Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2575/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 6000/2024 saylı 01 mart 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 04 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “iddiaçıların Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İmadəddin Nəsimi küçəsində yerləşən yaşadığı evə qeydiyyata alınmaqları öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İmadəddin Nəsimi küçəsində 310 kv. m. torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş 100 kv. m., 1 mərtəbəli yaşayış evini xx.xx.2023-cü ildə tam pulu ödəməklə əldə etmiş, bununla bağlı Balaxanı Bələdiyyəsindən ona Şəhadətnamə də verilmişdir. O və ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı1 hal-hazırda qeyd edilən ünvanda olan mülkiyyətindəki evdə yaşayırlar. Onun və ailə üzvlərinin yaşadığı yer üzrə pasport qeydiyyatına alınması üçün Sabunçu Rayon Polis İdarəsinin pasport qeydiyyat şöbəsinə müraciət edilsə də, cavabdeh orqan müraciətini müsbət cavablandırmamışdır. Ailə üzvləri ilə birlikdə onlara məxsus olmayan, satdıqları mənzildə qeydiyyatda qalmış və həmin evin yeni mülkiyyətçisi haqlı olaraq onlara ona məxsus mənzildən qeydiyyatdan çıxmaqla tələblər irəli sürür. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6000/2024 saylı 01 mart 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, qərardad onunla əsaslandırılmışdır ki, iddiaçıların tələbi aydın deyil. İddia ərizəsində birgə iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmaq istədikləri evin ünvanı dəqiq qeyd edilməmişdir. Həmçinin qərardadda məhkəmə tərəfindən iddiaçılara hüquqi yardım göstərilərək qeydiyyata alınmaq üçün müraciət etdikləri evin dəqiq ünvanını (nömrəsi) göstərməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsinin təklif edildiyi, iddia ərizəsindəki çatışmazlıqların aradan qaldırılmamasının iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyinin izah edildiyi, lakin iddiaçılar tərəfindən qeyd edilən çatışmazlıq aradan qaldırılmadığı üçün iddianın mümkün sayılmadığı qeyd olunmuşdur. Hesab edir ki, sözügedən qərardadda məhkəmənin gəldiyi nəticə aşağıda qeyd olunanlara əsasən qanunsuz və əsassız olduğuna görə həmin qərardad ləğv edilməlidir. xx.xx.2023-cü il tarixli notarial qaydada bağlanmış ilkin alqı-satqı müqaviləsindən aydın olur ki, satıcı X4 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İmadəddin Nəsimi küçəsində 310 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş 100 kv.metr, 1 mərtəbəli yaşayış evini alıcı İddiaçı4 satmışdır. X3 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən aydın olur ki, İddiaçı4 ünvanı Balaxanı qəsəbəsi, İmadəddin Nəsimi küçəsində 310 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 100 kv.metr, 1 mərtəbəli yaşayış evidir. X4 ilə “Azəriqaz” İB arasında bağlanmış AKX-03253xx/xx-2021 saylı xx.xx.2021-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, istehlakçı X1 ünvanı Sabunçu rayonu Balaxanı qəsəbəsi Yeni massiv, qaz sayğacının quraşdırılma yeri Sabunçu rayonu ərazisi göstərilmişdir. xx.xx.2023-cü il tarixli Tədiyə bildirişinə əsasən İddiaçı4 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İmadəddin Nəsimi küçəsində yerləşən əmlak və torpaq sahəsi üçün vergi ödənilməsi qeyd olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qeyd olunan hüquq normasına əsasən hesab edir ki, xx.xx.2023-cü il tarixli notarial qaydada bağlanmş ilkin alqı-satqı müqaviləsi və yuxarıda qeyd olunmuş, həmçinin məhkəməyə təqdim edilmiş digər yazılı sənədlər şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olan sənədlərdir və həmin sənədlərdən görünür ki, iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmaqlarını tələb etdikləri ünvan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İmadəddin Nəsimi küçəsində yerləşən 310 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 100 kv.metr, 1 mərtəbəli yaşayış evidir. Göründüyü kimi, iddia ərizəsində birgə iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmaqlarını tələb etdikləri ünvan tam dəqiq qeyd olunmuşdur. Bütün bu qeyd olunanlar məhkəmənin gəldiyi nəticənin tamamilə əsassız olmasını təsdiq edir. Tərəflərin izahatları İddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçılrın hazırki iddianı qaldırmaqda subyektiv hüquqları mövcuddur və onlar bu iddianı qaldırmamışdan əvvəl müafiq ərizə ilə inzibati orqana müraciət etmişlər, lakin sonuncu onların müraciətinə cavab verməmişdir. Bununla bağlı nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubla hazırki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı tələbi “iddiaçıların Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İmadəddin Nəsimi küçəsində yerləşən yaşadığı evə qeydiyyata alınmaqları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Birinci instansiya məhkəməsi iddiaçıların iddiasını mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianı qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşdə olan X4 ilə “Azəriqaz” İB arasında bağlanmış AKX-0325366/09- 2021 saylı xx.xx.2021-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, istehlakçı X1 ünvanı Sabunçu rayonu Balaxanı qəsəbəsi Yeni massiv, qaz sayğacının quraşdırılma yeri Sabunçu rayonu ərazisi göstərilmişdir. **********3219 saylı xx.xx.2023-cü il tarixli tədiyyə bildirişindən görünür ki, vergi ödəyicisi İddiaçı4 ünvanı Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi İmadəddin Nəsimi küçəsidir. Azərbaycan Respublikası Balaxanı Bələdiyyəsi tərəfindən təqdim edilmiş (Yerli (bələdiyyə)) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında M.Y. seriyalı 214 qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, İddiaçı4 ünvanı Balaxanı qəsəbəsi İmadəddin Nəsimi küçəsidir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş **********40000 saylı bildirişdən görünür ki, İddiaçı4 ünvanı ünvan 8 olunur ki, iddiaçıların qeydiyyata düşmək istədikləri ünvan onların əlindəki sənədlərə əsasən haqlı olaraq “Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi İmadəddin Nəsimi küçəsi” kimi qeyd olunmuşdur. Digər tərəfdən, iş üzrə müəyyən olunur ki, iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl müvafiq tələblə cavabdeh inzibati orqana müraciət etmişlər. Bu fakt apellyasiya baxışı zamanı iddiaçıların vəkili və nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sürətli poçt xidmətinin müvafiq qəbzi ilə də təsdiq olunur. Göründüyü kimi, iş üzrə iddianın mümkünlük məsələsi yuxarıda qeyd olunan hallar baxımından birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Odur ki, işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6000/2024 saylı 01 mart 2024-cü il tarixli qərardadı Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6000/2024 saylı 01 mart 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova X9 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2575/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2575/2024
04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver