Məhkəmə qərarları › İş №2-1(103)-2576/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2576/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2576/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2522/2025 saylı, 17 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2004-cü ildə verdiyi “Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə”yə əsasən ünvan 1 ünvanda yerləşən “Hünər” firması ********** nömrəli VÖEN-ə malik olmuşdur.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubuna əsasən “Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində mövcud olan “Hünər” firmasının 2006-cı il üçün 0111 fəaliyyət növünün kodu üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta hesabatında 640,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı öz əksini tapmışdır, həmin məktuba əlavə edilmiş “hesabata baxış” adlı sənədə əsasən illik məcburi dövlət sosial sığortaya cəlb olunanlar üzrə məbləğ 3179,52 manat təşkil etmişdir.

3. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2017-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir, pensiya işində olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 25 il 3 ay 5 gün sığorta stajı, xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 6094,53 manat (2017-ci il tarixinə indeksləşdlrilmiş) pensiya kapitalı əsasında əmək pensiyansının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvələ) 306,95 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 317,38 manata çatdırılmışdır.Qanuna 01.01,2023-cü İİ tarixindən əlavə edilmiş 26.4-cü maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 334,04 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək 383,15 manata, 01.01,2024-cü il tarixindən 426,06 manata çatdırılmışdır.Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.Həmin maddənin tələblərinə əsasən xx.xx.2024-cü il tarixində iddiaçı (VÖEN hesabının dondurulduğu tarixdən) işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 3912 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2024-cü il tarixindən 458,66 manat müəyyən edilmişdir.Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.Müraciətin araşdırılması zamanı müəyyən edilmişdir ki, yaşa görə iddiaçının əmək pensiyası xx.xx.2019-cu il tarixində Qanunun 37.3.1-ci maddəsinin tələbləri pozularaq işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda (adına aktiv VÖEN hesabı olub: **********) yenidən hesablanmışdır.Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək artıq ödəmə müəyyən edilmişdir, məktubun sonunda iddiaçıya bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-cı və 73-cu maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

4. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1971-ci ildən xx.xx.1974-cü ilə qədər Ağac emalı zavodunda bufetçi-çayçı, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilə qədər Araz su qaldırıcı stansiyasında motorçu işləmişdir, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər Sovet Ordusu sıralarında xidmət etmişdir, xx.xx.1977-ci ildən xx.xx.1982-ci ilə qədər “Təbriz” kafesinin filialında bufetçi, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər “Abşeron” yeməkxanasında bufetçi, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə qədər “Gənclik” restoranında bufetçi, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə qədər “Abşeron” yeməkxanasında bufetçi, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər 18 nömrəli yeməkxanada bufetçi, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə qədər 17 nömrəli yeməkxanada bufetçi, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilə qədər "xxxx" X3 Müdiriyyətində mühasib,xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilə qədər “Neftmaştikinti” Trestinin 2 nömrəli TQİ-də mühasib, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər “Sahil” restoranında kalkulyatorçu, böyük kassir, xx.xx.1988-ci ildən xx.xx.1997-ci ilə qədər “Fəridə” kafesində böyük mühasib, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə qədər Bakı şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamentində xətt nəzarətçisi, xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər “Hünər” firmmasında baş mühasib, xx.xx.2010-cu ildən xx.xx.2019-cu ilə qədər Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında iqtisadçı işləmişdir.

5. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının pensiya işində olan sənədlərə əsasən iddiaçı arxiv arayışını cavabdehə təqdim edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir, iddiaçıya pensiya təyin edilən zaman pensiya hüququ verən əmək stajı kimi “Hünər” firmasında işlədiyi müddət nəzərə alınmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər “Hünər” firmasında işlədiyi dövrün pensiya təyinatı zamanı nəzərə alınması barədə qətnamə qəbul edilməsini xahilş etmişdir.

7. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər “Hünər” firmasında işlədiyi dövr nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmənin 17 fevral 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona pensiya təyin edilən zaman xx.xx.2001-xx.xx.2006-cı illərdə olan əmək fəaliyyəti cavabdeh tərəfindən nəzərə alınmamışdır. Halbuki o, ünvan 2 ünvanda yerləşən bərbər kollektiv müəssisəsi olan “Hünər” firmasında xx.xx.2001-xx.xx.2006-cı illərdə mühasib işləmişdir.İşlədiyi dövrdə firmanın maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı Vergilər İdarəsinə, DSMF-yə, Məşğulluq İdarəsinə və Statistika İdarəsinə tələb olunan müvafiq hesabatları tələb olunan dövrlər üzrə təqdim etmişdir.Həmin vaxt notariat ofisində təsdiq edlmiş imzası ilə o zaman fəaliyyətdə olan “Mosbank” vasitəsilə bank əməliyyatları aparmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

10. Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü, xx.xx.1971-cı il tarixli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1974- cü il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001- ci il tarixədək 25 il 3 ay 5 gün, xx.xx.2006-cı il tarixdən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumata əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək pensiya kapitalı qeydə alınan 6 il 8 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı ümumilikdə 31 il 11 ay 5 gün təşkil edir.Araşdırma zamanı iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən edilmişdir.İddiaçı “Hünər” firmasında işlədiyini iddia etdiyi dövrdə əmək haqqı alıbalmaması, eyni zamanda məcburi dövlət sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat aşkar edilə bilmədiyindən xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin sosial sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilə bilməz.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2522/2025 saylı, 17 fevral 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçının əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər “Hünər” firmasında işləmişdir, habelə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubdan məhkəmə müəyyən etmişdir ki, “Hünər” firmasının 2006-cı il üçün 0111 fəaliyyət növünün kodu üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta hesabatında 640,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı öz əksini tapmışdır, həmin məktuba əlavə edilmiş “hesabata baxış” adlı sənədə əsasən illik məcburi dövlət sosial sığortaya cəlb olunanlar üzrə məbləğ 3179,52 manat təşkil etmişdir, habelə Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2004-cü ildə verdiyi “Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə”yə əsasən ünvan 1 ünvanda yerləşən “Hünər” firması ********** nömrəli VÖEN-ə malik olmuşdur.

13. Göründüyü kimi iddiaçının əmək kitabçasında xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər əmək fəaliyyəti barədə qeydiyyatı aparmış “Hünər” firması həqiqətən də mövcud olmuş, vergi ödəyicisi kimi fəaliyyət göstərmiş, habelə məcburi dövlət sosial sığorta ödəyicisi kimi qeydiyyyatda olmuşdur və hesabatları təqdim etmişdir, belə olan halda iddiaçının əmək kitabçasında xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər əmək fəaliyyəti ilə bağlı qeydin mötəbərliyi sübutların məcmu qiymətləndirilməsi baxımından məhkəmədə şübhə yaratmır.

14. Məhkəmə habelə qeyd edir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlərin saxta, qeyri-mötəbər olmasına dair cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim etməmişdir.

15. Məhkəmə eyni zamanda onu qeyd edir ki, “Hünər” firmasının sənədlərinin dövlət arxivinə təhvil verilməməsinə görə iddiaçı məsuliyyət daşımamalı və onun sosial təminat – pensiya hüququ məhdudlaşdırılmamalıdır, bu məhdudlaşdırma onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sosial təminat hüququnun pozulması deməkdir.

16. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə onun üzərinə qoyulmuş öhdəlikləri iddiaçıya münasibətdə icra etməmiş, iddiaçının xeyrinə olan halları hərtərəfli araşdırma aparmamış, xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər iddiaçının əmək stajını yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə almaqdan əsassız imtina etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2522/2025 saylı, 17 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılmış və inzibati orqanın xx.xx.2024-cü il tarixli 3-17-1/2- A- 155035/2024 nömrəli məktubu ilə iddiaçıya əmək pensiyasının qanunvericiliyə uyğun olaraq yenidən hesablandığı bildirilmişdir. İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2006cı il tarixədək “Hünər” firmasında işlədiyini iddia edərək həmin dövrlərin sosial sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh həvalə edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırılmışdır ki, o, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Hünər” firmasında işləmiş və işlədiyi illər əmək kitabçasında əks edilimişdir. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. İddiaçının təqdim etdiyi ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü, xx.xx.1971-ci il tarixli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 25 il 3 ay 5 gün, xx.xx.2006-cı il tarixdən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək pensiya kapitalı qeydə alınan 6 il 8 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı ümumilikdə 31 il 11 ay 5 gün təşkil edir. Araşdırma zamanı iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən edilmişdir. İddiaçı “Hünər” firmasında idarəsində işlədiyini iddia etdiyi dövrdə əmək haqqı alıbalmaması, eyni zamanda məcburi dövlət sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat aşkar edilə bilməməsinə baxmayaraq məhkəmə xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrləri sosial sığorta stajına əlavə etmişdir. Hazırki işin hallarından görünür ki, sığortaedən“Hünər” firması(SUN: **********8) tərəfindən 2006-cı il üzrə (0111 fəaliyyət növünün kodu üzrə) “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lara (Forma B1) uyğun olaraq illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) təqdimedilməmişdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, sığortaedən “Hünər” firması tərəfindən 2006-cı il üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) təqdimedilmədiyindən həmin ödənişlərin iddiaçının fərdi şəxsi hesabında uçota alınması və həmin ödənişlərə əsasən pensiyanın yenidən hesablanması mümkün deyildir. Məhkəmə göstərilən halları nəzərə almadan iddiaçının xx.xx.2006-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Hünər” firmasında işlədiyi qənaətinə gələrək, həmin dövrlərin daxil edilməklə pensiyanın yenidən hesablanması öhdəliyin cavabdehə həvalə etmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:

2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

29. İddiaçının əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər “Hünər” firmasında işləmişdir, habelə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubdan məhkəmə müəyyən etmişdir ki, “Hünər” firmasının 2006-cı il üçün 0111 fəaliyyət növünün kodu üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta hesabatında 640,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı öz əksini tapmışdır, həmin məktuba əlavə edilmiş “hesabata baxış” adlı sənədə əsasən illik məcburi dövlət sosial sığortaya cəlb olunanlar üzrə məbləğ 3179,52 manat təşkil etmişdir, habelə Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2004-cü ildə verdiyi “Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə”yə əsasən ünvan 1 ünvanda yerləşən “Hünər” firması ********** nömrəli VÖEN-ə malik olmuşdur.

30. Göründüyü kimi iddiaçının əmək kitabçasında xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər əmək fəaliyyəti barədə qeydiyyatı aparmış “Hünər” firması həqiqətən də mövcud olmuş, vergi ödəyicisi kimi fəaliyyət göstərmiş, habelə məcburi dövlət sosial sığorta ödəyicisi kimi qeydiyyyatda olmuşdur və hesabatları təqdim etmişdir.

31. Lakin məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq hesab edir ki, iddia yuxarıda sadalanan işin hallarına əsasən xx.xx.2001ci ildən xx.xx.2006-cı ilə qədər iddiaçının “Hünər” firmasında işlədiyi dövrə münasibətdə əsaslıdır və təmin olunmalıdır.

32. Belə ki, araşdırma zamanı iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən edilmişdir. İddiaçı “Hünər” firmasında idarəsində işlədiyini iddia etdiyi dövrdə əmək haqqı alıb-almaması, eyni zamanda məcburi dövlət sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat aşkar edilə bilməməsinə baxmayaraq məhkəmə xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrləri sosial sığorta stajına əlavə etmişdir. Hazırki işin hallarından görünür ki, sığortaedən“Hünər” firması(SUN: **********8) tərəfindən 2006-cı il üzrə (0111 fəaliyyət növünün kodu üzrə) “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lara (Forma B1) uyğun olaraq illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) təqdimedilməmişdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, sığortaedən “Hünər” firması tərəfindən 2006-cı il üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) təqdimedilmədiyindən həmin ödənişlərin iddiaçının fərdi şəxsi hesabında uçota alınması və həmin ödənişlərə əsasən pensiyanın yenidən hesablanması mümkün deyildir. Məhkəmə göstərilən halları nəzərə almadan iddiaçının xx.xx.2006-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Hünər” firmasında işlədiyi qənaətinə gələrək, həmin dövrlərin daxil edilməklə pensiyanın yenidən hesablanması öhdəliyin cavabdehə həvalə etmişdir.

33. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra – Qayda) 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır.

34. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə onun üzərinə qoyulmuş öhdəlikləri iddiaçıya münasibətdə qismən icra etməmiş, iddiaçının xeyrinə olan halları hərtərəfli araşdırma aparmamış, xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər iddiaçının əmək stajını yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə almaqdan əsassız imtina etmişdir.

35. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən edildiyindən, odur ki, cavabdeh tərəfindən iddiaçının hüququ pozulmadığından iddia xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrə münasibətdə əsassızdır.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2522/2025 saylı, 17 fevral 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin olunsun. İddiaçının xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər “Hünər” firmasında işlədiyi dövr nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar