Məhkəmə qərarları › İş №2-1(103)-2584/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2584/2025

16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2584/2025 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, 3-21-2-3/2-143314/2024 və *-**-*-*/*-******/**** nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli 3-21-2-3/2-143314/2024 və *-**-*-*/*-******/**** nömrəli iki qərar qəbul edilmiş və həmin qərarlar ilə 2023-cü ilin mənfəət vergisi üzrə 81119,83 manat və 74633,83 manat əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli 3-21-2- 3/2- 143314/2024 və *-**-*-*/*-******/**** nömrəli qərarları qanunsuz və əsassız hesab edir. Ilk öncə nəzərə çatdırır ki, qərarlar prosessual pozuntular ilə qəbul edilmişdir. Belə ki, ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərar cavabdeh vergi orqanı tərəfindən ##.##.2024-cü il tarixdə imzalanmış və həmin qərar ilə imzalanma tarixi ##.##.2024-cü il olan *-**-*-*/*-******/**** nömrəli qərarı ləğv etmişdir. Bir başqa ifadə ilə ##.##.2024-cü il tarixdə cavabdeh vergi orqanı hələ qəbul edilməyən ##.##.2024-cü il tarixli qərarını ləğv etmişdir. Həmçinin, qanunla müəyyən edilmiş kameral vergi yoxlama müddəti olan 60 iş günü ötürülmüşdür. Bundan başqa cavabdeh vergi orqanı eyni gün iki qərar qəbul edir bir qərarı başqa bir qərar ilə ləğv edir, lakin ən son qərar ilə əvvəlki qərarın ləğvi ilə bağlı bir əsasladırılma aparmadan ləğv edir. Hər bir halda cavabdeh vergi orqanı qərar qəbul edərkən Inzibati Icraat haqqında qanunun tələblərinə uyğun qərar qəbul etməlidir. Belə ki, “inzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Əlavə olaraq, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqları və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Həmçinin, cavabdeh vergi orqanın 2023-cü il mənfəət vergisi üzrə ##.##.2024-cü il tarixdə əsasız iki qərar qəbul etdikdən sonra ##.##.2024-cü il tarixdə 2023-cü il mənfəət vergisi üzrə kameral vergi yoxlamasının başa çatdırılması ilə bağlı sənədlər tələb edilməsi əsasız və qanunsuzdur. Prosessual pozuntular ilə qəbul edilən qərar hər bir halda qanunsuzdur və ləğv olunmalıdır. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Işin mahiyyəti ilə bağlı bildirmək istəyirlər ki, ##.##.2024-cü il tarixində 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsi təqdim etmiş, ümumi gəliri 944424,78 manat bəyan etmiş, lakin, xərclərə dair təsdiqedici sənədləri olmadığından ödənilməli mənfəət vergisini Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasına əsasən hesablamışdır. Lakin, vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və mənfəət vergisini 81119,83 manat müəyyən etmişdir. Başqa sözlə vergi orqanı malların alınmasına dair xərclərinin olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa təqribən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablamışdır. Halbuki, xərclərə dair sənəd olmadığından 2023-cü il üzrə mənfəət vergisi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ##.##.2001-ci il tarixli ** saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1 -ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M = G:( 100 + R) x R burada: M — vergi ödəyicinin mənfəəti; G — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstur əsasında hesablayır. Həmçinin, Vergi Məcəlləsinin 67.14 və 83.19-cu maddələri gəlir və xərcdən hər hansı birini müəyyən etmək mümkün olmadığı halda, gəlir vergisinin Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmasını vergi orqanının hüququ kimi yox, vəzifəsi kimi təsbit etmişdir. Vergi ödəyicisinin xərclərə dair təsdiqedici sənədi olmadığına görə, onun ödəməli olduğu mənfəət vergisi AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, xərclərə dair təsdiqedici sənədin olmaması satılan malların alışına hər hansı xərc çəkilmədiyini göstərmir. Lakin, vergi orqanı malların təqdim edilməsindən əldə edilən gəlirin olduğunu qəbul etsə də, hər hansı əsas olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Beləliklə, ödəməli olduğum mənfəət vergisi 2023-cü il üzrə 31501,43 manat ola biləcəyi halda, vergi orqanı tərəfindən əsassız olaraq əlavə 81119,83 manat vergi məbləği hesablamışdır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalı və hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmçinin, qeyd edilən Məcəllənin 3.11-ci Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Qeyd edilən məcəllənin 54.0.2-ci maddəsinin tələbinə görə vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması istisna edən hallardan biridir. Sonradan iddiaçının qanuni təmsilçisi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehin iddia tələbinə dair yazılı mülahizəsində (etirazında) göstərilmişdir ki, işin faktiki halları ilə bağlı bildirirlər ki, aparılmış araşdırma zamanı təqdim edilmiş bəyannamənin "Xammal və materiallar” , "Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə" , "Enerji xərcləri”, "Qaz xərcləri”, "Yanacaq xərcləri”, "Su və kanalizasiya xərcləri”, "Rabitə xərcləri”, "Mühafizə xərcləri”, "Reklam xərcləri”, "Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, "Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər”, "Nəqliyyat xərcləri”, "Digər xərclər”, "Royalti xərcləri”, "Siğorta xərcləri”, bəyannamənin * №-li Əlavəsində "Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), "Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə "Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş eqaiməfakturaların (riskli e-qaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən "Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 216010 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş, həmçinin 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş 32430 manat ezamiyyə xərclərinin təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar, ##.##.2024-cü il tarixli 2419120678967100 və ##.##.2024-cü il tarixli **************** nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü il mənfəət bəyannaməsi üzrə 49618,4 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə ##.##.2024cü il tarixli 2419120696154700 və **************** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Son olaraq bildirmək istəyirlər ki, **************** nömrəli Qərar **************** nömrəli Qərarla ləğv olunmuşdur. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilərək, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ######## 2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır:

21. Məhkəmə qeyd edir ki, ərizəçi xərc sənədlərinin olmadığına əsaslanaraq ödəməli mənfəət vergisinin Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasına əsasən hesablanmalı olduğunu bildirdiyi halda vergi orqanı olan cavabdeh yoxlama dövründə və ərizəçi barəsində inzibati akt qəbul edilən dövrdə həmin Qaydaların artıq ləğv edildiyinə əsaslanmışdır.

22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin şərti rentabellik normasının tətbiqini tənzimləyən 67.14-cü və 83.9-cu maddələrinin ##.##.2024-cü il tarixdən qüvvədən düşməsinə (Məcəllədən çıxarılmasına) baxmayaraq, vergi orqanları tərəfindən 2023-cü illər üzrə vergi yoxlamaları keçirilərkən qeyd olunan normalar vergi öhdəliyinin müəyyən olunmasının maddi hüquqi əsası qismində tətbiq edilir. Yəni analoji işlər üzrə praktikadan görünür ki, vergi orqanları da Məcəllənin 67-ci maddəsini maddi hüquq norması kimi qiymətləndirir və vergi münasibətlərinin yarandığı dövrə həmin dövrdə qüvvədə olmuş müvafiq normanı tətbiq edir.

23. Bundan əlavə, cavabdeh ezamiyyə xərclərini iddiaçının xərc sənədi kimi nəzərə almayaraq əlaqəli məlumatlara əsasən qərar qəbul etdiyini bildirsə də, işə əlavə olunmuş həmin qərarda əlaqəli məlumatların nədən ibarət olmasına aydınlıq gətirildiyi görünmür.” Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 149-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Maddənin tələbindən görüldüyü kimi, iddiaçı tərəfindən mart ayının sonuna qədər 2023-cü ilin mənfəət vergisi üzrə bəyannamə təqdim edilmiş, lakin iddiaçının tələb etdiyi VM 83.9-cu maddə artıq ləğv olunmuş idi. Və iddiaçının belə bir hesablamanı tələb etmək hüququ imkanı tərəfindən ləğv edilmişdir. Həmçinin, iddiaçının belə bir hesablamanı tələb etmək hüququ da yoxdur. Çünki, Vergi Məcəlləsinin 83.9-cu maddəyə nəzər yetirdikdə ... "vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır". Yəni maddədənin dispoziyasında hesablanmalıdır deyilmir, hesablana bilir kimi, başa düşülür. Yəni, Qanunverici inzibati orqana hesablama metodunu seçmək üzrə seçim sərbəstliyi vermişdir. Bu isə, öz növbəsində "Inzibati Icraat haqqında" Qanunun 2.0.7-ci maddəsində göstərilən "Diskresion Səlahiyyət" anlayışına uyğun gəlir. Tərif belədir: "diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi". Həmçinin, Inzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə əsasən və Ali Məhkəmənin 2017-ci keçirilmiş Plenumu üzrə qəbul edilmiş Bülletinin (Mülki və inzibati işlər üzrə məhkəmə təcrübəsindən) 7-ci səhifəsində (bax: https://supremecourt.gov.az/storage/pages/893 /bulleten-2017-3.pdf) göstərilir ki, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə. Əksinə, iddiaçının öz qanunsuz hərəkətlərini yəni Vergi Məcəlləsinin 130-cu maddəsind göstərilən Gəlirin və Xərcin uçotu qaydası-ndakı göstərilən üzrə gəlir və xərclərinin uçotunu aparmadan (halbuki vergi ödəyicisinin vəzifəsidir), müvafiq iddia tələbini tələb etməsi hüquqdan suiistifadə kimi başa düşülməlidir. Və bu barədə Ali Məhkəmənin ##.##.2024-cü il tarixli Press - Relizində göstərilir ki, (bax: https://supremecourt.gov.az/storage/pages/2068/inzibati.pdf) "Məhkəməni aldatmaq məqsədilə bilərəkdən həqiqi olmayan faktlarla əsaslandırılan şikayətin təqdim edilməsi, məhkəməyə göndərilən sənədlərin saxtalaşdırılması, şikayətçinin işin araşdırılması üçün əhəmiyyətli amil haqqında məhkəməni əvvəlcədən məlumatlandırmaması halında hərəkətsizlik və şikayətçinin Məhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələr istifadə etməsi şikayət hüququndan sui-istifadə sayılır. Şikayət hüququndan suiistifadənin qarşısının alınmasının məqsədi məhkəmə sisteminin bütövlüyünü və effektivliyini qorumaq, məhkəmə resurslarının ədalətli və məntiqli şəkildə istifadə edilməsini təmin etmək, məhkəmə resurslarının əsassız şəkildə israf etməmək və eləcə də, qarşı tərəfi əsassız narahat etməməkdir." Məhkəmə cavabdeh inzibati orqanın diskresion səlahiyyət hüququnu heçə saymış, niyə bunu qəbul etmədiyini əsaslandırmamış, əksinə iddiaçının xərclərin uçota aparmamasına öz qanunsuz qərarında haqq qazandırmışdır. Məhkəmə bildirir ki, "... Yəni analoji işlər üzrə praktikadan görünür ki, vergi orqanları da Məcəllənin 67-ci maddəsini maddi hüquq norması kimi qiymətləndirir və vergi münasibətlərinin yarandığı dövrə həmin dövrdə qüvvədə olmuş müvafiq normanı tətbiq edir". Məhkəmə analoji işlər üzrə praktikanı vurğulasa da, hansı praktikaya əsasən (formalaşmış məhkəmə təcrübəsi məsələn) bu qənaətə gəlməsi mücərrəddir. Bu isə cavabdehin müdafiə hüququnun məhkəmə tərəfindən nəzərə alınmamasıdır. Ezamiyyə xərclərinin normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 108-ci maddəsində vurğulanır ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləsdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Həmin xərclərlə bağlı isə, cavabdeh inzibati orqana Nazirlər Kabinetinin müvafiq normalarında göstərilənlərə əsasən xərc sənədləri təqdim edilə bilmədiyi halda, məhkəmə göstərilənlərə ümumiyyətlə toxunmamış və ezamiyyə xərclərinin rəsmiləşməsi ilə bağlı ümumiyyətlə araşdırma aparmamışdır.

Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə ##.##.2024cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərar cavabdeh vergi orqanı tərəfindən ##.##.2024-cü il tarixdə imzalanmış və həmin qərar ilə imzalanma tarixi ##.##.2024-cü il olan *-**-*-*/*-******/**** nömrəli qərarı ləğv etmişdir. Bir başqa ifadə ilə ##.##.2024-cü il tarixdə cavabdeh vergi orqanı ##.##.2024-cü il tarixli qərarını ləğv etmişdir. Bununla da, qanunla müəyyən edilmiş kameral vergi yoxlama müddəti olan 60 iş günü ötürülmüşdür. Belə ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Tərəfindən ##.##.2024-cü il tarixdə təqdim olunan bəyannaməyə hesablama (60 iş günü nəzərə alınmaqla) ##.##.2024-cü il tarixə kimi aparıla bilərdi. Lakin vergi orqanı ##.##.2024-cü il tarixdə kameral vergi yoxlaması aparmaqla qanunvericiliklə müəyyən olunmuş müddəti ötürməklə qanunsuz qərar qəbul etmişdir. Belə ki, qərarın üzərində tarix ##.##.2024 qeyd olunsa da, əslində qərar ##.##.2024-cü il tarixdə imzalanmış və halhazırkı mübahisələndirilən qərarı ilə həmin qərar ləğv olunmuşdur. Bir başqa ifadə ilə cavabdeh qanuni qüvvəsini almamış inzibati qərarını ləğv etmişdir. Cavabdeh vergi orqanı eyni gün iki qərar qəbul edir, bir qərarı başqa bir qərar ilə ləğv edir, lakin ən son qərar ilə əvvəlki qərarın ləğvi ilə bağlı bir əsasladırılma aparmadan ləğv edir. Hər bir halda cavabdeh vergi orqanı qərar qəbul edərkən Inzibati Icraat haqqında qanunun tələblərinə uyğun qərar qəbul etməlidir. Həmçinin, cavabdeh vergi orqanın 2023-cü il mənfəət vergisi üzrə ##.##.2024-cü il tarixdə əsasız iki qərar qəbul etdikdən sonra ##.##.2024-cü il tarixdə 2023-cü il mənfəət vergisi üzrə kameral vergi yoxlamasının başa çatdırılması ilə bağlı sənədlər tələb edilməsi əsasız və qanunsuzdur. Prosessual pozuntular ilə qəbul edilən qərar hər bir halda qanunsuzdur və ləğv olunmalıdır. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən onun diskresion səlahiyyətləri heçə sayıldığı qeyd olunmuşdur. Məlum olduğu kimi iddiaçı tərəfindən təqdim olunan vergi bəyannaməsi cavabdeh vergi orqanı diskresion səlahiyyətlərindən istifadə edərək kameral vergi yoxlaması barədə qərar qəbul etmişdir. Lakin diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Həmçinin, təqdim edilmiş bəyannaməyə əsasən xərclər müəyyən edilmədən vergi ödəyicisi üçün əlverişli olan halların nəzərə alınmaması diskresion səlahiyyətlərin qanunvericiliyə uyğun istifadə edildiyi hesab edilməz. Vergi ödəyicisinin xərc sənədləri olmadığı halda Nazirlər Kabinetinin qərarı ilə şərti rentabellik norması əsasında vergilərin hesablanması praktikası vahid məhkəmə təcrübəsində öz əksini tapmışdır. Əlavə olaraq vergi orqanı tərəfindən həm mübahisəsiz, həm də məhkəmə mübahisələrində Nazilər Kabinetinin ** nömrəli qərarı tətbiq edildiyi görülmüş, lakin vergilərin hesablanmasında tək gəlirə münasibətdə xərclərin nəzərə alınmaması ilə cəmiyyətə qarşı həddən artıq yük qoyulmuş olmasını hesab edirlər ki, vergilərin tutulmasının ümumi, bərabər və ədalətli olma prinsiplərinə ziddiyyət təşkil edir. Cavabdeh vergi orqanı tərəfindən ödənilməli olan verginin məbləğini əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamamış, sadəcə bəyannaməni qəbul etməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, tərəflərindən vergi orqanına təqdim olunan 2023-cü ilin mənfəət vergi bəyannaməsində cavabdeh vergi orqanı sadəcə xərc hissəsində sənədlər ilə öz təsdiqini tapan xərcləri qəbul etmiş qanunvericiliyin tələblərinə əsasən əlaqəli məlumatlardan və ya analoji fəaliyyətlə məşğul olan vergi ödəyicini müəyyən etmədən vergi hesablamışdır. Qeyd olunanları cavabdeh vergi orqanı da təsdiq edir. Belə ki, vergi orqanı tərəfindən təqdim olunan apellyasiya şikayətinə əlavədə qeyd olunur ki, kameral vergi yoxlaması üçün iddiaçı zəruri olan sənədləri (ezamiyyə əmrlərini, ezamiyyə vəsiqələrini, yol və mehmanxana sənədlərini, avans) təqdim etməmişdir. Əlavə olaraq vergi orqanı ezamiyyə xərclərinin normasını qeyd edir, lakin tətbiq etmir, əlaqəli məlumatlardan istifadə etmir, şərti rentabellik normasını tətbiq etmir. Lakin analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqe ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergini hesablaya bilər. Lakin vergi orqanı birbaşa gəlir əsasında vergi hesablamışdır. Qeyd olunan norma baxımından belə hesablama qaydası qanunsuzdur. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan vergi orqanı bundan imtina etmişdir. Vergi orqanı iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Odur ki, qanunvericiliyin tələbləri pozulmaqla cavabdeh vergi orqanı tərəfindən qəbul edilən ##.##.2026-cı il tarixli *-**-*- */*-*******/**** saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş olunmuşdur. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. Iddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Ilk növbədə iddiaçı cavabdeh vergi orqanının ##.##.2024-cü il tarixli, 3-21-2-3/2- 143314/2024 və *-**-*-*/*-******/**** nömrəli qərarların ləğv edilməsini tələb etmiş, buna dair iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Sonradan məhkəmə icraatı dövründə cavabdeh vergi orqanı tərəfindən ##.##.2026-cı il tarixli *-**-*- */*-*******/**** nömrəli qərar qəbul edilmişdir. Iddiaçı hazırda həmin qərarı mübahisələndirir. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, prosessual müddətə əməl edilməklə iddia qaldırılmışdır.

Iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız iddia olmuşdur.

Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir :

Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; ... 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. ... Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

Işin faktiki hallarından görünür ki, vergi orqanında aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin “Xammal və materiallar”, “Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə" , “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər”, "Nəqliyyat xərcləri", “Digər xərclər”, "Royalti xərcləri", "Siğorta xərcləri", bəyannamənin * №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə "Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaiməfakturaların (riskli e-qaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 216010 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş, həmçinin 2023- cü il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş 32430 manat ezamiyyə xərclərinin təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsi təklif edilmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar, ##.##.2024-cü il tarixli 2419120678967100 və ##.##.2024-cü il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Yekunda Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü il mənfəət bəyannaməsi üzrə 49618,4 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə ##.##.2024-cü il tarixli 2419120696154700 və **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Iddiaçı həmin qərarları mübahisələndirmişdir. Apellyasiya baxışı zamanı vergi ödəyicisi tərəfindən ##.##.2026-cı il tarixdə təqdim edilmiş 2023-cü ilin dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinə kameral hesablama aparılaraq yeni ##.##.2026-cı il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Iddiaçı apellyasiya icraatı zamanı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək cavabdeh inzibati orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-*-*/*-******/**** nömrəli və ##.##.2026-cı il tarixli *-**-*-*/*-*******/**** nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqana sorğu ünvanlanaraq hazırda ##.##.2024-cü il tarixli, *-**-*-*-*/*-******/**** nömrəli qərarın qüvvədə olub-olmaması barədə məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən məhkəməyə ünvanlanan *-**-*-*/*-*******/**** nömrəli ## #### 2026-cı il tarixli məktubla bildirilmişdir ki, uçot baza məlumatlarına əsasən *-**-*-*-*/*-******/**** nömrəli qərarın qüvvədə olmadığı müəyyən edilmişdir. Daha sonra məhkəmə tərəfindən iddiaçının ünvanına məktub göndərilməklə ona hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməsi təklif olunmuşdur. Iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlanaraq ##.##.2026-cı il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi xahiş olunmuşdur. Göründüyü kimi, iddiaçı hazırkı tələbində cavabdeh inzibati orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli *-**-*-*/*-*******/**** nömrəli qərarını mübahisələndirir. O da diqqətə çatdırılır ki, sözügedən qərarların qəbul edilmə əsasları eyni olmuşdur. Cavabdehin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli *-**-*-*/*-*******/**** nömrəli qərarına əsasən iddiaçıya 2023-cü il mənfəət vergisi üzrə 49.618,51 manat məbləğində vergi borcu hesablanmışdır. Cavabdeh sözügedən qərarın əlaqəli məlumatlar əsasında hesablandığını qeyd edir. Kollegiya iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız, apellyasiya şikayətinin dəlillərini isə əsaslı hesab etməklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla qeyd edilməlidir ki, mübahisələndirmə haqqında iddiada mübahisələndirilən inzibati aktı qəbul edən orqan onun qəbul edilmə əsaslarını sübuta yetirməlidir. Bununla yanaşı, kollegiya diqqətə çatdırır ki, iş üzrə obyektiv həqiqətin aşkara çıxması məqsədilə hərtəfəli araşdırma aparmaq inzibati məhkəmələrin borcudur. Inzibati işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsi Vergi Məcəlləsinin 23.1.1 və 37.3cü maddələrinin tələblərinə uyğun olaraq kameral qaydada yoxlanılmışdır. Kameral vergi yoxlaması zamanı iddiaçının təqdim etdiyi mənfəət vergisi və ƏDV bəyannamələri, elektron qaimə-fakturalar, alış aktları, əvvəlki hesabat dövrünün göstəriciləri, eləcə də X5 Sistemində mövcud məlumatlar qarşılıqlı müqayisə edilmiş və vergi hesabatlarında bir sıra uyğunsuzluqlar aşkar olunduğundan bununla əlaqədar olaraq vergi orqanı tərəfindən iddiaçıya kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə məktublar göndərilmişdir. Iş üzrə məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, kameral yoxlama nəticəsində gəlirdən çıxılan xərclərin tərkibindən iki müstəqil əsasla iki ayrı məbləğ çıxarılmışdır: 1) 215.662,58 manat — bəyannamənin 232-ci sətrində ("Digər xərclər") göstərilmiş, lakin elektron qaimə-fakturalarla, alış aktları ilə, idxal (YGB) məlumatları ilə və ya malmaterial qalıqları ilə örtülməyən xərclər; 2) 32.430,00 manat — bəyannamənin 221.6-cı sətrində ("Ezamiyyə xərcləri") göstərilmiş, lakin Vergi Məcəlləsinin 108-ci maddəsinin tələb etdiyi təsdiqedici sənədlərlə əsaslandırılmayan ezamiyyə xərcləri. Göründüyü kimi uyğunsuzluğun yaranmasına əsaslardan biri iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 221.6-cı sətrində 32.430 manat məbləğində ezamiyyə xərci gəlirdən çıxılan xərc kimi göstərilməsi ilə bağlı olmuşdur. Lakin bununla bağlı yəni həmin məbləğin faktiki çəkildiyini və iqtisadi fəaliyyətlə bağlı olduğunu təsdiq edən ilkin uçot sənədləri (ezamiyyə əmrlərini, ezamiyyə vəsiqələrini, yol və mehmanxana sənədlərini, avans hesabatlarını) nə inzibati icraat zamanı, nə də məhkəmə araşdırmaları zamanı təqdim edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Ezamiyyə xərclərinin normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008- ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmişdir. Qeyd edilən səbəbdən 221.6-cı sətir üzrə 32.430,00 manat gəlirdən çıxılan xərclərin tərkibindən çıxarılmış və vergi orqanının bəyannaməsində həmin sətir 0,00 manat kimi əks etdirilmişdir. Bundan başqa, kameral yoxlama zamanı iddiaçının təqdim etdiyi ƏDV və mənfəət vergisi bəyannamələri arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, ƏDV bəyannamələrinin əlavələrində 40.464,10 manat məbləğində alınmış avans göstərildiyi halda, mənfəət vergisi bəyannaməsinin * nömrəli əlavəsinin 2.2.1.2-ci sətrində ("Alınmış avanslar") həmin göstərici 0 manat göstərilmişdir. Bu ziddiyyətin aradan qaldırılması məqsədilə vergi ödəyicisindən əsaslandırılmış yazılı izahat və zərurət olduqda dəqiqləşdirilmiş bəyannamənin təqdim olunması tələb edilmişdir. Bəyannamədən də göründüyü kimi avansın demək olar ki, bütün hissəsi yanvar ayına aiddir: həmin ayda cəmiyyət 10.530,00 manatlıq mal təqdim etdiyi halda 46.194,10 manat vəsait almış, fərq gələcək təqdimetmələr hesabına əvvəlcədən alınmış ödəniş olmuşdur. Vergi orqanı tərəfindən qeyd edilmişdir ki, bu uyğunsuzluq üzrə heç bir vergi hesablanmamışdır. Onunla izah edilmişdir ki, vergi ödəyicisi hesablama metodunu tətbiq edir və Vergi Məcəlləsinə əsasən əvvəlcədən alınmış ödəniş mal təqdim edilənədək gəlir sayılmır — o, öhdəlikdir, mənfəət vergisinə cəlb edilmir. Ona görə də kənarlaşma yalnız mənfəət vergisi bəyannaməsinin * №-li Əlavəsində (balans hissəsində) mövcuddur və vergitutma bazasına təsir etmir. Buna görə vergi orqanı həmin göstərici üzrə yalnız izahat tələb etmiş, gəlir formalaşdırmamışdır: 220-ci sətir hər iki bəyannamədə (həm vergi ödəyicisi, həm vergi orqanı) 944.424,78 manat olaraq qalmışdır. Bununla belə vergi orqanı diqqətə çatdırır ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin * №li Əlavəsinin 2.2.1.2-ci («Alınmış avanslar») sətrində hesabat dövrünün əvvəlinə 34.472,50 manat qalıq göstərilmişdir. Uyğunsuzluq həmin qalığa deyil, bilavasitə 2023cü il ərzində «Dövr ərzində daxil olmuşdur» sütununa aiddir — o sütun boş, yəni 0,00 manat doldurulmuşdur, halbuki 2023-cü il ərzində 40.464,10 manat avans daxil olmuşdur. Eyni zamanda, vergi orqanı bəyannamədə gəlirdən çıxılan xərcləri elektron qaiməfakturalar, alış aktları, əvvəlki ilin mal-material qalıqları, idxal məlumatları və digər elektron məlumat bazaları ilə qarşılaşdırmış, nəticədə 215.662,80 manat məbləğində gəlirdən çıxılan xərclərin sənədlərlə təsdiq olunmadığını müəyyən etmişdir. Kameral yoxlamanın nəticəsi olaraq vergi orqanı iddiaçının təqdim etdiyi bəyannamə ilə dəqiqləşdirilmiş bəyannaməni müqayisə etmiş və yalnız qanunvericiliyin tələblərinə uyğun təsdiqini tapmayan göstəricilər üzrə dəyişiklik aparmışdır. Məhkəmə araşdırmaları zamanı da iddiaçı vergi ödəyicisi sözügedən xərclərə dair sənədlər təqdim etməmişdir. Iş materialalrına əlavə olunmuş bəyannamələr üzrə məhkəmə müqayisəli təhlil aparmışdır. Göstərici Vergi ödəyicisinin Vergi orqanının bəyannaməsi bəyannaməsi

220-ci sətir – Çıxılmalardan 944.424,78 manat 944.424,78 manat sonra ümumi gəlir

232-ci sətir – Digər xərclər 313.531,58 manat 97.869,00 manat

236-cı sətir – Ümumi 786.917,65 manat 538.825,07 manat gəlirdən çıxılan xərclər 237-ci sətir – Vergitutma 157.507,13 manat 405.599,71 manat məqsədləri üçün mənfəət 243-cü sətir – Mənfəət 31.501,43 manat 81.119,94 manat vergisi

Müqayisədən göründüyü kimi, 220-ci sətir üzrə gəlir göstəricisi dəyişməmişdir. Bu isə onu göstərir ki, vergi orqanı iddiaçının gəlirlərini artırmamış və ya yeni gəlir formalaşdırmamışdir. Əsas dəyişiklik 232-ci sətir ("Digər xərclər") üzrə aparılmışdır. Belə ki, iddiaçı tərəfindən 313.531,58 manat məbləğində bəyan edilmiş digər xərclərdən yalnız 97.869,00 manat məbləğində hissə qəbul edilmiş, 215.662,58 manat məbləğində xərc isə gəlirdən çıxılan xərclərin tərkibindən çıxarılmışdır. Vergi orqanı bunu isə onunla izah etmişdir ki, həmin xərc təsdiqedici sənədlərlə əsaslandırılmamışdır. Bu səbəbdən 236-cı sətir üzrə ümumi gəlirdən çıxılan xərclər 786.917,65 manatdan 538.825,07 manata (215.662,58 manat və 32.430,00 manat məbləğin cəmi — 248.092,58 manat qədər) endirilmiş, bunun nəticəsi olaraq 237-ci sətir üzrə vergitutma məqsədləri üçün mənfəət 157.507,13 manatdan 405.599,71 manata, 243-cü sətir üzrə hesablanmış mənfəət vergisi isə 31.501,43 manatdan 81.119,94 manata artırılmışdır. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, vergi orqanı kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin bəyan etdiyi gəlirləri dəyişdirməmiş, yalnız Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədlərlə təsdiq edilməyən və iqtisadi əsaslandırılması mümkün olmayan xərcləri gəlirdən çıxılan xərclərin tərkibindən çıxarmışdır. Belə olan halda məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, vergi orqanı tərəfindən aparılmış bütün düzəlişlər kameral yoxlama zamanı aşkar edilmiş konkret uyğunsuzluqlara, elektron informasiya sistemində mövcud məlumatlara və vergi ödəyicisinin təqdim etdiyi sənədlərin hüquqi qiymətləndirilməsinə əsaslandığından, dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi qanuni, əsaslı və Vergi Məcəlləsinin tələblərinə tam uyğun olaraq tərtib edilmişdir. Məhkəmə kollegiyası həmçinin biricn instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, şərti rentabellik norması yalnız vergi ödəyicisinin gəliri və ya xərcləri birbaşa müəyyən etmək mümkün olmadığı halda tətbiq olunur. Baxılan işdə isə həm gəlir (944.424,78 manat — elektron qaimə-fakturalar və ƏDV bəyannamələri ilə), həm də xərclərin sənədlə təsdiq edilən hissəsi (510.208,14 manat — elektron qaiməfakturalar ilə) müəyyən edilmişdir. Mənfəətin şərti üsulla hesablanmasının hüquqi və faktiki əsası mövcud olmamışdır. Yekunda hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli *-**-*-*/*- *******/**** nömrəli qərarı qəbul olunarkən cavabdehin iddiaçını vergi məsuliyyətinə cəlb edərək, ona vergi hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (IPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuşdur (VM-37.4), cavabdehin mübahisəli qərarı qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına, habelə inzibati icraatla bağlı tələblərə uyğun olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. (IPM-70.1). Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli Bakı Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar