Məhkəmə qərarları › İş №2-1(103)-2570/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2570/2021

27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2570/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlunun və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (üçüncü şəxs: İashar İsaevi) qarşı “mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi barədə” iddia tələbinə dair iş üzrə üçüncü şəxs İashar İsaevin “məhkəmə qərarının icrasına dönüş edilməsi barədə” ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2-2(82)-2626/2019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 1 ünvanındakı yaşayış binasının 234 saylı mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4845/2018 saylı 27 dekabr 2018ci il tarixli qərarı ilə iddia təmin edilmiş və həmin qərar məhkəmənin 08 fevral 2019-cu il tarixli məktubu ilə icra olunması üçün cavabdeh idarəyə göndərilmişdir (Mənzilə dair iddiaçının adına reyestrdə ********** nömrəli, 15.02.2019-ci il tarixli qeydiyyat aparılmışdır). 22.02.2019-cu il tarixində İ. İsayev ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini və işə onun iştirakı ilə yenidən baxılmasını məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2- 1(82)4845/2018 saylı qərardadı ilə İ.İsayev üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, məhkəmənin iş üzrə 2-1(82)-4845/2018 nömrəli 27 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İş təzələndikdən sonra üçüncü şəxsin iştirakı ilə işə yenidən baxılaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli 2-1(82)-2626/2019 nömrəli qərarı ilə İddiaçı - Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 1 ünvanındakı yaşayış binasının 234 saylı mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə dair iddia tələbi rədd edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı - Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2-1(103)-2525/2019 saylı qərarı ilə, həmin qərar isə Azərbaycan Respublikası Ali Məhkəməsinin10.03.2020-ci il tarixli 2-1(102)- 725/2020 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Üçüncü şəxs İ.İsayev (vəkili X4) ərizə ilə və sonradan ona dəqiqləşmə verərək, icraya dönüş edilərək daşınmaz dmlakın dövlət reyestrində Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, 2347/48-ci məhəllə, mənzil 234 üzərində İddiaçı mülkiyyət hüququna dair ********** nömrəli, 15.02.2019-ci il tarixli qeydiyyatın ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə göstərilən əsaslara görə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 21(82)-4845/2018 nömrəli qərarı icra edilərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 1də inşa edilmiş çoxmənzilli yaşayış binasının 3-cü giriş, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 141 kv.m olan, 3 otaqlı, 234 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüququna dair Çıxarış verilmişdir. Lakin həmin çıxarışın hüquqi əsasını təşkil edən həmin məhkəmə qərarı sonradan ləğv edildiyindən, bu barədə həmin Xidmətin 1 saylı Bakı Ərazi idarəsinə məlumat verilməlidir. Həmin mənzil hazırda İ.İsaevi sahibliyində və sərəncamında olmasına baxmayaraq, İddiaçı adında qeydiyyat qalmışdır. Bakı İnzibati Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2-2(82)-2626/2019 saylı “qərardadı ilə üçüncü şəxsin ərizəsi təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2-1(82)4845/2018 nömrəli qərarının icrasına dönüş edilməsi və daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, 2347/48-ci məhəllə, mənzil 234 üzərində İddiaçı mülkiyyət hüququna dair ********** nömrəli, 15.02.2019-ci il tarixli qeydiyyat ləğv edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin rədd olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «…məhkəmə qərardad qəbul edərkən prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4845/2018 saylı 27 dekabr 2018-ci il tarixli qərarı 08.02.2019-cu il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə icra edilməsi üçün daxil olmuş və məhkəmə qərarı icra edilərək, İddiaçı adına 15.02.2019-cu il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış verilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1505/2019 No-li, 22.02.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, 2347-48-ci məhəllə, 234 saylı mənzil üzərinə həbs qoyulmuşdur. Bundan əlavə, Xətai rayon Məhkəməsinin 2(011)-1105/2021 saylı, 19.05.2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, 2347-48-ci məhəllə, 234 saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehlər "xxxx" MMC-yə, İashar İsayevə və digər şəxslərə qadağan edilmişdir. Lakin birinci instansiya məhkəməsi ərizənin təmin edilməsi barədə qərardad qəbul edərkən Xətai rayon Məhkəməsinin sözügedən qərardadlarını nəzərə almamış və həmin qərardadlara münasibət bildirməmişdir…» Məhkəmə kollegiysının iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Kəlbiyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş üçüncü şəxs və iddiaçı (səlahiyyətli nüayəndələri) məhəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materialları araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin ərizəsi qismən təmin edilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarından göründüyü kimi, işə ilkin olaraq üçüncü şəxsin iştirakı olmadan qəbul edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4845/2018 saylı 27 dekabr 2018-ci il tarixli qərarı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilərək, İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 1 ünvanında yerləşən yaşayış binasının mübahisəli 234 saylı mənzilinə dair 15.02.2019-cu il tarixdə qeydiyyat aparılmış və ona ********** saylı qeydiyyat nömrəli çıxarış verilmişdir. Lakin sonradan işə üçüncü şəxs İ.İsayevin iştirakı ilə baxılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli 2-1(82)-2626/2019 nömrəli qərarı ilə İddiaçı iddia tələbi rədd edilmiş və həmin qərar yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə də, əvvəlki vəziyyətin bərpa edilməsi üçün icrada dönüş edilməsi zərurəti yaranmış, lakin cavabdehin apelyasiya şikayətinin dəlillərindən göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrinə müvafiq qeydlərin aparılmasını əngəlləyən bir sıra səbəblər qeyd olunan məhkəmə qərarının icrasında dönüş edilməsini mümkünsüz edir. Belə ki, iş materiallarına, o cümlədən, cavabdehin apellyasiya şikayətinə və ona əlavə olunmuş məhkəmə aktına əsasən müəyyən olunur ki, mübahisəsinin predmeti olan, Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, 2347-48-ci məhəllə, 234 saylı mənzilin üzərinə - iddiaçı İashar İsayevin cavabdehlər X2 və qeyrilərinə qarşı mülki iş üzrə İ.İsaynvin iddianı təmin etmə tədbiri barədə ərizəsi əsasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1505/2019 N-li, 22.02.2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Bundan əlavə, başqa bir mülki iş üzrə - İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsinə əsasən Xətai rayon Məhkəməsinin 2(011)-1105/2021 saylı, 19.05.2021-ci il tarixli digər qərardadı ilə həmin mənzilin özgəninkiləşdirilməsi cavabdehlər "xxxx" MMCyə, İashar İsayevə və digər şəxslərə qadağan edilmişdir. Göründüyü kimi, ən azından, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1505/2019 N-li, 22.02.2019-cu il tarixli qərardadı ilə mübahisəli mənzilin üzərinə həbsin qoyulması 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4845/2018 saylı 27 dekabr 2018-ci il tarixli qərarının icrasında dönüş edilməsini imkansız edir. Çünki, mənzil üzərindəki «həbs» daşınmaz əmlakın dövlət reyestrində hər hansı əməliyyat, o cümlədən, qeyd aparılmasının qarşısını alır. Birinci instansiya məhkəməsi tərəfindən isə üçüncü şəxsin icrada dönüş barədə ərizəsinə daşınmaz əmlakın dövlət reyestrinin aparan cavabdeh inzibati orqanın iştirakı təmin olunmaqla hərtərəfli araşdırlmamış, reyestrdə mübahisəli mənzilə dair yüklülük və məhdudiyyətin olub-olmamasına aydınlıq gətirilməmişdir. İPM-in 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin - birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırma aparılmadığını, qərardadın prosessual hüquq normalarının pozulması ilə qərardad qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2-2(82)-2626/2019 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 87.9-cu maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mənzil üzərində qeydə alınmış məhdudiyyətlər dəqiqləşdirilməli və nətijəsindən asılı olaraq müvafiq hüquqi qiymətləndirmə aparıldıqdan sonra icrada dönüş məsələsi həll edilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2-2(82)-2626/2019 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar