Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2577/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X9 və X17 ibarət tərkibdə, X14-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndələri X11 və X10 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2379/2024 saylı 05 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə **********931900 nömrəli 25 avqust 2023-cü il tarixli qərarı ilə "xxxx" MMC-yə 2022-ci il mənfəət üzrə 50.791,43 manat əlavə vergi hesablanmışdır. Qərarda qeyd olunmuşdur ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 253.957,16 manat tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Bundan sonra iddiaçı "xxxx" MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinə dəqiqləşməyə dair ərizələrlə məhkəməyə müraciət edərək, məhkəmədən "xxxx" MMC barədə çıxarılmış 26 dekabr 2023-cü il tarixli, **********835500 nömrəli qərarın ləğv edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Müəssisənin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. MMC-də 2005-ci ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçının şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli № **********931900 qərarla 2022-ci il üçün 50.791,43 AZN (əlli min yeddi yüz doxsan bir, 43 qəpik) manat əlavə mənfəət vergisi hesablanmışdır və müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Kameral hesablama barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən, vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq hesablamalar qanunsuz olaraq aparılmışdır. Belə ki, müəssisə tərəfindən vergi orqanına müvafiq müraciətlər ünvanlanaraq, sənədlər təqdim edilərək obyektiv araşdırmanın aparılması xahiş edilmişdir. Bu müraciətlər xx.xx.2023 və xx.xx.2023-cü tarixlərdə edilmişdir. Bunlara baxmayaraq, xx.xx.2023-cü il tarixdə yuxarıda göstərilən kameral məbləğ vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Müəssisə tərəfindən 2022-ci il ərzində fiziki şəxslər X12 (VÖEN: **********) 69.356,15 AZN, X6 (VÖEN: **********) 34.388,00 AZN, X22 (VÖEN: **********) 153.464,80 AZN, X7 (VÖEN: **********) 7.032,00 AZN, X8 (VÖEN: **********) 1.554,95 AZN, ümumilikdə cəmi olaraq 265.795,90 AZN məbləğində tikinti materialları və digər uyğun mallar və işlər elektron qaimə faktura əsasında alınıb və bu məbləğin 253.957.90 manatı vergi orqanları tərəfindən əmtəəsiz əməliyyatlar kimi müəyyənləşdirilib. Müəssisəyə 2022-ci il üçün əlavə mənfəət vergisi hesablanmasına səbəb 2023-cü ildə yuxarıda göstərilən fiziki şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Müəssisə tərəfindən bu əməliyyatları təsdiq edən bütün qaimə faktura və digər ilkin mühasibat sənədləri vergi orqanına təqdim edilmişdir. Yuxarıda qeyd edilən tikinti materialları, digər uyğun mallar və işlər Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, 776-cı məhəllədə yerləşən Cümə Məscidinin bərpa-gücləndirmə işlərinə sərf edilmiş, sifarişçi tərəfindən Forma № 2 ilə qəbul edilmiş və obyekt istismara təhvil verilmişdir. Bu işlərin görülməsi əsasında hesablanan bütün vergi öhdəlikləri tərəfimizdən tam ödənilib. Əlbəttə ki, bizim müəssisə tərəfindən mal, iş və xidmətlərin alqı-satqı əməliyyatları aparılarkən, yəni həmin fiziki şəxslər tərəfindən müəssisəmizə elektron qaimə faktura təqdim edilərkən və müvafiq mal, iş və xidmətlər alınarkən qeyd edilən fiziki şəxslərin riskli vergi ödəyicisi olması barədə bizim məlumatımız olmamışdır, həmçinin həmin fiziki şəxslərin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinin 13.2.82 maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Halbuki biz fiziki şəxslər ilə əməliyyat apararkən fiziki şəxslər riskli vergi ödəyicisi siyahısında olmamışdır. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Bu nöqteyi nəzərdən vergi orqanının iddiaçıya münasibətdə əlavə mənfəət vergisi hesablaması aparmasını ədalətsiz və qanunsuz hesab edirik. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Bildiririk ki, qeyd edilən sahibkarlarla mal, iş və xidmətlərin alğı-satqı müqaviləsi bağlanarkən və onlardan elektron qaimə faktura alarkən, Dövlət Vergi Xidmətinin təqdim etdiyi, Riskli vergi ödəyicilərinin axtarışı sistemində onların riskli vergi ödəyiciləri olub-olmaması barəsində İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Bundan başqa, iddiaçının əməliyyat apardığı sahibkarların iddiaçıya satdığı malların saxlanılması üçün anbarın sahəsinin az olması, həmin həcmdə malların alınmamaması və ya idxal edilməməsi iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq illik mənfəət vergisi bəyannaməsini təqdim etdiyi tarixdə fiziki şəxslər riskli vergi ödəyicisi olmamışdır. İddiaçı həmin sahibkarların riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş (əməliyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reystrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların sahibkarların riskli vergi ödəyicisi kimi müəyyən edilməsindən öncə aparılması işin mübahisəsiz halıdır. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirişmişdir ki, araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci il ərzində vergi ödəyiciləri X4 69356,15 manat, X1 34388,0 manat, X13 146978,8 manat, X2 1860,0 manat, X3 1374,95 manat, ümumilikdə, 253957,9 manat mal, iş və xidmətlərin əldə edilməsi ilə bağlı elektron qaiməfakturaların əldə edildiyi müəyyən edilmiş və göstərilən şəxslər riskli vergi ödəyiciləri hesab edildiyindən aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək xərc kimi nəzərə alınmamışdır. Belə ki, vergi ödəyicisi X12 tərəfindən iddiaçıya karnizlər, kranşteyn, plitə, arka və s. təqdim edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Həmçinin, vergi ödəyicisi X22 tərəfindən iddiaçıya dəvə, karniz, nalişnik, kranşteyn və s. təqdim edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Bununla yanaşı, vergi ödəyicisi X7 tərəfindən iddiaçıya qum və s. təqdim edilmişdir. Lakin baza məlumatlarına əsasən vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Həmçinin, vergi ödəyicisi X8 tərəfindən iddiaçıya əyləc diski, əyləc bəndi, motor yağı və s. təqdim edilmişdir. Lakin elektron qaiməfaktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Bundan başqa, vergi ödəyicisi X6 tərəfindən iddiaçıya qum, qırma daş, atsep və s. təqdim edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Eyni zamanda, vergi ödəyicisinin təsərrüfat subyektinin qeydə alınmadığı müəyyən edilmişdir. Göründüyü kimi, yuxarıda adları qeyd olunan vergi ödəyiciləri məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2379/2024 saylı 05 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə 26 dekabr 2023-cü il tarixli, **********835500 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmçinin qərardan narazı qalan cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin və ona əlavələrin dəlilləri: Apellyasiya şikayəti və ona əlavələr onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən cəmiyyətin xx.xx.2005-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün "digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri”ndən ibarət olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalar üzrə 253957,9 manat vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Aşkar edilmiş kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********978100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində bəyannamələr üzrə yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 50 791,43 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergi məbləğləri barədə vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********931900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Eyni zamanda bildiririk ki, vergi ödəyicisi tərəfindən təqdim edilən 2022-ci ilin Mənfəət vergisi bəyannaməsi üzrə xx.xx.2023-cü il tarixdə əlavə olaraq hesablanmış (bu qərarla xx.xx.2023-ci il tarixli **********931900 nömrəli Qərar ləğv edilmişdir) 13678,51 manat əlavə vergi məbləği azaldılaraq, xx.xx.2023-cü il tarixli **********572900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar ləğv edilmişdir. Yekun olaraq bildiririk ki, "xxxx" MMC tərəfindən təqdim edilən 2022-ci il Mənfəət vergi bəyannaməsi üzrə əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş 253957,9 manat elektron qaimə fakturalar xərc sənədi kimi nəzərə alınmamış və 50 791,43 manat əlavə vergi məbləği hesablanaraq xx.xx.2023-cü il tarixli **********835500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Bildiririk ki, mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas "xxxx" MMC tərəfində2022-ci il ərzində vergi ödəyiciləri X4 (VÖEN:**********), X1 (VÖEN:**********), X13 (VÖEN:**********), X2 (VÖEN:**********), X3 (VÖEN:**********) əldə edilmiş ümumilikdə, 253957,9 manat dəyərində elektron qaimə-fakturaların xərc kimi nəzərə alınmaması olmuşdur. Belə ki, araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci il ərzində vergi ödəyiciləri X4 (VÖEN:**********) 69356,15 manat, X1 (VÖEN:**********) 34388,0 manat, X13 (VÖEN:**********) 146978,8 manat, X2 (VÖEN:**********) 1860,0 manat, X3 (VÖEN:**********) 1374,95 manat, ümumilikdə, 253957,9 manat mal, iş və xidmətlərin əldə edilməsi ilə bağlı elektron qaimə-fakturaların əldə edildiyi müəyyən edilmiş və göstərilən şəxslər riskli vergi ödəyiciləri hesab edildiyindən aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək xərc kimi nəzərə alınmamışdır. Belə ki, vergi ödəyicisi X12 tərəfindən iddiaçıya karnizlər, kranşteyn, plitə, arka və s. təqdim edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Həmçinin, vergi ödəyicisi X22 tərəfindən iddiaçıya dəvə, karniz, nalişnik, kranşteyn və s. təqdim edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Bununla yanaşı, vergi ödəyicisi X7 tərəfindən iddiaçıya qum və s. təqdim edilmişdir. Lakin baza məlumatlarına əsasən vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Həmçinin, vergi ödəyicisi X8 tərəfindən iddiaçıya əyləc diski, əyləc bəndi, motor yağı və s. təqdim edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Bundan başqa, vergi ödəyicisi X6 tərəfindən iddiaçıya qum, qırma daş, atsep və s. təqdim edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Eyni zamanda, vergi ödəyicisinin təsərrüfat subyektinin qeydə alınmadığı müəyyən edilmişdir. Göründüyü kimi, yuxarıda adları qeyd olunan vergi ödəyiciləri məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndələri X21 və X16 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi 26 dekabr 2023cü il tarixli **********835500 nömrəli qərar məhkəmə icraatı dövründə qəbul edildiyindən, iddiaçı tərəfindən həmin qərar mübahisələndirərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Bu baxımdan iddia mümkündür. İşin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçı idxal etdiyi malları elektron qaima faktura əsasında X7, X12, X22 və X5 məhz müvafiq olaraq müqavilə münasibətləri əsasında təqdim etmişdir. Adıçəkilən şəxslər məhz iddiaçı ilə apardıqları əməliyyatlara görə riskli vergi ödəyiciləri hesab olunduğundan, onların iddiaçı ilə müqavilə münasibətləri bağlandığı dövrdə riskli vergi ödəyiciləri olmaları istisna olunur. Göstərilən bu hallar ona dəlalət edir ki, iddiaçı ilə həmin şəxslər arasında müqavilə münasibətləri yarandığı zamanı həmin şəxslər riskli vergi ödəyiciləri hesab olunmamış, ümumiyyətlə iddiaçı tərəfindən həmin şəxslərin riskli əməliyyatlar apardığı və gələcəkdə riskli vergi ödəyiciləri olmasının ehtimal edilməsi mümkün olmamışdır..” Qeyd edilənlərə isinad edərək birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:
1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);
2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarına əsasən vergi ödəyicisi X12 riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Digər- Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 07 fevral 2023-cü il tarixli qərarına əsasən vergi ödəyicisi X6 riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmçinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 10 aprel 2023-cü il tarixli qərarına əsasən vergi ödəyicisi X7 riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Eyni zamanda Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 14 aprel 2023-cü il tarixli qərarına əsasən isə vergi ödəyicisi X22 riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Daha sonra “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə **********931900 nömrəli 25 avqust 2023-cü il tarixli qərarı ilə "xxxx" MMC-yə 2022-ci il mənfəət üzrə 50.791,43 manat əlavə vergi hesablanmışdır. Qərarda qeyd olunmuşdur ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 253.957,16 manat tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. İşin birinci instansiya məhkəməsində icraatı zamanı cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə **********572900 nömrəli 13 noyabr 2023-cü il tarixli qərarı ilə "xxxx" MMC-yə 2022-ci il mənfəət üzrə 13.678,51 manat əlavə vergi hesablanmışdır. Qərarda qeyd olunmuşdur ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 253.957,9 manat tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Daha sonra cavabdeh 26 dekabr 2023-cü il tarixli, **********835500 nömrəli qərarı qəbul etmişdir. Həmin qərara əsasən təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfinizdən hesablanmış vergi və ya sığorta haqqı 125.946,93 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 125.946,93 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 112.268,42 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğ 0,00 manat və verginin azaldılmış məbləği və ya sığorta haqqı isə - 13.678,51 manat hesablanmışdır. Aparılmış araşdırma nəticəsində kameral vergi yoxlamasına yenidən münasibət bildirilir. Əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 253957,9 manat tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. İddiaçının yuxarıda adları qeyd olunan müəssisələrlə apardığı əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən riskli vergi ödəyiciləri ilə aparılan və əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş, 29 iyul 2020-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qərarın 1.3-cü bəndinə görə riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Qərarın 1.4-cü bəndinə görə vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Sadalanan normaların mənasına görə, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir və belə vergi ödəyicilərinin rəsmi qaydada siyahısı da məhz vergi orqanı tərəfindən aparılır. Məhkəmə araşdırmaları zamanı iddiaçının əməliyyatlar aparmamışdan əvvəl yuxarıda adı çəkilən vergi ödəyicilərinin adının vergi orqanı tərəfindən riskli vergi ödəyicilərinin siyahısına salınması ilə bağlı hər hansı qərar qəbul edildiyi və ya belə qərar qəbul edilmədən həmin vergi ödəyicilərinin adının mövcud rəsmi siyahıda olmasını (iddiaçı ilə əməliyyatlar aparılmamışdın əvvəl) təsdiq edən müvafiq siyahıdan çıxarış təqdim olunmamışdır. Qanunvericilikdə “əmtəəsiz əməliyyat”ın da anlayışı verilərək göstərilmişdir ki, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. İşin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş X6 ilə İxtisaslaşdırılmış Xüsusi Tikinti Quraşdırma MMC arasında alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmış, X6 isə 07 fevral 2023-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İxtisaslaşdırılmış Xüsusi Tikinti Quraşdırma MMC (VÖEN **********) ilə («Alıcı») X12 («Satıcı») arasında müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmışdır. X12 isə cavabdehin xx.xx.2022-ci il tarixli qərarına əsasən riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. X22 ilə İxtisaslaşdırılmış Xüsusi Tikinti Quraşdırma MMC-nin direktoriu arasında alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmış, həmin fiziki şəxs 4 aprel 2023-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmçinin iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatların aparılmasına dair elektron qaimə-fakturalar da məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatların aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Digər tərəfdən iddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfində də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir. İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi qərarlarında yuxarıda qeyd olunan şəkildə sərgilənmişdir (2-1(102)- 1234/2023 saylı xx.xx.2023-cü il tarixli və 2-1(102)-1058/2023 saylı xx.xx.2023-cü il tarixli qərarlar). Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin olunaraq, cavabdeh inzibati orqanın qəbul etdiyi inzibati aktın ləğv olunması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. O ki, qaldı cavabdehin apellyasiya şikayətinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2379/2024 saylı 05 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2379/2024 saylı 05 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X24 Elvin Əliyev