Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2571/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-116/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq, şifahi məhkəmə baxışı qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmiyyətdə səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli, xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-116/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilmiş, cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirilməsi haqqında **********188906 nömrəli, xx.xx.2019-cu il tarixli qərar ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İşə apellyasiya icraatında baxılarkən, iddiaçı xx.xx.2012-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında əldə olunmuş şifahi razılaşma əsasında **********188906 nömrəli, xx.xx.2019-cu il tarixli mübahsələndirilən qərarın ləğv olunduğunu bildirərək iddianın etibarsız hesab olunmasını, xx.xx.2022-ci il tarixində isə cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək mübahisələndirilən qərarın ləğv edildiyini bildirərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Hər iki halda tərəflər mübahisələndirilən “səyyar vergi yoxlaması keçirilməsi haqqında” **********188906 nömrəli, xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi barədə **********163229 saylı xx.xx.2022-ci il tarixli qərarın surəti ərizə və vəsatətə əlavə olunmuşdur. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Əfəndiyev “səyyar vergi yoxlaması keçirilməsi haqqında” **********188906 nömrəli, xx.xx.2019-cu il tarixli qərarın vergi orqanı tərəfindən ləğv olunduğunu təsdiq etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən mübahisələndirilən “səyyar vergi yoxlaması keçirilməsi haqqında” **********188906 nömrəli, xx.xx.2019-cu il tarixli qərarını ləğv etməklə, iddiaçının tələbini təmin etmiş, bununla da mövcud məhkəmə mübahisəsi aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası mübahisə predmetinin artıq mövcud olmadığını nəzərə alaraq yekunda belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 80, 90-cı maddələrini rəhbər tutuaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “səyyar vergi yoxlaması keçirilməsi haqqında” **********188906 nömrəli, xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair” işin icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Mirzə Tağızadə Zəki Babayev
Məhkəmə qərarları › İş №2-1(103)-2571/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2571/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver