Məhkəmə qərarları › İş №2-1(103)-258/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-258/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-258/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı və onun nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3076/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AA ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1966-cı ildə Göyçay rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı aid aşağıdakı;

2. 9 saylı şəhər Poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında xx.xx.2007-ci il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: Vİİİ sinif- Qulağın və məməyəbənzər çıxıntıların xəstəlikləri =>H90-H95-Qulağın digər xəstəlikləri =>H90-Eşitmənin konduktiv və neyrosensor itirilməsi =>90.6-ikitərəfli qarışıq konduktiv və…. Diaqnozun mətni: iki tərəfli koxler nevrit.Ağır eşitmə İİ dərəcə…Meyar: 2.3 Üçüncü dərəcə əlillik =>Digər: iki tərəfli koxlear nevrit. xx.xx.2014-cü il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: Vİİİ sinif-Qulağın və məməyəbənzər çıxıntıların xəstəlikləri =>H90-H95-Qulağın digər xəstəlikləri =>H90-Eşitmənin konduktiv və neyrosensor itirilməsi =>90.6-ikitərəfli qarışıq konduktiv və…. Diaqnozun mətni: iki tərəfli koxler nevrit. Ağır eşitmə İİ dərəcə. Hipertoniya xəstəliyi İİ m Şəkərli diabet İİ tip…Meyar: 2.3 Üçüncü dərəcə əlillik =>Digər: iki tərəfli koxlear nevrit. İmtina edilmənin səbəbi-əlillik dərəcəsinin ağırlaşması.

3. 13.06.2015-ci il tarixli, xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: Vİ sinif-Sinir sistemi xəstəlikləri=>G00-G09- Mərkəzi sinir Sisteminin iltihabi xəstəlikləri =>G04-Ensefalit, melit və ensefalomielit=>G04.0-Kəskin disseminə olunmuş ensefalit..Diaqnozun mətni: MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri Ensefalopatiya hipertoniya xəst İİ m..Meyar: 2.2 ikinci dərəcəli əlillik=>Digər:MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri…

4. 9 saylı şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixli, xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: Vİ sinif-Sinir sistemi xəstəlikləri=>G00-G09-Mərkəzi sinir Sisteminin iltihabi xəstəlikləri =>G04- Ensefalit, melit və ensefalomielit=>G04.0-Kəskin disseminə olunmuş ensefalit..Diaqnozun mətni: MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri Ensefalopatiya hipertoniya xəst İİ m..Meyar: 2.2 ikinci dərəcəli əlillik=>Digər: MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri…

5. Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışdan (xx.xx.2021-ci il tarixli) müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdə ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur.

6. xx.xx.2021-ci il tarixli, xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: Vİ sinif-Sinir sistemi xəstəlikləri=>G00-G09- Mərkəzi sinir Sisteminin iltihabi xəstəlikləri =>G00 - Digər rubrikalarda təsnif olunmayan bakterial meningit=>G00- Qrippoz meningit..Diaqnozun mətni G09 Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, keçirilmiş neyroinfeksianın qalıq əlamətləri (difteriay)…Ağırlaşma F48.8 Digər dəqiqləşdirilmiş nevrotik pozğunluqlar, kəskin asteno nevrotik ha..Meyar: 2.3 Üçüncü dərəcə əlillik=>2.5.20 anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 3-4cü dərəcə ağır eşitmə (H90-90.8)

7. 9 saylı şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi və əyani müayinənin nəticəsi əsasında xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: Vİ sinif-Sinir sistemi xəstəlikləri=>G00-G09-Mərkəzi sinir Sisteminin iltihabi xəstəlikləri =>G00—Digər rubrikalarda təsnif olunmayan bakterial meningit=>G00-Qrippoz meningit..Diaqnozun mətni G09 Mərkəzi sinir sisteminin iltihabi xəstəlilərinin nəticələri, keçirilmiş neyroinfeksianın qalıq əlamətləri (difteriay)…Ağırlaşma F48.8 Digər dəqiqləşdirilmiş nevrotik pozğunluqlar, kəskin asteno nevrotik ha..Meyar: 2.3 Üçüncü dərəcə əlillik=>2.5.20 anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.

8. Agentliyin xx.xx.2021-ci il tarixli Protokoluna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq İddiaçı xx.xx.2021-ci il tarixli qərarla ümumi əsaslarla 5 (beş) il müddətinə İİİ qrup əlillik təyin olunmuşdur.

9. Sumqayıt 4 saylı şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirmə aparılmış və “X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, Diaqnozun mətni: Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, mərkəzi sinir sisteminin keçirilmiş iltihabi (difteriya) xəstəliyindən sonrakı” vəziyyət. Dəqiqləşdirilməmiş ensefalopatiya, ensefalopatiya. Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, vegetativ disfunksiya. Eşitmənin konduktiv və neyrosensor itirilməsi, iki tərəfli koxliyar nevrit.neyrosensor agireşitmə İV dərəcə. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, diabetik retinopatiya Essensial (birincili) hipertenziya, arterial hipertoniya İİ mərhələ. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2. Presbiopiya, Presbiopiya., Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulmadiaqnozu təsdiq edən müayinələr tam aparılmayıb” səbəbi ilə imtina verilmişdir.

10. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq cavabdeh inzibati orqan tərəfindən verilmiş **********0 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Ona xx.xx.2021-ci ildən “ümumi xəstəlik” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20 bəndinə uyğun olaraq, göndərişdə qeyd edilən “G09 mərkəzi sinir sisteminin iltihabı xəstəliklərinin nəticələri, keçirilmiş neyroinfeksianın qalıq əlamətləri (difteriya). Ağırlaşma F48.8 digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, kəskin asteno nevrotik hal” diaqnozu müddətsiz üçüncü dərəcə əlilliyin təyininə əsas verir. Hal-hazırda səhhətində ağırlaşmalar əmələ gəlibsə, yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 184/2023 saylı (ekspertizanın başlanma tarixi 23 fevral 2023-cü il, başa çatma tarixi 29 mart 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibbi ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə Tibbi-Sosial Ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial- Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyn edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Rəydə göstərilmişdir ki, tibbi müayinə zamanı İddiaçı vəziyyətinin Tibbi Sosial-Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnozla əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyac yoxdur, lakin xəstəliklər kəskinləşərkən vəziyyətinin ağırlığından asılı olaraq stasionar, yaxud ambulator müalicəyə cəlb edilə bilər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ikinci dərəcə əlillik təyinatının bərpa olunmaqla 2- ci qrup əlillik təyinatının təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Agentlik tərəfindən xx.xx.2021-ci il tarixdən təyin olunmuş üçüncü dərəcəli əlilliyin dəyişdirilərək, ona yəni İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edirəm. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə doğulmuşdur. Onun barəsində MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri diaqnozu təyin olunaraq, ona İİ dərəcə əlillik təyin edilmişdir. O, uzun zamandır ki, bu xəstəlikdən əzab çəkir və xəstəliyinin müalicəsi də mümkün deyildir. O, hər dəfə ayrı-ayrı yoxlamalardan keçir. Agentlik tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, **********4 saylı saylı məktubda qeyd edilir ki, onun əlillik vəziyyəti 9 nömrəli şəhər poliklinikasının göndərişi əsasında Tibbi-Sosial Ekspertiza Komissiyasında əyani müayinə vasitəsilə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən xx.xx.2021-ci il tarixindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Məktubda həmçinin qeyd edilir ki, göndərişdə və tibbi sənədlərində qeyd edilən əsas xəstəlik və ağırlaşması (Keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri, kəskin asteno nevrotik hal Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.5.20 bəndinə uyğun olaraq üçüncü dərəcə əlilliyin təyinatına əsas verir. O, həmin məktuba narazılığını bildirərək İİ dərəcə əlillik dərəcəsinin olduğu üçün bunun yenidən araşdırılaraq həqiqi əlillik təyinatının verilməsi barədə ərizəni təqdim etmişdir. Lakin ərizəsinə cavab olaraq Agentlik tərəfindən göndərilmiş xx.xx.2022- ci il tarixli, **********0 saylı məktuba əsasən heç bir araşdırma aparılmadan eyni məzmunlu cavab verilmişdir. Təkrar məktubda qeyd edilir ki, ona xx.xx.2021-ci ildən “ümumi xəstəlik” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Hal - hazırda səhhətində ağırlaşmalar əmələ gəlibsə, yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.Onun barəsində MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri diaqnozu təyin olunaraq ona İİ dərəcə əlillik təyin edilmişdir. O, uzun zamandır ki, bu xəstəlikdən əzab çəkir və xəstəliyinin müalicəsi də mümkün deyildir. Səhhətində yaxşılaşma deyil, pisləşmənin olması davam etməkdədir. Lakin cavabdeh nazirlik ona məxsus İİ dərəcə əlillik dərəcəsini əsassız olaraq ləğv etmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

13. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, Sumqayıt 4 saylı şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

14. Cavabdeh inzibati orqan Agentlik iddiaya dair yazılı etirazında (münasibəti) göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti 9 saylı şəhər Poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X2: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.6 -İkitərəfli qarışıq konduktiv və ..., Diaqnozun mətni: iki tərəfli koxlear nevrit. Ağır eşitmə İİ dərəcə..” “Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: iki tərəfli koxlear nevrit” səbəbi ilə bir il müddətinə verilmişdir. 9 saylı şəhər Poliklinikasının xx.xx.2008-cü il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik, X2: Vİİİ Sinif-Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.6- İkitərəfli qarışıq konduktiv və ..., Diaqnozun mətni: iki tərəfli koxlear nevrit. Ağır eşitmə İİ dərəcə. Hipertoniya xəstəliyi İİ m. Şəkərli diabet İİ tip. Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: iki tərəfli koxlear nevrit.” səbəbi ilə bir il müddətinə verilmişdir. 9 saylı şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik, X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G04 - Ensefalit, mielit və ensefalomielit => G04.0 - Kəskin disseminə olunmuş ensefalit., Diaqnozun mətni: MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri Ensefalopatiya Hipertoniya xəst İl m. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri.” səbəbi ilə bir il müddətinə verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında “Səbəbi: Ümumi xəstəlik, X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G04 - Ensefalit, mielit və ensefalomielit => G04.0 - Kəskin disseminə olunmuş ensefalit, Diaqnozun mətni: MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri Ensefalopatiya Hipertoniya xəst İİ m., Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri.” səbəbi ilə beş il müddətinə verilmişdir. Daha sonra iddiaçı barədə əlillik müddətinin bitməsi ilə əlaqədar 9 saylı şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi Agentliyə daxil olmuşdur. Həmin göndəriş əsasında Agentlik tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının əyani müayinəsi həyata keçirilmişdir. Beləliklə, 9 saylı şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi və əyani müayinənin nəticəsi əsasında əsasında “Səbəbi: Ümumi xəstəlik; “X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G00 - Digər rubrikalarda təsnif olunmayan bakterial meningit => GOO.O - Qrippoz meningit, Diaqnozun mətni: G09 Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, keçirilmiş neyroinfeksianin qalıq əlamətləri (difteriya) Ağırlaşma F48.8 Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, kəskin asteno nevrotik hal, Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı,3-4-cü dərəcə ağır eşitmə (H90- 90.8).” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Ona verilən əlillik dərəcəsi ilə razılaşmayan vətəndaş yenidən Agentliyə bununla bağlı müraciət ünvanlamış və ona Agentlik tərəfinən qanunvericiliyə uyğun olaraq müvafiq qaydada cavab verilmişdir. Sonuncu dəfə Sumqayıt 4 saylı şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış, “X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, Diaqnozun mətni: Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, mərkəzi sinir sisteminin keçirilmiş iltihabi (difteriya) xəstəliyindən sonrakı” vəziyyət. Dəqiqləşdirilməmiş ensefalopatiya, ensefalopatiya. Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, vegetativ disfunksiya. Eşitmənin konduktiv və neyrosensor itirilməsi, iki tərəfli koxliyar nevrit. neyrosensor agireşitmə İV dərəcə. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, diabetik retinopatiya Essensial (birincili) hipertenziya, arterial hipertoniya İİ mərhələ. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2. Presbiopiya, Presbiopiya., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-diaqnozu təsdiq edən müayinələr tam aparılmayıb” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırıİmiş göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini aitsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında TibbiSosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yəni, iddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Göründüyü kimi, Poliklinikanın sonuncu göndərişi TSEK tərəfindən əlilliyin qiymətləndirməsini aparmaq üçün xəstəliklə bağlı zəruri məlumatları özündə əks etdirmədiyindən qiymətləndirmə aparmaq mümkün olmaması səbəbilə mərkəzə geri göndərilmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3076/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən təyin olunmuş üçüncü dərəcəli əlilliyin dəyişdirilərək, xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə iddiaçıda aşkar olunan xəstəlik müəyyən olunmuşdur: 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14). İş materiallarından görünür ki, həmin xəstəliklə bağlı olaraq iddiaçının adına xx.xx.2021ci il tarixdə göndəriş rəsmiləşdirilmişdir.Bundan əlavə iş materiallarından görünür ki, eyni diaqnozla iddiaçıya əvvəllər (xx.xx.2015-ci il tarixdə bir il müddətinə; xx.xx.2016-cı il tarixdə 5 il müddətinə) İİ dərəcə əlillik təyin olunmuşdur. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır.

17. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

c) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eyni olmaqla onunla əlavə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yəni iddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər.Göründüyü kimi, Poliklinikanın sonuncu göndərişi TSEK tərəfindən əlilliyin qiymətləndirməsini aparmaq üçün xəstəliklə bağlı zəruri məlumatları özündə əks etdirmədiyindən qiymətləndirmə aparmaq mümkün olmaması səbəbilə mərkəzə geri göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 184/2023 saylı (ekspertizanın başlanma tarixi 23 fevral 2023-cü il, başa çatma tarixi 29 mart 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmətibbi ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1 -ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə Tibbi-Sosial Ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyn edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Rəydə göstərilmişdir ki, tibbi müayinə zamanı İddiaçı vəziyyətinin Tibbi Sosial- Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnozla əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyac yoxdur, lakin xəstəliklər kəskinləşərkən vəziyyətinin ağırlığından asılı olaraq stasionar, yaxud ambulator müalicəyə cəlb edilə bilər. d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.

e) Prosses iştirakçılarının izahatları

20. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

21. Məhkəmə Kollegiyasının iclasında iddiaçı və nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; - 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. - 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. - 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: - 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. - 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. - 1.3-cü bəndinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. - 1.4-cü bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. - 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.

2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri

2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 15.1.-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

31. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3076/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək iiddia rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməlidir.

32. İşin faktiki hallarından görünür ki, Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışdan (xx.xx.2021-ci il tarixli) müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdə ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur.

33. Daha sonra 9 saylı şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi və əyani müayinənin nəticəsi əsasında xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: Vİ sinif-Sinir sistemi xəstəlikləri=>G00-G09-Mərkəzi sinir Sisteminin iltihabi xəstəlikləri =>G00—Digər rubrikalarda təsnif olunmayan bakterial meningit=>G00-Qrippoz meningit..Diaqnozun mətni G09 Mərkəzi sinir sisteminin iltihabi xəstəlilərinin nəticələri, keçirilmiş neyroinfeksianın qalıq əlamətləri (difteriay)…Ağırlaşma F48.8 Digər dəqiqləşdirilmiş nevrotik pozğunluqlar, kəskin asteno nevrotik ha..Meyar: 2.3 Üçüncü dərəcə əlillik=>2.5.20 anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.

34. Agentliyin xx.xx.2021-ci il tarixli Protokoluna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq İddiaçı xx.xx.2021-ci il tarixli qərarla ümumi əsaslarla 5 (beş) il müddətinə İİİ qrup əlillik təyin olunmuşdur.

35. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq cavabdeh inzibati orqan tərəfindən verilmiş **********0 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Ona xx.xx.2021-ci ildən “ümumi xəstəlik” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20 bəndinə uyğun olaraq, göndərişdə qeyd edilən “G09 mərkəzi sinir sisteminin iltihabı xəstəliklərinin nəticələri, keçirilmiş neyroinfeksianın qalıq əlamətləri (difteriya). Ağırlaşma F48.8 digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, kəskin asteno nevrotik hal” diaqnozu müddətsiz üçüncü dərəcə əlilliyin təyininə əsas verir. Hal-hazırda səhhətində ağırlaşmalar əmələ gəlibsə, yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.

36. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 184/2023 saylı (ekspertizanın başlanma tarixi 23 fevral 2023-cü il, başa çatma tarixi 29 mart 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibbi ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə Tibbi-Sosial Ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyn edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Rəydə göstərilmişdir ki, tibbi müayinə zamanı İddiaçı vəziyyətinin Tibbi Sosial-Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnozla əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyac yoxdur, lakin xəstəliklər kəskinləşərkən vəziyyətinin ağırlığından asılı olaraq stasionar, yaxud ambulator müalicəyə cəlb edilə bilər.

37. Yuxarıda qeyd edilənlərə baxmayaraq birinci instansiya məhkəməsinin 2-1(112)- 3076/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən təyin olunmuş üçüncü dərəcəli əlilliyin dəyişdirilərək, xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır, lakin məhkəmənin mövqeyi tibbi rəylərə, sübutlara və müvafiq normalara əsaslanmamışdır.

38. Göstərilən səbəbdən məhkəmə Kollegiyası xx.xx.2023-cü il tarixli qərardadı ilə (İİQ-nin 52.1-ci və İPM-in 67.1-ci maddəsinə uyğun olaraq aralıq qərardad) iddiaçının canlı müayinə olunaraq bu sahədə mövcud qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılması, habelə müvafiq tədbirlərin görülməsi üçün cavabdehə 35 gün müddət təyin etmişdir.

39. Qərardadın icrası ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 30 noyabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir: “ xx.xx.2023-cü il tarixində iddiaçı DTSERA-da Tibbi-Sosiall Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır.DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, eşitmədiyi bildirmiş, obyektiv müayinə zamanı adi danışıq tonlarına reaksiya verməmiş, lakin yaxın məsafədən yüksək tonla danışığa zəif reaksiya vermişdir.Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları isə aydın eşidilmiş, AT 130/90 mm cv.st., nəbz ritmik (1 dəqiqədə 70 vurğu), dili nəm, ərplidir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmişdir, burada aparılmış audiometriya müayinəsinin nəticəsinə əsasən sağ qulaqda İİİ dərəcəli (65 db), sol qulaqda İİİ dərəcəli (75 db) ağır eşitmə izlənilmişdir.xx.xx.2023-cü il tarixində vətəndaşa DTSERA-da EXO-KQ (nəticə: Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=60%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. Sol mədəciyin ekssentrrik hipertrofiyası qeyd edilir. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq apparatı normaldır. Aortal klapan tayları qalınlaşıb. Perikard boşluğu təmizdir. PDA, ASD,VSD yoxdur. Min.MÇ, Min TC. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tipdə pozulmuşdur) və həkim-oftalmoloq (nəticə: VİS OU = 0,5 korreksiya etmir. Diaqnoz: "OU - başlanğıc kataraktası") müayinəsi aparılmış və həmin müayinələrin nəticəsinə əsasən əlillik təyinatına əsas verən heç bir patofuksional pozuntu aşkarlanmamışdır.Təqdim etdiyi sənədlər arasında, F.Əfəndiyev adına 4 saylı X1 şöbəsindən xx.xx.1999-cu il tarixli ambulator xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz "İkitərəfli koxlear nevrit" şəklində göstərilmişdir.Anamnestik məlumatlar, obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən, dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.5.20 bəndinə əsasən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.” 40.Beləliklə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı barəsində ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.” Birinci instansiya məhkəməsi isə iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi nəticəsinə gəlsə də belə əsaslar müəyyən olunmur.

41. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlməmişdir. 42.Beləliklə, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3076/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək iddianın rədd olunması barədə yeni qərar qəbul olunmalıdır .

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3076/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar