Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2580/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X8 cəlb olunmaqla) «iddiaçının mənzillə təmin olunması»na dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-863/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 14 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçının mənzillə təmin olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-863/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı X2 xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1945/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından mümkün sayılmamışdır. Daha sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti məhkəməyə daxil olmuş, lakin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə apellyasiya şikayətinə əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. AR İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Məhkəmə kollegiyası iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişlə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, şikayətin verilməsi üçün prossesual müddətin ötürüldüyünü, bu müddətin bərpasına dair vəsatətin verilmədiyi və bununla bağlı müddətin bərpasına dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiyanın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak təmin etməmişlər. X3 tərəfindən məhkəmə iclasının təxirə salınması barədə teleqram daxil olmuşdur.Bununla bağlı isə qeyd edilməlidir ki, həmin teleqram səlahiyyəti olmayan şəxs tərəfindən göndərilmişdir.Belə ki, iş materiallarından (i\v-65 səhifə) görünür ki, “Nikahın pozulması haqqında şəhadətnamə”yə əsasən X8 ilə X2 arasında nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. İşdə olan sms xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, iddiaçı ərizəsində qeyd etdiyi mobil nömrə vasitəsilə (**********) məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmişdir. Həmçinin, poçt xəbərnaməsindən aydın olur ki, hüquqi yardım bildirişi iddiaçının ünvanına çatdırılmışdır. Beləliklə, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 863/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarından birinci dəfə apellyasiya şikayəti verilərkən iddiaçı tərəfindən prosessual müddətə riayət edilsə də, apellyasiya şikayəti onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1945/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamış, növbəti dəfə apellyasiya şikayəti verilərkən isə şikayət iddiaçının özü tərəfindən imzalansa da, şikayətə müddətin bərpa edilməsi barədə ərizə əlavə edilməmişdir (bununla bağlı hüquqi yardım qaydasında iddiaçıya ərizənin verilməsi təklif edilmişdir) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki işdə iddiaçı tərəfindən 21 fevral 2023-cü il tarixli qərardan şikayət verməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı, həmçinin, ötürülmüş müddətin bərpası barədə ərizə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-863/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən:Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2580/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2580/2023
14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver