Məhkəmə qərarları › İş №2-1(103)-2575/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2575/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2575/2022 24.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı qeyri-yaşayış sahəsinin istifadəyə verilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2- 1(81)-2186/2014 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı Bakı şəhəri, Bİnəqədi rayon, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 11a saylı evlə üzbəüz yerləşən mağazalar cərgəsində ona verilmiş 6 kv metr sahənin əlavə edilməsi və onun istifadəsinə verilməsi barədə sərəncam verməyi Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə bir vəzifə kimi qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-2186/2014 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin apelyasiya şikayətinə əlavə olunan vəsatətdə cavabdeh göstərmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı onlara xx.xx.2015-ci il tarixdə (yəni 6 aydan sonra) daxil olmuş, onlar tərtib etdikləri apelyasiya şikayəti xx.xx.2015-ci il tarixdə əlbəəl məhkəməyə təqdim etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmirlər və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. İş materiallarından müəyyən edilir ki, cavabdeh hazırki apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. O, vəsatətində göstərdiyi halları və 1-ci dəfə apelyasiya şikayətini xx.xx.2015-ci il tarixdə əlbəəl məhkəməyə təqdim etməsini sübut etməyə çalışsa da, bu məsələnin aydınlaşdırılması üçün Bakı İnzibati Məhkəməsində aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, yuxarıda sözügedən (1-ci) apelyasiya şikayətinin cavabdeh İcra Hakimiyyəti tərəfindən məhkəməyə verilməsi iş materialları ilə öz təsdiqini tapmır. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən əvvəl apellyasiya şikayətinin verilməsi iş materiallarında öz təsdiqini tapmadığından hazırki (2-ci) apellyasiya şikayəti müvafiq prosessual müddət ötürüldüyündən mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı qeyri-yaşayış sahəsinin istifadəyə verilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-2186/2014 saylı qərarından cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar