Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-258/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil (Bakı şəhəri 19 saylı Vəkil Bürosu) və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1953-cü il tarixdə Ermənistan Respublikasının Kalinin rayonunda anadan olmuş, ünvan 1 m.43 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)-2716/2018 nömrəli qərarından cavabdehin apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxx 2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx xxxxxx 1983-cü ildən xx xxxxx 1988-ci ilə qədər keçmiş Ermənistan SSRİ-nin Kalinin rayon yol tikinti idarəsində 2-ci dərəcəli ekskavatorçu peşəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1972-1974-cü illərdə keçmiş Sovet Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1978-ci il tarixdən başlamışdır. xx.xx.1978-ci ildən xx.xx.1997-ci ilə qədər qısa fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Lakin xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilə qədər keçmiş Ermənistan SSRİ-nin Kalinin rayon yol tikinti idarəsində 2-ci dərəcəli ekskavatorçu peşəsində işlədiyi dövrlər cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməmişdir. Buna görə də iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin onun tələbinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 71-ci maddəsinin İ hissəsinə, İİ hissəsinə,Vİ hissəsinə, Vİİ hissəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü, 11-ci, 21-ci və 30.2-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 14.1-ci, 33.1-ci, 33.2-ci, 38.2-ci, 67.1-ci və 73.1-ci maddələrinə istinad edərək xx xxxxxx 1983-cü ildən xx xxxxx 1988-ci ilə qədər keçmiş Ermənistan SSRİ-nin Kalinin rayon yol tikinti idarəsində 2-ci dərəcəli ekskavatorçu peşəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2716/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev) iddia təmin edilmiş, İddiaçı xx xxxxxx 1983-cü ildən xx xxxxx 1988-ci ilə qədər keçmiş Ermənistan SSRİ-nin Kalinin rayon yol tikinti idarəsində 2ci dərəcəli ekskavatorçu peşəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya təyin olunması üçün tələb olunan 12 il sığorta stajı yaranmadığına görə ərizəsini təmin etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-2886/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-854/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov, N.Rəsulbəyova, R.Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-1314/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər V.Məmmədov, İ.Xəlilov, İ.Əhmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2716/2018 nömrəli iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmiş, qərarın nəticə hissəsində “xx xxxxxx 1983-cü ildən” sözləri “xx xxxxxx 1985-ci ildən” sözləri ilə, “ona yaşa görə” sözləri “ona yaşa görə xx xxxxxx 2016-cı il tarixdən” sözləri ilə əvəz edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-2712/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Dadaşov, K.Bədəlov, S.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona yaşa görə xx xxxxxx 2016-cı il tarixdən əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, o, iddiaçının 1983-88-ci illər iş stajını qəbul etmədiklərini, 1978- 83-cü illərdə işlədiyi dövrü isə məhkəmə qərarı ilə qəbul edəcəklərini bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili dəqiqləşdirilmiş iddia tələbinə uyğun izahat verdilər və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdilər.Əlavə olaraq, iddiaçı əmək kitabçasında düzəliş etmədiyini bildirdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin yeni apellyasiya baxışına göndərilməsi haqqında Ali Məhkəmənin qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilməsi təklif edilməmiş, iddiaçı, ərizəsində xx xxxxxx 1983-cü ildən xx xxxxx 1988ci ilə qədər keçmiş Ermənistan SSRİ-nin Kalinin rayon yol tikinti idarəsində 2-ci dərəcəli ekskavatorçu peşəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, apellyasiya məhkəməsi iddiaçıya məxsus əmək kitabçasında düzəlişin edildiyini iş üzrə müvafiq ekspertiza vasitəsilə dəqiq müəyyən etmədən birinci instansiya məhkəməsinin qərarını dəyişdirərək, xx xxxxxx 1983-cü ildən sözlərini xx xxxxxx 1985-ci il ildən sözləri ilə əvəz etmiş, bu nəticəyə isə hansı sübutların və araşdırmaların əsasında gəldiyini qərarında əsaslandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Sabunçu rayon şöbəsinin xx.xx.2018-ci il tarixli xx/xx-2729 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən kişilər 63 yaşına çatdıqda azı 12 il sığorta stajı olduqda əmək pensiyası hüququ qazanırlar. İddiaçının şöbəyə təqdim etdiyi sənədlər əsasında yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan azı 12 il sığorta stajı yaranmadığından ərizəni təmin etmək mümkün olmamışdır. İddiaçıya pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək olan qeydlərdə düzəliş olduğundan və iş stajının düzgünlüyünün yoxlanılması mümkün olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1953-cü ildə anadan olmuş və ünvan 2 mənzil 43 ünvanında qeydiyyatdadır. xx.xx.2017-ci il tarixə kimi qüvvədə olan redaksiyada «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə görə, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2016-cı il tarixdə iddiaçının 63 yaşı tamam olmuşdur, həmin tarixə onun 12 il əmək stajına malik olması şərtinə də əməl olunur. Cavabdehin imtina məktubunun verildiyi, yəni tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona 63 yaşdan əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94 və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2716/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-258/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-258/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver