Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2577/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-567/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu 28 oktyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 28 oktyabr 2014-cü ildən qərar icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır. «İddiaçı xx.xx.1957-ci ildə doğulmuş, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək Bakı Metropoliteni N.Nərimanov adına elektrik deposunda təmir üzrə çilingər, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək həmin deponun istismar sexində hərəkət qatarlarının maşinisti köməkçisi (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə) işləmişdir. xx.xx.1977- xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuş, xx.xx.1979-cu ildən hal-hazıradək "xxxx" QSC-də elektrik deposunun istismar sahəsində hərəkət qatarlarının maşinist köməkçisi və qatar maşinisti (həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraiti ilə) peşələrində işləmişdir. “Bakı Metropoliteni" QSC-nin verdiyi 01 iyun 2021-ci il tarixli, A/140 saylı arxiv və güzəştli arayışa əsasən onun xüsusi zərərli iş şəraitində əmək stajı 41 il 11 ay 28 gün təşkil etmiş, ümumi iş stajı isə daha çoxdur. Eləcə də arayışda da qeyd edilmişdir ki, gecə saatlarına görə qatar maşinistinin əmək haqqına 40% xüsusi zərərli iş şəraitində işlədiyinə görə 16% əlavə ödənclər hesablanmış, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas məzuniyyətə əlavə 6 təqvim günü verilmişdir. O, 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün cavabdehə dəfələrlə müraciət etmiş, lakin sonuncu 22 iyul 2021-ci il, 06 avqust 2021-ci il xx.xx.2021-ci il tarixli məktubları ilə sənədlərin əsillərinin təqdim edilmədiyinə əsasən və s bu kimi bəhanələrlə pensiya təyinatından imtina etmişdir. İddiaçı hesabedir ki, imtina qanunsuzdur…» Cavabdeh xx.xx.2022-ci iltarixli iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Bakı Metropoliteni" QSC-nin 21 iyun 2021-ci il tarixli A/146 nömrəli arayışında İddiaçı xx.xx.1977-ci il tarixindən bugünədək adıçəkilən müəssisənin "N.Nərimanov" adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi və qatar maşinisti peşələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamışdır. Bundan başqa iddiaçının işlədiyi sahə isə elektrik qatarlarının (seksiyalarının) maşinistləri və elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşələrinin nəzərdə tutulduğu Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-567/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İş üzrə "xxxx"QSC-nin xx.xx.2021-ci il tarixli A/140 nömrəli arayışında iddiaçının xx.xx.1977-xx.xx.1977 tarixlərdə N.Nərimanov adına elektrik deposunun istimar sahəsində qatar maşinistinin köməkçisi, xx.xx.1979- 1807.2014-ci illərdə qatar maşinisti, xx.xx.2014-xx.xx.2017-ci illərdə "xxxx" QSC-nin Depolar üzrə iş Departamentinin istimar sahəsində hərəkət qatarlarının maşinisti peşəsində işlədiyi qeyd olunmuşdur. Metropolitenin arayışında qeydolunan iddiaçının qatar maşinistinin köməkçisi,qatar maşinisti vəzifələri Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların,peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərədə tutulmamışdır. Həmçinin,idiaçının işlədiyi həmin vəzifə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahıda XXVİİİ «Nəqliyyat” bölməsinə aid edilməsi (kod 2********) əsassızdır. Çünki həmin bölmədəki kod metopoliten işçilərinə deyil, dəmiryol nəqliyyatı işçilərinə aid edilir. Siyahıda nəzərdə tutulmadığından iddiaçıya güzəşti şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımınan mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi üçün faktiki və hüquqi əsaslar olmamışdır. Lakin məhkəmə qeyd olunan məsələləri araşdırmamış, həqiqəti müəyyən etmək üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddiar təmin etmişdir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, birinci instansiaya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 82-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə cavabdehin apellyasiya şikayəti həddində baxılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən isə görünür ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçıya 57 yaşından gyaşa görə pensiya təyin edilməsini qanunsuz və sassız sayır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən həqiqi hərbi xidmət müddəti, habelə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1.“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iş araşdırıldıqda, iddiaçının işə əlavə olunmuş 825465 nömrəli diplomunun, НЗ seriyalı ******* nömrəli hərbi biletinin və 21 sentyabr 1976-cı ildə doldurulmasına başlanılmış əmək kitabçasının surətlərinə və s. əsasən onun 2006-cı ilə qədər aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1973-xx.xx.1976: Texniki peşə məktəbində təhsil dövrü- 2 il 9 ay 28 gün; xx.xx.1976-xx.xx.1977: N.Nərimanov” adına Elektrik deposunda çilingərelektrik, çilingər 5ay 28 gün; xx.xx.1977-xx.xx.1977: həmin depoda maşinist köməkçisi - 8 ay 21 gün; xx.xx.1977-xx.xx.1979: hərbi xidmət dövrü -2 il 22 gün; xx.xx.1979-xx.xx.1984: Bakı Metropoliteninə elektrik qatarlarının maşinist köməkçisi – 4 il 4 ay 11 gün; xx.xx.1984-xx.xx.2005 - illərdə elektrik qatarının maşinisti -21 il 6 ay 26 gün. Qeyd olunan iş stajı ümumiləşdirildikdə, 2006-cı ilə qədər olan dövrdə iddiaçının 25 ildən çox ümumi stajı toplanır ki, həmin stajın da 12 il ay 6 aydan çoxunu güzəştli pensiya hüququ verən peşədə çalışmışdır . Belə ki, birincisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 451 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilərək həmin Siyahının 21.5-ci bəndinə (Metropolitenlər) elektrik qatarlarının (seksiyalarının) maşinistləri və elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri vəzifələri də əlavə edilmiş, bununla həmin vəzifələrdə işləyən şəxslərin də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ təsbit edilmişdir. Həmin dəyişiklikdən sonra, "xxxx" QSC tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 13-19/2-093/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı xx.xx.1977-ci ildən etibarən 42 il 08 ay 09 təşkil edir və ona əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü əlavə edilir və xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına tarif maaşının 16% məbləğində, eləcə də aylıq qrafik üzrə axşam və gecə saatlarına görə əlavə ödənişlər edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 451 nömrəli qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə) və 1.4.1 (21.5.1-ci yarımbənd) (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndlərinin elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Belə olan halda, “Əmək pensiyaları haqqında“ Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, iddiaçının 2006-cı ilə qədər 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli stajı toplandığı nəzərə alınmaqla, onun 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranır. Həmin tarixdə isə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən minimum əmək pensiyası təminatına imkan verən pensiya kapitalı tələb olunmurdu (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur). Lakin həmin Qanunun 32.1-1-ci maddəsi nəzərdə tutur ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq iddiaçıya hüququnun yarandığı 57 yaşından pensiya təyin edilməsi və müraciət etdiyi əvvəlki üç il üçün hesablanıb ödənilməsi vəzifəsini cavabdehə həvalə etmişdir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin iddiaçının güzəştli stajının mövcud olmadığını və birinci instansiya məhkəməsi tərəfindən qanunsuz və əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-567/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-567/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2577/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2577/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver