Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2579/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək yaşa görə pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4189/2022 saylı, 04 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, cavabdehin üzərinə ona güzəştli şərtlərlə 57 yaşı tamam olmadan pensiya təyin olunması vəzifəsinin qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilərək, sonuncunun üzərinə ona güzəştli şərtləкlə 57 yaşdan yəni, xx.xx.2019-cu il tarixdən pensiya təyin olunması və ona xx.xx.2019-cu il tarixdən hazırki vaxta kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1962-ci ildə Bakı şəhərində doğulmuşdur. 01 sentyabr 1977-ci ildə 67 saylı texniki peşə məktəbinə qəbul olunmaqla əmək fəaliyyətimə başlamışdır. 20 iyul 1980-ci ildə texniki peşə məktəbini bitirmişdir. 20 oktyabr 1980-ci ildən 03 dekabr 1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. 04 aprel 1983-cü ildə avtomobil çilingəri İİ dərəcə ilə işə qəbul olunmuşdur. xx.xx.1983-cü ildə 79 saylı şəhər texniki peşə məktəbinə qəbul olunmuşdur. xx.xx.1984-cü ildə 79 saylı şəhər texniki məktəbini bitirmişdir. 13 iyun 1984-cü il tarixdən 02 oktyabr 1985-ci il tarixlərində əl qaz qaynaqçısı peşəsinə qəbul olmuş və işləmişdir. Bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Xİ bölməsinin ******* a 14854 və 1110300a - 14854 bəndlərinə (səh 48) tam uyğundur güzəştli şərtlər kateqoriyasına aiddir. 04 dekabr 1985-ci il tarixində “Azərbquraşdırmaxüsusitikinti” Trestinin Bakı Quraşdırma İdarəsində əl qaz qaynaqçısı peşəsinə işə qəbul olunmuşdur. 01 may 1989-cu ilədək Bakı Quraşdırma Trestində əl qaz qaynaqçısı peşəsində əmək fəaliyyətimi davam etdirmişdir. Bu peşədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın XXXİİİ ümumi peşələr bölməsinin **********618 qazla kəsicilər 23200000-11620 qaz qaynaqçılar peşəsi güzəştli şərtlər kateqoriyasına aiddir.16 oktyabr 1996-cı ilə kimi müxtəlif idarə və təşkilatlarda əmək fəaliyyətini davam etdirmişdir.16 oktyabr 1996-cı il tarixindən Bakı Metropolitenində tuneldə yalnız gecə işi olmaqla tunel fəhləsi peşəsinə qəbul olunmuşdur. 01 yanvar 2006cı il tarixinədək və halhazırda Bakı Metropoliteni QSC-də gecə vaxtı tuneldə yalnız gecə işi olmaqla tunel fəhləsi peşəsində işləyir. İşlədiyi bu peşədə Azərbaycan Nazirlə Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarının XXVİİİ bölümünün ******* 2 Metropolitenlər. ******* a) Yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr. xx.xx.2006-cı il tarixinədək onun 13 ildən artıq zərərli iş şəraitinə görə, 25 ildən artıq isə ümumi stajı yaranıb. 57 yaşının tamam olması münasibətilə güzəştli şərtlərlə ona pensiya təyin olunması üçün DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəfələrlə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona 25 oktyabr 2021-ci il tarixli **********3 saylı məktubu ilə ona pensiya təyin etməkdən imtina etmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) müvafiq olaraq yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: metropoliten müəssisələrinin briqadirləri; drezinaların sürücüləri; drenajçılar; hidroqaldırıcıların maşinistləri; zumif aqreqatlarının maşinistləri; daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri; geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər; dəmirol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər); bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri); qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi filiala təqdim edilən sənədlərində xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tunel fəhləsi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi tunel fəhləsi vəzifəsi yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4189/2022 nömrəli, 04 may 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdən məlum olur ki, iddiaçının xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tunel fəhləsi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi tunel fəhləsi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. Belə ki, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan SSR X6 Təhsil Komitəsi tərəfindən verilmiş B seriyalı 130203 №-li Diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 01 sentyabr 1977-ci ildə 67 №li orta texniki peşə məktəbinə daxil olmuş, 22 iyul 1980-cı ildə avtomobil cihazları üzrə çilingər peşəsi üzrə məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. - Azərbaycan SSR X6 Təhsil Komitəsi tərəfindən verilmiş 27 aprel 1984-cü il tarixli Г seriyalı 605060 №-li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 01 sentyabr 1983-cü ildə Bakı şəhəri 79 №-li orta texniki məktəbinə qəbul olunmuşdur. 26 aprel 1984-cü ildə elektrik qaz qaynaqçısı peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. - НЗ seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. - ИТ-İ seriyalı ******* №li xx.xx.1983-cü il tarixli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək Bakı şəhəri 67 nömrəli texniki peşə məktəbində təhsil almış və 3-cü dərəcəli avtomobil yanacaq avadanlığı üzrə çilingər ixtisası üzrə bitirmişdir (xx.xx.1980-cı il tarixli B seriyalı 130203 №-li Diplom); xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur (xx.xx.1980-ci il tarixində Bakı şəhəri Kirov Hərbi Komissarlıq tərəfindən verilmiş hərbi bilet НЗ seriyalı ******* №-li); xx.xx.1983cü ildə Azərbaycan SSR Kolxoz və Sovxoz Tikinti İdarəsi “İxtisaslaşdırılmış tikinti və yol işlərinin mexanikləşdirmə Tresti” Mərkəzləşdirilmiş Avtomatlaşmalar İdarəsinə 2-ci dərəcəli avto-çilingər vəzifəsinə qəbul edilmişdir (Əmr № 22 k, xx.xx.1983-cü il); xx.xx.1983-cü ildə 3-cü dərəcəli çilingər vəzifəsinə keçirilmişdir (Əmr № 39 k, xx.xx.1983-cü il); xx.xx.1983-cü ildə işdən azad edilmişdir (Əmr № 50 k, xx.xx.1983-cü il); xx.xx.1983-cü ildə 79 nömrəli şəhər orta texniki məktəbinə qəbul olunmuşdur (Əmr № 40 k, xx.xx.1983-cü il); xx.xx.1984-cü ildə 79 nömrəli orta texniki məktəbindən məzun olmuşdur (Əmr № 16 k, xx.xx.1984-cü il); xx.xx.1984-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun təcrübə zavodu, xüsusi konstruktor bürosu, “Kristall” zavoduna 2-ci dərəcəli qaz-elektrik qaynaqçısı qəbul olunmuşdur (Əmr № 102 k, xx.xx.1984-cü il); xx.xx.1985-ci ildə 3-cü dərəcəli qaz-elektrik qaynaqçısı dərəcəsi verilmişdir (Əmr № 18 k, xx.xx.1985-ci il); xx.xx.1985-ci ildə işdən azad olunmuşdur (Əmr № 132 k, xx.xx.1985-ci il); xx.xx.1985-ci ildə “Azərbquraşdırmaxüsusitikinti” Trestinin Bakı Quraşdırma İdarəsində 3-cü dərəcəli qaz qaynaqçısı qəbul edilmişdir (Əmr № 971/s, xx.xx.1985-ci il); xx.xx.1987-ci ildə 2-ci dərəcəli qaz qaynaqçısı təyin olunmuşdur (Əmr № 36 л/с, xx.xx.1987-ci il); xx.xx.1989-cu il tarixdə 3-cü dərəcəli çilingər 2-ci peşəsi təyin edilmişdir (Əmr № 31 л/с, xx.xx.1989-cu il); xx.xx.1989-cu ildə 3-cü dərəcəli qaz qaynaqçısı və 4-cü dərəcəli çilingər santexnik təyin olunmuşdur (Əmr № 71 л/с, xx.xx.1989-cu il); xx.xx.1990-cı ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 8 л/с, xx.xx.1990-cı il); xx.xx.1990-cı ildə 1 №li Bakı Quraşdırma İdarəsinə 4-cü dərəcəli çilingər-santexnik təyin edilmişdir (Əmr № 22 л/с, xx.xx.1990-ci il); xx.xx.1991-ci ildən işdən azad olunmuşdur (Əmr № 23 л/с, xx.xx.1991-ci il); xx.xx.1992ci il “Azərittifaq” ictimai təsərrüfat təşkilatı-Ayaqqabı sahəsinə başmaqçı köməkçisi qəbul edilmişdir ( Əmr № 19 k, xx.xx.1992-ci il); xx.xx.1992-ci ildə işdən azad edilmişdir (Əmr № 57/k, xx.xx.1992-ci il); xx.xx.1992-ci ildə Nərimanov rayonu Mənzil Tikinti İdarəsinin nəzdində TP TTİ-nə 4-cü dərəcəli çilingər vəzifəsinə təyin olunmuşdur (Əmr № 44, xx.xx.1992-ci il); xx.xx.1993-cü ildə işdən azad edilmişdir (Əmr № 3, xx.xx.1993-cü il); xx.xx.1993-cü ildə “Araz” müstəqil kiçik müəssisəsinə ambardar vəzifəsinə təyin edilmişdir (Əmr № 09, xx.xx.1993-cü il); xx.xx.1995-ci ildə işdən azad edilmişdir (Əmr № 26, xx.xx.1995-ci il); xx.xx.1996-cı ildə 3-cü dərəcəli tunel fəhləsi qəbul edilmişdir-Tuneldə yalnız gecə işi (Əmr № 338, xx.xx.1996-cı il); xx.xx.2001-ci ildə 4-cü dərəcəli tunel fəhləsi peşəsinə keçirilmişdir (Əmr № 151, xx.xx.2001-ci il); xx.xx.2014-cü ildə 4-cü dərəcə ilə 2 saylı tunel qurğuları distansiyasının 2.4 saylı tunel sahəsinin 1-ci briqadasına tunel fəhləsi peşəsinə qəbul edilmişdir –Tuneldə yalnız gecə işi (xx.xx.2014-cü il). İşin mübahisəli halı tələb olunan güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Apellyasiya şikayətinin güzəştli iş stajının mövcud olmaması dəlilinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli A/318 saylı məktubda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən, xx.xx.1996-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində çalışmışdır (tuneldə yalnız gecə işi 40%, zərərli əmək şəraiti ilə 24%). xx.xx.2014-cü il tarixindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətinin 2 saylı tunel qurğuları distansiyasının İİİ sahəsində tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə işi 40%, zərərli əmək şəraiti ilə 24%). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il tarixli 12 № li qərara müvafiq olaraq həmin siyahının 21.5. Metropolitenlər bəndinə uyğun olaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 23 il 10 ay 02 gün (iyirmi üç il on ay iki gün) təşkil edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin xüsusiyyətləri və siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası Fizika inistutu tərəfindən verilmiş xx.xx.2020ci il tarixli 029-08/352 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 13 iyun 1984-cü il tarixdən 02 oktyabr 1985-ci il tarixədək indiki Azərbaycan Milli Elmlər X1 nəzdində "Kristall" xüsusi Konstruktor bürosunda daimi olaraq tam iş günü ərzində elektrik-qaz qaynaqçı vəzifəsində xüsusilə zərərli şəraitdə işləmişdir. İddiaçı daimi olaraq tam iş günü ərzində yerinə yetirdiiyi qaynaqçı işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Xİ bölməsinin 1110200a-14854 və 1110300a 14854 bəndlərinə (səh.48) tam uyğundur və ona güzəştli pensiya düşür. Həmçinin, iş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 40N-10/3-952 saylı məktubda qeyd olunmuşdur ki: “İddiaçı xx.xx.1996-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tunel fəhləsi (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti ilə), xx.xx.2014-cü il tarixindən "xxxx" QSC-nin Tunel qurğuları xidmətinin 2 saylı tunel qurğuları distansiyasının 2.3 saylı sahəsində İV dərəcəli tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti ilə). İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı peşə üzrə əmək stajı 25 il 09 ay 11 gün (iyirmi beş il doqquz ay on bir gün) (xx.xx.2022-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir (drenajçılar). Belə ki, İddiaçı çalışdığı tunel fəhləsi peşəsinin iş şəraiti və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 Metropolitenlər ( yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul oln fəhlələr) bəndində əks olunan drenajçılar peşəsinin iş şəraiti və funksiyaları ilə eynilik təşkil edir. Həmçinin, həmin məktubda qeyd edilmişdir ki, tunel fəhləsi peşəsinin əsas vəzifə və funksiyaları istismarda olan tunellərdə bütün növ axıntıların ləğvi, tunellərin və drenajların yuyulması, tikinti materiallarının yüklənməsi və boşaldılması, pnevmatik alət vasitəsilə tübinqlərdə tikişlərin pərçimlənməsi, perferatorların və çəkiclərin işə hazırlanması, detalların dəyişdirilməsi və s. işlərdən ibarətdir. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 2330-dan 0530-dək) tunel fəhləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir.” Aparılmış araşdırma nəticəsində iddiaçıya məxsus əmək kitabçası, iş yerlərindən güzəştli arayışlar və hərbi biletdən müəyyən olunur ki, iddiaçı xx.xx.2006-cı ilədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4189/2022 saylı, 04 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4189/2022 saylı, 04 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2579/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2579/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver