Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2573/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Talışınski Fuad Şəmsəddin oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair" inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-219/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsininə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: "…xx.xx.1956-cı il tarixdə anadan olmuş, 29 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranmışdır. Yaşa görə əmək pensiyasına çıxmaq üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. İmtina ilə razı deyil. Bəelə ki, ümumi əmək stajı tələb olunan 25 ildən çoxdur...” Hazırkı tələblə bağlı iddiaçının sonuncu müraciətini cavabdeh 25 yanvar 2022-ci il tarixli məktubu ilə sığorta stajının 25 ildən az (23 il 11 ay) və tələb olunan pensiya kaptialına malik olmadığı əsas gətirilərək imtina ilə cavablandırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 35.1, 38.2-ci və İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddələrinin tələbləri baxımından iddia mümkün iddiadır. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Mərkəzi Filiala təqdim olunmuş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1336/2022 nömrəli qətnaməsinə və hərbi biletin xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) surətinə əsasən iddiaçının sosial sığorta stajı 23 il 11 ay təşkil edir. Onun xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır." Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-554/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən iddia tələbi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-185/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(120)-554/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 219/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayətini iddiaçı aşağıdakılarla əsaslandırılmışdır: "…xx.xx.1956-cı il tarixdə anadan olmuşam və 29 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququm yaranmışdır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətim təmin edilməmiş, əsassız olaraq 25 yanvar 2022ci il tarixli **********9 saylı imtina cavabı verilmişdir. Hazırki halda pensiya təyinatını həyata keçirən orqanın imtinası səbəbindən onun gözlənilən pensiya hüququnun realizəsi mümkün olmamışdır. Belə olan təqdirdə onun konstitusion pozulmuşdur. Belə ki, inzibati orqan tərəfindən onun mübahisə olunmayan əmək stajı 23 il 11 ay təşkil edir. Nəzərə alınmayan dövrlər 1995-2001-ci illər üzrə əmək haqqı verilməyən dövrlərdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahatında şikayətinin təmin olunmasını, cavabdehin nümayəndəsi isə onun 25 il sığorta stajı, həm də onun tələb olunan pensiya kapitalının mövcud olmadığından, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşıdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir . Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. Əmək pensiyaları qanunvericiliyinin qeyd olunan tələbləri nəzərə alınmaqla, iş materiallarına əsasən iddiaçının aşağıdakı kimi sığorta stajı müəyyən olunur: xx.xx.1973 - xx.xx.1974:Cəbrayıl rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(072)-479/2021 nömrəli qətnaməsinə əsasən (Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Q-45/2023 nömrəli məktubu) -1 il 2 ay 20 gün; xx.xx.1974 - xx.xx.1976 : НЗ ******* nömrəli hərbi biletinin surətinə əsasən müddətli həqiqi hərbi xidmət-2 il 1 ay 13 gün ; 1977-1980: Cəbrayıl rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(072)- 479/2021 nömrəli qətnaməsinə əsasən Cəbrayıl rayon X1 “çilingər” – 3 il; 1980-1887: Cəbrayıl rayon məhkəməsinin qeyd olunan qətnaməsinə əsasən Cəbrayıl oayon Mədəniyyət şöbəsində sürücü -7 il 1987-1991: Cəbrayıl rayon Məhkəməsinin qeyd olunan qətnaməsinə əsasən Cəbrayıl rayon Avtonəqliyyt müəssisəsində sürücü- 4 il; xx.xx.1993-xx.xx.19946: AR Dİn Cəbraylı rayon Polis Şöbəsinin 938 saylı xx.xx.1995-ci il tarixli arayışına əsasən Cəbrayıl RİŞ yanında yaradıliış özünümüdafiə dəstəsində xidmət – 1 il; xx.xx.1994 – xx.xx.2001: AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin MA-203/28 saylı 28.06.22-ci il tarixli və arxiv arayışına əsasən - 6 il 10 ay 22 gün; İddiaçının qeyd olunan əmək fəaliyyəti üzrə iş stajı toplandıqda, ümumi stajı 25 il 2 ay 25 gün təşkil edir. Cavabdehin işə ələvə olunmuş imtina məktubuna və onun iddia ərizəsinə etirazına əsasən iddiaçının 23 il 11 ay sığorta stajına malik olduğu qəbul edilir. Göründüyü kimi, mübhisələndirilən hissə 1 il 1 ay təşkil edir ki, bu da cavabdeh tərəfindən onunla əsaslanıdırılır ki, iddiaçı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin arxiv arayışına (No MA500/15.12.22) əsasən 1996-cı ildə 2 ay, 1997-ci ildə 1 ay, 1998-ci ildə 2 ay, 1999cu ildə 6 ay, 2000-ci ildə isə il ərzində iddiaçının adına əmək haqqı hesablanmamışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmayaraq belə hesab edir ki, mübahisələndirilən dövr üzrə iddiaçının əmək fəaliyyəti onun sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, birincisi, qüvvədə olan (1 fevral 1999-cu il 818-İQ Noli Qanunla təsdiq edilmş) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Cavabdeh tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin işə əlavə olunmuş arxiv arayışına əsasən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən 1997-1999 düvrü tədqiq olunduqda müəyyən olunur ki, zəmin dövrdə ödənişsiz aylar hər ildə 6 aydan çox olmamış, 2000-ci ilin bötövlükdə ödənişsiz olmasna gəldikdə, Nazirliyin işə əlavə olunmuş arxiv arayışlarından (i.v.44, ;130 vəs) aydın olur ki, nazirliyin əmr kitabları Mərkəzi Arxivin tam təhvil verilmədiyi və həmin ilə dair arxivdə məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. Bütün bunlar, məhkəmənin mövqeyinə görə iddiaçının təqsirinə yozula və həmin il üzrə ona həqiqətən əmək haqqı ödənilmədiyini deməyə əsas verən mötəbər məlumatlar kimi qiymətləndirilə bilməz. Birincisi ona görə ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İkincisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndi nəzərdə tutur ki, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. İddiaçının mübahisələndirilən dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyində belə istisnalar nəzərdə tutulurdu. Belə ki, iddiaçının işlədiyi həmin dövrlərdə qüvvədə (xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilə qədər) olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sığorta stajının 25 ildən az oludğunu əsas gətirərək, həmin əsasla ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etməsi əsassızdır və qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qəbul edilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin onun 25 il sığorta stajının mövcud olduğunu vurğulayaraq, dolayısı ilə birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisiləndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-219/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddianın təmin olunması və 65 yaşının tamam olduğu xx.xx.1921-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-219/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.1921-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2573/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2573/2024
12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver