Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2581/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Tərəflərin iştrakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “xüsusi təyinatlı mənzil fondundan yaşayış fondu mənzilə keçirilməsi ilə bağlı sərəncamın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2892/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, məhəllə 40-41, blok 1, 2- ci mərtəbədə yerləşən 4 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq İddiaçı adına mənzil kirayə müqaviləsinin bağlanılması ilə bağlı sərəncam vermə öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “ünvan 2, blok 1, 2-ci mərtəbədə yerləşən 4 saylı mənzilin xüsusi təyinatlı mənzil fondundan yaşayış fondu mənzilə keçirilməsi ilə bağlı sərəncamın verilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-ci il tarixli 45 №li Sərəncamına əsasən mərhum həyat yoldaşı X4 Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, məhəllə 40-41, blok 1, 2-ci mərtəbədə yerləşən 3 otaqlı sahəsi 42.77 kv.m olan 4№li xidməti mənzil 4 nəfər ailə üzvünə ayrılmışdır. Mənzilə dair xx.xx.1994-cü il tarixli 003302 saylı Order verilmişdir. Orderdə ailə üzvlərinin-həyat yoldaşının, iddiaçının və övladlarının adları qeyd olunmuşdur. Həyat yoldaşı 2005-ci ildə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra onun müraciəti əsasında Bakı şəhəri 51 saylı Notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Mənzilin yerləşdiyi əraziyə uyğun olaraq Cavabdehnə mənzilin xidməti mənzillər siyahısından çıxarılmaqla iddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanılmasına dair rəsmi ərizə ilə müraciət etsə də, Cavabdeh xx.xx.2024cü il tarixli məktubu ilə ona imtina verilmişdir. İmtina məktubunda aşağıdakılar qeyd olunmuşdur: "Nəzərinizə çatdırınıq ki, xidməti mənzillərin siyahısından çıxarılma ilə bağlı AR Nazirlər Kabinetinin Qərarına uyğun olaraq müvafiq aidiyyatı orqanların razılığı olmadığından qaldırdığınız məsələnin müsbət həlli mümkün deyil." Bildirilmişdir ki, bina "Bakı Poçtampı”nın əməkdaşları üçün inşa olunmuş və hazırda həmin qurum fəaliyyət göstərmir. Bina Sabunçu rayonunda yerləşdiyi üçün müvafiq sənədlər (Əmlak kirayə müqaviləsin bağlanılması və s.) Cavabdeh tərəfindən verilir və bina sakinlərinin əksəriyyəti yaşadıqları mənzilə dair Çıxarışlar almışlar. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 40-41, blok 1, ünvanında yerləşən 4 saylı mənzilin xidməti mənzillər sahəsindən çıxarılaraq İddiaçı adına mənzil kirayə müqaviləsinin bağlanması ilə bağlı sərəncam vermə öhdəliyinin Sabunçu RİH-nin üzərinə qoyulmasını xahiş etmişdir. İlk növbədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndində Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini yalnız sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək səlahiyyətinin olduğu göstərilmişdir. Həmçinin bildirilmişdir ki, sosial kirayə müqaviləsinin forması müəyyən edilməmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşla mənzil kirayə müqaviləsi bağlana bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydasına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və balanssaxlayıcı qurumun razılığı ilə mənzil sahəsi xidməti mənzillər siyasından çıxarılmaqla vətəndaşın istifadəsinə verilə bilər. Lakin həmin qərarda mənzilin vətəndaşən istifadəsinə məzil kirayə müqaviləsi ilə yoxsa sosial kirayə müqaviləsi əsasında verilməli olduğu müəyyən edilməmişdir. Qeyd edilmişdir ki, “Bakı Poçtampı” qurumu ləğd edilsə də, onun hüquqi varisi müəyyən edilməli və qeyd edilən mənzilin kimin balansında olması müəyyənləşdirilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2892/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 2, blok 1, 2-ci mərtəbədə yerləşən 4 saylı mənzilin xüsusi təyinatlı mənzil fondundan yaşayış fondu mənzilə keçirilməsi ilə bağlı sərəncamın verilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kolleqiyası tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinin mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən, inzibati məhkəmə icraatına aid iddia növündə və qanunla müəyyən edilmiş cavabdehlik öhdəliyi üzərinə düşən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. İş materiallarında olan Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 45 nömrəli xx.xx.1994-cü il tarixli X6 xidməti mənzilin ayrılması barədə sərəncamda qeyd edilmişdir ki, Bakı Poçtampı müdriyyətini və ht-nın 24 avqust 1994-cü il tarixli 10 nömrəli birgə qərarı təsdiq edilsin, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, məhəllə 40-41, blok 1, 2-ci mərtəbə, 3 otaqlı yaşayış sahəsi 42,77 kv.m olan 4 №-li xidməti mənzili A. Q. İsmayılovun 4 nəfər ailə üzvünə ayrılmışdır və xüsusi orderə adı yazılmışdır. (Ailə üzvləri: A. Q. İsmayılov – 1949-cu ildə anadan olub, İddiaçı T –arvadı, 1950-ci ildə anadan olub, İsmayılova S. A – qızı, 1976-ci ildə anadan olub, İsmayılov A. A –oğlu, 1977-ci ildə anadan olub.) İşdə olan Bakı Şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 11 nömrəli xx.xx.2002-ci il tarixli protokolundan çıxarışa əsasən Nərimanov RİH Başçısının xx.xx.2002-ci il tarixli 814 nömrəli sərəncamına – X5 yaşadığı xidməti mənzilə daimi orderin verilməsi qərara alınmışdır (Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 626 nömrəli sərəncamı ilə təsdiq edilmişdir). ünvan 2 ünvanında yerləşən binada mövcud olan mənzillər (iddia predmetini təşkil edən mənzil ilə qonşuluqda yerləşən mənzillər) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş: - Bakı Şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 11 nömrəli xx.xx.2002-ci il tarixli protokolundan çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd Vurğun küçəsi, 40/41 nömrəli, 5 mərtəbəli binanın 3- cü girişində yerləşən 30 nömrəli xidməti mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən daimi order verilmiş və X5 daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. - Nizami rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 1045 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd Vurğun küçəsi, 40/41 nömrəli evin 27 nömrəli mənzili “Azərrabitəinşaat” 4№li TQİ-nin işçisi X1 ayrılmış, həmin mənzil Rabitə Naziriliyinin xx.xx.1994-cü il tarixli məktubu ilə vətəndaşa ayrılmışdır. Nizami rayon İcra Hakimiyyəti tərəfindən “Azərrabitəinşaat” 4№li TQİ-nin işçisinə həmin binada 32 nömrəli mənzilinə dair xx.xx.1994-cü il tarixli Order verilmişdir. - Sabunçu RİH tərəfindən “Azərrabitəinşaat” 1№li TQİ-nin işçisinə həmin binada 1 nömrəli mənzilə dair xx.xx.1995-ci il tarixli order verilmişdir. Qeyd edilən mənzillərə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarından göründüyü kimi vaxtilə xidməti mənzilin geri alınması üçün əsaslar mövcud olmuş olsa da (1988-ci ildən mənzil növbəsində dayanan mərhum X3 ailəsinə xidməti mənzil 1994-cü ildə ayrılmış və o, 2005-ci ildə vəfat etmişdir), balanssaxlayıcı tərəfindən mənzilin geri alılması üçün hər hansı tədbir görülməmiş, mənzil hazırda da iddiaçının (mərhumun ailə üzvü kimi) istifadəsindədir, digər tərəfdən vaxtilə qeyd edilən binadakı bəzi mənzillərin ayrılmasına dair (balanssaxlayıcı) Rabitə Nazirliyinin razılığının olduğu və həmin razılıq əsasında mənzillərə (daimi) order verildiyi müəyyən olunur. Odur ki, balanssaxlayıcı faktiki olaraq (hərəkətləri ilə) mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına razılığını ifadə etmişdir. Kollegiya sözügedən mənzilin hazırda Bakı şəhəri Cavabdeh balansında olub-olmamasını müəyyən etmək üçün müvafiq sorğu vermiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 04 iyun 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş sənədlər əsasında sözügedən ünvanda yerləşən yaşayış binasının həmin qurumun balansında olan əmlak kimi dövlət əmlakının Registrində qeydiyyata alınması müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı “xüsusi təyinatlı mənzil fondundan yaşayış fondu mənzilə keçirilməsi ilə bağlı düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və bu səbəbdən də hazırki iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqda düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkməsinin qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2892/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərarı ləğv edilsin. Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “xüsusi təyinatlı mənzil fondundan yaşayış fondu mənzilə keçirilməsi ilə bağlı sərəncamın verilməsi” tələbinə dair İddiaçı iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2581/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2581/2025
12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver