Məhkəmə qərarları › İş №2-1(103)-2569/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2569/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2569/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: XN0 Oruczadənin sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin N-N(NNN)-305N/N0N3 saylı, 04 aprel N0N3-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N993-cü ildə Binəqədi rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və N saylı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, 04 nömrəli əmri ilə şəxsi heyət siyahısına daxil edilmişdir. Füzuli rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etmiş, xx.xx.N994-cü il tarixdə yaralanmış və xx.xx.N994-cü il tarixədək Azərbaycan Dəmir Yolu Xəstəxanasında müalicədə olunaraq ona "Sağ saidin gəlib keçən güllə yarası, sağ dirsək sümüyü diafizinin çoxqəlpəli sınığı" diaqnozu qoyulmuşdur. Hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli əmri ilə müalicə almaq üçün hospitala göndərilməklə 6-cı MAT-ın qazan təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim komissiyasının xx.xx.N0N6-cı il tarixli qərarında "hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" göstərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli direktivinə əsasən şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçı ona veteran adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin xx.xx.N0NN-ci il tarixli məktubla barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim edilən sənədlərin geri qaytarılması göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, barəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar çıxarılmamış, cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Qeyd olunmalıdır ki, o, hərbi hissəni özbaşına tərk etməmiş, hərbi hissədə ona bildirmişlər ki, tərxis olunur, lakin bunun sənədləşdirilməməsi onun günahı deyil və o, qanuni əsaslarla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N995- ci il tarixli direktivinə əsasən şəxsi heyətin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, arxiv arayışına əsasən iddiaçının xx.xx.N994-cü il tarixdən sonra hərbi xidmət etməsi və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsini rəhbər tutaraq, iddiaçıya müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin N-N(NNN)-305N/N0N3 saylı, 04 aprel N0N3-cü il tarixli qərarı (hakim: M.Qarayeva) ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi ona müharibə veteranı adı verilməsi üçün yetərli əsas sayıla bilməz. Belə ki, döyüş əməliyyatlarında iştirak edən şəxslərə o halda müharibə veteranı adı verilə bilər ki, digər əsasların mövcud olması ilə bərabər həmin şəxsin qanuni hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə mötəbər sübutlarla təsdiq edilsin. İş materiallarına əlavə olunmuş sənədlərdən isə görünür ki, iddiaçının sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.N0NN-ci il tarixli iclasında baxılmış və Mərkəzi Arxivin xx.xx.N0N6-cı il tarixli, 9/N-556N nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N994-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsi istisna edilir. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, N993-cü ildə Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və N saylı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, 04 nömrəli əmri ilə şəxsi heyət siyahısına daxil edilmişdir. Füzuli rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş zonasında xidmət keçərkən xx.xx.N994-cü il tarixdə yaralanmış və xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Azərbaycan Dəmir Yolu Xəstəxanasında müalicədə olmuşdur. “Sağ saidin dəlib keçən güllə yarası, sağ dirsək sümüyü diafizinin çoxqəlpəli sınığı”diaqnozu qoyulmuşdur. Hərbi Hissə Komandirinin N yanvar N994-cü il tarixli əmri ilə müalicə almaq üçün hospitala göndərilməklə 6-cı MAT-un qazan təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim komissiyasının xx.xx.N0N6-cı il tarixli qərarında "hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" göstərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli direktivinə əsasən şəxsi heyətin siyahısından çıxarılmışdır. Arxiv məlumatlarından və komissiyanın rəyindən görünür ki, ona müharibə veteranı vəsiqəsi verilməsi üçün bütün əsaslar mövcuddur. Lakin məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır, qanunun normaları düzgün tətbiq edilməmişdir və nəticədə düzgün olmayan qərar çıxarılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 6N.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.N), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.N, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in N.N.N-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İPM-in 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.N-ci maddəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-nin 8.N.N-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.N-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-nin 38.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Kollegiya hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Hərbi qulluqçuların statusu haqqında” xx.xx.N99N-ci il tarixli Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il NN sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. N-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin N0NN- ci il N3 dekabr tarixli N5N3 nömrəli Fərmanı: N. N997-ci il avqustun N-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: .... N.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; N. Müəyyən edilsin ki: N.N. bu Fərmanın 5.N-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsi bu Fərmanın N-ci hissəsində müəyyən edilmiş məbləğlərdə sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilmir. 5.N. bu Fərmanın N-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsini bu Fərmanın 4.N-ci bəndində nəzərdə tutulan qaydaya uyğun olaraq təmin etsin; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi N997-ci il avqustun N-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyinin müəyyən edilməsi ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin NN-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq apellyasiya şikayətini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.N0NN-ci il tarixli, 7N4 nömrəli arayışda göstərilmişdir, o, xx.xx.N978-ci il tarixdən xx.xx.N980-ci il tarixə kimi SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.N993-cü il tarixdən xx.xx.N993 və xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N saylı əmrilə hərbi hissənin qazan təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli müvafiq direktivinə əsasən şəxsi heyətin siyahısından çıxarılmışdır. Ehtiyatda olmağın son yaş həddinə çatdığına görə xx.xx.N009-cu il tarixində hərbi uçotdan çıxarılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.N0NN-ci il tarixli, N75 nömrəli arayışda göstərilmişdir, o xx.xx.N978-ci il tarixdə Binəqədi RHK tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq xx.xx.N980-ci il tarixə kimi həqiqi hərbi xidmət keçmişdir. Səfərbərliklə əlaqədar olaraq xx.xx.N993-cü il tarixdə Binəqədi RHK tərəfindən hərbi xidmətə çağırılmış və hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli müvafiq direktivinə əsasən şəxsi heyətin siyahısından çıxarılmışdır. Füzuli Hərbi Prokurorluğunun xx.xx.N0N6-cı il tarixli N7/4NN6 nömrəli məktubuna əsasən barəsində cinayət işi və təqsirləndirici material yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv tərəfindən İddiaçı verilmiş xx.xx.N0N6-cı il tarixli, 9/N-556N nömrəli arxiv arayışda göstərilmişdir, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı “A”, səh.-67, sıra- 784) N959-cu il təvəllüdlü, Salyan RHK-dan çağırılması, komandirin N yanvar N994-cü il tarixli 04 №-li əmrilə şəxsi heyətin siyahısına daxil olması və hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli müvafiq direktivinə əsasən şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 04 №-li əmrilə sıravi rütbəsində (əsas: §-N8, səh.- N6, sıra-8, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuş və komandirin N yanvar N994-cü il tarixli NN №-li əmrilə (əsas: §-N, səh.-H7, sıra-60, əmrdə atasının adı yazılmamışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) müalicə almaq üçün hospitala göndərilərək 6-cı MAT-un qazan təminatından çıxarılmışdır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN №-li əmrində atasının adı yazılmadığı üçün məlumatın XN aid olduğunu təsdiq etmək mümkünsüzdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 43 nömrəli, xx.xx.N0N6-cı il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğunun xx.xx.N0N6-cı il tarixli N7/4NN6 nömrəli məktubuna əsasən barəsində təqsirləndirici material və cinayət işi qeyd edilməmiş, vətəndaş XN döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N994-cü ildə aldığı və xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi Azərbaycan Dəmir Yolu xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ saidin dəlib keçən güllə yarası, sağ dirsək sümüyü diafizinin çoxqəlpəli sınığı” və xx.xx.N994-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz: “Sağ saidin odlu güllə yaralanması mil sümüyünün zədələnməsi ilə (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.N0N6-cı il tarixli 4053 nömrəli göndərişi, xx.xx.N0N6-cı il tarixli N6N nömrəli arayışı, Azərbaycan Dəmir Yolu xəstəxanasından verilmiş xx.xx.N994- cü il tarixli N4N nömrəli çıxarış epikrizi, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən xx.xx.N994-cü il tarixli 774 nömrəli arayışı, Füzuli Hərbi Prokurorluğunun xx.xx.N0N6-cı il tarixli, N7/4NN6 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “hərbi travmadir, Azərbaycan Respublikasının müdafiəsi zamani alınmışdır”. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən məktubu ilə İddiaçı barədə N №-li hərbi hissə komandirinin əmrlərindən arxiv çıxarışları göndərilmişdir: - N №-li hərbi hissə komandirinin N6 mart N99N-ci il tarixli, N №-li əmrindən çıxarışa əsasən siravi İddiaçı hərbi hissənin şəxsi heyətinə götürülməklə qumbaraatan hissənin qumbaraatan vəzifəsinə təyin edilmişdir. -N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, NN №-li əmrindən çıxarışa əsasən yaralanan və öldürülmüş şəxslər sırasından İddiaçı qazan təminatından çıxarılmışdır. Qeyd. Əmrdə soyadı Əmrullayev yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib. Əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır. - N №-li hərbi hissə komandirinin N avqust N994-cü il tarixli, NN6 №-li əmrindən çıxarışa əsasən hospitaldan qayıtmış hərbi qulluqçuların sırasında İddiaçı qazan təminatına götürülmüşdür. Qeyd. Əmrdə vəzifəsi göstərilməyib. - N №-li hərbi hissə komandirinin N oktyabr N994-cü il tarixli, N8N №-li əmrindən çıxarışa əsasən sıravi İddiaçı müalicəyə getmiş sayılmışdır. Qeyd. Əmrdə atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib. - N №-li hərbi hissə komandirinin NN iyul N995-ci il tarixli, N0N №-li əmrindən çıxarışa əsasən hərbi hissəni özbaşına tərk etmiş İddiaçı bütün növ təminatlardan çıxarılmışdır. Qeyd. Əmrdə vəzifəsi göstərilməyib. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədi ilə AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanlanaraq iddiaçı xx.xx.N959-cu il təvəllüdlü İddiaçı əlilliyinə dair bütün hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, xx.xx.N999-cu il tarixli müayinə əsasında iddiaçıya xx.xx.N999-cu il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar N il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.N003-cü il tarixdə təkrar müayinə nəticəsində iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar N il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.N0N4-cü il tarixdə təkrar müayinə nəticəsində iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yenidən N il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.N0N5-ci il tarixdə təkrar müayinə nəticəsində iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yenidən N il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.N0N6-cı il tarixdə təkrar müayinə nəticəsində iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yenidən 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 3-N7-4/3-3-379N/N0N3 nömrəli, N4 iyun N0N3-cü il tarixli qərarından müəyyən edilir ki, Bakı şəhər sakini xx.xx.N959-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin N73N003AACJ3 nömrəli xx.xx.N0NN-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Vətəndaş yeni göndərişi rəsmiləşdirmədən müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N0N6-cı il tarixli 43 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Saq saidin dəlib keçən güllə varası, sağ dirsək sümüyü diafizinin fÇoxgəlpəli sınığı. Sag saidin odlu güllə yaralanması mil sümüyünü zədələnməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ qolunda ağrılardan və hərəki məhdudluqdan şikayətlənmişdir. Baxış zamanı sağ saidin orta N/3-də çapıqlar izlənmişdir. Nevroloji müayinə zamanı motor hərəkətlər tam yerinə yetirmiş, reflekslər canlı və bərabər çağrılmış, D=S, əzələ gücüvə tonusu normal, atrofiya, hipotrofiya, parez aşkar edilməmiş, heç bir nevroloji defisit müəyyən edilməmişdir. Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.N0N3-cü il tarixli ********** N9N/N0N3 nömrəli Arayışında diaqnoz “Sağ saidin güllə yaralanmasından sonrakı vəziyyət. Sağ dirsək sümüyünün orta N/3-in qeyri düzgün bitişmiş sınığı. Ağrılı çapıq toxuması. Ağrı sindromu ilə. Sağ dirsək sümüyünün yuxarı-orta N/3-in qeyri düzgün bitişmiş sınığı. Orta-mil bucağ altında deformasiya təyin olunur” kimi qeyd olunmuşdur. X9 İnstitutunun xx.xx.N0N3-cü il tarixli EMQ müayinəsinin nəticəsi “Periferik nevromotor aparatda nevral tipli zədələnmə (sağ dirsək sinirin, neyropativası) aşkarlandı” kimi qeyd olunmuş, obyektiv müayinə zamanı öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmişdir. Şikayətlərinə əsasən, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.N0N3-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OU-Başlanğıc katarakta. VİS OU=0,4 k/e” kimi qeyd olunmuşdur. İstrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə AR Nazirlər Kabinetinin 30 dekabr N0N5-ci il tarixli 4N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və AR Nazirlər Kabinetinin N3 may N0NN-ci il tarixli N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədi ilə AR Müdafiə Nazirliyinə sorğu ünvanlanaraq AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının NN noyabr N0N6-cı il tarixli, 43 nömrəli qərarın və həmin qərarın verilməsi ilə bağlı bütün inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsinin N6N nömrəli, xx.xx.N0N6-cı il tarixli arayışına əsasən müəyyən edilir ki, İddiaçı həqiqətən xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilə kimi N65 saylı hərbi hissədə, xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilə kimi 8NN saylı hərbi hissədə, xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. xx.xx.N994-cü ildə hərbi hospitala göndərilmişdir. Müalicə aldıqdan sonra hərbi hissəni özbaşına tərk etmişdir. Füzuli Qarnizonu Hərbi Prokurorluğunun xx.xx.N0N6-cı il tarixli N7/4NN6 saylı məktubunda onun barəsində təqsirləndirici material və cinayət işi qeydə alınmadığı bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının N65, 8NN və 70N nömrəli hərbi hissələrdə xidmət keçməsi qeyd olunan hərbi hissələrin əmrləri və AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsinin arayışı ilə təsdiq olunduğundan və iddiaçı 70N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə döyüş əməliyyatlarında iştirak etdiyindən, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 43 nömrəli, xx.xx.N0N6-cı il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğunun xx.xx.N0N6-cı il tarixli N7/4NN6 nömrəli məktubuna əsasən barəsində təqsirləndirici material və cinayət işi qeyd edilməmiş, vətəndaş XN döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N994-cü ildə aldığı və xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi Azərbaycan Dəmir Yolu xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma diaqnoz: “Sağ saidin dəlib keçən güllə yarası, sağ dirsək sümüyü diafizinin çoxqəlpəli sınığı” və xx.xx.N994-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz: “Sağ saidin odlu güllə yaralanması mil sümüyünün zədələnməsi ilə (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.N0N6-cı il tarixli 4053 nömrəli göndərişi, xx.xx.N0N6-cı il tarixli N6N nömrəli arayışı, Azərbaycan Dəmir Yolu xəstəxanasından verilmiş xx.xx.N994cü il tarixli N4N nömrəli çıxarış epikrizi, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən xx.xx.N994-cü il tarixli 774 nömrəli arayışı, Füzuli Hərbi Prokurorluğunun xx.xx.N0N6-cı il tarixli, N7/4NN6 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “hərbi travmadir, Azərbaycan Respublikasının müdafiəsi zamani alınmışdır”. Azərbaycan Respulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, xx.xx.N0N6-cı il tarixdə təkrar müayinə nəticəsində iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yenidən 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmiş Hərbi Həkim Komissiyasının xx.xx.N0N6-ci il tarixli 43 nömrəli qərarı inzibati akt kimi ləğv olunmamış, geri çağırılmamış və hazırda qüvvədədir. Hazırda iddiaçının əlilliyinin olmadığı müəyyən edilsə, məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi, Mərkəzi Hərbi Həkim Komissiyasının 43 nömrəli, xx.xx.N0N6-cı il tarixli qərarına əsasən, iddiaçının hərbi xidmət zamanı aldığı xəsarətlərin səbəb əlaqəsi – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmiş, sonuncu dəfə xx.xx.N0N6-cı ildə iddiaçının əlilliyi məhz həmin səbəb əlaqəsi ilə müəyyən edilmişdir. Əlilliyin sonradan – N0NN-ci ildə aradan qalxması “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin qeydində təsbit olunmuş “əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla” müddəasının iddiaçıya münasibətdə tətbiqi imkanını aradan qaldırmır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe bu cür əsaslandırılmışdır (N-N(N0N)-N00/N0N3 saylı, xx.xx.N0N3-cü il tarixli Qərar, N-N(N0N)-N989/N0N3 saylı, xx.xx.N0N3-cü il tarixli Qərar). Beləliklə də, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xidmət etdiyi hərbi hissədə döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığı üçün müalicə almaq üçün hospitala göndərilərək qazan təminatından çıxarıldığından, həmçinin uzun müddət hospitalda müalicə aldığına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli direktivinə əsasən şəxsi heyətin siyahısından çıxarıldığından, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan cavabdehin ona münasibətdə veteran adının və vəsiqəsinin verilməsindən imtinası qanunvericiyin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin N-N(NNN)-305N/N0N3 saylı, 04 aprel N0N3-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Məmməd Məmmədov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar