Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2568/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Xumar Afət qızı Mərdanovadan və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5206/2024 saylı 01 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı -xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Qardabani rayonu, Qaratəhlə sovxozunda işçi işləmiş; xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Kirov Universitetinin hazırlıq kursunda dinləyici oxumuş; 3.07.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək Kirov Universitetində Jurnalistika fakultəsində oxumuş; xx.xx.1980-ci il tarixdən Azərbaycan Dövlət Televizya və Radio Verilişləri Komitəsində müxbir vəzifəsinə qəbul olunmuş, xx.xx.1982-ci il tarixdən kiçik redaktor vəzifəsinə keçirilmiş, xx.xx.1983-cü il tarixdə redaktor vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı il tarixdə sosial həyat şöbəsinə redaktor keçirilmiş, xx.xx.1991-ci il tarixdən həmin vəzifədən azad edilmiş və eyni tarixdə televiziyanın ictima-siyasi proqramlar baş redaksiyasına redaktor vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə müdir vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixdə digər şöbənin müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixdə “Hüquq” şöbəsinin müdiri vəzifəsinə keçirilmiş və xx.xx.2004-cü il tarixdə işdən azad edilmiş; xx.xx.2005-ci il tarixdə Televiziyanın Xəbərlər və X6 redaksiyasının “İqtisadiyyat proqramları” şöbəsinə müdir vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə redaktor vəzifəsinə keçirilmiş və xx.xx.2011-ci il tarixdə işdən azad edilmiş; xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də hüquqşunas vəzifəsində işləmiş; xx.xx.2014-cü il tarixdə “Nicat” X1 Studiyasına direktor təyin edilmişdir. İddiaçı ayrı-ayrı tarixlərdə cavabdeh inzibati orqana “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının tələbi təmin edilməmiş, buna əsas olaraq “onun işlədiyi vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “X7” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında nəzərdə tutulmadığından həmin vəzifələrin dövlət qulluğu stajına aid edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi” göstərilmişdir. Cavabdehin qeyd olunan imtinasından narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “dövlət qulluqçusu kimi ona yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini arzulayır və bu halı onunla əsaslandırır ki, onun işlədiyi kiçik redaktor və redaktor vəzifələri dövlət qulluğuna aiddir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı Dövlət Televiziya və Radio Yayımları Komitəsində işlədiyi vəzifənin dövlət qulluğu hesab olunmasını və onun dövlət qulluqçusu kimi pensiya təminatının həyata keçirilməsini iddia edir. Bununla bağlı olaraq qeyd edilir ki, “X7” Qanunun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əlavə hüququna əmək pensiyası yasına çatmış və ya bu yasa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq era hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları malikdirlər, (Azərbavcan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). Göründüyü kimi iddiaçı Dövlət Televiziya və Radio Yayımları Komitəsində işlədiyi dövrün bir hissəsi 18 oktyabr 1991-ci il tarixdən əvvəlki dövrlərə aiddir və bu qəbildən olan vəzifələrin uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş (bundan sonra Fərman) “X7” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı” (bundan sonra Uyğunlaşdırma Siyahısı) ilə müəyyən edilir. Lakin iddiaçının işlədiyi vəzifə və işlədiyi qurumda nəzərdə tutulan digər vəzifələr müvafiq siyahıda nəzərdə tutulmamışdır. Qeyd olunmalıdır ki, iddiaçının işlədiyi vəzifə həmin Qərarla təsdiq edilmiş siyahıya daxil olmadığından hazırda mübahisə edilən məsələ ilə bağlı uyğunlaşdırmanın aparılması müvafiq Qərarda dəyişikliyin edilməsi ilə mümkün ola bilər ki, bu da Nazirlər Kabinetinin səlahiyyətinə aid məsələdir. Əlavə olaraq bildirilir ki, Nazirlər Kabineti tərəfindən 16 yanvar 2008-ci il tarixli 5 nömrəli, 5 sentyabr 2008-ci il tarixli 203 nömrəli, 24 yanvar 2012- ci il tarixli 14 nömrəli, 04 aprel 2017-ci il tarixli 121 nömrəli, 29 iyul 2019-cu il tarixli 331 nömrəli və 7 iyul 2020-ci il tarixli 241 nömrəli qərarları ilə vəzifələrin uyğunlaşdırılması ilə bağlı 77 nömrəli Qərarla təsdiq edilmiş siyahıya əlavələr edilmişdir. Buradan məlum olduğu kimi, iddiaçının hüquqi marağının əsasını təşkil edən vəzifənin siyahıya salınması da yalnız Nazirlər Kabineti tərəfindən əlavə edilmə yolu ilə həll edilə bilər. Hazırki iş üzrə mübahisə predmetini təşkil edən vəzifə ümumiyyətlə Siyahıda mövcud olmadığıdan, X12 tərəfindən Nazirlər Kabineti tərəfindən siyahıya daxil edilməyən vəzifə ilə bağlı hər hansı uyğunluq barədə rəy verilməsi qanunvericiliklə mümkün hesab oluna bilməz və heç bir hüquqi qüvvəyə malik deyildir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5206/2024 saylı 01 mart 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində 1982-ci ilin aprel ayından 1983-cü ilin mart ayına qədər kiçik redaktor, 1983cü ilin mart ayından 1991-ci ilin oktyabr ayınadək isə redaktor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla, İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilən qərarda Ali Məhkəmənin mövqeyi əsas gətirilərək bildirilmişdir ki, iddiaçı digər şəxslər ilə birgə cavabdeh kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı tələb irəli sürərək ayrı-ayrı vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və dövlət qulluqçusu kimi pensiyalarının yenidən hesablanması barədə iddia ərizəsi ilə müraciət etmiş, inzibati məhkəmə icraatı çərçivəsində həmin mübahisə üzrə iddia mümkünlük şərtlərininin ödəməməsi əsası ilə mümkün sayılmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi qəbul etdiyi 2-1 (102)-1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında həmin tələbin hansı qaydada baxılmasına aydınlıq gətirmiş, vətəndaşların hüquqi maraqlarının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğunu nəzərə alaraq həmin şəxslərin pensiya təyinatı barədə müraciət etməli olduğunu, mübahisənin həllinin isə onların işlədikləri vəzifələrin dövlət qulluğu olması ilə bağlı müvafiq aidiyyəti dövlət orqanlarından həmin dövrün dövlət qulluğu sayılması barədə rəylər alındıqda həllini tapacağı bildirilmişdir. Məhkəmə, Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəbul etdiyi qərarın qəti olduğunu, qərarda şərh edilən göstərişlərin məcburiliyini, ayrı-ayrı vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması öhdəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzərinə qoyulmasının hakimiyyətlərin bölünməsi prinsipinə və qanunvericiliyə uyğun olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin istinad etdiyi halların hazırki iddianın təminini istisna etmir. Xülasə, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında X8 fəaliyyət sferasını göstərərək vəzifənin dövlət qulluğuna aid olub-olmamasının müəyyən edilməsi zamanı həmin publik hüquqi şəxsin rəyinin zəruriliyini diqqətə çatdırmışdır. Bundan başqa Ali Məhkəmə müvafiq qərarda analoji olaraq 2-1(102)- 1819/2022 nömrəli işdə əks olunan hüquqi mövqeyin əsas götürülməsini bildirmişdir. Ali Məhkəmənin Nazirlər Kabinetinin üzərinə müvafiq öhdəliyin qoyulmasının qanunvericiliklə mümkün olmamasını bildirməsi həmin öhdəliyin cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması kimi şərh ediə bilməz. Belə ki, iddiaçıların həmin iddiası üzrə hüquqi marağı işlədikləri vəzifənin Uyğunlaşdırma Siyahısına salınması ilə bağlı olmuşdur. İndiki halda cavabdehin belə bir səlahiyyəti yoxdur. Bundan başqa Ali Məhkəmə qərarda analoji olaraq 2-1(102)-1819/2022 saylı işdə olduğu kimi, X8 rəyinin alınmaqla məsələnin həll oluna bilməsinə münasibətdə qeyd edir ki, həmin iş üzrə faktiki hallar hazırki işdən tamamilə ayrıdır. Həmin iş üzrə iddiaçının işlədiyi vəzifə uyğunlaşdırma siyahısında mövcuddur və X12 rəy verərək vəzifənin Siyahıda olmasını eyni zamanda dövlət qulluğu stajı kimi nəzərə alına biləcəyini bildirmişdir. Belə ki, Ali Məhkəmənin istinad etdiyi işdə iddiaçının 18 oktyabr 1991-ci il tarixdən əvvəlki dövrlərdə işlədiyi vəzifənin dövlət qulluğu hesab edilib-edilməməsi ilə bağlı məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq X8 04/4-22/29696 nömrəli məktubunda qeyd edilmişdir ki, Siyahının 1.17-ci bəndində rayon icraiyyə komitəsinin aparatında bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçı, hüquqşünas, mühasib və digər mütəxəssislərin vəzifələri “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Yuxarıda qeyd edilən Siyahıya əsasən iddiaçının 1983-1991-ci illərdə işlədiyi Rusiya Federasiyasının Kursk Vilayəti icraiyyə Komitəsinin Ticarət İdarəsi həmin Komitənin aparatında nəzərdə tutulduğu və Ticarət İdarəsinin ştat cədvəlində baş arbitr və baş hüquqşünas vəzifələri mövcud olduğu halda, həmin illər dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər. Hazırki iş üzrə iddiaçının işlədiyi vəzifə ümumiyyətlə Uyğunlaşdırma Siyahısında nəzərdə tutulmamışdır. X8 rəyinə münasibətdə məhkəmə rəyin müsbət olduğunu qeyd etmişdir. Lakin verilən hər iki rəydə yuxarıda qeyd olunduğu kimi, hazırda iddiaçının vaxtilə işlədiyi vəzifənin siyahıda nəzərdə tutulmadığı üçün dövlət qulluğu vəzifəsi olmadığını məsələnin Nazirlər Kabinetinin səlahiyyətinə aid olduğu bundan başqa Nazirlər Kabineti tərəfindən uyğunlaşdırmanın aparılmasına etiraz edilmədiyi bildirilmişdir. Göründüyü kimi, X12 uyğunlaşdırmanın Nazirlər Kabineti tərəfindən aparılmasına etiraz edilmədiyini bildirsə də, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda rəyin müsbət olduğunu bildirmişdir. Bundan başqa iş üzrə üçüncü şəxs qismində cəlb edilən X8 məhkəmə iclasında çıxış edən nümayəndəsi tərəfindən hazırda sözügedən vəzifənin dövlət qulluğu vəzifəsi olmadığı və dövlət qulluğu stajı kimi nəzərə alına bilmədiyini bildirmişdir. Lakin məhkəmə tərəfindən qəbul edilən qərarda sözügedən məsələyə toxunulmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ittifaq-respublika orqanı olması, Əsasnamənin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərabər statusunda olması, bu səbəbdən də müraciətdə qeyd edilən vəzifələrinin uyğunlaşdırılmasının Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarına dəyişiklik edilməsi yolu ilə həllinin məqsədə uyğun hesab edilməsi barədə rəyinin zəruriliyi ilə bağlı bildirir ki, qanun və digər normativ hüquqi aktların layihələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vəzifələrinə aiddir. (Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında” Əsasnamə) Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi normayaratma fəaliyyətinin subyekti olaraq bu fəaliyyətdə vacib yer alan mərkəzi icra hakimiyyəti orqanıdır. Hazırda həmin orqanın müsbət rəyi iddiaçının işlədiyi dövrlərin dövlət qulluğuna daxil edilməsində əhəmiyyət kəsb edir. Sözügedən mövqeyə münasibətdə bildirilir ki, birinci instansiya məhkəməsinin qərarının ziddiyyətli olması yuxarıda qeyd edilənlərdən bir daha aydın olur. Belə ki, Ədliyyə Nazirliyinin rəyindən göründüyü kimi, iddiaçının işlədiyi vəzifənin uyğunlaşdırılmasının Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda dəyişiklik edilməsi yolu ilə həll edilməsinin məqsədəuyğun olması qeyd edilmişdir. Lakin məhkəmə tərəfindən mötəbər qəbul edilən rəy əsas gətirilərək müvafiq məsələnin Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən həll edilməsi məqsədəuyğun hesab edilmişdir. Məlum olduğu kimi, birinci instansiya məhkəməsinin Ədliyyə Nazirliyinin uyğunlaşdırmanın Nazirlər Kabineti tərəfindən aparılması ilə bağlı rəyini əsas gətirərək müvafiq öhdəliyi Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyması iddianın təmin edilməsinə yönələn ziddiyyətli mövqedir. Əlavə olaraq birinci instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, “X7” Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Bundan başqa qərarda qeyd edilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Məhkəmənin mövqeyinə münasibətdə bildirilir ki, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilik istənilən ardıcıl gələn 60 ayın və ya son 24 ayın əmək haqqı məlumatlarının təqdim edilməsini şərt kimi müəyyən etmişdir. Məhkəmə tərəfindən sözügedən normaya eyni zamanda “Dövlət qulluğu haqqında” Qanunun müvafiq maddəsinə istinad edilməsinə baxmayaraq iddiaçı tərəfindən işlədiyi vəzifədə aldığı əmək haqqı barədə məlumatlar təqdim edilməmiş və məhkəmə tərəfindən əmək haqqı cədvəli tələb edilmədən iddia təmin edilmişdir. Göründüyü kimi, məhkəmə qərarda istinad etdiyi normanı pozmaqla icrası mümkün olmayan qərar qəbul etmişdir. Belə ki, qərarın qanuni qüvvəsini alacağı təqdirdə əmək haqqı barədə məlumatlar mövcud olmadığından nəyin əsasında pensiyanın hesablanacağı müəmmalıdır. Bununla bərabər məhkəmə tərəfindən qəbul edilən qərarda bildirilmişdir ki, Azərbaycan Respublikası X8 məhkəmə icraatı zamanı təqdim etmiş olduğu sorğuya cavab məktubundan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə”yə əsasən Komitə ittifaq-respublika orqanı olmuş, daha sonra Azərbaycan SSR Nazirlər Sovetinin 26 iyun 1985-ci il tarixli 211 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılmışdır. Göründüyü kimi Dövlət Televiziya və Radio Verilişləri Komitəsi 26 iyun 1985-ci il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin tabeliyində olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X7” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması barədə Siyahının 1.16cı bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq- respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında olan vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Göründüyü kimi, istinilən halda iddiaçının 26 iyun 1985-ci il tarixədək işlədiyi dövr mübahisəsiz olaraq dövlət qulluğu stajı kimi nəzərə alınır. Məhkəmə qeyd edilən mövqedən yanaşaraq iddiaçının 26 iyun 1985-ci il tarixədək işlədiyi dövrün mübahisəsiz olaraq dövlət qulluğu stajı kimi nəzərə alınmasını bildirmişdir. Lakin göstərilən normaya səthi yanaşan Bakı İnzibati Məhkəməsi tərəfindən uyğunlaşdırma aparılan vəzifələrin idarəetmə orqanlarının aparatında işləyən işçilərə aid olması iddiaçının isə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparatında deyil, tabeliyində olan qurumda işləməsi nəzərə alınmamışdır. Sözügedən hal məhkəmə iclasının gedişində iddiaçının özü tərəfindən etiraf edilərək işlədiyi qurumun aparatında olan vəzifələrin uyğunlaşdırılmasının aparılması lakin onun çalışdığı qurumda olan vəzifələr barədə Nazirlər Kabineti tərəfindən müvafiq uyğunlaşdırmanın aparılmaması bildirilərək bunun düzgün olmaması qeyd edilmişdir. İddiaçının Azərbaycan SSR Dövlət Televiziya və Radio Komitəsinin tabeliyində olmuş Azərbaycan televiziyasında və radiosunda işlədiyi vəzifə Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş Uyğunlaşdırma Siyahısında nəzərdə tutulmamışdır. Belə ki, müvafiq Siyahıda nəzərdə tutulmayan vəzifələrin Fond və ya onun struktur bölmələri tərəfindən dövlət qulluğu kimi nəzərə alınması mümkün deyildir. Göründüyü kimi, dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılan vəzifələr Nazirlər Kabinetinin qərarı ilə müəyyən edildiyindən hər hansı vəzifənin dövlət qulluğu vəzifələrinə daxil edilməsi də, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 77 nömrəli qərarda dəyişiklik edilməsi yolu ilə həll edilə bilər. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İş materialları ilə iddiaçının həmin məktubu nə vaxt alması müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Ona görə də Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı onun dövlət qulluqçusu kimi kifayət qədər iş stajının olmasına əsaslanaraq cavabdeh orqandan ona “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasını” tələb edir. Cavabdeh hazırki iş üzrə mübahisə predmetini təşkil edən vəzifənin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə "X7" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci ıl oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibatı və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında mövcud olmadığından iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Hazırda qüvvədə olan “X7” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “X7” Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qüvvədə olan “X7” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Qardabani rayonu, Qaratəhlə sovxozunda işçi işləmiş, xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Kirov Universitetinin hazırlıq kursunda dinləyici kimi oxumuş, 3.07.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək Kirov Universitetində Jurnalistika fakultəsində oxumuş, xx.xx.1980-ci il tarixdən Azərbaycan Dövlət Televizya və Radio Verilişləri Komitəsində müxbir vəzifəsinə qəbul olunmuş, xx.xx.1982-ci il tarixdən kiçik redaktor vəzifəsinə keçirilmiş, xx.xx.1983-cü il tarixdə redaktor vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı il tarixdə sosial həyat şöbəsinə redaktor keçirilmiş, xx.xx.1991-ci il tarixdən həmin vəzifədən azad edilmiş və eyni tarixdə televiziyanın ictimai-siyasi proqramlar baş redaksiyasına redaktor vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə müdir vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixdə digər şöbənin müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixdə “Hüquq” şöbəsinin müdiri vəzifəsinə keçirilmiş və xx.xx.2004-cü il tarixdə işdən azad edilmiş, xx.xx.2005-ci il tarixdə Televiziyanın Xəbərlər və X6 redaksiyasının “İqtisadiyyat proqramları” şöbəsinə müdir vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə redaktor vəzifəsinə keçirilmiş və xx.xx.2011-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də hüquqşunas vəzifəsində işləmiş və xx.xx.2014-cü il tarixdə “Nicat” X1 Studiyasına direktor təyin edilmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş pensiya işinə əlavə olunmuş qərardan görünür ki, iddiaçıya 21 fevral 2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı ona “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasını” tələb edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir.Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1 və 21.1.7- ci maddəsinə əsasən Dövlət qulluqçuları üçün pensiya təminatı və dövlət sosial sığortasına təminat verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “X7” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “X7” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Həmin Qanunun 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Həmin Qanunun 32-1.1-ci madəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. “X7” Azərbaycan Respublikası Qanununun 20.1—ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Həmin Qanunun 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; Həmin Qanunun 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.11-1-ci maddəsinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, vətəndaşa dövlət qulluğu stajına görə yaşa görə əmək pensiyasının təyin olunması üçün dövlət qulluğu stajının 15 il olması zəruridir. İddiaçının isə yaşa görə əmək pensiyası hüququ 2017-ci ilin fevral ayında yarandığından, onun dövlət qulluqçusu kimi pensiya almaq hüququnun yaranması üçün dövlət qulluğu stajının 5 il olması zəruridir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2018-ci il tarixədək olan dəyişikliyə qədər redaksiyasında olan 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “X7” Qanuna uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunur. Cavabdeh iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin olunmasından imtina edərək bildirir ki, onun müxtəlif dövrlərdə işlədiyi “kiçik redaktor” və “redaktor” vəzifələri Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə "X7" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibatı və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda mövcud deyil. Bu barədə məhkəmə kollegiyası cavabdehin irəli sürdüyü dəlilləri əsassız sayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “X7” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən həyata keçirilir. Hazırki iş üzrə iddiaçının işlədiyi adıçəkilən vəzifələr həqiqətən də dəqiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 saylı Fərmanı və Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda öz əksini tapmamışdır. Lakin həmin vəzifələrin siyahıda olmaması iddiaçının tələbinin məhz bu əsasla rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçının müxtəlif dövrlərdə işlədiyi “kiçik redaktor” və “redaktor” vəzifələrinin dövlət qulluqçusu hesab edilməsi ilə bağlı əvvəllər müvafiq qurumların aşağıda göstərilən müsbət rəyləri olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2022-ci il tarixli 03/10-164/3 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ittifaq-respublika orqanı olması, Əsasnamənin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərabər statusunda olması qənaətinə gətirir. Bu səbəbdən də müraciətdə qeyd edilən vəzifələrin uyğunlaşdırılmasının Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarına dəyişiklik edilməsi yolu ilə həlli məqsədə uyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 13 iyul 2022-ci il tarixili məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının X12 publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 680 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X12 publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.1-ci yarımbəndinə əsasən dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək X8 vəzifələrinə aid edilmişdir. Bu səbəbdən də məktubda qaldırılan məsələyə X8 habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi əsasında baxılması məqsədəuyğundur. Azərbaycan Respublikası X8 14 iyul 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən Komitə ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən Komitə respublika televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisə - Azərbaycan televiziya mərkəzi, Naxçıvan Muxtar SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, X13 Vilayəti İcraiyyə Komitəsinin Radio Verilişləri Komitəsi, şəhər və rayon yayım idarələri, tabeliyində olan müəssisə, təşkilat və digər qurumlar vasitəsilə rəhbərlik etmişdir. Həmin Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmişdir. Sözügedən əlavəyə əsasən X9 (Planmaliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsas tikinti şöbəsi, İkinci şöbə) Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilat Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan televiziyası və Azərbaycan radiosu, o cümlədən yuxarıda adıçəkilən digər qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin komitənin vahid sistemini təşkil etdiyi və həmin qurumlar bilavasitə Komitənin funksiyalarının icrasını təmin etdiyi üçün sözügedən qurumlarda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, operator, diktor, filmoteka müdiri və s. vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına etiraz olunmur. Bundan sonra iddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 iyul 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "X7" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci ıl oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibatı və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı təsdiq edilmişdir. Həmin Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması isə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 2-cı maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsi, həmin Qanunun 7-cı maddəsinə əsasən dövlət orqanı isə Azərbaycanın Respublikasının qanunvencılık aktlar ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Bildiririk ki, keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il 10 may tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnaməsinin 1-ci hissəsinə əsasən, Komitə ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsi və həmin Əsasnaməyə 10 may 1971-ci il tarixli 2 saylı əlavəyə görə Azərbaycan Televiziya və X15 yanında təsərrüfat hesablı müəssisə kimi yaradılmışdır. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin 2.2-ci bəndində müəyyən edilmişdir ki, pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış "2020-2022-ci illər üçün Baş Kollektiv Saziş”də pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərinin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırmanın, eləcə də bu sahədə maliyyə dayanıqlılığının təmin edilməsi üçün təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi əsas vəzifələr olaraq müəyyən edilmişdir. Bu səbəbdən də keçmiş Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin yanında fəaliyyət göstərən Azərbaycan Televiziya və Radio Mərkəzinin işçilərinin vəzifələrinin mövcud dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması məqsədəmüvafiq hesab olunmamışdır. Qeyd olunanlarla bağlı İddiaçı və qeyriləri cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı “Ayrı-ayrı vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və dövlət qulluqçusu kimi pensiyalarının yenidən hesablanması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişlər, lakin onların iddiası məhkəmələr tərəfindən qeyri-mümkün sayılmış və bu barədə qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1213/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1213/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında həmin tələbin hansı qaydada baxılmasına aydınlıq gətirilmiş, vətəndaşların hüquqi maraqlarının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğunu nəzərə alaraq həmin şəxslərin pensiya təyinatı barədə müraciət etməli olduğunu, mübahisənin həllinin isə onların işlədikləri vəzifələrin dövlət qulluğu olması ilə bağlı müvafiq aidiyyəti dövlət orqanlarından həmin dövrün dövlət qulluğu sayılması barədə rəylər alındıqda həllini tapacağı bildirilmişdir. Bununla da Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında X8 fəaliyyət sferasını göstərərək vəzifənin dövlət qulluğuna aid olub-olmamasının müəyyən edilməsi zamanı həmin publik hüquqi şəxsin rəyinin zəruriliyini diqqətə çatdırmışdır. Hazırki işdən isə görünür ki, Azərbaycan Respublikası X8 həm bu məhkəmə icraatından əvvəl, həm də işə birinci instansiya qaydasında baxılarkən rəyi müsbət olmuşdur. Belə ki, DİM həmin məktubunda (rəy) qeyd etmişdi ki, Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən Komitə ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən Komitə respublika televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisə - Azərbaycan televiziya mərkəzi, Naxçıvan Muxtar SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, X13 Vilayəti İcraiyyə Komitəsinin Radio Verilişləri Komitəsi, şəhər və rayon yayım idarələri, tabeliyində olan müəssisə, təşkilat və digər qurumlar vasitəsilə rəhbərlik etmişdir. Həmin Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmişdir. Sözügedən əlavəyə əsasən X9 (Plan-maliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsas tikinti şöbəsi, İkinci şöbə) Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilat Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutulmuşdur. Nəticə etibarı ilə Azərbaycan Respublikası X12 Azərbaycan televiziyası və Azərbaycan radiosu, o cümlədən yuxarıda adıçəkilən digər qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin komitənin vahid sistemini təşkil etdiyi və həmin qurumlar bilavasitə Komitənin funksiyalarının icrasını təmin etdiyi üçün sözügedən qurumlarda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, operator, diktor, filmoteka müdiri və s. vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına etiraz etmədiyini bildirmişdir. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası X11 verilmiş təkrar və məzmunca daha ətraflı sorğuya 20 avqust 2024-cü il tarixli 9-3/2-2557/2024 nömrəli məktubla fərqli cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “X7” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2ci bəndlərinə əsasən aparılmışdır. 1982-1991-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi və ya Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor və redaktor vəzifələrində iş müddətilə bağlı bildiririk ki, həmin illərdə adıçəkilən orqanın strukturunu müəyyən edən sənədlər Mərkəzdə mövcud olmadığından məsələyə dair rəy vermək mümkün olmamışdır. Bununla belə Azərbaycan SSR Nazirlər Sovetinin 26 iyun 1985-ci il tarixli 211 nömrəli Qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən, Komitə ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən, Komitə respublikada televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisə - Azərbaycan teleradio mərkəzi, Naxçıvan Muxtar SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, X13 Vilayəti İcraiyyə Komitəsinin Radio Verilişləri Komitəsi, şəhər və rayon yayım idarələri, tabeliyində olan müəssisə, təşkilat və digər qurumlar vasitəsilə rəhbərlik etmişdir. Həmin Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmişdir. Sözügedən Əlavəyə əsasən X9 (Planmaliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar və xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, Ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsaslı tikinti şöbəsi, İkinci şöbə), Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilatlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən Siyahının 1.16-cı bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında və 1.15-ci bəndində Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılsa da, həmin bəndlərdə kiçik redaktor və redaktor vəzifələri nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Kadrlar və Xüsusi İşlər Departamentinə verdiyi sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, İddiaçı xx.xx.1980-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə ştatdankənar müəllif vəzifəsinə qəbul edilib (Əmr №29 k; xx.xx.1980-ci il), xx.xx.1982-ci ildən televiziyanın “Tədris proqramları” qrupuna kiçik redaktor vəzifəsinə qəbul edilib (Əmr №73 k; xx.xx.1982-ci il). xx.xx.1983-cü ildən televiziyanın “Sinifdənkənar və məktəbdənkənar tədris verilişləri” qrupuna redaktor vəzifəsinə keçirilib (Əmr №50 k; xx.xx.1983-cü il). xx.xx.1986-cı ildən Təbliğat baş redaksiyasının “Sosial həyat” şöbəsinə redaktor vəzifəsinə keçirilib (Əmr №78 k/l; xx.xx.1986-cı il). xx.xx.1991-ci il tarixdən Azərbaycan SSR X3 Komitəsi hüquqi şəxs kimi ləğv edilməsi və Azərbaycan X3 Şirkəti yaradılması ilə əlaqədar həmin şöbəyə redaktor vəzifəsinə keçirilib (Əmr № 25; xx.xx.1991-ci il). xx.xx.1991-ci ildən Azərbaycan Respublikası ƏM-nin 38-ci maddəsinin 1-ci bəndinə əsasən işdən azad edilib (Əmr №222 k/l; xx.xx.1991-ci il). xx.xx.1991-ci ildən məhkəmənin 17 və 18 dekabr 1991-ci il qərarı ilə öz vəzifəsinə bərpa olunub (Əmr №65 k/l; xx.xx.1992ci il). xx.xx.1992-ci ildən şöbə müdiri vəzifəsinə keçirilib (Əmr№ 87 k/l; xx.xx.1992-ci il). xx.xx.1995-ci ildən “İctimai-Siyasi” proqram baş redaksiyasına həmin vəzifəyə keçirilib (Əmr № 436 k/i; xx.xx.1995-ci il). xx.xx.1997-ci ildən “İctimai-siyasi və iqtisadiyyat” redaksiyasının “İnsan və qanun” şöbəsinə müdir vəzifəsinə təyin edilib (Əmr №720 k/i; xx.xx.1997-ci il). xx.xx.2000-ci ildən “Hüquq” şöbəsinə həmin vəzifəyə keçirilib (Əmr №236 k/i; xx.xx.2000-ci il). xx.xx.2005-ci ildən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğvi ilə əlaqədar) bağlanmış əmək müqaviləsinə xitam verilib (Əmr №053 k/i; xx.xx.2005-ci il). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 213 saylı Fərmanına əsasən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkəti ləğv edilərək onun bazasında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. xx.xx.2005-ci ildən televiziyanın “Xəbərlər və İctimai-siyasi Proqramlar” redaksiyasının “İqtisadiyyat proqramları” şöbəsinin müdiri vəzifəsinə qəbul olunub (Əmr №006 k/d; xx.xx.2005-ci il). xx.xx.2006-cı ildən televiziyanın “İctimai-siyasi proqramlar” baş redaksiyasına böyük redaktor vəzifəsinə keçirilib (Əmr №256 к/d; xx.xx.2006-cı il). xx.xx.2011-ci ildən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) bağlanmış əmək müqaviləsinə xitam verilib (Əmr № 203 к/d; xx.xx.2011-ci il). Göründüyü kimi, iddiaçının müxtəlif vaxtlarda müxtəlif vəzifələrdə, o cümlədən “kiçik redaktor” və “redaktor” vəzifələrində işləməsi müvafiq qurum tərəfindən də təsdiq olunur. Məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, iddiaçının qeyd olunan dövrlərdə “kiçik redaktor” və “redaktor” vəzifələrində işlədiyi dövr 5 ildən artıq təşkil edir. İddiaçının işlədiyi həmin vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmasa da və bu barədə X12 apellyasiya baxışı zamanı fərqli mövqe nümayiş etdirsə də, onun birinci instansiya məhkəməsinə təqdim etdiyi müsbət rəyində sözügedən vəzifələrin uyğunlaşdırılmasına etiraz edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının müxtəlif dövrlərdə işlədiyi “kiçik redaktor” və “redaktor” vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda birbaşa nəzərdə tutulmamasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, 1991-ci il oktyabrın 18-dək olan dövrdə Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında və Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”ndakı Siyahı ilə məhdudlaşdırıla bilməz. Həmin Siyahıda xx.xx.2003-cü il tarixədək Təsnifat Toplusu qüvvəyə minənədək yuxarıda sadalanan idarələrdə və aparatlarda mövcud olan vəzifələr dəqiq göstərilməsə də, onların müəyyən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasının mümkünlüyü müəyyən edilmişdir. Hazırki işdə iddiaçının müxtəlif dövrlərdə işlədiyi “kiçik redaktor” və “redaktor” vəzifələri adı çəkilən Siyahıda dövlət qulluqçusu vəzifələrinə uyğunlaşdırılmasa da, Kollegiya hesab edir ki, iddiaçının ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi ilə bağlı tələbinə baxılarkən onun işlədiyi həmin vəzifələrin dövlət qulluqçusu olub-olmaması məsələsinə qiymət verilməsində müvafiq hüquqi dəyərləndirmənin aparılması labüddür. X8 iş üzrə verdiyi rəydə iddiaçının 1982-1991-ci illərdə “kiçik redaktor” və “redaktor” vəzifələrində işlədiyi Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi və ya Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunu müəyyən edən sənədlərin Mərkəzdə mövcud olmadığı səbəbindən məsələyə dair rəy verilməsinin qeyri-mümkünlüyü bildirilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 26 iyun tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mədəniyyət məsələlərinə dair Azərbaycan SSR hökumətinin qərarlarına edilən dəyişikliklər”in 3-cü və 4-cü bəndlərində qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il 10 may tarixli 149 nömrəli qərarının adında və mətnində “Nazirlər Soveti Dövlət Komitəsinin” sözləri “Dövlət Komitəsinin” sözləri ilə əvəz edilsin. Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il tarixli 10 may tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamədə müvafiq dəyişikliklər aparılmışdır. Bununla da istər Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə”yə, istərsə də həmin Əsasnamədə Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 26 iyun tarixli 211 nömrəli Qərarı ilə aparılmış dəyişikliklərə görə, Komitə ittifaq-respublika orqanı olmuş və Komitə respublikada televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisələrə rəhbərlik etmişdir. Qeyd olunan Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmiş və onun strukturunda Plan-maliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar və xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, Ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsaslı tikinti şöbəsi, İkinci şöbə X4, Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilatlar isə Komitənin strukturuna daxil olan qurumlar olaraq nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, “SSRİ Nazirlər Sovetinin 1984-cü il 07 mart tarixli 228 nömrəli qərarı və Azərbaycan SSR hökumətinin xalq təsərrüfatının qeyri-istehsal sahələri işçilərinin əməyinin ödənilməsi məsələlərinə dair qərarlarının qüvvədən düşmüş hesab edilməsi və onlara dəyişiklik edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli 126 nömrəli Qərarının 9-cu bəndinə görə “Mərkəzi Televiziya Baş İdarəsinin işçilərinin, habelə müəlliflərin, ifaçıların, bədii- quruluşçu və televiziya sisteminin televiziya proqramlarının yaradılmasında birbaşa iştirak edən redaksiya işçilərinin əməyinin ödənilməsi şərtləri haqqında” SSRİ Nazirlər Sovetinin 1967-ci il 27 may tarixli 478 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin “SSRİ Nazirlər Kabinetinin 1991-ci il 11 iyul tarixli 465 nömrəli “X2 və Radio Verilişləri Şirkətinin yaradılması ilə əlaqədar SSRİ Hökumətinin qərarlarına dəyişikliklər edilməsi və qüvvədən düşmüş hesab edilməsi haqqında”” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 290 nömrəli xx.xx.1991-ci il tarixli Qərarının 14-cü bəndinə görə “SSRİ Nazirlər Soveti yanında Radio Verilişləri və Televiziya Komitəsinin Mərkəzi Televiziyasının “Ekran” Yaradıcılıq Birliyinin işçilərinə filmlərin və televiziya üçün digər növ işlərin yüksək keyfiyyətinə görə mükafatlarının məbləği haqqında” SSRİ Nazirlər Sovetinin 243 nömrəli xx.xx.1969-cu il tarixli qərarı qüvvədən düşmüş hesab edilmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçının xx.xx.1982-ci ildən televiziyanın “Tədris proqramları” qrupunda “kiçik redaktor”, xx.xx.1983-cü ildən televiziyanın “Sinifdənkənar və məktəbdənkənar tədris verilişləri” qrupunda “redaktor”, xx.xx.1986-cı ildən xx.xx.1991-ci ilədək Təbliğat baş redaksiyasının “Sosial həyat” şöbəsində işlədiyi “redaktor” vəzifələri Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin və həmin Komitənin adı Azərbaycan SSR Nazirlər Sovetinin 26 iyun 1985-ci il tarixli 211 nömrəli Qərarı ilə dəyişdirildikdən sonra Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturuna daxil olmuş, bundan sonra yeni yaranmış Komitənin strukturunu müəyyən edən sənədlər müvafiq qurumlara, o cümlədən X11 təqdim olunmasa da, adı çəkilən vəzifələr proqram və verilişlər qrupuna aid olduğundan və yuxarıda adları qeyd olunan- Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli 126 nömrəli Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 290 nömrəli xx.xx.1991-ci il tarixli Qərarının məzmununa görə Mərkəzi Televiziya Baş İdarəsinin işçisi, televiziya sisteminin televiziya proqramlarının yaradılmasında birbaşa iştirak edən redaksiya işçisi hesab olunurdu. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 26 iyun 1985-ci il tarixli 211 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin adı dəyişdirilərək Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırıldıqdan sonra Komitənin strukturunu müəyyən edən sənədlərin müvafiq qurumlara, o cümlədən X11 təqdim olunmamasında iddiaçının təqsiri olmadığından, Komitənin hər iki halda ittifaq-respublika orqanı olması mübahisəsiz olduğundan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2022-ci il tarixli 03/10-164/3 nömrəli məktubundakı mövqeyinə görə- Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əsasnaməsinin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərabər statusda olmasına dəlalət etdiyindən, iddiaçının işlədiyi “kiçik redaktor”, “redaktor” vəzifələrinin proqram və verilişlər qrupuna aid olub, Mərkəzi Televiziya Baş İdarəsinin işçisi, televiziya sisteminin televiziya proqramlarının yaradılmasında birbaşa iştirak edən redaksiya işçisi hesab olunduğundan, bunun da Komitənin vahid sistemini təşkil edən və bilavasitə Komitənin funksiyalarının icrasını təmin edən işçilərə aid olduğundan həmin vəzifələrdə işlədiyi dövrü dövlət qulluqçusu stajı kimi nəzərə alınmalıdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qənaəti düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. O ki qaldı apellyasiya şikayətinin dəlillərinə, məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir və hesab edir ki, həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın rəddi üçün əsas yaratmır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması barədə iş üzrə düzgün nəticəyə gəlib, qərarın əsaslandırıcı hissəsində iddiaçının 65 yaşdan bu hüquququnun yarandığını qeyd etsə də, qərarın nəticə hissəsində iddiaçıya həmin növdə pensiyanın hansı yaşdan (yəni hansı tarixdən) təyin olunmasını dəqiq göstərməmişdir. Lakin bu pozuntunu məhkəmə kollegiyası kobud pozuntu kimi qiymətləndirmir və hesab edir ki, həmin pozuntu nəticə etibarilə qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5206/2024 saylı 01 mart 2024-cü il tarixli qərarı “iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edildiyi tarix- xx.xx.2019-cu il” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5206/2024 saylı 01 mart 2024-cü il tarixli qərarı “iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edildiyi tarixxx.xx.2019-cu il” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Xumar Mərdanova İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2568/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2568/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver