Məhkəmə qərarları › İş №2-1(103)-2568/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2568/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2568/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ″Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 33 saylı evin iddiaçıya məxsus 3 saylı mənzilinin mənzil fondundan çıxarılaraq qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması″ tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2222/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 33 saylı evin iddiaçıya məxsus 3 saylı mənzilinin mənzil fondundan çıxarılaraq qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2012-ci il tarixli 18/03-8/1360 saylı məktubu ilə razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsi və Nizami Rayon İcra Hakimiyətinin M62 saylı, xx.xx.2012-ci il tarixli məktubu ilə X2 Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 33 saylı evin ona məxsus 3 saylı mənzilinin yenidən qurulmasına razılıq verilmişdir. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının 14 avqust 2014-cü il tarixli Aktı ilə Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 33 saylı evin 3 saylı mənzili istismara qəbul edilmiş, eskiz layihəyə uyğun aparılmış yenidən qurma işləri nəzərə alınaraq mənzilin qeyri- yaşayış sahəsinə keçirə biləcəyi qərara alınmışdır. 4Ə-330 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında X1 rayonu, Qara Qarayev prospektində yerləşən 33 saylı evin ona məxsus 3 saylı mənzilini iddiaıya bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 33 saylı evin qeyri- yaşayış obyekti kimi fəaliyyət göstərən 3 saylı mənzili hal-hazırda iddiaçının mülkiyyətindədir. Mənzilin qonşu yaşayış sahələrindən müstəqil, təcrid olunmuş girişləri mövcuddur və yenidənqurulmasına dair razılıq verildiyi tarixdən qeyri-yaşayış obyekti kimi fəaliyyət göstərir. Lakin, sözügedən mənzil yaşayış fondundan çıxarılaraq qeyri-yaşayış sahəsinə keçirilmədiyindən qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınması mümkün olmamışdır. İddiaçı ona məxsus mənzilin yaşayış sahəsindən çxarılaraq qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh 5-16/1-M-138- 162/24 saylı xx.xx.2024-cü il tarixli məktubla müraciətinə imtina verərək bildirdi ki, təqdim etdiyi sənədlər Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olmadığından xahişinin təmin edilməsi imkan xaricindədir. Hesab edir ki, Cavabdeh imtinası qanunsuz və əsassızdır. Təqdim edilmiş sənədlərdə qanunvericiliyin tələblərinə uyğun olaraq mənzilin qeyri- yaşayış sahəsinə keçirilməsinə əngəl olan hər hansı məqam yoxdur Bakı İnzibati 2-1(112)-2222/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2025-cü il tarixə təyin edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı ərizə təqdim edərək, apellyasiya şikayətindən imtina edildiyini bildirmiş, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin şikayətin geri qaytarılması barədə ərizəsini, tərəfin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək cavabdehin hüququ olduğundan və hazırki iş üzrə onun bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onun bu barədə ərizəsi təmin edilməlidir. Ona görə də, şikayətin geri götürülməsi barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdehnə qarşı ″Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 33 saylı evin iddiaçıya məxsus 3 saylı mənzilinin mənzil fondundan çıxarılaraq qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması″ tələbinə dair cavabdehin apellyasiya şikayətinin geri qaytarılmasına dair ərizə təmin edilsin və apellyasiya icraatına xitam verilsin. Cavabdehnə izah edilsin ki, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət verilməsinə yol verilmir. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar