Məhkəmə qərarları › İş №2-1(103)-258/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-258/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-258/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3226/2021 saylı, 27.04.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 24 oktyabr 2015-ci il tarixinə 12 il 6 aylıq güzəştli 38 ildən çox ümumi iş stajı toplamışdır. O, orta təhsilini başa vurduqdan sonra 5 may 1976-cı il tarixdən 18 iyun 1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 13 sentyabr 1979-cu il tarixdə “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) X3 nəzarət ölçü cihazları və avtomatika üzrə 2-ci dərəcəli çilingər peşəsinə işə qəbul olunmuş, 3 iyul 1981-ci il tarixdə Quyuların Əsaslı və Yeraltı Təmiri sexinə 4-cü dərəcəli quyuların yeraltı təmir operatoru peşəsinə keçirilmiş və 29 sentyabr 1981-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 12 oktyabr 1981-ci il tarixdə “Cənubneftavtomatika” Trestinin Bakı Yaraşdırma-Sazlama İdarəsinin Əli-Bayramlı sahəsinə aparat və cihazların avtomatik nəzarəti, Tənzimlənməsi və idarə edilməsi üzrə 4cü dərəcəli quraşdırıcı-çilingər peşəsinə qəbul edilmiş, 3 iyun 1985-ci il tarixdə 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilmişdir. 1 dekabr 1987-ci il tarixdə (əmr -V 370k, tarix 30 noyabr 1987-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 36-ci maddəsinin 5-ci bəndinə əsasən '‘Cənubneftavtomatika” Trestinin Bakı Quraşdırma- Sazlama İdarəsinin ləğv olunması və yeni yaradılmış “Cənubneftenerjiquraşdırmaavtomatika” İstehsalat Birliyinin Bakı Quraşdırma-Sazlama İdarəsinə köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. 1 dekabr 1987-ci il tarixdə “Cənubneftenerjiquraşdırmaavtomatika” İB-nin Bakı Quraşdırma - Sazlama İdarəsinə köçürülmə yolu ilə 5-ci dərəcəli çilingər-quraşdırıcı peşəsinə işə qəbul edilmiş, həmin tarixdə Qroznensk sahəsinə aparat və cihazların avtomatik nəzarəti, tənzimlənməsi və idarə edilməsi üzrə 5-ci dərəcəli quruluşçu (montajçı) peşəsinə keçirilmişdir. 4 yanvar 1988-ci il tarixdə 1 ay müddətinə müvəqqəti olaraq mexanizasiya sahəsinə 3-cü dərəcəli sürücü peşəsinə, 18 aprel 1988-ci il tarixdə isə, Əli-Bayramlı sahəsinə 3-cü zərəcəli sürücü peşəsinə keçirilmişdir. 2 aprel 1990-cı il tarixdə ikinci peşə olaraq ikinci xətt üzrə 3cü dərəcəli elektrik quraşdırıcısı peşəsinə təyin edilmiş, 18 aprel 1994-cü il tarixdə sahənin bağlanması ilə əlaqədar işdən azad olunmuş, 15 iyul 1994-cü il tarixdə “Xəzərneftenerjiquraşdırmaavtomatika” İdarəsinin Texnoloji Nəqliyyat Sahəsinə 3-cü dərəcəli sürücü pəşəsinə işə qəbul edilmiş və 1 iyul 2000-ci il tarixə qədər həmin vəzifədə işləmişdir. 1 iyul 2000-ci tarixdən 2 saylı Bakı sahəsinə müvəqqəti olaraq 5-ci dərəcəli Cihazlar və Avtomatika üzrə quraşdırıcı sahəsinə keçirilmiş və 20 dekabr 2000-ci il tarixədək orada işləmişdir. 20 dekabr 2000-ci il tarixdən 23 aprel 2001-ci il tarixədək həmin idarədə 4-cü dərəcəli rabitə xətti quraşdırıcısı peşəsində işləmişdir. 2 aprel 2002-ci il tarixdən 1 noyabr 2004-cü il tarixədək "xxxx" Birgə MMM-in X3 5-ci dərəcəli elektrik quraşdırma çilingəri peşəsində işləmişdir. 11 may 2005-ci il tarixdən 22 iyun 2009-cu il tarixədək "xxxx" Birgə MMM-in Tikinti Təmir Sexində 5-ci dərəcəli çilingər-quraşdırıcı peşəsində işləmişdir. 22 iyun 2009-cu il tarixdə X1 5-ci dərəcəli elektrik montyoru peşəsinə keçirilmiş və 5 oktyabr 2009-cu il tarixdə işdən azad olunmuşdur. 5 oktyabr 2009-cu il tarixdə Şirvan Əməliyyat Şirkətinə X3 beşinci dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş və hal-hazırda da həmin vəzifədə çalışır. 24 oktyabr 2015-ci il tarixdə O, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün lazım olan 12 il 6 aylıq xüsusi iş stajını toplanmışdır. Güzəştli iş stajı AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıya uyğun olaraq, 13 sentyabr 1979-cu il tarixdən 3 iyul 1981-ci il tarixədək “Şirvanneft” NQÇİ-nin X2 nəzarət ölçü cihazları çilingəri peşəsində 1 il 9 ay 20 gün Siyahıda “10.2. Neft, qaz və qaz kondensatının hasilatı” bölməsində tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzra çilingərlər, 3 iyul 1981-ci il tarixdən “Şirvanneft” NQÇİ-nin Quyuların Əsaslı və Yeraltı Təmir Sexində yeraltı təmir Sexində operator peşəsində 2 ay 26 gün Siyahıda “10.2. Neft, qaz və qaz kondensatının hasilatı” bölməsində quyuların yeraltı təmiri üzrə operatorlar, 10 may 2005ci il tarixdən 22 iyun 2009-cu il tarixədək Şirvanoyl BMMM-in Tikinti Təmir Sexində quraşdırma çilingəri peşəsində 4 il 1 ay 11 gün Siyahıda “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar, 19 iyun 2009cu il tarixdən 24 oktyabr 2015-ci il tarixədək “X9” şirkətinin X4 5-ci dərəcə elektrik montyoru peşəsində 6 il 4 ay 2 gün Siyahıda “10.2. Neft, qaz və qaz kondensatının hasilatı” bölməsində neft, qaz və qaz kondensatı hasilatı ikilərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, texnoloji qurğuların təmiri üzrə çilingərlər peşəsinə uyğun olmaqla, cəmi 12 il 06 ay 1 gün güzəştli əmək stajı toplanmışdır. Cavabdehin onun müraciətinə imtina məktubu təzadlarla doludur. Belə ki, cavabdeh imtina məktubunda bildirir ki, 1) 12 oktyabr 1981-ci il tarixdən 4 yanvar 1988-ci il tarixədək və 1990-cı ilin aprel ayından 1994-cü ilin aprel ayınadək işlədiyi quraşdırı-cıçilingər vəzifəsi Siyahıda nəzərdə tutulmamışdır. Lakin, İ ddiaçı bu staj dövrlərinin güzəştli iş stajına daxil edilməsini iddia etməmişdir. Həmin dövr onun ümumi iş stajına daxil edilməlidir, çünki, hətta bu dövr olmadan da güzəştli iş stajı 12 il 6 aydan çoxdur; 2) 2 aprel 2002-ci il tarixdən 22 iyun 2009-cu il tarixədək işlədyi quraşdırıcı-çilingər vəzifəsi də Siyahıda nəzərdə tutulmamışdır. Həmin yeddi ildən artıq bir dövr "xxxx" BMMM və X9 şirkətlərində (sonuncu şirkət "xxxx" BMMM-in hüquqi varisidir) iş dövrünü əhatə edir. Hazırki şirkətin ona təqdim etdiyi güzəştli iş stajı barədə arayışda 2 aprel 2002-ci il tarixdən 1 noyabr 2004-cü illər üçün işlədiyi vəzifə üçün güzəştli arayışda nəzərə almamışdır, bu səbəblə də cavabdehin hansı səbəblə həmin dövrü ona irad tutması, stajı qəbul etməməsini bildirməsi həqiqətə uyğun deyil, çünki o (iddiaçı), həmin dövrün güzəştli iş stajına daxil edilməsində deyi, yalnız güzəştli iş stajı barədə arayışda qeyd edilən peşələr və staj dövrünün güzəştli iş stajı kimi qəbul edilməsində iddialıdır. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 5 gün) təşkil edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş (başqa sözlə, həmin tarixədək toplalan ümumi və xüsusi iş stajına əsasən) redaksiyasının tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinin həllinə cavabdehin münasibəti qeyri-peşəkar, səriştəsiz yanaşma kimi qəbul edilməlidir. Cavabdeh onun ümumi iş stajına irad bildirmir, 13 sentyabr 1979-cu il tarixdən 3 iyul 1981-ci il tarixədək “Şirvanneft” NQÇİ-nin X2 nəzarət ölçü cihazları çilingəri peşəsində 1 il 09 ay 1 gün, 3 iyul 1981-ci il tarixdən 29 sentyabr 1981-ci il tarixədək “Şirvanneft” NQÇİ-nin Quyuların Əsaslı və Yeraltı Təmir Sexində yeraltı təmir üzrə operator peşəsində 02 ay 26 gün, 4) 19 iyun 2009-cu il tarixdən 24 oktyabr 2015-ci il tarixədək “X9” şirkətinin X2 5-ci dərəcə elektrik montyoru peşəsində 6 il 4 ay 2 gün müddəti güzəştli iş stajı kimi qəbul edir. Bu hal məhkəmə tərəfindən mübahisələndirilməyən hal kimi qəbul edilməlidir. Cavabdeh iddiaçının 10 may 2005-ci il tarixdən 22 iyun 2009-cu il tarixədək "xxxx" BMMM-in Təmir Sexində quraşdırma çilingəri peşəsində 4 il 1 ay 11 gün stajını öz mülahizəsinə görə (əsaslandırmadan) güzəştli iş stajı kimi qəbul etməmişdir. Hesab edilir ki, hazırki iddiada həmin stajın güzəştli iş stajı olması sübuta yetirildiyi təqdirdə, ona (iddiaçıya) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə heç bir maneə qalmır. 11 may 2005-ci il tarixdə isə, "xxxx" BMMM-nin Tikinti Təmir Sexinə quraşdırma çilingəri vəzifəsinə qəbul edilmişdir ki, artıq həmin işəgötürən onu güzəştli iş stajına daxil etmişdir və bu qanunauyğundur. Cavabdeh güzəştli pensiya təyinatı üçün güzəştli iş stajı barədə arayış təqdim edilməsini vacib şərt kimi qoymuşdur, həmin arayış təqdim edildiyi halda, hansı əsas gətirməklə həmin iş dövrünü güzəştli saymadığı məlum olmur. Halbuki, sexin adından da göründüyü kimi, həmin sex tikinti və təmir işləri görməklə məşğuldur. Belə olan halda, arayışda da göstərildiyi kimi, “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsinə həmin vəzifənin uyğun olmamasına cavabdehin əks dəlilinin nə olduğu naməlumdur. Cavabdehin inzibati orqanın əlavə araşdırma aparmaq hüququ və lazım gəldikdə, işlədiyi müəssisəyə sorğular göndərmək və cavab almaq hüququ vardır. Cavabdeh istənilən halda öz imtinasını əsaslandırmalıdır, sadəcə “nəzərdə tutulmamışdır” deməklə kifayətlənə bilməz, çünki onun mülahizəsinə əks olan iddiaçının hüququnu təsdiq edən rəsmi sənəd ona təqdim edilmişdir. iddiaçı ilə eyni şirkətdə eyni vəzifədə işləmiş şəxsə Ali Məhkəmənin qərarı ilə güzəştli staj kimi qəbul edilərək güzəştli pensiya təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3226/2021 saylı, 27.04.2021-ci il taixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3226/2021 saylı, 27.04.2021-ci il taixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi iddiaçının 11 may 2005-22 iyun 2009-cu illərdə işlədiyi quraşdırma çilingəri vəzifəsində topladığı iş stajını güzəştli iş stajı kimi qəbul etməyərək yanlış nəticəyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3226/2021 saylı, 27.04.2021-ci il taixli qərarının ləğv olunmasını, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kоllеgiyаsı iddiaçının izahatını dinləyib, işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. - Notarial qaydada təsdiq edilmiş НЗ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı 05.05.1976-cı il tarixdən 15.06.1978-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - Notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş Əmək kitabçasına əsasən İddiaçı 12.09.1979-cu il tarixli, 149/k nömrəli əmrə əsasən “Şirvanneft” Neftçıxarma idarəsində Avtomatlaşdırma və istehsalat sexinə ştat üzrə 2-ci dərəcəli nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər işinə qəbul edilmişdir. 88/k nömrəli, 02.07.1981-ci il tarixli əmrə əsasən 03.07.1981-ci ildə QƏYT sexin quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli operator işinə keçmişdir. 146/k nömrəli, 29.09.1981-ci il tarixli əmrə əsasən 29.09.1981-ci ildə Azərbaycan SSR ƏQM-nun 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 293-k nömrəli, 29.09.1981-ci il tarixli əmrə əsasən 12.10.1981-ci ildə Əli- Bayramlı sahəsinə avtomatik idarəetmə, tənzimləmə və nəzarət cihazları və aparatları üzrə 4-cü dərəcəli quraşdırıcı–çilingər işinə qəbul edilmişdir. 194-k nömrəli, 03.06.1985-ci il trixli əmrə əsasən quraşdırıcı-çilingər işi üzrə 5-ci dərəcə verilmişdir. 02.10.1987-ci il tarixli, 370-k nömrəli əmrə əsasən 30.11.1987-ci ildə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə uyğun olaraq “Soyuznefteenergomontajavtomatika” İB-nin yeni yaranmış Bakı Quraşdırma və Sazlama İdarəsinə işə keçirilməsi ilə bağlı azad edilmişdir. 01.12.1987-ci il tarixli, 8-k nömrəli əmrə əsasən 01.12.1987-ci ildə “Soyuznefteenergomontajavtomatika” İB-nin Bakı Quraşdırma və Sazlama İdarəsində “Cənubneftavtomatika” trestinin Bakı Quraşdırma və Sazlama İdarəsindən keçirilməsi yolu ilə 5-ci dərəcəli quraşdırıcı-çilingər işinə qəbul edilmişdir. 01.12.1987-ci il tarixli, 9-k nomrəli əmrə əsasən 01.12.1987-ci ildə maaş ödənişlərinin yeni şərtlərinə keçdiyinə görə (3 saylı VTİSK) avtomatik idarəetmə, tənzimləmə və nəzarət cihazları və aparatları üzrə 5-ci dərəcəli quraşdırıcı-çilingər işinə keçirilmişdir. 31.12.1987-ci il tarixli, 34-k nömrəli, 04.01.1988-ci il tarixdə mexanizasiya sahəsinə 3-cü dərəcəli sürücü işinə keçirilmişdir. 18.04.1988-ci il tarixli, 86 nömrəli əmrə əsasən 18.04.1988-ci ildə Əli-Bayramlı sahəsinə 3-cü dərəcəli sürücü işinə keçirilmişdir. ARNK-nın 481 nömrəli, 01.09.1992-ci il tarixli qətnaməsi əsasında İdarənin 19.04.1993-cü il tarixli 24 nömrəli əmrinə əsasən 19.04.1993-cü ildən “Soyuznefteenergomontajavtomatika” İB-nin Bakı Quraşdırma və Sazlama İdarəsinin adı dəyişdirilərək "xxxx" İdarəsi adlandırılmışdır. 18.04.1994-cü il tarixli, 26/k nömrəli əmrə əsasən 19.04.1994-cü ildə AR ƏQM-nin 38-ci maddəsinin 1-ci bəndi ilə sahə bağlanması ilə əlaqədar işdən azad edilmişdir. 15.07.1994-cü il tarixli, 41/k nömrəli əmrə əsasən 15.07.1994-cü ildə "xxxx" İdarəsində texnoloji-nəqliyyat sahəsinə 3-cü dərəcəli sürücü vəzifəsinə işə qəbul edilmişdir. 01.08.1994-cü il tarixli, 48/k nömrəli əmrə əsasən 01.08.1994-cü ildə Əli-Bayramlı sahəsinə 3-cü dərəcəli sürücü vəzifəsinə keçirilmişdir. ARNK-nın 137 nömrəli, 12.06.1995-ci il tarixli qərarı, DNŞ-nin 99 nömrəli, 27.06.1995-ci il tarixli, QNQÇ İB-nin 161 nömrəli, 04.07.1995-ci il tarixli əmrlərinə əsasən "xxxx" İdarəsi 01.07.1995-ci ildən Dövlət Neft Şirkətinin Quruda Neft-Qaz çıxarma İstehsalat Birliyinin struktur tərkibinə daxil edilmişdir. 12/k nömrəli, 30.06.2000-ci il tarixli əmrə əsasən 01.07.2000-ci ildən 5-ci dərəcəli cihaz və aparatlara avtomatik nəzarət, tənzimləmə və idarəetmə üzrə quraşdırıcı peşəsinə keçirilmişdir. 37/k nömrəli, 21.12.2000-ci il tarixli əmrə əsasən 20.12.2000-ci ildə 4-cü dərəcəli rabitə xətti quraşdırıcısı peşəsinə keçirilmişdir. 8/k nömrəli, 19.04.2001-ci il tarixli əmrə əsasən 23.04.2001-ci ildə AR ƏM-nin 25-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. 50/k nömrəli, 01.04.2002-ci il tarixli əmrə əsasən 02.04.2002-ci ildə "xxxx" BMMM-nin X3 5-ci dərəcəli elektrik quraşdırma çilingəri peşəsinə qəbul edilmişdir. 181/k nömrəli, 29.10.2004-cü il tarixli əmrə əsasən 01.11.2004-cü ildə AR ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün müqaviləsinə xitam verilmişdir. 69/k nömrəli, 10.05.2005-ci il tarixli, əmrə əsasən 11.05.2005-ci ildə "xxxx" BMMM-nin Tikinti-təmir sexinə 2 ay müddətli əmək müqaviləsi ilə 5-ci dərəcəli quraşdırma çilingəri peşəsinə qəbul edilmişdir. 186 nömrəli, 19.06.2009-cu il tarixli əmrə əsasən 22.06.2009-cu ildə İAS-nə (X3) 5-ci dərəcəli elektrik montyoru keçirilmişdir. 289 nömrəli, 05.10.2009-cu il tarixli əmrə əsasən 05.10.2009-cu ildə AR ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 05.10.2009-cu il tarixli əmək müqaviləsinə əsasən 05.10.2009-cu ildə “X6 Limited” şirkətinə X3 5-ci dərəcəli elektrik montyoru qəbul edilmişdir. Hal-hazıra kimi orada işləyir. - “X9 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 13 nömrəli 1 iyul 2017-ci il tarixli “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışında aşağıdakılar bildirilmişdir: X8 hal-hazırda “X9 Limited” Şirkətinin X2 6-cı dərəcə elektrik montyoru peşəsində işləyir. Onun əmək kitabçasına əsasən ümumi əmək stajı 1 iyl 2020-ci il tarixə 39 il 19 gündür. X5 1 iyul 2017-ci il tarixə ümumi əmək stajı 36 il 19 gündür. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 10-cu bəndinin 10.2 yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensantının hasilatı) X5 “Şirvanneft” NQÇİ, "xxxx" BMMM, “X9 Limited” Şirkətində 1 iyul 2017-ci il tarixə 14 il 2 ay 6 gün güzəştli şərtlərlə iş stajı vardır. Belə ki, 12 sentyabr 1979-cu il tarixli 149/k saylı əmrlə 13 sentyabr 1979-ci il tarixdən 3 iyul 1981-ci il tarixədək “Şirvanneft” NQÇİ X2 2-ci dərəcəli nəzarət-ölçü cihazlarının çilingəri peşəsində işləmişdir (1 il 9 ay 20 gün, “Mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın, kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər”, 2 iyul 1981-ci il tarixli 88/k saylı əmrlə 3 iyul 1981-ci il tarixdən 29 sentyabr 1981-ci il tarixədək quyuların əsaslı və yeraltı təmiri sexində yeraltı təmir üzrə operator peşəsində (2 ay 26 gün). 10 may 2005ci il tarixli 69/k-b saylı əmrlə 11 may 2005-ci il tarixdən 22 iyun 2009-cu il tarixədək "xxxx" BMMM-in Tikinti Təmir Sexində 5-ci dərəcəli quraşdırma çilingəri peşəsində işləmişdir (4 il 1 ay 11 gün, “Buna, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar). 19 iyun 2009-cu il tarixli 186 saylı əmrlə 22 iyun 2009-cu il tarixdən 1 iyul 2017-ci il tarixədək "xxxx" BMMM-in və “X9 Limited” Şirkətinin X2 5-ci dərəcə elektrik montyoru peşəsində işləmişdir – 8 il 9 gün (Neft və qaz kondensantı hasilatı obyektlərində məşğul olan elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları). Cəmi 14 il 2 ay 6 gün güzəştli şərtlərlə iş stajı vardır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əmək faəliyyəti dövründə işlədiyi peşələrdən 1979 – 1981-ci illərdə 1 il 9 ay 20 gün müddət işlədiyi nəzarət-ölçü cihazları çilingəri, yeraltı təmir üzrə operator və elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə aiddir. Lakin onun əmək kitabçası və işlədiyi müəssisənin güzəştli arayışına əsasən 11 may 2005-ci il tarixdən 22 iyun 2009-cu il tarixədək işlədiyi “quraşdırma çilingəri” peşəsi müvafiq Siyahının aidiyyəti bölməsində nəzərdə tutulan “quraşdırıcılar” peşəsi ilə eyniləşdirilə bilməz. Nəzərə alınmalıdır ki, Siyahının həmin bölməsində ayrı sahə üzrə olsa da, “çilingərlər” peşəsi göstərilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçının 11 may 2005-ci il tarixdən 22 iyun 2009-cu il tarixədək işlədiyi “quraşdırma çilingəri” peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi qəbul olunmamalıdır. Qeyd olunanlara əsasən iddiaçının 24 oktyabr 2015-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 ay stajı toplanmadığından, onun həmin tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensuyası hüququ yaranmış olmur. Odur ki, məhkəmənin qənaətinə görə iddia “iddiaçıya əmək pensiyası təyin edilməsi” hissəsində əsaslı deyil. İddiaçının ikinci tələbi – “keçmiş üç illik dövr üzrə fərq məbləğinin ödənilməsi” tələbi ikin tələbdən asılı və törəmədir. Ona görə də ilkin tələb əsaslı olunmadığı halda, pensiyanın hesablanmasında fərq məbləği də yaranmır və bu səbəbdən həmin tələb də təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia təmin olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 10 mart 2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1.16-cı maddəsinə əsasən Qanunun 9.1-ci maddəsində “57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Qeyd olunan qanunvericilik normalarına əsasən müəyyən olunur ki, iddiaçıya 24.10.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün, onun həmin tarixədək 57 yaşı tamam olmalı, azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalıdır. İddiaçının 57 yaşının tamam olması və azı 25 il sığorta stajına malik olması işin mübahisə olunmayan hallarıdır. Cavabdehinin etirazının əsası və birinci instansiya məhkəməsinin mövqeyi ondan ibartə olmuşdur ki, iddiaçının 12 il 6 ay güzəştli stajı mövcud olmadığından iddia təmin olunmamalıdır. Qeyd olunan məsələnin araşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən “X7 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müvafiq sorğular ünvanlanaraq qeyd olunan iş üzrə zərurət yarandığından aşağıda göstərilən məlumatın növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim olunması xahiş olunmuşdur:

1. İddiaçının işlədiyi çiligər-montajçının peşəsi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da qeyd olunmuş hansı peşəyə uyğundur?

2. Çiligər-montajçının peşə funksiyaları çilingər təmirçi və çilingərin funksiyalarından fərqlənirmi? Fərqlənirsə, həmin fərq nədən ibarətdir? Qeyd olunan sorğuya cavab olaraq “X7 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən məhkəməyə ünvanlanmış arayışda qeyd olunmuşdur:

1. İddiaçı 13.09.1979-03.07.1981-ci illərdə “Şirvanneft” NQÇİ-nin X2 işlədiyi 2-ci dərəcəli nəzarət ölçü cihazları çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 10.2-ci bölməsində (Neft, qaz və qaz kondensatının hasilatı) a) fəhlələr bölməsində qeyd olunmuş mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzra çilingərlər peşəsinə uyğundur. İddiaçının həmin peşə üzrə iş stajı 01 il, 09 ay, 20 gün təşkil edir.

2. İddiaçının 03.07.1981-ci il tarixdən 29.09.1981-ci il tarixədək işlədiyi quyuların əsaslı və yeraltı təmir sexində yeraltı təmir üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 10.2-ci bölməsində (Neft, qaz və qaz kondensatının hasilatı) a) fəhlələr bölməsində qeyd olunmuş quyuların yeraltı təmiri üzrə operatorlar peşəsinə uyğundur. İddiaçının həmin peşə üzrə iş stajı 02 ay, 26 gün təşkil edir.

3. İddiaçının 11.05.2005-ci il tarixdən 22.06.2009-cu il tarixədək işlədiyi "xxxx" BMMM-in Tikinti Təmir Sexində 5-ci dərəcə quraşdırıcı çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 29-cu bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) a) fəhlələr bölməsində qeyd olunmuş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsinə uyğundur. İddiaçının həmin peşə üzrə iş stajı 04 il, 01 ay, 11 gün təşkil edir.

4. 22.06.2009-cu il tarixdən 01.07.2017-ci il tarixədək, vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti nəzərə alınaraq onun "xxxx"BMMM-in və “X7” Limited şirkətinin X2 1-ci NQÇ sexində çalışdığı elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nda 2130200a— 19861 şifrəsi ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşəsinə uyğundur. İddiaçı 01.07.2017-ci il tarixinə ümumi əmək stajı 36 il, 00 ay, 19 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarına əsasən 01.07.2017-ci il tarixinə 14 il, 02 ay, 06 gün güzəştli şərtlərlə iş ştajı vardır. Beləliklə, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmaya əsasən müəyyən edilmişdir ki, iddiaçıya 24.10.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər yerinə yetirilmişdir. Onun həmin tarixədək 57 yaşı tamam olmuş, azı 25 il sığorta stajına malik olmuş və bu müddətin azı 12 il 6 ayını yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmışdır. Beləliklə, onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin edilməli olduğu, İddiaçı 24.10.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3226/2021 saylı, 27.04.2021-ci il taixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3226/2021 saylı, 27.04.2021-ci il taixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. İddiaçı 24.10.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar