Məhkəmə qərarları › İş №2-1(103)-2580/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2580/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2580/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər qismində X5 və Bakı şəhəri Təcili və X1 Stansiyası cəlb edilməklə “Bakı şəhəri, Binəqədi RİH-i başçısının xx.xx.2000-ci il tarixli, 1753 nömrəli sərəncamı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, hal-hazırda Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 170 ünvanında yerləşməklə, həmin evin tərkib hissəsi olan (tikintialtı +həyətyanı) 0,06 ha ölçüdə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestr orqanında mülkiyyət hüquqları ilə adına qeydiyyatın aparılaraq buna dair müvafiq hüquqi və texniki sənədin iddiaçıya verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1775/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi RİH-i başçısının xx.xx.2000-ci il tarixli, 1753 nömrəli sərəncamı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, hal-hazırda Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 170 ünvanında yerləşməklə, həmin evin tərkib hissəsi olan (tikintialtı +həyətyanı) 0,06 ha ölçüdə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestr orqanında mülkiyyət hüquqları ilə adına qeydiyyatın aparılaraq buna dair müvafiq hüquqi və texniki sənədin iddiaçıya verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi RİH-i başçısının xx.xx.2000-ci il tarixli 1753 nömrəli sərəncamı ilə iddiaçıya Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsini aldıqdan sonra orada sərəncam əsasında iki mərtəbəli fərdi yaşayış evi tikmişdir. Ev ilkin olaraq iddiaçının adına qeydiyyata alınıb, daha sonra arvadı X2 mülkiyyətinə keçirilmişdir. Həyat yoldaşı ilə 1991-ci ildən rəsmi nikah münasibətindədir. Nikah qüvvədədir. ünvan 1 ünvanında yerləşən həmin ev 2003-cü il tarixindən indiyə kimi həyat yoldaşının adınadır. 2000-2021-ci illərdə ev ilkin olaraq onun adına sənədləşdirilərkən adına Texniki Pasport tərtib olunmuşdur və həmin Texniki Pasportda evin torpaq sahəsinin ölçüsü də 0,06 ha olaraq göstərilmişdir. Keçən il ərazi reyestr orqanına müraciət edərək torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasını xahiş etmiş (həyat yoldaşımın adından), lakin müraciət təmin edilməmiş, hüquqlarının qeydiyyatından imtina edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin digər şəxsə (Təcili tibbi yardım stansiyası) ayrılan torpaq sahəsinin ayrıc aktı daxilində yerləşdiyi müəyyən olunmuşdur. Bundan əlavə, təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığından sənədlərin faktiki sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********49 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1775/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Binəqədi RİH-i başçısının xx.xx.2000-ci il tarixli, 1753 nömrəli sərəncamı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, hal-hazırda Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 170 ünvanında yerləşməklə, həmin evin tərkib hissəsi olan (tikintialtı +həyətyanı) 0,06 ha ölçüdə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestr orqanında mülkiyyət hüquqları ilə adına qeydiyyatın aparılaraq buna dair müvafiq hüquqi və texniki sənədin İddiaçı -verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1775/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, X5 xx.xx.1972-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. - 428537 nömrəli “Nikahın bağlanması haqqında Şəhadətnamə”dən görünür ki, İddiaçı ilə X3 xx.xx.1991-ci ildə nikahlarını bağlamışlar. - X5 **********709 nömrəli, xx.xx.2023-cü il tarixli ərizəsində bildirmişdir ki, “tam hüquqla 2003-cü il tarixindən mülkiyyətimdə olan,Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi,ev 170 ünvanında yerləşən fərdi yaşayış evi tikilisinin yerləşdiyi istifadədə olan torpaq sahəsi Bakı şəhəri Binəqədi RlH-i başçısının xx.xx.2000-ci il tarixli 1753 nömrəli sərəncamı ilə 1991-ci ildən rəsmi nikah münasibətində olduğum həyat yoldaşım İddiaçı 0,06 ha ölçüdə ayrılmışdır. Bundan əlavə, İddiaçı adına həmin ünvanla bağlı 2000-ci ilin noyabr ayında tərtib olunmuş Texniki Pasport vardır və bu Texniki Pasportda evin torpaq sahəsinin 0,06ha ölçüdə olması əks olunmuşdur. Hal-hazırda,həmin torpaq sahəsinin mülkiyyət hüquqları ilə qeydiyyata alınmasına zərurət yaranmışdır və biz torpaq sahəsi ilə bağlı hüquqlarımızı qeydiyyata aldırmaqla vahid əmlaka(tikili və torpaq sahəsinə birlikdə) mülkiyyət hüquqları ilə çıxarış almaq istəyirik. Həmin ünvandakı tikilinin mənim mülkiyyətimdə olmasını,torpaq sahəsinin isə qanuni əsaslarla həyat yoldaşıma ayrılmasını nəzərə alaraq və Azırbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli,439 saylı Fərmanını əsas tutaraq, sözügedən daşınmaz əmlakın paylı hüquqla - tikilinin mənim,torpaq sahəsinin isə həyat yoldaşımın adına olmaqla daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak şəklində qeydiyyata alınmasına,bizə bu şəkildə çıxarış verilməsinə razıyam,buna etirazım yoxdur və gələcəkdə də olmayacaqdır”. - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1753 nömrəli, xx.xx.2000-ci il tarixli “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, Biləcəri qəsəbəsinin enişində torpaq sahəsinin ayrılması barədə” Sərəncamına əsasən, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində Biləcəri qəsəbəsinin enişində yerləşən, təqdim edilmiş cizgidə qeyd edilən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı ayrılmışdır. - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 734 nömrəli, xx.xx.2001-ci il tarixli “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsində inşası başa çatmış evin xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınması barədə” Sərəncamına əsasən, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1753 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı yaşayış evinin tikintisi üçün M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində ayrılmış 600,0 kv.m torpaq sahəsində inşası başa çatmış, sahəsi İ mərtəbədə 82.5 kv.m olan 3 yaşayış otağından, 70.2 kv.m olan köməkçi sahədən, İİ mərtəbədə sahəsi 97,9 kv.m olan 5 yaşayış otağından, 51.9 kv.m olan köməkçi sahədən və 9,4 kv.m olan 2 açıq balkondan ibarət olan 170 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 024321 nömrəli “Qeydiyyat Vəsiqəsi”nə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Rəsul-zadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 8 (səkkiz) otaq 181,1 yaşayış sahəsi 302,6 ümumi sahəsi olan 170 saylı fərdi yaşayış evi X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. - Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.20012000-ci il tarixdə tərtib və təsdiq edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”na əsasən C.Cabbarlı küçəsi, 170 nömrəli evin tikinti altında 194,40 kv.m, ümumi səhəsi 600 (599,0)kv.m təşkil edir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçının nümayəndəsinə ünvanladığı 25 iyul 2022-ci il tarixli, BA-04522-2022 saylı məktubuna əsasən, İddiaçı torpaq sahəsi ayrılması barədə Binəqədi rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 1753 saylı sərəncamının və həmin sərəncama əlavə edilmiş cizginin təsdiq edilmiş surəti göndərilmişdir. -İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 05 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi verməmişdən qabaq hazırki iddia tələbi ilə bağlı cavabdehə müraciət etmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-530/2-2374/2024 **********74 nömrəli “Sənəd surətinin təqdim edilməsi haqqında” cavab məktubuna əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 170 saylı fərdi yaşayış evinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “cavabdeh sözügedən torpaq sahəsinin Bakı şəhəri Təcili və X1 Stansiyasına ayrılan torpaq sahəsinin ayrıc aktı daxilində yerləşməsi qeyd etsə də, torpaq sahəsinin dövlət Bakı şəhəri Təcili və X1 Stansiyasına ayrılması barədə müvafiq sübutları təqdim etməmişdir. İnzibati iş materiallarında olan sənədlər ilə mübahisəli torpaq sahəsinin Bakı şəhəri Təcili və X1 Stansiyasına məxsus ərazidə yerləşməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə Bakı şəhəri Təcili və X1 Stansiyası məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət (etiraz) bildirməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: - 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. - 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri:1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 4 8 . Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası:1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativhüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.5. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. 6. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahələrini təbii fəlakətin təsirindən sığortalaya bilərlər. - 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ. 1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. - 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur. Hazırkı işin hallarından görünür ki, iddiaçıya Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha ölçüdə torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 1753 nömrəli, 10 noyabr 2000-ci il tarixli sərəncam verilmişdir. Cavabdehin imtinasının və etirazının əsasını göstərilən torpaq sahəsinin Bakı şəhəri Təcili və X1 Stansiyasına ayrılan torpaq sahəsinin ayrıc aktı daxilində yerləşməsi təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, imtina əsassızdır. Belə ki, cavabdeh torpaq sahəsinin dövlət Bakı şəhəri Təcili və X1 Stansiyasına ayrılması barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, göstərilən hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin Bakı şəhəri Təcili və X1 Stansiyası məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət (etiraz) bildirməmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1775/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1775/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar