Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2569/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X13 Filialına qarşı (3-cü şəxs: X8) “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X13 Filialına qarşı (3-cü şəxs: X8) “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5205/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür.
2. İddiaçıya məxsus xx.xx.1971-ci il tarixli əmək kitabçasına əsasən: xx.xx.1977-ci ildə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Televiziya və Radio Verilişləri Komitəsində sənaye verilişləri üzrə proqram hazırlayan qrupa kiçik redaktor vəzifəsinə təyin edilmiş, xx.xx.1984-cü ildə redaktor vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə Televiziyanın İctimai-siyasi proqramlar baş redaksiyasına böyük redaktor vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü ildə böyük redaktor vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü ildə Televiziyanın hərbi vətənpərvər şöbəsinə böyük redaktor vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı ildə işdən azad edilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi ilə bağlı tapşırığın əsas icraçısı kimi müvafiq layihə baş idarəyə təqdim edildikdə ona dair münasibətin bildirilməsi təmin ediləcəkdir. Əlavə olaraq qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ittifaqrespublika orqanı olması, Əsasnamənin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərabər statusunda olması qənaətinə gəlinir. Bu səbəbdən də müraciətdə qeyd edilən vəzifələrinin uyğunlaşdırılmasının Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarına dəyişiklik edilməsi yolu ilə həlli məqsədə uyğun hesab edilir.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 13 iyul 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının X8 publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 680 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X8 publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.1-ci yarımbəndinə əsasən dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək X5 vəzifələrinə aid edilmişdir. Bu səbəbdən də məktubda qaldırılan məsələyə X5 habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi əsasında baxılması məqsədəuyğundur.
5. Azərbaycan Respublikası X5 14 iyul 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən, Komitə ittifaqrespublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən Komitə respublika televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisə - Azərbaycan televiziya mərkəzi, Naxçıvan Muxtar SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, X10 Vilayəti İcraiyyə Komitəsinin Radio Verilişləri Komitəsi, şəhər və rayon yayım idarələri, tabeliyində olan müəssisə, təşkilat və digər qurumlar vasitəsilə rəhbərlik etmişdir. Həmin Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmişdir. Sözügedən əlavəyə əsasən X6 (Plan-maliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsas tikinti şöbəsi, İkinci şöbə) Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilat Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, Azərbaycan televiziyası və Azərbaycan radiosu, o cümlədən yuxarıda adıçəkilən digər qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin komitənin vahid sistemini təşkil etdiyi və həmin qurumlar bilavasitə Komitənin funksiyalarının icrasını təmin etdiyi üçün sözügedən qurumlarda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, operator, diktor, filmoteka müdiri və s. vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına etiraz olunmur.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 iyul 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibatı və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı təsdiq edilmişdir. Həmin Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması isə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 2-cı maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsı, həmin Qanunun 7-cı maddəsinə əsasən dövlət orqanı isə Azərbaycan Respublikasının qanunvencılık aktlar ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Bildiririk ki, keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il 10 may tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnaməsinin 1-ci hissəsinə əsasən, Komitə ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsi və həmin Əsasnaməyə 10 may 1971-ci il tarixli 2 saylı əlavəyə görə Azərbaycan Televiziya və X11 yanında təsərrüfat hesablı müəssisə kimi yaradılmışdır. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin 2.2-ci bəndində müəyyən edilmişdir ki, pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış "2020-2022-ci illər üçün Baş Kollektiv Saziş”də pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərinin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırmanın, eləcə də bu sahədə maliyyə dayanıqlılığının təmin edilməsi üçün təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi əsas vəzifələr olaraq müəyyən edilmişdir. Bu səbəbdən də keçmiş Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin yanında fəaliyyət göstərən Azərbaycan Televiziya və Radio Mərkəzinin işçilərinin vəzifələrinin mövcud dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması məqsədəmüvafiq hesab olunmamışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı və digərlərinin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı “Ayrı-ayrı vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və dövlət qulluqçusu kimi pensiyalarının yenidən hesablanması” tələbinə dair iddianın mümkün sayılmaması barədə nəticə dəyişdirilmədən saxlanılmışdır.
8. İddiaçı əmək pensiyası yaşına çatdığı üçün ona yaşa görə əmək pensiyası təyin edilmişdir.
9. İddiaçı cavabdehə müraciət edərək Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 1977-ci ilin dekabr ayından 1984-cü ilin dekabr ayınadək kiçik redaktor, 1984-cü ilin dekabr ayından 1991-ci ilin oktyabr ayınadək isə redaktor vəzifəsində işlədiyi dövrlər nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, ərizəsi təmin edilməmişdir.
10. Cavabdehin imtina məktubunda bildirilmişdir ki, ərizədə qeyd olunan iddiaçının işlədiyi vəzifə dövlət qulluğu vəzifələrinin uyğunlaşdırılması siyahısında nəzərdə tutulmadığından həmin vəzifənin dövlət qulluğu stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından hazırda mümkün deyildir. Eyni zamanda məsələnin həllinin yalnız sözügedən vəzifənin uyğunlaşdırılması yolu ilə mümkün olması və uyğunlaşdırmanın aparılmasının yalnız Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sözügedən vəzifələr 2007-ci il 15 may tarixli 77 nömrəli qərarda müvafiq dəyişiklik edilməklə siyahıya daxil edildikdən sonra mümkün olması bildirilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X13 Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının kiçik redaktor və redaktor vəzifələrinin dövlət qulluqçusu vəzifəsinə uyğun olduğunu nəzərə alaraq ona dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 1977ci ilin dekabr ayından 1984-cü ilin dekabr ayınadək kiçik redaktor, 1984-cü ilin dekabr ayından 1991-ci ilin oktyabr ayınadək isə redaktor vəzifəsində işlədiyi dövrlər nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini arzulayır və bu halı onunla əsaslandırır ki, onun işlədiyi kiçik redaktor və redaktor vəzifələri dövlət qulluğuna aiddir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.
14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5205/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmişdir.
16. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5205/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ: a. Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya məxsus xx.xx.1971ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1971-ci ildən xx.xx.1971-ci ilə qədər mühasib, 01,09.1971-ci ildən xx.xx.1972-ci ilə qədər Ağdam şəhər 4 №-li 8 illik məktəbdə pioner baş dəstə rəhbəri işləmiş, xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilə qədər Kirov adına X12 ordenli Azərbaycan Dövlət Universitetində jurnalistika fakültəsində təhsil almış, xx.xx.1977-ci ildən xx.xx.1991-ci ilə qədər Azərbaycan SSR Dövlət Televiziya və Radio Yayımları Komitəsində radio ədəbiyyatı redaksiyasında kiçik redaktor, redaktor və s. vəzifələrdə işləmişdir.
18. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçının hüquqi marağının və mübahisənin əsas mahiyyətini təşkil edən məsələ onun yuxarıda göstərilən dövrlərdə işlədiyi vəzifənin dövlət qulluqçusu vəzifələrinə aid olması nəzərə alınaraq, əmək pensiyasının təyin edilməsidir. Başqa sözlə iddiaçı Əliyev X7 Televiziya və Radio Yayımları Komitəsində işlədiyi vəzifənin dövlət qulluğu hesab olunmasını və onun dövlət qulluqçusu kimi pensiya təminatının həyata keçirilməsini iddia edir.
19. İddiaçı bir neçə dəfə Fondun Xüsusi Şərtlərlə X13 Filialına müvafiq tələblə müraciət etmiş və daxil olmuş müraciətlərə ünvanlanan cavab məktublarında bildirilmişdir ki, ərizədə qeyd olunan iddiaçının işlədiyi vəzifə dövlət qulluğu vəzifələrinin uyğunlaşdırılması siyahısında nəzərdə tutulmadığından həmin vəzifənin dövlət qulluğu stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından hazırda mümkün deyildir. Eyni zamanda məsələnin həllinin yalnız sözügedən vəzifənin uyğunlaşdırılması yolu ilə mümkün olması və uyğunlaşdırmanın aparılmasının yalnız Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sözügedən vəzifələr 2007-ci il 15 may tarixli 77 nömrəli qərarda müvafiq dəyişiklik edilməklə siyahıya daxil edildikdən sonra mümkün olması bildirilmişdir.
20. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əlavə hüququna əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları malikdirlər (Azərbaycan Respublikasının vəfəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla).
21. Göründüyü kimi İddiaçı Dövlət Televiziya və Radio Yayımları Komitəsində işlədiyi dövrün bir hissəsi 18 oktyabr 1991-ci il tarixdən əvvəlki dövrlərə aiddir və bu qəbildən olan vəzifələrin uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş (bundan sonra Fərman) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” (bundan sonra Uyğunlaşdırma Siyahısı) ilə müəyyən edilir. Lakin iddiaçının işlədiyi vəzifə və işlədiyi qurumda nəzərdə tutulan digər vəzifələr müvafiq siyahıda nəzərdə tutulmamışdır.
22. Fərmanın 2-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Sözügedən Fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının təsdiq edilməsi barədə 15 may 2007-ci il tarixli 77 nömrəli Qərarı mövcuddur ki, iddiaçının işlədiyi vəzifə həmin Qərarla təsdiq edilmiş siyahıya daxil olmadığından hazırda mübahisə edilən məsələ ilə bağlı uyğunlaşdırmanın aparılması müvafiq Qərarda dəyişikliyin edilməsi ilə mümkün ola bilər ki, bu da Nazirlər Kabinetinin səlahiyyətinə aid məsələdir.
23. Nazirlər Kabineti tərəfindən 16 yanvar 2008-ci il tarixli 5 nömrəli, 5 sentyabr 2008-ci il tarixli 203 nömrəli, 24 yanvar 2012-ci il tarixli 14 nömrəli, 04 aprel 2017-ci il tarixli 121 nömrəli, 29 iyul 2019-cu il tarixli 331 nömrəli və 7 iyul 2020-ci il tarixli 241 nömrəli qərarları ilə vəzifələrin uyğunlaşdırılması ilə bağlı 77 nömrəli Qərarla təsdiq edilmiş siyahıya əlavələr edilmişdir. Buradan məlum olduğu kimi iddiaçının hüquqi marağının əsasını təşkil edən vəzifənin siyahıya salınması da yalnız Nazirlər Kabineti tərəfindən əlavə edilmə yolu ilə həll edilə bilər.
24. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx/xx-1269 nömrəli, xx.xx.2020-ci il tarixli və xx/xx-1646/3 nömrəli xx.xx.2022-ci il tarixli məktublarında məsələnin Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu”da göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında dəyişikliyin edilməsi yolu ilə həll olunmasının mümkün olması bildirilmişdir.
25. Bundan başqa müvafiq məsələnin Nazirlər Kabinetinin səlahiyyətinə aid olması iddiaçı tərəfindən təkzib edilmir. Bu hal Nazirlər Kabinetinə qarşı qaldırılan və Ali Məhkəməyə qədər davam edən iddia tələbi ilə sübuta yetirilir. Belə ki, iddiaçı işlədiyi vəzifənin dövlət qulluqçusu vəzifələrinin siyahısına daxil edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzərinə öhdəlik qoyulması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, iddia məhkəmə tərəfindən mümkün hesab edilməmiş, Bakı Apellyasiya Məhkəməsinə verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Son olaraq verilmiş kassasiya şikayətinə uyğun olaraq işə baxan Ali Məhkəmənin 2-1(102)- 1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək iddia ilə bağlı Nazirlər Kabinetinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır.
26. Bu məsələ ilə bağlı hazırda cavabdeh kimi çıxış edən Fondun Xüsusi Şərtlərlə X13 Filialının iddiaçının işlədiyi vəzifənin dövlət qulluğu vəzifəsi hesab etməsi kimi bir səlahiyyəti mövcud deyildir. Həmçinin müvafiq qərarda dəyişiklik edilmədən hər hansı vəzifələrin dövlət qulluğu vəzifəsi kimi nəzərə alınması sözügedən qərarın mahiyyətinə zidd olaraq onun həyata keçirdiyi funksiyanın formal olmasına gətirib çıxara bilər. Belə olduğu halda məsələ ilə bağlı səlahiyyətli yuxarı icra hakimiyyəti orqanı tərəfindən iddiaçının işlədiyi vəzifənin dövlət gulluğu vəzifəsi hesab edilməsi məqsədəuyğun görülmədiyi halda, hər hansı mərkəzi icra hakimiyyəti orqanı tərəfindən bunun həyata keçirilməsi mümkün hesab edilə bilməz və qanunvericiliklə tabelilik münasibətlərinin pozulmasına gətirib çıxara bilər.
27. Hazırkı iş üzrə X5 Nazirlər Kabinetinə ünvanladığı PHŞ/3-2-2022-1953 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda iddiaçının vaxtilə işlədiyi vəzifənin Nazirlər Kabineti tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən dövlət gulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına daxil edilməsinə etiraz edilmədiyi bildirilmişdir. X8 tərəfindən iddiaçıya ünvanlanan 04/xx-xx/1432 nömrəli xx.xx.2020-ci il tarixli məktubunda Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Komitəsində mövcud olan yaradıcı vəzifələrin uyğunlaşdırılması aparılmadığından həmin vəzifənin iş müddətinin dövlət qulluğu stajı kimi nəzərə alınmaması, eyni zamanda müvafiq məsələ ilə bağlı X5 səlahiyyətli orqan olmaması bildirilərək, sözügedən uyğunlaşdırılmanın aparılması səlahiyyətinin Nazirlər Kabinetinə aid olması bildirilmişdir.
28. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəni tənzimləyən hüquq normasının olmaması onun həllinin mümkünsüzlüyü kimi qiymətləndirilməməli və analoji olaraq 2-1(102)-1819/2022 nömrəli qərara istinadən X5 rəyi alınmaqla mübahisə həll olunmalıdır. Buna münasibətdə bildirilir ki, Ali Məhkəmənin qeyd etdiyi analoji iş üzrə iddiaçının işlədiyi vəzifə müvafiq siyahıda nəzərdə tutulmuş və X8 siyahıda nəzərdə tutulan vəzifə ilə bağlı sözügedən uyğunluğun təsdiqi barədə rəy vermişdir. Lakin hazırkı iş üzrə mübahisə predmetini təşkil edən vəzifə ümumiyyətlə Siyahıda mövcud deyil və X8 tərəfindən Nazirlər Kabineti tərəfindən siyahıya daxil edilməyən vəzifə ilə bağlı hər hansı uyğunluq barədə rəy verilməsi qanunvericiliklə mümkün hesab oluna bilməz və heç bir hüquqi qüvvəyə malik deyildir. Mübahisə predmeti olan məsələ qanunvericiliklə tənzimlənməyən hal kimi qəbul edilə və analogiya üzrə həll edilə bilməz. Ona görə ki, sözügedən məsələ ilə bağlı səlahiyyətli orqan və tənzimetmənin həyata keçirilməsi üçün qəbul edilmiş normativ hüquqi akt mövcuddur. Hər hansı mərkəzi icra hakimiyyəti orqanı və ya bu qəbildən olan funksiya və vəzifələri həyata keçirən organın mövcud normativ hüquqi aktın mahiyyətinə əks qərar gəbul etməsi və ya rəy verməsi qanunaziddir.
29. Belə ki, iddiaçıya Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilərək hazırda ödənilir.
30. Ali Məhkəmənin Nazirlər Kabinetinin üzərinə müvafiq öhdəliyin qoyulmasının qanunvericiliklə mümkün olmamasını bildirməsi həmin öhdəliyin cavabdeh Fondun Xüsusi Şərtlərlə X13 Filialının üzərinə qoyulması kimi şərh edilə bilməz. Belə ki, iddiaçıların həmin iddiası üzrə hüquqi marağı işlədikləri vəzifənin uyğunlaşdırma siyahısına salınması ilə bağlı olmuşdur. İndiki halda cavabdehin belə bir səlahiyyəti yoxdur.
31. Hazırki iş üzrə iddiaçının işlədiyi vəzifə ümumiyyətlə uyğunlaşdırma siyahısında nəzərdə tutulmamışdır. X5 rəyinə münasibətdə məhkəmə rəyin müsbət olduğunu qeyd etmişdir. Lakin verilən hər iki rəydə yuxarıda qeyd olunduğu kimi hazırda iddiaçının vaxtilə işlədiyi vəzifənin siyahıda nəzərdə tutulmadığı üçün dövlət qulluğu vəzifəsi olmadığını məsələnin Nazirlər Kabinetinin səlahiyyətinə aid olduğu, bundan başqa Nazirlər Kabineti tərəfindən uyğunlaşdırmanın aparılmasına etiraz edilmədiyi bildirilmişdir.
32. Göründüyü kimi X8 uyğunlaşdırmanın Nazirlər Kabineti tərəfindən aparılmasına etiraz edilmədiyini bildirsə də, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda rəyin müsbət olduğunu bildirmişdir. Bundan başqa iş üzrə üçüncü şəxs qismində cəlb edilən X5 məhkəmə iclasında çıxış edən nümayəndəsi tərəfindən hazırda sözügedən vəzifənin dövlət qulluğu vəzifəsi olmadığı və dövlət qulluğu stajı kimi nəzərə alına bilmədiyi bildirilmişdir. Lakin məhkəmə tərəfindən qəbul edilən qərarda sözügedən məsələyə toxunulmamışdır.
33. Bundan başqa birinci instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ittifaq-respublika orqanı olması, Əsasnamənin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərabər statusunda olması, bu səbəbdən də müraciətdə qeyd edilən vəzifələrinin uyğunlaşdırılmasının Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarına dəyişiklik edilməsi yolu ilə həllinin məqsədə uyğun hesab edilməsi barədə rəyinin zəruriliyi ilə bağlı bildirir ki, qanun və digər normativ hüquqi aktların layihələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vəzifələrinə aiddir. (Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında” Əsasnamə) Göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi normayaratma fəaliyyətinin subyekti olaraq bu fəaliyyətdə vacib yer alan mərkəzi icra hakimiyyəti orqanıdır. Hazırda həmin orqanın müsbət rəyi iddiaçının işlədiyi dövrlərin dövlət qulluğuna daxil edilməsində əhəmiyyət kəsb edir.
34. Sözügedən mövqeyə münasibətdə birinci instansiya məhkəməsinin qərarının ziddiyyətli olması yuxarıda qeyd edilənlərdən bir daha aydın olur. Belə ki, Ədliyyə Nazirliyinin rəyindən göründüyü kimi iddiaçının işlədiyi vəzifənin uyğunlaşdırılmasının Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda dəyişiklik edilməsi yolu ilə həll edilməsinin məqsədəuyğun olması qeyd edilmişdir. Lakin məhkəmə tərəfindən mötəbər qəbul edilən rəy əsas gətirilərək müvafiq məsələnin Fondun Xüsusi Şərtlərlə X13 Filialı tərəfindən həll edilməsi məqsədəuyğun hesab edilmişdir.
35. Məlum olduğu kimi birinci instansiya məhkəməsinin Ədliyyə Nazirliyinin uyğunlaşdırmanın Nazirlər Kabineti tərəfindən aparılması ilə bağlı rəyini əsas gətirərək müvafiq öhdəliyi Fondun Xüsusi Şərtlərlə X13 Filialının üzərinə qoyması iddianın təmin edilməsinə yönələn ziddiyyətli mövqedir.
36. Əlavə olaraq birinci instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Bundan başqa qərarda qeyd edilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır.
37. Məhkəmənin mövqeyinə münasibətdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilik istənilən ardıcıl gələn 60 ayın və ya son 24 ayın əmək haqqı məlumatlarının təqdim edilməsini şərt kimi müəyyən etmişdir. Məhkəmə tərəfindən sözügedən normaya eyni zamanda “Dövlət qulluğu haqqında” Qanunun müvafiq maddəsinə istinad edilməsinə baxmayaraq iddiaçı tərəfindən işlədiyi vəzifədə aldığı əməkhaqqı barədə məlumatlar təqdim edilməmiş və məhkəmə tərəfindən əməkhaqqı cədvəli tələb edilmədən iddia təmin edilmişdir. Göründüyü kimi məhkəmə qərarda istinad etdiyi normanı pozmaqla icrası mümkün olmayan qərar qəbul etmişdir. Belə ki, qərarın qanuni qüvvəsini alacağı təqdirdə əməkhaqqı barədə məlumatlar mövcud olmadığından nəyin əsasında pensiyanın hesablanacağı müəmmalıdır.
38. Bununla bərabər məhkəmə tərəfindən qəbul edilən qərarda bildirilmişdir ki, Azərbaycan Respublikası X5 məhkəmə icraatı zamanı təqdim etmiş olduğu sorğuya cavab məktubundan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə”yə əsasən Komitə ittifaq-respublika orqanı olmuş, daha sonra Azərbaycan SSR Nazirlər Sovetinin 26 iyun 1985-ci il tarixli 211 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılmışdır. Göründüyü kimi Dövlət Televiziya və Radio Verilişləri Komitəsi 26 iyun 1985-ci il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin tabeliyində olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması barədə Siyahının 1.16-cı bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaqrespublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında olan vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Göründüyü kimi istinilən halda iddiaçının 26 iyun 1985-ci il tarixədək işlədiyi dövr mübahisəsiz olaraq dövlət qulluğu stajı kimi nəzərə alınır.
39. Məhkəmə qeyd edilən mövqedən yanaşaraq iddiaçının 26 iyun 1985-ci il tarixədək işlədiyi dövrün mübahisəsiz olaraq dövlət qulluğu stajı kimi nəzərə alınmasını bildirmişdir. Lakin göstərilən normaya səthi yanaşan Bakı İnzibati Məhkəməsi tərəfindən uyğunlaşdırma aparılan vəzifələrin idarəetmə orqanlarının aparatında, işləyən işçilərə aid olması iddiaçının isə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparatında deyil tabeliyində olan qurumda işləməsi nəzərə alınmamışdır. Sözügedən hal məhkəmə iclasının gedişində iddiaçının özü tərəfindən etiraf edilərək işlədiyi gurumun aparatında olan vəzifələrin uyğunlaşdırılmasının aparılması lakin onun çalışdığı qurumda olan vəzifələr barədə Nazirlər Kabineti tərəfindən müvafiq uyğunlaşdırmanın aparılmaması bildirilərək bunun düzgün olmaması qeyd edilmişdir.
40. İddiaçının Azərbaycan SSR Dövlət Televiziya və Radio Komitəsinin tabeliyində olmuş Azərbaycan televiziyasında və radiosunda işlədiyi vəzifə Nazirlər Kabinetinin 2007ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş Uyğunlaşdırma Siyahısında nəzərdə tutulmamışdır. Belə ki, müvafiq Siyahıda nəzərdə tutulmayan vəzifələrin Fond və ya onun struktur bölmələri tərəfindən dövlət qulluğu kimi nəzərə alınması mümkün deyildir. Göründüyü kimi dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılan vəzifələr Nazirlər Kabinetinin qərarı ilə müəyyən edildiyindən hər hansı vəzifənin dövlət qulluğu vəzifələrinə daxil edilməsi də, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 77 nömrəli qərarda dəyişiklik edilməsi yolu ilə həll edilə bilər.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
42. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki halları tam hərtərəfli araşdırılmamış, bununla da prosessual normaların tələbləri pozularaq nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
43. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinə etiraz edərək Bakı İnzibati Məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
TƏTBİQ EDİLƏN HÜQUQ
44. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlara (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əlavələr təyin edilir; Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. Dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. Dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.
45. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 6 mart 2018-ci il tarixli 1025-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 23.2-ci maddə birinci cümlədə “qulluğunda xidmət illərindən” sözləri “qulluğu vəzifəsində qulluq stajından” sözləri ilə əvəz edilmişdir və ikinci cümlə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir.
46. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
47. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
MƏHKƏMƏNİN MÖVQEYİ
48. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
49. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır.
50. Bununla bağlı məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
51. İşin hallarına görə iddiaçı əmək pensiyası yaşına çatdığı üçün ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının hüquqi marağı Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 1977-ci ilin dekabr ayından 1984-cü ilin dekabr ayınadək kiçik redaktor, 1984-cü ilin dekabr ayından 1991-ci ilin oktyabr ayınadək redaktor vəzifəsində işlədiyi vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunluğu aparılmaqla ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
52. İddiaçı bu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir.
53. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, qeyd olunan vəzifə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığından həmin vəzifələr dövlət qulluğu stajına aid edilməmişdir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət qulluğu haqqında” Qanunun xx.xx.2018-ci il tarixədək olan dəyişikliyə qədər 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunurdu. Odur ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ 2016-cı ildə yarandığından, onun dövlət qulluqçusu kimi pensiya almaq hüququnun yaranması üçün 5 illik dövlət qulluğu stajının toplaması zəruridir.
55. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə iddiaçının Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 1977-ci ilin dekabr ayından 1984-cü ilin dekabr ayınadək kiçik redaktor, 1984-cü ilin dekabr ayından 1991-ci ilin oktyabr ayınadək redaktor vəzifəsində işlədiyi vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmadığından, habelə aidiyyəti qurumlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, X8) tərəfindən verilən rəylər sözügedən vəzifələrin uyğunlaşdırılmasına əsas vermədiyindən, bu uyğunlaşdırılmanın aparılması səlahiyyəti məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinə aid olduğundan, həmin vəzifələrin dövlət qulluğu stajına daxil edilməsi mümkün deyil.
56. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıması Siyahısı” təsdiq edilmişdir.
57. Fərmanın 2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
58. Fərmanın icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti 2007-ci il 15 may tarixli 77 nömrəli Qərar qəbul etmiş, həmin Qərarla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir.
59. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2008-ci il tarixli 5 nömrəli, 5 sentyabr 2008-ci il tarixli 203 nömrəli, 24 yanvar 2012-ci il tarixli 14 nömrəli, 04 aprel 2017-ci il tarixli 121 nömrəli, 29 iyul 2019-cu il tarixli 331 nömrəli və 7 iyul 2020-ci il tarixli 241 nömrəli qərarları ilə vəzifələrin uyğunlaşdırılması ilə bağlı 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarla təsdiq edilmiş siyahıya əlavələr etmişdir.
60. İş materiallarından görünür ki, iddiaçı digər şəxslərlə kollektiv şəkildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edərək vaxtilə işlədikləri vəzifələrin həmin Siyahıya əlavə edilməsini xahiş etmişlər.
61. Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və X5 məktublarının surətindən görünür ki, onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbərinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan məktublarında Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin 2022-ci il 23 iyun tarixli 17425/14659 aid nömrəli və 2022-ci il 28 iyun tarixli 17733 nömrəli dərkənarına uyğun olaraq iddiaçıların müxtəlif vəzifələrinin dövlət qulluğu stajı kimi nəzərə alınması barədə müxtəlif rəylərini göndərmiş, lakin məsələ həllini tapmamışdır.
62. Bundan sonra iddiaçı digər şəxslərlə birgə cavabdeh kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı tələb irəli sürərək ayrı-ayrı vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə icraatı çərçivəsində həmin mübahisə üzrə iddia mümkünlük şərtlərinin ödəməməsi əsası ilə mümkün sayılmamışdır.
63. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə: “44. İddiaçılar dövlət qulluqçusu kimi pensiya təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumuna müraciət edə bilər, müraciətə inzibati orqan tərəfindən baxılarkən işin obyektiv araşdırılması, habelə əlavə sənədlərin və ya məlumatların tələb olunması barədə “İnzibati icraat haqqında” Qanunun müvafiq olaraq 24 və 32-ci maddələrinin tələbləri təmin edilərək aidiyyəti dövlət orqanlarından rəy və mülahizlər alına bilər, həmin qurum tərəfindən pensiya təyini barədə müraciətdən imtina edildiyi halda, onun hərəkətindən inzibati, yaxud məhkəmə qaydasında şikayət verilə bilər.
45. İddiaçıların işlədikləri vəzifələrin dövlət qulluğu olması ilə bağlı pensiya təyinatı barədə müraciətlərinə baxılarkən müvafiq aidiyyəti dövlət orqanlarından onların işlədikləri dövrün dövlət qulluğu sayılması barədə rəylər alınmaqla mübahisə həllini tapa bilər.”
64. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin bu barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırki iş üzrə iddiaçının Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işlədiyi kiçik redaktor və redaktor vəzifələrinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 saylı Fərmanı və Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapmaması mübahisənin həllini istisna etmir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2016cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X8 publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının X8 (bundan sonra-Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti...təşkil edən publik hüquqi şəxsdir. Nizamnamənin 2.2.1-ci bəndinə görə Mərkəzin əsas vəzifələri aşağıdakılardır: dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir. Nizamnamənin 3.1.2-1-ci bəndinə görə Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi tədqiqatlar aparmaq hüququna malikdir.
66. Hazırkı işdə olan Azərbaycan Respublikası X5 14 iyul 2022-ci il tarixli məktubundan göründüyü kimi Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən, Komitə ittifaqrespublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən Komitə respublika televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisə - Azərbaycan televiziya mərkəzi, Naxçıvan Muxtar SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, X10 Vilayəti İcraiyyə Komitəsinin Radio Verilişləri Komitəsi, şəhər və rayon yayım idarələri, tabeliyində olan müəssisə, təşkilat və digər qurumlar vasitəsilə rəhbərlik etmişdir. Həmin Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmişdir. Sözügedən əlavəyə əsasən X6 (Plan-maliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsas tikinti şöbəsi, İkinci şöbə) Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilat Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutulmuşdur. Nəticə etibarı ilə Azərbaycan Respublikası X8 Azərbaycan televiziyası və Azərbaycan radiosu, o cümlədən yuxarıda adıçəkilən digər qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin komitənin vahid sistemini təşkil etdiyi və həmin qurumlar bilavasitə Komitənin funksiyalarının icrasını təmin etdiyi üçün sözügedən qurumlarda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, operator, diktor, filmoteka müdiri və s. vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına etiraz etmədiyini bildirmişdir.
67. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının vaxtilə icra etdiyi xidmət hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanunun 1.1.1-ci maddəsində nəzərdə tutulan dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsindəki xidmətdir. Odur ki, bərabərlik və ədalətlik prinsipləri nəzərə alınmaqla iddiaçının dövlət orqanında mülki işçiyə xas olmayan, məhz dövlət qulluğunda inzibati vəzifədəki xidməti qanunvericilikdə uyğunlaşdırılmanın aparılıbaparılmamasından asılı olmayaraq dövlət qulluğu xidmətidir. Əks mövqeyi iddiaçının pensiya təminatı, geniş mənada mülkiyyət hüququna müdaxilə təşkil etməklə daxili və beynəlxalq qanunvericiliklə müəyyən edilmiş prinsiplərə ziddir.
68. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. İnzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
69. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
70. Məhkəmə kollegiyası məsələyə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində 1977-ci ilin dekabr ayından 1984-cü ilin dekabr ayınadək kiçik redaktor, 1984-cü ilin dekabr ayından 1991-ci ilin oktyabr ayınadək redaktor vəzifələrdə işlədiyi müddət dövlət qulluğu kimi qəbul edilməlidir. Həmin illəri cəmlədikdə isə iddiaçının dövlət qulluğu stajının 5 ildən çox təşkil etdiyi müəyyən olunur ki, bu da onun həmin dövrdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün tələb olunan şərti ödəyir.
71. Bundan əlavə Kollegiya qeyd edir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən, Komitə ittifaq-respublika orqanı olmuşdur.
72. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən Komitə respublika televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisə - Azərbaycan televiziya mərkəzi, Naxçıvan Muxtar SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, X10 Vilayəti İcraiyyə Komitəsinin Radio Verilişləri Komitəsi, şəhər və rayon yayım idarələri, tabeliyində olan müəssisə, təşkilat və digər qurumlar vasitəsilə rəhbərlik etmişdir.
73. Həmin Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmişdir.
74. Sözügedən əlavəyə əsasən X6 (Plan-maliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsas tikinti şöbəsi, İkinci şöbə) Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilat Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutulmuşdur.
75. Azərbaycan Respublikası X5 işdə olan müvafiq rəyindən də göründüyü kimi Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə”yə əsasən Komitə ittifaq-respublika orqanı olmuş, daha sonra Azərbaycan SSR Nazirlər Sovetinin 26 iyun 1985-ci il tarixli 211 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılmışdır.
76. Göründüyü kimi Dövlət Televiziya və Radio Verilişləri Komitəsi 26 iyun 1985-ci il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin tabeliyində olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması barədə Siyahının 1.16-cı bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında olan vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır.
77. Belə olan halda iddiaçının hətta 1984-cü il tarixədək işlədiyi dövr mübahisəsiz olaraq dövlət qulluğu stajı kimi nəzərə alınmalıdır. Çünki həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) müddəalarına görə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdir. Odur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
78. Beləliklə, iddiaçıya tələb etdiyi əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
79. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
80. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(112)-5205/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov