Məhkəmə qərarları › İş №2-1(103)-257/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-257/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-257/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), X1 və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı (xx.xx.1975-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, ünvan 1 m. 37 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə qarşı ödənilməmiş müavinətin ödənilməsi tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)-3055/2019 nömrəli qərarından cavabdehin apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2016-cı il tarixdən verilməmiş müavinətin hesablanaraq verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə fəal iştirak etmişdir. Lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə “Müharibə veteranı” vəsiqəsi verilmişdir. Ona 2019-cu il tarixədək “Müharibə veteranı” adının verilməsinin gecikdirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin günahı ucbatından olmuşdur. Əgər həmin Nazirlik ona vaxtında “Müharibə veteranı” adını vermiş olsaydı vaxtında ona verilməli olan müavinəti ala bilərdi .Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixdən əvvəlki 3 il üzrə ona verilməmiş müavinətin verilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsi cavab məktubu ilə ona Müdafiə Nazirliyi tərəfindən “Müharibə veteranı” vəsiqəsinin xx.xx.2019-cu il tarixdə verildiyindən sosial müavinətin həmin tarixdən təyin olunduğu əsas gətirilərək imtina edilmişdir. Göründüyü kimi, cavabdehin göstərilən əsaslarla müraciətinin təmin edilməsindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3055/2019 saylı qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, İddiaçı xx.xx.2016-cı il tarixdən ödənilməmiş müavinətin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə üzərinə qoyulmuşdur. Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə həmin qərardan apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müavinət almaq üçün müraciət edildikdə həmin müavinət əvvəlki dövr üçün 3 ildən çox olmamaqla onu almaq hüququ yaranan gündən təyin olunur və ödənilir. “Müharibə veteranları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə, əmək və silahlı qüvvələr veteranı adını daşıyanlara üzərində “Azərbaycan Respublikasının veteranı” sözləri yazılmış vəsiqə verildiyi üçün iddiaçıya onun sosial müavinət almaq hüququ yaranan xx.xx.2019-cu il tarixindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir (vəsiqə M/V №085402). Sosial müavinət vəsiqəni aldığı tarixdən hesablanaraq verilsə də, keçmiş dövr üçün sosial müavinət ödənilməmişdir. Bununla bağlı iddiaçının müraciəti isə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, **********0 saylı məktubla təmin edilməmişdir. İddiaçı tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş, həmin tarixdən də ona sosial müavinət təyin olunmaqla ödənilməyə başlanılmışdır. Bu vəsiqənin verilməsi əsasını iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi təşkil etmişdir. İddiaçının müvafiq müavinət almaq hüququ da məhz həmin tarixdən yaranmışdır. Birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlsə də, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli sərəncamının xx xxxxx 2019-cu il tarixdən qüvvəyə minməsini nəzərə almamışdır. Həmin Sərəncamın 1.11-ci bəndinə əsasən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində ona xx.xx.2016-cı il tarixdən verilməmiş müavinətin hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə isə yalnız xx.xx.2016-cı il tarixdən ödənilməmiş müavinətin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, ödənilməmiş müavinətin hansı tarixə qədər hesablanaraq ödənilməsi göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2019-cu ildən müharibə veteranlarına ödənilən sosial müavinətlər Prezident təqaüdü ilə əvəz edildiyindən iddiaçının tələbi yalnız həmin tarixədək müavinətin ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli sərəncamı nəzərə alınaraq iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinət hesablanaraq ödənilməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Həmin Qanunun 4.0.6-cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinət hesablanaraq iddiaçıya ödənilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94 və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3055/2019 saylı qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün müharibə veteranları üçün nəzərdə tutulan ödənilməmiş sosial müavinətin hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar