Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-258/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “pasport qeydiyyatından çıxarılmanın cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (qızı) X5, 3-cü şəxs: X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, X6 bir azyaşlı uşağı ilə birlikdə pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2713/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X11 iddiaçının keçmiş gəlini olmuş, oğlu X1 Afaq Əbdül qızı ilə xx xxxxxx 2004cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Əhmədli qəsəbəsində kirayə ev tutmuş, X6 cehiz əmlak əşyaları da həmin evə yerləşdirilmişdir. Toy olduqdan sonra X2 tutduqları evə gəlin köçərək orada yaşamışlar. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Əli adlı bir uşaqları anadan olmuşdur. X7 toylarından sonra yəni xx.xx.2004-cü il tarixdə razılıq verməklə, xüsusi mülkiyyətində olan ünvan 3-ə pasport qeydiyyatına salmışdır. Sözügedən evə pasport qeydiyyatına saldığına baxmayaraq, X11 sözügedən mübahisəli evdə bir gün olsa belə yaşamamışdır. X3 əvvəllər öz arvadı X11 ilə mehriban yaşamış, sonradan aralarında mübahisələr baş vermişdir. X12 ilə X11 ilə aralarında olan nikah xx xxx 2009-cu il tarixdə pozulmuş və xx xxxx 2009-cu il tarixdə Bakı şəhəri Qeydiyyat şöbəsi tərəfindən bu barədə şəhadətnamə verilmişdir. O vaxtdan etibarən keçmiş gəlini X11 bir azyaşlı uşağı ilə birlikdə onun xüsusi mülkiyyətində olan ünvan 3-də pasport qeydiyyatında qalmışlar. X6 evdə qeydiyyatda qalması formal xarakter daşayır. X6 günahı ucbatından 16 ilə yaxındır ki, mənzil kirayə və kommunal-xidmət xəclərini ödəməyə məcburdur. O, təqaüdçüdür, maddi cəhətdən olduqca çətinlik çəkir, görmə qabiliyyətini tam (kor) itirmişdir. X8 görə, öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını tam həyata keçirə bilmir. Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi Mənzil Kommunal 61 saylı İstismar sahəsinin 01 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X11 və X14 ünvan 3 ünvanda qeydiyyatdadırlar. Sonradan iddiaçı sözügedən şəxslərin onun mənzilində qeydiyyatda qalmalarının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmasına istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 091-537162 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildirilmişdi ki, mülkiyyətçisi olduğu Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi dalan 11, ev 5 ünvanından X6 qeydiyyatdan çıxarılması ilə əlaqədar iddiaçı mülki qaydada məhkəməyə müraciət edə bilər. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin imtinasının əsassız hesab edilməsi, X6 bir azyaşlı uşağı ilə birlikdə ünvan 3 ünvandan pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, o, X7 bir azyaşlı uşağı ilə birlikdə xüsusi mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia tələbi rədd edilmişdir. O, keçmiş gəlini X7 pasport qeydiyyatından çıxartmaq üçün yenidən rəsmi ərizə ilə Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Bakı şəhəri Cavabdeh rəsmi ərizəsinə xx.xx.2019-cu il tarixdə cavab verərək bildirmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2713/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, 3-cü şəxs X6 ünvan 3 ünvanından qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2713/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X6 Çingiz Qismət oğlu ilə birgə nikahlarından 2008-ci ildə X20 doğulmuşdur, yəni qeydiyyatdan çıxarılması tələb olunan X10 12 yaşı vardır. Məhkəmə işə baxan zamanı işin həqiqi hallarını araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə əsaslandırılmış hallarla uyğunluq təşkil etməmişdir. Digər tərəfdən məhkəmə öz qərarı ilə maddi və prosessual hüquq normalarını ciddi şəkildə pozmuşdur. Eyni zamanda məhkəmə iclasında izahat verən X11 ünvan 3 ünvanında heç bir zaman uşağı ilə birlikdə yaşamadığını, uşağın onunla yaşadığını, hətta atası Çingiz Əliyev tərəfindən aliment aldığını bildirmişdir. Məhkəmə onun hüquqlarını qismən məhdudlaşdırmış, tərəfə qarşı humanistlik jestini göstərsə də, onun yaşlı qadın olduğunu, təqaüdçü və maddi cəhətdən olduqca çətinlik çəkdiyini, eyni zamanda görmə qabiliyyətini tam (kor) itirdiyini nəzərə almamışdır. Hesab edir ki, xx.xx.2020ci il tarixli qərar ədalətsiz, qeyri-obyektv olduğundan qismən ləğv edilməli, iddia tələbinin təmin olunmayan hissəsi təmin edilməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (qızı) X13 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilərək, iddianın həmin hissədə təmin olunmasını məhkəmədən xahiş etmişdir. 3-cü şəxs X11 apellyasiya şikayətinə münasibətdə bildirmişdi ki, o, ilk gündən qaynanasına məxsus ünvan 3 ünvanındakı evdə yaşamamışdır, iddiaçının oğlu ilə ailə qurandan kirayədə yaşamışlar. Buna görə də məhkəmədə işə baxılarkən həmin evə dair hüququnun olduğunu iddia etməmişdir. Hazırda isə atasına məxsus evdə oğlu Əli ilə yaşayır. Hesab edir ki, uşağı Əli iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarıla bilməz. Bununla bağlı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının həmin hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasına və qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki iş üzrə apellyasiya şikayəti iddiaçı tərəfindən verildiyi üçün xx.xx.2020ci il tarixli məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddiaçının tələbinin təmin olunmadığı “X10 qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbin təmin edilmədiyi hissədə yoxlanılır. İşdən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “cavabdehin imtinasının əsassız hesab edilməsi, gəlini X6 bir azyaşlı uşağı (nəvəsi) X14 ilə birlikdə ona məxsus ünvan 3 ünvandan pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsi” ilə bağlı olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mübahisəli mənzilin iddiaçının mülkiyyətində olmasına baxmayaraq, Əli Əlizadənin atası Çingizin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 11, 5 nömrəli evdə qeydiyyatda olmasına, Əli Əlizadənin anası X6 himayəsinə verilməsinin iş materiallarında öz təsdiqini tapmamasına əsaslanaraq iddianın “X10 qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunmadığı hissədə gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki işdən görünür ki, İddiaçı xüsusi mülkiyyəti olan ünvan 3 ünvanından pasport qeydiyyatından çıxarılmasını tələb etdiyi nəvəsi X14 xx.xx.2008-ci il təvəllüdlü olmaqla, 12 yaşı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin— müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İşə əlavə olunmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6258/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X8 qarşı ünvan 5 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdu ki, cavabdehin (Afaq Qəmbərovanın) həmin mənzilə istifadə hüququ olmadığından istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçının da qeyd etdiyi kimi, cavabdeh mübahisəli mənzildə bir gün belə yaşamamışdır. Cavabdeh mənzilə 2010-cu il tarixdə qeydiyyata düşdüyündən və həmin mənzildə yaşamadığından yeni Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən onun həmin mənzilə istifadə hüququ yaranmamışdır. İş üzrə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində iştirak etmiş Afaq Qəmbərova izahatında özünün və övladı X10 ünvan 3 ünvanında yaşamadıqlarını, atasına məxsus evdə oğlu Əli ilə birlikdə yaşadığını bildirmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçının xüsusi mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmasını tələb etdiyi nəvəsi 12 yaşlı Əli Əlizadənin həmin evdə faktiki yaşamadığını, onun yaşayış yerinin qanunvericiliyin tələbinə görə anası Afaq Qəmbərovanın yaşadığı yer olduğunu və iddiaçıya məxsus evdə qeydiyyatının formal xarakter daşıdığını nəzərə almamış və qərarın mübahisələndirilən hissəsi üzrə iddianı rədd etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarında göstərilmişdi ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin (yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən) mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Yuxarıda sadalanan maddi hüquq normalarının məzmununda və adı çəkilən Plenumun Qərarındakı hüquqi mövqeyə görə yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslər mülkiyyətçinin tələbi əsasında cavabdeh inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mülkiyyətçi olaraq ona məxsus evdən nəvəsi Əli Əlizadənin qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, onun bu barədə tələbi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə görə əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli və X10 ünvan 3 ünvanından qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2713/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı mübahisələndirilən- iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X10 iddiaçıya məxsus ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-258/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-258/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver