluq barədə rəy verilməsi qanunvericiliklə mümkün hesab oluna bilməz və heç bir hüquqi qüvvəyə malik deyildir. Belə ki, mübahisə predmeti olan məsələ qanunvericiliklə tənzimlənməyən hal kimi qəbul edilə və analogiya üzrə həll edilə bilməz. Ona görə ki, sözügedən məsələ ilə bağlı səlahiyyətli orqan və tənzimetmənin həyata keçirilməsi üçün qəbul edilmiş normativ hüquqi akt mövcuddur. Hər hansı mərkəzi icra hakimiyyəti orqanı və ya bu qəbildən olan funksiya və vəzifələri həyata keçirən orqanın mövcud normativ hüquqi aktın mahiyyətinə əks qərar qəbul etməsi və ya rəy verməsi qanunaziddir. İddiaçıya Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialından ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilərək hazırda ödənilir. Məhkəmənin mövqeyinə münasibətdə isə qeyd olunur ki, Ali Məhkəmənin Nazirlər Kabinetinin üzərinə müvafiq öhdəliyin qoyulmasının qanunvericiliklə mümkün olmamasını bildirməsi həmin öhdəliyin cavabdehin üzərinə qoyulması kimi şərh ediə bilməz. Belə ki, iddiaçıların həmin iddiası üzrə hüquqi marağı işlədikləri vəzifənin Uyğunlaşdırma Siyahısına salınması ilə bağlı olmuşdur. İndiki halda cavabdehin belə bir səlahiyyəti yoxdur. Bundan başqa Ali Məhkəmə qərarda analoji olaraq 2-1(102)-1819/2022 nömrəli işdə olduğu kimi, X4 rəyinin alınmaqla məsələnin həll oluna bilməsinə münasibətdə qeyd olunur ki, həmin iş üzrə faktiki hallar hazırki işdən tamamilə ayrıdır. Həmin iş üzrə iddiaçının işlədiyi vəzifə Uyğunlaşdırma Siyahısında mövcuddur və X8 rəy verərək vəzifənin Siyahıda olmasını eyni zamanda dövlət qulluğu stajı kimi nəzərə alına biləcəyini bildirmişdir. Belə ki, Ali Məhkəmənin istinad etdiyi işdə iddiaçının 18 oktyabr 1991-ci il tarixdən əvvəlki dövrlərdə işlədiyi vəzifənin dövlət qulluğu hesab edilib-edilməməsi ilə bağlı məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq X4 04/4-22/29696 nömrəli məktubunda qeyd edilmişdir ki, Siyahının 1.17-ci bəndində rayon icraiyyə komitəsinin aparatında bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçı, hüquqşünas, mühasib və digər mütəxəssislərin vəzifələri “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Yuxarıda qeyd edilən Siyahıya əsasən iddiaçının 1983-1991-ci illərdə işlədiyi Rusiya Federasiyasının Kursk Vilayəti icraiyyə Komitəsinin Ticarət İdarəsi həmin Komitənin aparatında nəzərdə tutulduğu və Ticarət idarəsinin ştat cədvəlində baş arbitr və baş hüquqşünas vəzifələri mövcud olduğu halda, həmin illər dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər. Hazırki iş üzrə iddiaçının işlədiyi vəzifə ümumiyyətlə Uyğunlaşdırma Siyahısında nəzərdə tutulmamışdır. X4 rəyinə münasibətdə məhkəmə rəyin müsbət olduğunu qeyd etmişdir. Lakin verilən hər iki rəydə yuxarıda qeyd olunduğu kimi hazırda iddiaçının vaxtilə işlədiyi vəzifənin siyahıda nəzərdə tutulmadığı üçün dövlət qulluğu vəzifəsi olmadığını, məslənin Nazirlər Kabinetinin səlahiyyətinə aid olduğu bundan başqa Nazirlər Kabineti tərəfindən uyğunlaşdırmanın aparılmasına etiraz edilmədiyi bildirilmişdir. Göründüyü kimi X8 uyğunlaşdırmanın Nazirlər Kabineti tərəfindən aparılmasına etiraz edilmədiyini bildirsə də, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda rəyin müsbət olduğunu bildirmişdir. Bundan başqa iş üzrə üçüncü şəxs qismində cəlb edilən X4 məhkəmə iclasında çıxış edən nümayəndəsi tərəfindən hazırda sözügedən vəzifənin dövlət qulluğu vəzifəsi olmadığı və dövlət qulluğu stajı kimi nəzərə alına bilmədiyi bildirmişdir. Lakin məhkəmə tərəfindən qəbul edilən qərarda sözügedən məsələyə toxunulmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, Ədliyyə Nazirliyinin Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ittifaq-respublika orqanı olması, Əsasnamənin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərabər statusunda olması, bu səbəbdən də müraciətdə qeyd edilən vəzifələrinin uyğunlaşdırılmasının Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarına dəyişiklik edilməsi yolu ilə həllinin məqsədə uyğun hesab edilməsi barədə rəyinin zəruriliyi ilə bağlı bildirilir ki, qanun və digər normativ hüquqi aktların layihələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək Ədliyyə Nazirliyinin vəzifələrinə aiddir. Göründüyü kimi Ədliyyə Nazirliyi normayaratma fəaliyyətinin subyekti olaraq bu fəaliyyətdə vacib yer alan mərkəzi icra hakimiyyəti orqanıdır. Hazırda həmin orqanın müsbət rəyi iddiaçının işlədiyi dövrlərin dövlət qulluğuna daxil edilməsində əhəmiyyət kəsb edir. Bu mövqeyə münasibətdə bildirilir ki, birinci instansiya məhkəməsinin qərarının ziddiyyətli olması yuxarıda qeyd edilənlərdən bir daha aydın olur. Belə ki, Ədliyyə Nazirliyinin rəyindən göründüyü kimi iddiaçının işlədiyi vəzifənin uyqunlasdırılmasının Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda dəyişilik edilməsi yolu ilə həll edilməsinin məqsədəuyğun olması qeyd edilmişdir. Lakin məhkəmə tərəfindən mötəbər qəbul edilən rəy əsas gətirilərək müvafiq məsələnin Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən həll edilməsi məqsədəuyğun hesab edilmişdir. Birinci instansiya məhkəməsinin Ədliyyə Nazirliyinin uyğunlasdırmanın Nazirlər Kabineti tərəfindən aparılması ilə bağlı rəyini əsas gətirərək müvafiq öhdəliyi cavabdehin üzərinə qoyması iddianın təmin edilməsinə yönələn ziddiyyətli mövqedir. Əlavə olaraq birinci instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, “X6” Qanunun 20.1.7-ci və 20.1.9cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Bundan başqa qərarda qeyd edilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Məhkəmənin bu mövqeyinə münasibətdə bildirilir ki, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilik istənilən ardıcıl gələn 60 ayın və ya son 24 ayın əmək haqqı məlumatlarının təqdim edilməsini şərt kimi müəyyən etmişdir. Məhkəmə tərəfindən sözügedən normaya eyni zamanda “Dövlət qulluğu haqqında” Qanunun müvafiq maddəsinə istinad edilməsinə baxmayaraq iddiaçı tərəfindən işlədiyi vəzifədə aldığı əməkhaqqı barədə məlumatlar təqdim edilməmiş və məhkəmə tərəfindən əməkhaqqı cədvəli tələb edilmədən iddia təmin edilmişdir. Göründüyü kimi məhkəmə qərarda istinad etdiyi normanı pozmaqla icrası mümkün olmayan qərar qəbul etmişdir. Belə ki, qərarın qanuni qüvvəsini alacağı təqdirdə əməkhaqqı barədə məlumatlar mövcud olmadığından nəyin əsasında pensiyanın hesablanacağı müəmmalıdır. Bununla bərabər məhkəmə tərəfindən qəbul edilən qərarda bildirilmişdir ki, X4 məhkəmə icraatı zamanı təqdim etmiş olduğu sorğuya cavab məktubundan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə”yə əsasən Komitə ittifaq-respublika orqanı olmuş, daha sonra Azərbaycan SSR Nazirlər Sovetinin 26 iyun 1985-ci il tarixli 211 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılmışdır. Göründüyü kimi Dövlət Televiziya və Radio Verilişləri Komitəsi 26 iyun 1985-ci il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin tabeliyində olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X6” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması barədə Siyahının 1.16cı bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq- respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında olan vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Göründüyü kimi istənilən halda iddiaçının 26 iyun 1985-ci il tarixədək işlədiyi dövr mübahisəsiz olaraq dövlət qulluğu stajı kimi nəzərə alınır. Məhkəmə qeyd edilən mövqedən yanaşaraq iddiaçının 26 iyun 1985-ci il tarixədək işlədiyi dövrün mübahisəsiz olaraq dövlət qulluğu stajı kimi nəzərə alınmasını bildirmişdir. Lakin, göstərilən normaya səthi yanaşan Bakı İnzibati Məhkəməsi tərəfindən uyğunlaşdırma aparılan vəzifələrin idarəetmə orqanlarının aparatında, işləyən işçilərə aid olması iddiaçının isə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparatında deyil, tabeliyində olan qurumda işləməsi nəzərə alınmamışdır. Sözügedən hal məhkəmə iclasının gedişində iddiaçının özü tərəfindən etiraf edilərək işlədiyi qurumun aparatında olan vəzifələrin uyğunlaşdırılmasının aparılması, lakin onun çalışdığı qurumda olan vəzifələr barədə Nazirlər Kabineti tərəfindən müvafiq uyğunlaşdırmanın aparılmaması bildirilərək bunun düzgün olmaması qeyd edilmişdir. Məlum olduğu kimi, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan qəbul edilmiş qərar ləğv edilməli və iddia tələbi təmin olunmamalıdır. Apellyasiya şikayətinə etirazın dəlilləri
19. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir.
Tərəflərin izahatları
20. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. 22.İnzibati iş üzrə xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında 3-cü şəxs Azərbaycan Respublikası X4 nümayəndəsi X2 izahatında Azərbaycan Respublikası X4 iş üzrə birinci instansiya məhkəməsinə təqdim etdiyi rəyini müdafiə etməsini bildirmişdir.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, Azərbaycan Respublikası X8 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
25. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. X6 Azərbaycan Respublikasının Qanunu
26. Maddə 1. 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;
27. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
28. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 29.Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu 30.Maddə 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı;
31. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “X6” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
32. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “X6” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.
33. 6 mart 2018-ci il tarixli 1025-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 23.2-ci maddə birinci cümlədə “qulluğunda xidmət illərindən” sözləri “qulluğu vəzifəsində qulluq stajından” sözləri ilə əvəz edilmişdir və ikinci cümlə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu 34.Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 35.Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 36.Maddə 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 37.Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 38.Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 39.Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 40.Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 41.Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 42.Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
43. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
44. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
45. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.
47. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
48. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
49. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
50. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 51.Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
52. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
53. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
54. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya Məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları işə düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması tələb olunmur. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
57. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 58.İşin faktiki hallarından müəyyən olunur ki, yaşa görə əmək pensiyası alan iddiaçının hüquqi marağı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsidir. İddiaçı bu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
59. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə iddiaçının Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 1975-ci ilin yanvar ayından 1991-ci ilin oktyabr ayınadək Televiziyada rejissor köməkçisi, rejissor assistenti (İİ, İ dərəcəli) və rejissor (İİİ, İİ dərəcəli) vəzifəsində işlədiyi vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmadığından, habelə aidiyyəti qurumlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, X8) tərəfindən verilən rəylər sözügedən vəzifələrin uyğunlaşdırılmasına əsas vermədiyindən, bu uyğunlaşdırılmanın aparılması səlahiyyəti məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinə aid olduğundan, həmin vəzifələrin dövlət qulluğu stajına daxil edilməsi mümkün deyildir.
60. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. İnzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. 61.Kollegiya cavabdehin imtinası ilə eyni olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşa dövlət qulluğu stajına görə yaşa görə əmək pensiyasının təyin olunması üçün dövlət qulluğu stajının 15 il olması zəruridir. Lakin, iddiaçının yaşa görə əmək pensiyası hüququ 2008-ci ildə yarandığından, onun dövlət qulluqçusu kimi pensiya almaq hüququnun yaranması üçün dövlət qulluğu stajının 5 il olması zəruridir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun (xx.xx.2018-ci il tarixədək olan dəyişikliyə qədər) 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “X6” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunur. 62.Həmin dövrdə qüvvədə olan “X6” Qanunun 20.1.7-ci maddəsinə görə (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdir. 63.1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “X6” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən həyata keçirilir. 64.Kollegiya qeyd edir ki, iddiaçının işlədiyi yuxarıda istinad olunan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 saylı Fərmanı və Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapmaması halı mübahisənin həllini istisna etmir. 65.Belə ki, iddiaçı digər şəxslər ilə birgə cavabdeh kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı tələb irəli sürərək ayrı-ayrı vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və dövlət qulluqçusu kimi pensiyalarının yenidən hesablanması barədə iddia ərizəsi ilə müraciət etmiş, inzibati məhkəmə icraatı çərçivəsində həmin mübahisə üzrə iddia mümkünlük şərtlərininin ödəməməsi əsası ilə mümkün sayılmamışdır. 66.İstinad olunan inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi qəbul etdiyi 2-1(102)-1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında tələbin hansı qaydada baxılmasına aydınlıq gətirmiş, vətəndaşların hüquqi maraqlarının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğunu nəzərə alaraq həmin şəxslərin pensiya təyinatı barədə müraciət etməli olduğunu, mübahisənin həllinin isə onların işlədikləri vəzifələrin dövlət qulluğu olması ilə bağlı müvafiq aidiyyəti dövlət orqanlarından həmin dövrün dövlət qulluğu sayılması barədə rəylər alındıqda həllini tapacağı bildirilmişdir. 67.Birinci instansiya məhkəməsinə təqdim olunan Azərbaycan Respublikası X4 rəyindən müəyyən olunur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən, Komitə ittifaqrespublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən Komitə respublika televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisə - Azərbaycan televiziya mərkəzi, Naxçıvan Muxtar SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, X9 Vilayəti İcraiyyə Komitəsinin Radio Verilişləri Komitəsi, şəhər və rayon yayım idarələri, tabeliyində olan müəssisə, təşkilat və digər qurumlar vasitəsilə rəhbərlik etmişdir. Həmin Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmişdir. Sözügedən əlavəyə əsasən X5 (Plan-maliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsas tikinti şöbəsi, İkinci şöbə) Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilat Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutulmuşdur. Nəticə etibarı ilə Azərbaycan Respublikası X8 Azərbaycan televiziyası və Azərbaycan radiosu, o cümlədən yuxarıda adıçəkilən digər qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin komitənin vahid sistemini təşkil etdiyi və həmin qurumlar bilavasitə Komitənin funksiyalarının icrasını təmin etdiyi üçün sözügedən qurumlarda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, rejissor, diktor, filmoteka müdiri və s. vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına etiraz etmədiyini bildirmişdir. 68.Azərbaycan Respublikası X8 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxs olduğundan kollegiya da (Azərbaycan Respublikasının X8 publik hüquqi şəxsin Nizamnaməsi) onun rəyini mötəbər sübut növü olaraq qiymətləndirir. 69.Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası X8 ilə yanaşı aidiyyəti digər qurumlar da (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istisna olmaqla) Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda kiçik redaktor, redaktor, böyük redaktor, rejissor, diktor, filmoteka müdiri və s. vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasında müsbət mövqeyidən çıxış etsələr də, cavabdeh apellyasiya şikayətində bütün qrumların rəylərini mənfi rəy kimi qiymətləndirməyə çalışmışdır. 70.Kollegiya, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ittifaq-respublika orqanı olması, Əsasnamənin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərabər statusunda olması, bu səbəbdən də müraciətdə qeyd edilən vəzifələrinin uyğunlaşdırılmasının Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarına dəyişiklik edilməsi yolu ilə həllinin məqsədə uyğun hesab edilməsi barədə rəyinin zəruriliyi ilə bağlı bildirir ki, qanun və digər normativ hüquqi aktların layihələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vəzifələrinə aiddir. (Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında” Əsasnamə) Göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi normayaratma fəaliyyətinin subyekti olaraq bu fəaliyyətdə vacib yer alan mərkəzi icra hakimiyyəti orqanıdır. Hazırda həmin orqanın müsbət rəyi iddiaçının işlədiyi dövrlərin dövlət qulluğuna daxil edilməsində əhəmiyyət kəsb edir. 71.Kollegiya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən rəylə bağlı qeyd edir ki, digər qurumlar tərəfindən verilən rəylər müsbət olduğundan, ədalətli yanaşma olaraq həmin rəyin mənfi olması iddiaçının adıçəkilən vəzifələrdə işlədiyi müddətin dövlət qulluğu stajına daxil edilməsini istisna edən hal kimi qəbul edilə bilməz. Belə ki, qanunvericilikdə müvafiq uyğunlaşdırmanın aparılmaması, Ali Məhkəmənin yuxarıda istinad olunan qərarındakı hüquqi mövqeyini əsas götürülməklə dövlət orqanında inzibati vəzifə tutan şəxsin dövlət qulluqçusu sayılmaması kimi anlaşılmaz nəticəyə gəlməsinə səbəb olmamalıdır. Əks yanaşma qulluq keçilən orqanın dövlət orqanı, qulluğun isə dövlət qulluğu olmaması kimi məntiqə uyğun olmayan halın baş verməsinə əsas olacaqdır. 72.Nəzərə alınmalıdır ki, iddiaçının icra etdiyi xidmət hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanunun 1.1.1-ci maddəsində nəzərdə tutulan dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsindəki xidmətdir. Odur ki, bərabərlik və ədalətlik prinsipləri nəzərə alınmaqla iddiaçının dövlət orqanında mülki işçiyə xas olmayan, məhz dövlət qulluğunda inzibati vəzifədəki xidməti qanunvericilikdə uyğunlaşdırılmanın aparılıb-aparılmamasından asılı olmayaraq dövlət qulluğu xidmətidir. Əks mövqeyi iddiaçının pensiya təminatı, geniş mənada mülkiyyət hüququna müdaxilə təşkil etməklə daxili və beynəlxalq qanunvericiliklə müəyyən edilmiş prinsiplərə ziddir. Odur ki, Ali Məhkəmənin qərarında da qeyd edildiyi kimi, aidiyyəti qurumların, eləcə də X4 rəyi nəzərə alınmaqla məsələyə qiymət verilməsi mümkündür. Bu səbəbdən kollegiya da birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq hesab edir ki, iddiaçının Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində 1975-ci ilin yanvar ayından 1991-ci ilin oktyabr ayınadək Televiziyada rejissor köməkçisi, rejissor assistenti (İİ, İ dərəcəli) və rejissor (İİİ, İİ dərəcəli) vəzifələrdə işlədiyi müddət dövlət qulluğu kimi qəbul edilməlidir. Həmin illəri topladıqda isə iddiaçının dövlət qulluğu stajının 5 ildən çox təşkil etdiyi müəyyən olunur ki, bu da onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası almaq hüququ yarandığına dəlalət edir. 73.Daha sonra Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə”yə əsasən ilk əvvəl ittifaq-respublika orqanı olan Komitə, daha sonra Azərbaycan SSR Nazirlər Sovetinin 26 iyun 1985-ci il tarixli 211 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılmış və 26 iyun 1985-ci il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin tabeliyində olmuşdur. 74.Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X6” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması barədə Siyahının 1.16-cı bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaqrespublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında olan vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Beləliklə, istənilən halda iddiaçının 26 iyun 1985-ci il tarixədək işlədiyi dövr mübahisəsiz olaraq dövlət qulluğu stajı kimi nəzərə alınır. 75.Kollegiya cavabdehin iddiaçının əməkhaqqı barədə məlumatlarının mövcud olmaması barədə apellyasiya şikayətinin dəlilini də əsassız hesab edir. Belə ki, inzibati işin materiallarından müəyyən olunur ki, bu barədə sübut işə əlavə edilmişdir. 76.Tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində 1975-ci ilin yanvar ayından 1991-ci ilin oktyabr ayınadək Televiziyada rejissor köməkçisi, rejissor assistenti (İİ, İ dərəcəli) və rejissor (İİİ, İİ dərəcəli) vəzifəsində işlədiyi müddət dövlət qulluğu kimi qəbul edilməli, həmin illəri topladıqda iddiaçının dövlət qulluğu stajının 5 ildən çox təşkil etdiyi üçün bu da onun həmin dövrdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün tələb olunan şərti ödəyir. İddiaçıya tələb etdiyi əmək pensiyasının təyin edilməsindən imtina edən cavabdehin imtinası isə qanunazid olmaqla yanaşı iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi ilə qorunmasına təminat verilən sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. 77.Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5209/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.