Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2573/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X9 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh icra məmuru X5 qarşı «qərarın və protokolun qanunsuz hesab edilməsi və ziyan tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(111)-5917/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizəsinə və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İ. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Binəqədi rayon İcra şöbəsinin icra məmuru X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra məmuru X3 X1 barəsində xx.xx.2022-ci il tarixli e 29 7233/2022- 14-25 saylı tələbin könüllü icrası haqqında və həmin tarixdə qəbul etdiyi “İcraata başlamaq haqqında ’’qərarı və xx.xx.2022-ci il tarixli, MN ******* saylı tərtib etdiyi “İnzibati xəta haqqında” protokolun qanunsuz hesab edilməsi, X3 üzərinə İddiaçı2 barədə xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun, İddiaçı1 barəsində isə xx.xx.2023-cü ildə tərtib etdiyi inzibati xəta haqqında protokolun sürətlərinin və İddiaçı2 barəsində xx.xx.2023-cü il tarixdə onun axtarışa verilməsi barədə qərarın sürətlərinin onlara yəni İddiaçı2 və İddiaçı1 verilməsi öhdəliyi qoyulması, icra məmuru X6 törətdiyi cinayət tərkibli əməllərinin nəticəsində onlara vurduğu 4580.00 (dörd min beş yüz səksən) AZN məbləğində maliyyə vəsaitinin ondan tutularaq, onun yəni İddiaçı2 hesabına ödənilməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələbinə uyğun olaraq X8 barəsində xüsusi qərardad çıxarılaraq ,bu barədə prokurora xəbər verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(111)-5917/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti vermişlər. Eyni zamanda, iddiaçı X4 buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək qərardaddan buraxılmuş müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, səhhətində yaranan ağrılar və oğlu İddiaçı2 işdən çıxması ilə əlaqədar ailədə yaranmış maliyyə problemi səbəbindən qərardadı 10 gün müddətində mübahisələndirə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Emiliya Allahverdiya müddətin bərpası barədə ərizəsini və apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Onun oğlu olan digər İddiaçı2 isə məhkəmə iclasına gəlməmişdir. İPM-in 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasılna gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan iddiaçının müddətin bərpası barədə ərizəsinə apellyasiyanın mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etmişdir. İİ.Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçını dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə müddətin bərpası barədə ərizənin təmin edilməsindən imtina olunmalı, apellyasiya şikayəti üzrə icraat mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(111)-5917/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadını iddiaçı xx.xx.2022-ci il tarixində məhkəmə qəbzini imzalayaraq almış, həmin qərarddadan apellyasiya şikayətini isə məhkəməyə xx.xx.2023cü il tarixdə məhkəməyə təqdim edilmişdir. İPM-in 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Məcəllənin qeyd olunan normasının tələbi baxımından, qərardaddan şikayət vermə müddətinin son günü 7 may 2023-cü il tarixinə düşür. Belə olan halda, iddiaçılar tərəfindən qanunla müəyyən olunan şikayət vermə müddəti 10 gün buraxılmış olur. Müddətin bərpası barədə ərizəsinə gəldikdə, iddiaçı tərəfindən müddətin buraxılmasının üzrlü səbəbləri kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlar təqdim eedilməmişdir. İPM-in 24.1-ci maddəsindən isə görünür ki, bu məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, buraxılmış prosessual müddətin bərpasına proses iştirakçının təqsiri olmadan buraxıldığı əsaslandırıldığı hallarda yol verilir. Konkret halda isə iddiaçı tərəfindən müddətin buraxıldığı onun təqsiri olmadan sübutlarla əsaslandırılmamışdır. «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Bakı İnzibati Məhkəməsinin qərardadından apellyasiya şikayəti verilməsinə maneçilik törədən, inkar olunmaz əsaslandırılmış üzrlü səbəblərin mövcudluğu müəyyən olunmur. Belə olan halda, müddətin buraxılması üzrlü hesab edilə bilməz, bu baxımdan da iddiaçların apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məgəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, müddətin bərpa olunmasından imtina olunması, iddiaçılar tərəfindən Bakı İnzibati Məhkəməsinin2-1(111)-5917/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından buraxılmış müddətin bərpa edilməsindən imtina olunması və iddiaçıların apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 24, 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Buraxılmış müddətin bərpası haqqında ərizə təmin edilməsin. Müddətin bərpa olunmasından imtina edilsin. İddiaçıların Bakı İnzibati Məhkəməsinin 2-1(111)-5917/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından apellyasiya şikayətləri üzrə apellyasiya mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2573/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2573/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver